Əlillərin əksəriyyəti səhiyyə
imtiyazlarından xəbərsizdirlər
"Səhiyyədə İctimai Nəzarət"
layihəsi diqqəti bu istiqamətdə olan problemlərin həllinə yönəldir
Həssas təbəqə
hesab olunan fiziki cəhətdən qüsurlu insanlara qayğı göstərmək
həm cəmiyyətin,
həm də dövlətin başlıca
vəzifəsidir. Əlillərin
və sağlamlıq
imkanları məhdud uşaqların reabilitasiyası
və sosial müdafiəsinin təmin
edilməsi, onların cəmiyyətə
inteqrasiya olunması istiqamətində dövlət
tərəfindən kifayət
qədər tədbir
görülsə də,
problemləri tam aradan qaldırmaq mümkün olmayıb.
Bu istiqamətdə QHT-lərin köməyinə və aktiv fəaliyyətinə də ehtiyac duyulur. Araşdırmalar göstərir ki, bu sahədə fəaliyyətt göstərən
QHT-lər də az deyil. Azərbaycan
Respublikası Beynəlmiləlçi
Əlil Döyüşçülər
Fondu belə təşkilatlardandır. Fondun
prezidenti Sərraf Orucovla söhbətimiz də bu barədə
oldu.
"Əlilliyin və uşaqların sağlamlıq
imkanları məhdudluğunun
qarşısının alınması,
əlillərin və
sağlamlıq imkanları
məhdud uşaqların
reabilitasiyası və
sosial müdafiəsi haqqında" qanuna görə, əlillərin
və sağlamlıq
imkanları məhdud uşaqların tibbi reabilitasiyası və sosial müdafiəsi aidiyyəti dövlət idarələri
tərəfindən təmin
olunmalıdır. Lakin əlillərin
böyük əksəriyyəti
onlara dövlət tərəfindən verilmiş
imtiyazlar haqqında məlumatsız olduqları
üçün tibbi
və sosial hüquqlarından istifadə
edib vaxtlı-vaxtında pulsuz reabilitasiya kursu keçmək imkanından
yararlanmırlar"-deyən
S.Orucovun qənaətinə
görə, bunun nəticəsində
xəstəliklərin qarşısı
alınmaq əvəzinə,
problemlər bir qədər də artır. Yüngül xəstəliklərin isə
vaxtında qarşısının
alınmaması sonradan
ciddi fəsadlar törədir.
Qanunvericiliklə müəyyən
edilmiş qaydalara görə, əlillərin
dövlət tibb müəssisələrində büdcə vəsaiti hesabına pulsuz, ixtisaslı tibbi xidmətdən istifadə
etmək, güzəştli
şərtlərlə apteklərdən
dərman vasitələri
almaq və sanatoriya-kurort müalicəsi
ilə ilk növbədə təmin
olunmaq hüquqları var.
Əlillərin onlara şamil edilmiş pulsuz ixtisaslı tibbi xidmətləri qeydiyyatda olduqları şəhər (rayon) poliklinkaları, Tibbi Sosial Ekspertiza Komissiyaları və Sosial Təminat Şöbələri tərəfindən
təmin olunmalıdır.
Müsahibimiz hesab edir ki, tibb
müəssələrində və Tibbi Sosial
Ekispertiza Komissiyalarında
və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbələrində
əvvəllər olduğu
kimi ictimai nəzarət yoxdur.
"Bakı və Sumqayıt səhərində
əlil insanlarla keçirdiyimiz sorğuların
və görüşlərin
nəticəsində bəlli
oldu ki, əlillərin 65 faizi öz hüquqlarını
bilmədiklərindən onlara
dövlət tərəfindən
şamil edilmiş səhiyyə imtiyazlarından
xəbərsizdirlər. Rayonların
demək olar ki, əksəriyyətində,
kəndlərdə Feldşer-mama
məntəqələri yoxdur.
