Qədim əşyalar muzeylərdə bərbad vəziyyətdə saxlanılır

 

ABŞ-dan gələn mütəxəssis bizə öz təcrübələrini öyrədəcək

 

Dünən Media Mərkəzində ACİ-YF-nin İncəsənət Mədəniyyət Proqramının fəaliyyətinə dair keçirilən mətbuat konfransında proqramın 2009 2010-cu illərə aid strategiyasının əsas məqamları keçirilən bir sıra layihələrə dair məlumatlar açıqlandı.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rövşən Bağırov ilin əvvəlində yerli fondun fəaliyyəti şəbəkə proqramları çərçivəsində görülən işlər, ayrılan maliyyə barədə məlumat verdiklərini bildirdi: "Eyni zamanda, Səhiyyə proqramı çərçivəsində 2004-2009-cu illər ərzində görülən işlər bu sahəyə ayrılan vəsait barədə məlumat vermişdik. Bundan əlavə, bu ilin əvvəlində hüquq qadınlar proqramları çərçivəsində müsabiqələr elan edilmişdi. KİV proqramı çərçivəsində elan edilən müsabiqə bir neçə gün bundan əvvəl başa çatıb. Bu barədə geniş məlumat veriləcək". Milli Fondun İncəsənət Mədəniyyət Proqramının direktoru Cahangir Səlimxanov bildirdi ki, Soros Fondunun bu proqramı öz fəaliyyətini işıqlandırmaqda heç bir kasadlıq çəkmir: "Bəlkə bu onunla bağlıdır ki, incəsənət sahəsi festivallar, sərgilər, film nümayişləri va tamaşalarla bağlı olduğuna görə həmişə fəaliyyətimiz göz qabağında olur. Amma biz get-gedə incəsənətin nümayişi olan tədbirlərdən daha çox mədəni-siyasi, vətəndaşların mədəni proseslərdə iştirakı, özfəaliyyət incəsənəti ilə bağlı layihələrə dəstək göstəririk. Əvvəllər isə bunun qarşısına bir sərhəd qoyurduq, yəni özfəaliyyətlə bağlı heç bir layihəni dəstəkləmirdik".

C.Səlimxanov vətəndaş cəmiyyəti ilə əlaqələrinin açıq olması üçün kiçik qrant müsabiqələrinin nəzərdə tutulduğunu keçən il proqram çərçivəsində üç qrant müsabiqəsinin keçirildiyini diqqətə çatdırdı. Bu günlərdə isə "Muzeylərə aid marketinq fandreyzinq" mövzusunda kiçik qrantlar üzrə müsabiqə elan edilib. Müsabiqənin məqsədi Azərbaycandakı muzeylərin idarəçilik heyətini öz işlərində marketinq fandreyzinq ünsürlərini tətbiq etmələrinə şövqləndirməkdir. Bu sarıdan ən müxtəlif, xüsusilə bir neçə muzeyi yaxud geniş muzey icmasını əhatə edən layihələr - treninq məşğələləri, marketinq fandreyzinq üzrə konkret planların müzakirəsi, tərtib tətbiq olunması bu kimi tədbirlər dəstəklənəcək. Bu müsabiqə daha geniş bir proqramın mərhələsi kimi nəzərdə tutulub. Proqram Şərqi Mərkəzi Avropada Mədəniyyət İncəsənətə Dəstək Fondunun dəstəyi ilə həyata keçiriləcək. "Keçən il onların bir mütəxəssisi Azərbaycana gələrək Bakıdakı bir çox muzeylə tanış olaraq vəziyyətləri haqqında hesabat yazdı. Mütəxəssis tövsiyələrində Azərbaycandakı muzey sektorunda hansı sahələrdə daha çox yardıma ehtiyac olduğunu qabartdı. Biz bundan sonra muzeylərin marketinqi haqqında layihə hazırladıq. Bu barədə Amerikada böyük bir təcrübə var. Buna görə sentyabr ayında Amerikanın aparıcı mütəxəssislərindən biri Bakıya gələcək".

