Qoçaq Əsgərov hesabat verdi

 

Xanəndənin ifası yüksək qiymətləndirildi

 

Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Muğam Müsabiqəsinin finalçılarından olan xanəndə Qoçaq Əsgərovun Azərbaycan Dövlət Filarmoniyasında "Saçın ucun hörməzlər" adlı konsert proqramı təqdim olunub. Eyni zamanda onun Böyük Britaniyada hazırlanan "Sarı gəlin" diskinin təqdimat mərasimi keçirilib. Xatırladaq ki, bu disk Böyük Britaniyanın "ARC Music" şirkətində buraxılıb. Diskin işıq üzü görməsi bir qrup erməninin "Sarı gəlin" haqqında fikirlərini alt-üst edib. Belə ki, diskin hazırlıqları zamanı britaniyalı musiqişünaslar Azərbaycana məxsus olan xalq musiqisinin keçmişi ilə bağlı araşdırma aparıb mahnının Azərbaycana məxsus olduğunu göstərən dəlillər üzə çıxıb. Bu digər məsələlər barədə BBC radiosu dinləyicilərini ətraflı şəkildə məlumatlandırıb. Dəlillər eyni zamanda musiqişünasların yazılarında əksini tapıb. Bu işin ərsəyə gəlməsində Q.Əsgərova YUNESKO-nun eksperti Sənubər Bağırova yaxından kömək olub. Disk buraxılmadan öncə Q.Əsgərovun Böyük Britaniyada solo-konserti təşkil edilib.

Mayın 14- Filarmoniyada keçirilən konserti giriş sözü ilə açan Sənubər xanım Qoçağın ikinci imtahan qarşısında olduğunu bildirdi. Xanəndənin ilk ifası "Mürği-səhər" başladı. Daha sonra "Zabul" segahı dəsgah şəklində ifa edən Q.Əsgərov repertuarını "Sarı gəlin" digər xalq mahnıları təsniflərlə zənginləşdirdi. Onu Əliağa Sədiyevin rəhbərlik etdiyi "Sarı gəlin" ansamblı müşayiət edirdi. Q.Əsgərovun ifasını dinləməyə gələn Xalq artisti Arif Babayev tələbəsi haqqında xoş sözlər danışdı: "Qoçaq çalışqan tələbələrimdən olub. Eyni zamanda o, vətənpərvər insandır. Bildiyimə görə, atəşkəsdən əvvəl könüllü hərbi hissəyə gedib Füzulidə gedən döyüşlərin birində ağır yaralanıb. Bir neçə il əvvəl o, Asəf Zeynallı adına Texnikumda təhsil alıb. Daha sonra Azərbaycan Milli Konservatoriyasında tələbəm oldu. Muğam Müsabiqəsində özünü sınayıb yüksək yerlərdən birinə layiq görülüb. Onun gələcəyinə inanıram. Qoçaq muğamlarımızın inkişafında böyük işlər görməyi qarşısına məqsəd qoyub".

Konsertin davamında vitse-spiker Bahar Muradovanın göndərdiyi təbrik məktubu oxundu. Musiqili proqramı dinləyən Xalq artisti Ağaxan Abdullayev, Əməkdar artistlər Zabit Nəbizadə, Cabir Abdullayev, Feyruz Səxavət, xanəndələr Sabir Abdullayev, Qəzənfər Abbasov, Süleyman Abdullayev, Səbuhi İbayev Q.Əsgərovun ifasını yüksək qiymətləndirdilər. Konsertin ən maraqlı məqamlarından biri Süleyman Abdullayevin öv qavalını Q.Əsgərova bağışlaması oldu. 

 

 

Kaspi.-2009.-16-18 may.-S.16.