Kənd sakinləri hər hansı bir xəstəliklə bağlı əlavə xərc çəkərək
şəhər xəstəxanalarına
üz tutmağa məcbur olurlar. Bu da səhhətlərində
problemləri olan xəstələrin vəziyyətinin
daha da ağırlaşmasına
səbəb olur. Qeyd olunan problemler
çox ciddi və aktual problemlərdir. Bu problemin həlli
üçün xususi
dövlət proqramının
hazırlanıb həyata
keçirilməsinə ehtiyac
var" - deyən S.Orucov bu qənaətdədir
ki, Azərbaycanda əlillərin və sağlamlıq imkanları
məhdud uşaqlara diqqət və qayğını artırmaq
məqsədilə QHT-lərin
də aktivliyini artırmaq vaxtıdır.
Məlumat üçün
bildirək ki, Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının
maliyyə dəstəyi
ilə Azərbaycan Respublikası Beynəlmiləlçi
Əlil Döyüşçülər
Fondu tərəfindən
həyata keçirilən
"Səhiyyədə İctimai Nəzarət"
layihəsinin birinci mərhələsində "Səhiyyədə
İctimai Nəzarət
Komissiyası" yaradılıb.
"Səhiyyədə İctimai Nəzarət Komissiyası"na Azərbaycan Beynəlmiləlçi
Əlil Döyüşçülər
Fondu, Azərbaycan Respublikası Əlil Təşkilatlar İttifaqı,
Azərbaycan Gözdən
Əlillər Cəmiyyəti,
Azərbaycan Çernobıl
Əlillər İttifaqı,
Azərbaycan Diabet Liqası, Hemofiliyalı Xəstələrin Respublika
Assosiasiyası, Azərbaycan
Qarabağ Əlilləri və Veteranları Cəmiyyəti,
Azərbaycan Respublikası
Əlillər Cəmiyyəti
daxildilər.
Həmsöhbətimiz "Səhiyyədə İctimai
Nəzarət Komissiyası"nı əlillərin və sağlamlıq imkanları məhdud uşaqların tibbi reabilitasiyası və sosial müdafiəsi haqqında qanunların aidiyyati orqanlar tərəfindən yerinə
yetirilməsinə nəzarət,
hüququ pozulmuş əlillərə köməklik
etmək gücləndirmək məqsədilə
yaratdıqlarını bildirdi.
Ortaya çıxmış
hər hansı qanun pozuntusu, rüşvət tələb
etmə faktı araşdırılacaq, kütləvi
informasiya vasitələri
ilə ictimaiyyətin
diqqətinə çatdırılacaq,
bir sözlə, ictimai qınaq bu problemə qarşı birinci silah kimi istifadə
olunacaq. S.Orucov dedi ki, komissiya
yaranandan bu günə kimi 15 nəfərin problemi komissiya üzvləri tərəfindən araşdırılıb
və həll olunub. Fondun prezidenti bu qənaətdədir:
"Hamı dərk etməlidir ki, əlillərin və sağlamlıq imkanları
məhdud uşaqların
problemləri yalnız
onların və yaxın ətrafının
deyil, bütün cəmiyyətin problemidir".
S.Orucov məlumat
verdi ki, Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının
maliyyə dəstəyi
ilə "Səhiyyədə
İctimai Nəzarət"
layihəsinin ikinci mərhələsinin icrasına
başlanılıb. 15 avqust
tarixinə kimi davam edəcək layihə Azərbaycanın 3 regionunu
Şirvan, Mingəçevir
və Yardımlı rayonlarını əhatələyəcək.
Bu rayonlarda yaşayan əlil vətəndaşlarımıza
onların tibb sahəsində ortaya çıxmış problemlərinin
həlli istiqamətində
köməklik və problemin hüquqi yolla həlli metodları aşılanacaq:
"Ümid edirik ki, hökumət və qeyri-hökumət
təşkilatları tərəfindən
həyata keçirilən
lahiyyələr
çərçivəsində görülən marifləndirmə
işləri Azərbaycanda
Vətəndaş Cəmiyyətinin
inkişafına dəstək
olacaq".
Ömərşərif
Kaspi.-2009.-16-18 may.-S.11.