Əzizə Mustafazadə Türkiyədə
çıxış edib
Antalya Böyükşəhər Bələdiyyəsi tərəfindən təşkil edilən X Beynəlxalq Antalya Piano Festivalı çərçivəsində cazın bakılı şahzadəsi Əzizə Mustafazadə unudulmaz konsert proqramı ilə çıxış edib.
Səhnədə gitaraçı Ralf Ketto və zərb alətlərində Simon Zimbardonun müşayiəti ilə Aşıq Veysəlin "Uzun incə bir yoldayım" əsəri ilə konsertinə başlayan caz ustası salonu dolduran musiqiçilərdən alqış istəyib.
Konsertin yekununda azərbaycanlı sənətçiyə Antalya Böyükşəhər Bələdiyyə başqanı Mustafa Akaydın təşəkkür diplomu verib. Daha sonra Əzizə Mustafazadə heyranları üçün albom SD-ləri imzalayıb.
Antalya Piano Festivalına 2-ci dəfə qatıldığı üçün xoşbəxt olduğunu ifadə edən Əzizə Mustafazadə: "İki il öncə təkrar gələcəyimi və tək gəlməyəcəyimi demişdim. Mən sözümün üstündə dayanmağı sevirəm. Antalyanın atmosferi məni sehirləyir. Antalyalılar üçün bu gün özəl bir konsert proqramı hazırladım. Ümid edirəm ki, bu, hamının xoşuna gəlib" - deyə bildirib.
İbrahimova S.
Kaspi.-2009.-20 noyabr.-S.16.