Milli Məclisin yaz sessiyasının müddəti uzadılacaq 

 

Deputatlar iyunun sonuna kimi işləyəcəklər

 

Milli Məclisin yaz sessiyası artıq başa çatmaq üzrədir. Qanunvericiliyə əsasən, bu ayın sonu deputatlar tətilə çıxmalıdırlar. Əvvəlki sessiyalara nisbətən bu yaz parlamentarilərin daha gərgin işlədiyini iddia etmək olar. Sessiya çərçivəsində deputatlar bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı hesabat dinləyiblər. Bundan əlavə, ombudsman Elmira Süleymanova da deputatlar qarşısında hesabat verib. Deputatlar Nazirlər Kabinetinin, Hesablama Palatasının 2008-ci ilin yekunları ilə bağlı hesabatını da dinləyiblər. Bundan əlavə, yaz sessiyasının planında yer alan bir sıra önəmli qanun layihələri məcəllələr gözdən keçirilib.

 İndiyədək Milli Məclis çoxdan gözlənilən Tikinti Məcəlləsini birinci oxunuşda qəbul edib. Bu sahə ilə bağlı olan Şəhərsalma Məcəlləsi həm komitələrdə, həm plenar iclasda müzakirə olunaraq iki oxunuşdan keçib. Milli Məclis yaz sessiyası dövründə "Xüsusi iqtisadi zonalar haqqında" qanunu da birinci oxunuşda qəbul edib. Parlamentarilər planına daxil edilən "İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi reyimin tətbiqi haqqında" qanunu da müzakirə ediblər.

Sessiya çərçivəsində planına daxil edilməyən bir sıra məsələlərə baxılıb. Məsələn, "KİV haqqında" "Televiziya radio yayımı haqqında" qanunlara bir sıra önəmli dəyişikliklər edilib. Parlament "Dini etiqad azadlığı haqqında" qanuna əlavə dəyişikliklərlə bağlı geniş müzakirələr aparıb bu sahədə çoxdandır gözlənilən addımı atıb. Qanuna edilən dəyişikliyə əsasən, ölkədəki dini icmaların hamısı yenidən dövlət qeydiyyatından keçəcəklər. Bununla bağlı İnzibati Xətalar Cinayət məcəllələrinə əlavələr edilib.

 Bununla yanaşı, yaz sessiyasının planına daxil edilən, lakin hələ müzakirəsi aparılmayan bir sıra qanun layihələri qalır. Məsələn, ictimaiyyətin maraqla gözlədiyi "Təhsil haqqında" qanun hələ üçüncü oxunuş müzakirələrinə çıxarılmayıb. Qanunu müzakirəyə hazırlayan parlamentin Elm təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev Milli Məclis sədrinin müavini Bahar Muradova qanun layihəsinin müzakirəyə çıxarılması üçün heç bir problem qalmadığını bildirsə , müzakirələrin vaxtı hələ təyin edilməyib. Bundan əlavə, "Elm dövlət elmi-texniki siyasəti haqqında" qanun layihəsi hələ müzakirəyə təqdim olunmayıb. Əvvəlki sessiyalarda gərgin müzakirələrə səbəb olan geri qaytarılan "Reproduktiv sağlamlıq ailə planlaşdırılması haqqında" qanun layihəsindən bir xəbər yoxdur. Süni mayalandırmanı leqallaşdırmağı nəzərdə tutan bu qanun layihəsində bir sıra ciddi dəyişikliklərin edildiyi bildirilir. Deputatlar yaz sessiyasının sonuna qədər bu layihəni müzakirə etməlidirlər. Eyni taleyə malik "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun layihəsindən bir xəbər yoxdur. Bu layihə heç müvafiq komitələrin müzakirəsinə çıxarılmayıb.

Milli Məclisin Sosial siyasət komitəsi tərəfindən hazırlanan "Bədən tərbiyəsi idman haqqında" qanun layihəsi hələ müzakirə üçün hazır deyil. Layihə ilə bağlı komitədə bir neçə dəfə müvafiq strukturların iştirakı ilə müzakirələr aparılıb. Bu günlərdə növbəti müzakirənin Gənclər İdman Nazirliyində keçirilməsi nəzərdə tutulur.

Qəbulunu gözləyən qanun layihələri sırasında "Könüllülük fəaliyyəti haqqında", "Hərbi qulluqçuların intizam həbsi haqqında", "Həbs yerlərində saxlanılan şübhəli təqsirləndirilən şəxslərin hüquqlarının azadlıqlarının təmin edilməsi haqqında" "Pambıqçılıq haqqında" qanun layihələri var. Bundan başqa, yaz sessiyası ərzində müzakirəsi daha çox vaxt tələb edən qəbul edilməsi vacib bir neçə məsələ var. Buraya "2009-cu ilin dövlət büdcəsinə əlavə dəyişikliklər haqqında" qanun layihəsi daxildir. Məlumata görə, artıq sənəd mayın 18-də millət vəkillərinə paylanacaq. APA-nın məlumatına görə, bunu nəzərə alan parlament rəhbərliyi yaz sessiyasının müddətini uzatmaq niyyətindədir.

Yaz sessiyası müddətində baxılacaq məsələlərdən biri İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) təsdiqlənməsi ilə bağlı olacaq. Qeyd edək ki, yaxın günlərdə Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın səlahiyyət müddəti başa çatır. Parlamentin yaz sessiyasında yeni ombudsman təsdiq edilməlidir.

Yaz sessiyasında müzakirəsi gözlənilən məsələlərdən biri Dəvəçi rayonunun adının dəyişdirilməsi ilə bağlıdır. Xatırladaq ki, Dəvəçi rayonunun adının dəyişdirilərək Şabran adlandırılması hələ bir neçə ay əvvəl Milli Məclisin Regional məsələlər komitəsində müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilsə , məsələ bu günə qədər gündəliyə daxil edilməyib.

Yaz sessiyası başa çatana kimi isə Milli Məclisin üç iclasının keçirilməsi planlaşdırılır. Məlumata görə, iclaslar mayın 22-si, 26-sı 29-da keçiriləcək. Yaz sessiyasının sonuncu iclasında parlamentin daxili nizamnaməsinə uyğun olaraq ən azı 53 millət vəkilinin müraciəti ilə sessiyanın müddətinin iyunun sonuna kimi uzadılması nəzərdə tutulur.

 

 

İ.QULİYEV 

 

Kaspi.-2009.-16-18 may.-S.1.