İmtahanda səhlənkarlıq edən 153 nəzarətçi bazadan çıxarılıb 

 

Məleykə Abbaszadənin fikrincə, media intellektual qabiliyyətli gəncləri cəmiyyətə tanıtmır

 

Dünən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) "Abituriyent" jurnalının yeni internet səhifəsinin açılmasına həsr olunan tədbir keçirilib. TQDK sədri Məleykə Abbaszadə qeyd edib ki, htpp/www.abiturient.az internet səhifəsində jurnalın bütün buraxılışları, tədris metodiki vəsaitlər, nəşrlər barədə müntəzəm, operativ məlumat almaq mümkündür. Onun sözlərinə görə, bu dəyişiklik jurnalın bütün buraxılışlarına ictimaiyyətin dərin maraq göstərdiyi nəzərə alınaraq reallaşdırılıb. Yüksək bal toplayan abituriyentlər barədə bu jurnalda geniş məlumat verildiyini deyən TQDK sədri gileyini gizlətməyib: "Azərbaycanda yüksək intellektual biliklər nümayiş etdirmiş gənclərimiz ictimaiyyətə tanıdılmır. Mətbuat, televiziyalar yüksək bilik nümayiş etdirmiş abituriyentləri təbliğ etmir. Yarışlarda qalib gəlmiş Azərbaycan bayrağını qaldırmış idmançılarımız isə lazımi səviyyədə təbliğ olunur. Biz istərdik ki, intellektual qabiliyyətli gənclərimiz idmançılarımız müğənnilər kimi cəmiyyətə tanıdılsın".

2009/2010-cu tədris ili üçün ali məktəblərə keçirilən tələbə qəbulundan da söz açan komissiya sədri qeyd edib ki, müsabiqədə 110 minə yaxın abituriyent iştirak edib. Onlardan 996 nəfəri yüksək nəticə göstərərək 600-dən yuxarı bal toplayıb: "Yüksək nəticə göstərənlər respublikanın, demək olar, bütün şəhər rayonlarını, o cümlədən bəzi kənd məktəblərini təmsil edir. Onlardan 670 nəfəri şəhər, 326 nəfəri rayon kənd məktəblərinin məzunlarıdır". Onun sözlərinə görə, 600-dən yuxarı bal toplayanlar sırasında mülki ali məktəblərlə yanaşı, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına (4 nəfər) Polis Akademiyasına (6 nəfər) daxil olanlar da var. Yüksək nəticə göstərənlər I qrupda (texniki təbiət elmləri üzrə ixtisaslar) 164, II qrupda (iqtisadiyyat üzrə ixtisaslar) 218, III qrupda (humanitar ixtisaslar) 391, IV qrupda (tibb ixtisasları) 223 nəfərdir. Sonuncu qəbul imtahanlarında 2 nəfər maksimal nəticə - 700 bal toplayıb. Onların hər ikisi III ixtisas qrupunun abituriyentləridir. IV ixtisas qrupu üzrə 600-dən yuxarı bal toplayan 4 abituriyent isə Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasına qəbul olub.

M.Abbaszadə bildirib ki, bu il 600-dən yuxarı bal toplayanlarla ənənəvi görüşlər keçirilib: "Biz bu görüşlərdə abituriyentlərlə geniş fikir mübadiləsi aparıb, onların rəy təklifləri dinləmişik. Çünki imtahanlarda yüksək nəticə göstərmiş abituriyentlər digərləri üçün nümunə ola bilər. Biz çalışırıq ki, gələcək abituriyentlər bu gənclərin təcrübəsindən bəhrələnsinlər".

TQDK sədri bu il qəbul imtahanlarında nəzarətçi kimi iştirak edən fəaliyyəti yüksək qiymətləndirilən müəllimlərin mükafatlandırıldığını da deyib: "Nümunəvi fəaliyyətinə görə 579 nəzarətçiyə təşəkkür elan edilib. O cümlədən 31 müəllim fəxri fərmanlarla təltif edilib. Həmin müəllimlərin pedaqoyi fəaliyyətlərinin qiymətləndirilməsində bu amilin keyfiyyət göstəricisi kimi nəzərə alınması xahişi ilə Təhsil Nazirliyinə, müvafiq təhsil şöbələrinə orta məktəblərə məktublar ünvanlanıb". TQDK sədrinin sözlərinə görə, TQDK-nın nəzarətçilər bazasına 6837 fənn müəllimi daxildir: "2009-cu ildə keçirilən qəbul imtahanlarında 3552 nəzarətçi-müəllim iştirak edib. Onlardan 153 nəfəri imtahanda laqeydlik, səhlənkarlıq göstərdiklərinə təlimata əməl etmədiklərinə görə nəzarətçilər bazasından çıxarılıb, 62 müəllimə şifahi xəbərdarlıq olunub". Komissiya sədri əlavə edib ki, qəbul imtahanları başa çatdıqdan sonra bu prosesdə iştirak edən nəzarətçilərin fəaliyyəti ciddi şəkildə araşdırılıb. Bu zaman çoxsaylı meyarlar nəzərə alınıb, zalı idarə etmə səviyyələri, imtahan texnologiyası qaydalarına əməl etmələri, 600-dən yuxarı bal toplayan abituriyentlərin sorğu anketlərində imtahan verdiyi zalın nəzarətçisi haqqında qeyd, rəy qiymətləndirməsi digər vacib amillər əsas götürülüb. Komissiya sədrinin sözlərinə görə, ali məktəblərin bakalavr magistr pillələrinə dövlət qulluğuna qəbulla bağlı keçirilən test imtahanlarında nəzarətçi müəllimlər Bakı, Sumqayıt şəhərlərinin, Abşeron rayonunun Naxçıvanın orta ümumtəhsil məktəblərindən seçilir. Əsas təhsil bazasından orta ixtisas təhsili məktəblərinə qəbul imtahanları isə həm bölgələrdə keçirildiyinə görə Gəncə, Şəki, Göyçay, Mingəçevir, Lənkəran, Quba şəhərlərinin orta məktəblərinin müəllimləri bu imtahanlarda nəzarətçi kimi iştirak edirlər. Qurum rəhbəri bildirib ki, 2009-cu il ərzində nəzarətçilərin hazırlığı məqsədilə ənənəvi seminar-məşğələlər keçirilib.

M.Abbaszadə oktyabrın 31-dən onlayn seminarlara start verildiyini vurğulayıb. İlk onlayn seminarın Lənkəranda təşkil olunduğunu deyən sədr bu seminarda internetlə bağlantı yaradıldığını söyləyib. O qeyd edib ki, seminarlarda Bakıdan gedən mütəxəssislər, Lənkəranın müəllimləri iştirak edib. Həmin seminarda onlayn internet vasitəsilə Bakıdakı mütəxəssislərlə canlı bağlantı qurulub mövzu ətrafında məruzələr dinlənilib fikir mübadiləsi aparılıb: "Növbəti onlayn seminarın Gəncə şəhərində keçirilməsi nəzərədə tutulub. Bu gün regionlarımızda çox yaxşı müəllimlərimiz var onların rəy təklifləri yeni qaydalar tətbiq olunan zaman nəzərə alınacaq".

 

 

Həqiqət

 

Kaspi.-2009.-14-16 noyabr.-S.2.