90-dək sahibkara güzəştli kredit verilib 

 

     Maliyyələşdirilən layihələr yeni yerlərinin yaradılmasına imkan verəcək

 

Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarların investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsini davam etdirir. Bu ilin ötən dövründə qurumun müvafiq tədbirləri Gəncə-Qazax, Dağlıq Şirvan, Aran, Quba-Xaçmaz iqtisadi rayonlarında həyata keçirilib. Bu tədbirlərdə fondun vəsaitləri hesabına müvəkkil kredit təşkilatları vasitəsilə 350-dən çox sahibkara 20 milyon manata yaxın güzəştli kredit verilib. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən qəzetimizə bildirilib ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən belə tədbirlərin digər iqtisadi rayonlarda da keçirilməsi planlaşdırılır.

Dünən isə Horadiz şəhərində SKMF "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbir keçirib. Tədbir çərçivəsində fondun vəsaitləri hesabına müvəkkil kredit təşkilatları vasitəsilə kənd təsərrüfatı istehsalı emalı, mebel istehsalı sahələri üzrə Yuxarı Qarabağ Aran iqtisadi rayonlarından olan 90-dək sahibkara güzəştli kredit verilib: "Tədbirdə iştirak edən sahibkarlar özəl bölmənin inkişafına, xüsusilə sərhəd rayonlarında fəaliyyət göstərən sahibkarlara göstərilən diqqət qayğıya görə minnətdarlıqlarını bildirib, kreditlərdən istifadə etməklə biznes fəaliyyətlərini genişləndirəcəklərini vurğulayıblar". Mənbədən o da qeyd edilib ki, güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi yeni yerlərinin yaradılmasına imkan verəcək. Amma bunlara baxmayaraq, güzəştli kreditləri əldə etmək istəyən sahibkarların əksəriyyəti məlumatsız olduqları üçün çətinliklərlə qarşılaşırlar. Belə ki, paytaxtdan fərqli olaraq regionlarda fəaliyyət göstərən sahibkarların biznes-planların tərtib edilməsi, investisiya layihələrinin hazırlanması güzəştli kreditlərdən istifadə qaydaları barədə daha az məlumatlıdırlar. Bu baxımdan, onların məlumatlandırılmasına daha çox ehtiyac duyulur. Bunu nəzərə alaraq İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi Sahibkarlığa Kömək Milli Fondu mart ayından etibarən regionlarda fəaliyyət göstərən sahibkalar üçün treninqlər keçirir. Növbəti belə treninq isə mayın 15-də Yevlax şəhərində Aran iqtisadi rayonunun sahibkarları üçün təşkil edilib. Treninq "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına güzəştli kreditlərin verilməsi üçün sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin hazırlanması qiymətləndirilməsi" mövzusuna həsr edilib. Nazirlikdən verilən məlumata görə, tədbirdə Mingəçevir şəhərindən, Yevlax Bərdə rayonlarından olan, kənd təsərrüfatı, sənaye xidmət sahələrində fəaliyyət göstərən 80-ə yaxın sahibkar iştirak edib. Treninqdə sahibkarlara biznes ideyalarının formalaşdırılması, Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti, güzəştli kreditlərindən istifadə qaydaları s. barədə geniş məlumat verilib. Tədbir çərçivəsində həmçinin sahibkarlara maarifləndirici bukletlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.

 

 

HƏQİQƏT

 

Kaspi.-2009.-16-18may.-S.3.