İsmayıl Şıxlının yubileyi regionlarda qeyd olunacaq

 

Milli Dram Teatrı bu məqsədlə səfərə hazırlaşır

 

Xalq yazıçısı İsmayıl Şıxlının 90 illik yubileyi respublikada geniş qeyd olunur. Sonuncu tədbirlərdən biri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşübbüsü ilə keçirilib. Teatr İsmayıl Şıxlının "Ölüləri qəbiristanlıqda basdırın" tamaşasını böyük yazıçının doğma regionu olan Qazaxda, daha sonra isə Şəmkir Gədəbəy rayonlarında nümayiş etdirməyi qərara alıb.

Qeyd edək ki, iyunun 28- oynanılacaq tamaşada baş rollarda Əməkdar artistlər Münəvvər Əliyeva Rövşən Kərimduxt, eləcə Xalq artisti Ramiz Novruz, Əməkdar artistlər Sevil Xəlilova, Kazım Abdullayev, Mətanət Atakişiyeva başqaları iştirak edirlər. Tamaşanın quruluşçu reyissoru Rövşən Almuradlıdır. Teatrdan söz düşmüşkən, onu da bildirək ki, Türkiyənin müxtəlif şəhərlərindən Milli Teatra çoxsaylı dəvət gəlib. Mətbuat əlaqələndiricisinin qəzetimizə verdiyi məlumata görə, truppa yeni qastrol səfərinə hazırlaşır. Türk tamaşaçıları arasında xüsusi rəğbət qazanmış Xalq yazıçısı Bəxtiyar Vahabzadənin "Özümüzü kəsən qılınc" tamaşası Tarsus şəhərində iyunun 16-21-i tarixlərində keçiriləcək "III-cü Türk Dünyasının Teatr Günləri" dəvət alıb.

Eyni zamanda, həmin tamaşanın Ankara, Ceyhan Mersin şəhər bələdiyyələrinin təklifi ilə həmin şəhərlərdə nümayişi nəzərdə tutulub. Öyrəndik ki, hazırda Adana şəhər bələdiyyəsi ilə danışıqlar aparılır bu barədə yaxın günlərdə mətbuata əlavə məlumat veriləcək.

 

 

S.İbrahimova

 

Kaspi.-2009.-22 may.-S.16.