350 milyon dollarlıq investisiya

 

Yaxın illərdə müəssisələrə yatırılacaq

 

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Katibliyinin təşkilatçılığı ilə dünən Bakıda İƏT üzv dövlətlərin özəlləşdirmə özəl sektorun inkişafı üzrə Yüksəksəviyyəli Ekspertlər Qrupunun 3-cü İƏT üzv dövlətlərin özəlləşdirmə qurumları rəhbərlərinin 4-cü iclasları keçirilib. Tədbirin Bakıda keçirilməsi ötən il aprel ayında Türkiyədə keçirilmiş İƏT üzv dövlətlərin özəlləşdirmə qurumları rəhbərlərinin 3-cü iclasında qərara alınıb. İclasda İqtisadi Əməkdaşlıq Təşkilatını qurumun direktoru Metin Genckolun başçılığı ilə nümayəndə heyəti təmsil edib.

 Tədbirdə həmçinin İƏT-ə üzv ölkələr olanrkiyə, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan Özbəkistanın özəlləşdirmə qurumlarının rəhbərləri nümayəndə heyətləri, həmçinin İƏT üzv ölkələrin ölkəmizdəki səfirliklərinin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, Azərbaycanda fəaliyyət göstərən yerli xarici adamları iştirak ediblər. Tədbirin keçirilməsində əsas məqsəd İƏT üzv ölkələri arasında özəlləşdirmə sahəsində təcrübə mübadiləsinin aparılması, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, Azərbaycanda həyata keçirilən özəlləşdirmə haqqında onların məlumatlandırılması hər bir ölkə üzrə təqdimatların müzakirəsindən ibarətdir.

ƏMDK sədri Kərəm Həsənov bildirib ki, müzakirə edilən məsələlərin həyata keçirilməsi İƏT-ə üzv ölkələrdə özəlləşdirmə sahəsində qarşılıqlı təcrübə mübadiləsi, əməkdaşlıq dostluq əlaqələrinin genişləndirilməsinə, möhkəmləndirilməsinə töhfə verəcək. Onun sözlərinə görə, son illər ərzində uğurla həyata keçirilən strategiya nəticəsində Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyanın lider dövlətinə çevrilib: "Ardıcıl sosial-iqtisadi inkişaf proqramları nəticəsində makroiqtisadi sabitlik getdikcə möhkəmlənib, regionların özəl sektorun inkişafında ciddi nailiyyətlər əldə edilib, iqtisadiyyata investisiya qoyuluşunun həcminin artması neft sektoru ilə yanaşı qeyri-neft sektorunun da inkişafına təkan verib. Həyata keçirilən məqsədli tədbirlər nəticəsində ölkəmizin dövlət büdcəsi on dəfə artıb". Onun sözlərinə görə, ölkənin hazırki inkişaf mərhələsində həyata keçirilən özəlləşdirmə prosesi iqtisadi yüksəlişdə bir vasitə rolunu oynayır: "Azərbaycanda artıq 14 ildir ki, davam edən özəlləşdirmə prosesi nəticəsində 42 minə yaxın kiçik müəssisə obyekt xüsusi mülkiyyətə verilib, 1600-ə yaxın orta iri müəssisə səhmdar cəmiyyətinə çevrilib. Dövlət əmlakının özəlləşdirilməsi prosesində 250 mindən çox səhmdar, kiçik dövlət müəssisə obyektlərinin özəlləşdirilməsi yolu ilə 500 mindən çox özəl mülkiyyətçilər təbəqəsi formalaşıb. Özəlləşdirilmiş müəssisələrdə təqribən 500 mindən artıq vətəndaş işlə təmin edilib. Ümumilikdə götürdükdə, 1,2 milyondan artıq vətəndaş özəlləşdirmədən bu ya digər formada bəhrələnib". Bundan başqa, investisiya müsabiqələri vasitəsilə özəlləşdirilmiş müəssisələrə təxminən 447 milyon ABŞ dolları həcmində investisiya qoyulub yaxın illərdə götürülmüş öhdəliklər çərçivəsində bu müəssisələrə daha 350 miylon ABŞ dolları həcmində investisiya qoyuluşu gözlənilir. Sədr əlavə edib ki, özəlləşdirməyə əhalinin geniş kütləsinin cəlb edilməsi məqsədilə bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da hər bir vətəndaşa vauçe - 4 çekdən ibarət 1 dövlət özəlləşdirmə payı verilib. Həmin özəlləşdirmə paylarının 75 faizdən yuxarısı artıq istifadə olunaraq silinib. Komitə sədri onu da vurğulayıb ki, bu ilin martında Tehranda İƏT-ə üzv dövlətlərin dövlət başçılarının zirvə görüşündə İƏT çərçivəsində bütün istiqamətlərdə əlaqələrin davam etdirilməsi əməkdaşlığın inkişaf etdirilməsi ön plana çəkilib.

