"Qız qalası"nda gənc simalar 

 

Opera Balet Teatrının rəhbərliyi teatrın səhnəsində gənclərə geniş meydan verilməsi istiqamətində faydalı missiyasını uğurla davam etdirir.

Mayın 23- teatrda Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletinin tamaşası oynanılacaq. Tamaşada baş rolları - Gülyanaq Polad rolunu balet truppasının gənc solistləri Tamilla Məmmədzadə Timur Əsgərov ifa edəcəklər.

Teatrın mətbuat xidmətinin qəzetimizə verdiyi məlumatda bildirilir ki, truppanın təcrübəli solistlərindən olan Tamilla Məmmədzadə 2001-ci ildən teatrda çalışır. O, bu vaxta kimi F.Əmirovun "Min bir gecə" baletində Mərcanə Nuridə, Q.Qarayevin "Don Kixot" baletində Dulsineya, "Yeddi gözəl" Çin gözəli bir sıra digər aparıcı partiyaları müvəffəqiyyətlə ifa edib. Balet truppasının ötən il Türkiyəyə baş tutan qastrol səfəri zamanı Tamilla Məmmədzadənin "Min bir gecə" baletinin tamaşasındakı ifası türkiyəli sənətsevərlər KİV-lər tərəfindən yüksək qiymətləndirilib.

Tərəf-müqabilinə nisbətən Timur Əsgərov daha gəncdir. 19 yaşlı Timur üçüncü mövsümdür ki, teatrda çıxış edir. Bakı xoreoqrafiya məktəbini 2008-ci ildə bitirən T.Əsgərov balet artisti üçün lazım olan kifayət qədər yüksək göstəricilərə malikdir. Polad onun səhnədə ilk böyük rolu olacaq.

 

 

Təranə

 

Kaspi.- 2009.-15 may.-S. 11.