Proqramın digər bir layihəsi isə muzey əşyalarının bərpası konservasiyası ilə bağlıdır. Xalça Muzeyində Tarix Muzeyində aparılan söhbətlər zamanı bu sahədə vəziyyətin çətin olduğu araşdırılıb. "Qədim parçalar, qədim xalçalar, Azərbaycan xanlıqlarının bayraqları qorunsa da, çox bərbad vəziyyətdə saxlanılır. Yəni bu əşyaların xüsusi üsullarla qorunmağa ehtiyacı var. Amma bizdə əşyaların müasir metodlarla qorunmaq yolları mövcud olmadığına görə oradan xüsusi mütəxəssis dəvət etmək qərarına gəldik. Ola bilər ki, yerli mütəxəssislərdən birini seçib, uzunmüddətli təcrübə keçmək üçün Amerikaya aparsınlar".

Proqramın həyata keçirdiyi digər layihə "Qız Qalası: Qadın olmaq nədir" adlı Beynəlxalq Təsviri Sənət layihəsidir. Bu ad altda keçirilən sərgiyə Norveç, Avstriya, Türkiyə, Gürcüstan Azərbaycandan qadın rəssamlar cəlb olunub. Bu rəssamların Bakıya gəlişini fond şəbəkə proqramları vasitəsi ilə dəstəkləyib.

C.Səlimxanov diqqətə çatdırdı ki, Milli Fond proqram çərçivəsində ayrı-ayrılıqda festivalların sərgilərin keçirilməsini dəstəkləmir: "İncəsənət mədəniyyət proqramının şəbəkəsi o qədər geniş deyil. Bu sahədə bizim şəbəkə yalnız Orta Asiya, Qafqaz, Türkiyə, Monqolustanı əhatə edir. Bu proqram əvvəllər həmin ölkələr arasındakı mədəni əlaqələri dəstəkləyirdi. Bu ildən isə daha geniş miqyasda bu ölkələrdən ərizələr qəbul edilir. Həmin ölkələrdən nümayəndələr müraciət edib beynəlxalq tədbirlər üçün vəsait ala bilərlər".

C.Səlimxanov illik büdcələrinə toxunaraq şəbəkə proqramlarından da əlavə pullar ayrıldığını bildirdi: "Əgər büdcə vəsaiti incəsənət mədəniyyət proqramları üçün 120 min dollardırsa, şəbəkə proqramlarından da 28-30 min əlavə vəsait ayrılır. Bu pullar əvvəlcədən bizə göndərilmir. Əgər layihəni beynəlxalq münsiflər heyəti lazım bilirsə, ona pul ayrılır".

C.Səlimxanov Mədəniyyət Turizm Nazirliyi ilə birgə layihə işlədiklərini nəzərə çatdırdı. "Nazirliyin nəzdində agentlik yaradılır. Bu, birbaşa nazirliyin şöbəsi deyil. Buraya bir neçə sərbəst müstəqil mütəxəssislər dəvət olunacaq. Agentliyin məqsədi regionların mədəni inkişafı ilə bağlıdır. Bu agentlik həm xarici təcrübəni Azərbaycana gətirmək, həm yerli təcrübənin yayılması üçün fəaliyyət göstərəcək".

Layihədə beynəlxalq tərəf-müqabil Avropa Mədəniyyət Fondudur. Bu fond 2007-ci ildə "Vətəndaşların Avropa şəhərlərində yerli mədəniyyətin inkişafı siyasətində iştirakına dair sorğu kitabçası" nəşr etdirib. Nəşrdə müxtəlif Avropa ölkələrinin təcrübəsi ümumiləşdirilmiş şəkildə təqdim olunur. Kitab Azərbaycan dilində nəşr olunub. Nəşrin 400 nüsxəsi Mədəniyyət Turizm Nazirliyini maraqlandırıb. Kitab Azərbaycanın bütün rayonlarında paylanacaq.

C.Səlimxanov proqram çərçivəsində bundan sonra da maraqlı layihələrin həyata keçiriləcəyini diqqətə çatdırdı.

 

 

T.MƏHƏRRƏMOVA

 

Kaspi.-2009.-21 may.-S.11.