İƏT-in direktoru M.Genckol tədbirin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycana dəfələrlə səfər edib hər gəlişində daha çox inkişafın, yaxşı iqtisadi göstəricilərin şahidi olub. Genckol İqtisadi Əməkdaşlıq Təşkilatı barədə məlumat verib: "Təşkilatın Baş qərargahı Tehran şəhərində yerləşir. İƏT regional, hökumətlərarası təşkilat olub, əsası 1985-ci ildə İran, Pakistan Türkiyə tərəfindən üzv ölkələr arasında iqtisadi, texniki mədəni əlaqələri inkişaf etdirmək məqsədilə qoyulub. İƏT 1992-ci ildə genişlənib Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan Özbəkistan bu təşkilata üzv olublar". Onun sözlərinə görə, təşkilata üzv ölkələr 7,9 milyon kv.km ərazini 386 milyondan çox əhalini əhatə edir: "İƏT-ə üzv ölkələrin yerləşdiyi region müxtəlif təbii ehtiyatlara malik olub, strateyi coğrafi mövqeyə malikdir. Təşkilatın əsas məqsədləri üzv ölkələrin iqtisadi inkişafını canlandırmaq, ticarətdə maneələri aradan qaldıraraq regionlararası ticarəti inkişaf etdirməkdir. Bundan başqa, iqtisadi liberallaşmanı özəlləşdirməni stimullaşdırmaq regionun dünya iqtisadiyyatına tədricən inteqrasiya etməsinə imkan yaratmaq, İƏT regionunda kənd təsərrüfatı sənaye potensialından səmərəli istifadəsi üçün səyləri artırmaq da əsas vəzifələrdəndir". M.Genckol ümidvar olduğunu bildirib ki, iclasda müzakirə edilən məsələlər qəbul edilən qərarlar özəlləşdirmə sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsində irəliyə doğru addım olacaq.

Daha sonra təşkilata üzv dövlətlərin nümayəndə heyətlərinin başçıları ölkələrində həyata keçirilən özəlləşdirmə prosesi barədə geniş məlumat veriblər. İclas çərçivəsində özəlləşdirmə özəl sektorun inkişafı üzrə may ayının 20-i keçirilmiş Yüksəksəviyyəli Ekspertlər Qrupunun 3-cü iclasının Hesabatına baxılıb qiymət verilib. Həmçinin iclasda İƏT özəlləşdirmə saytının təqdimatı keçirilib. Saytda İƏT üzv ölkələrinin özəlləşdirmə qurumları barədə geniş məlumat yerləşdirilib. Saytda yerləşdirilən İƏT onun fəaliyyəti haqqında məlumatda hər bir ölkəyə aid özəlləşdirmə qanunvericiliyi, özəlləşdirmənin üsulları, özəlləşdirmə prosesini həyata keçirilən qurumlar haqqında dolğun informasiyalar var. Bildirilib ki, saytın yaradılması hazırkı qlobal iqtisadi maliyyə böhranı dövründə ölkələrimiz arasında regional əməkdaşlığın inkişafına, özəlləşdirmə sahəsində qarşılıqlı məlumat mübadiləsinin aparılımasına, investorların ölkələrimizdə aparılan özəlləşdirməyə cəlb edilməsinə, investisiya yatırımlarının artırılmasına öz töhfəsini verəcək. Daha sonra İƏT katibliyi tərəfindən özəlləşdirmə üzrə Fəaliyyət Planının yerinə yetirilməsi ilə bağlı məlumat verilib. İclasın sonunda İƏT-ə üzv dövlətlərin özəlləşdirmə qurumlarının rəhbərlərinin 4-cü iclasının Bakı Bəyannaməsi qəbul edilib.

 

 

HƏQİQƏT

 

Kaspi.-2009.-22 may.-S.9.