Milli Dram Teatr repertuarını yeniləşdirib

 

Tamaşalar yaxın aylarda təqdim ediləcək

 

Akademik Milli Dram Teatrı 137-ci mövsümündə bir sıra yeni tamaşalar hazırlayır. Teatrın mətbuat əlaqələndiricisinin məlumatına görə, hazırda məşhur "dedektiv kraliçası" Aqata Kristinin "Tələ" əsərinin üzərində məşqlər başa çatmaq üzrədir noyabr ayında tamaşanın təqdimatı keçiriləcək. Tamaşada Xalq artistləri Zərnigar Ağakişiyeva, Ramiz Məlik, Rafiq Əzimov, Əməkdar artistlər Sənubər İsgəndərova, Elxan Quliyev, Abbas Qəhrəmanov, artistlər Vəfa Rzayeva, Mətləb Abdullayev başqaları oynayacaqlar. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur. Əsərin qısa məzmunu haqqında danışan mətbuat katibi bildirib ki, hadisələr Şotlandiyanın ucqar dağ pansionatında cərəyan edir: "Burada bir-birinin ardınca pansionatda istirahət edənlərdən biridir: "Dedektiv kraliçası" özünəməxsus bir üslubda tamaşaçıların qarşısında maraqlı tapmacalar qoyur, ancaq həmişə olduğu kimi, tapmacanın açması hamı üçün gözlənilməz olur".

Teatr truppasının hazırladığı növbəti səhnə əsəri qırğız yazıçısı dramaturqu Çingiz Aytmatovun "Çingiz xanın buludu" əsəridir. Əsərdə böyük sərkərdənin həyatında baş verən tarixi hadisələrdən bəhs edilir. Baş rollarda Xalq artistləri Ramiz Novruz, İlham Əsgərov, Əməkdar artistlər Əli Nur, Elxan Quliyev başqaları çıxış edəcəklər. Tamaşanın quruluşçu rejissoru Rövşən Almuradlıdır.

Eyni zamanda fransa yazıçısı Jan Anuyun əsərlərindən biri teatrda səhnələşdirilir. Onun qədim yunan dramaturqu Sofoklun "Antiqona" faciəsi əsasında eyniadlı müasir yozumu dünya teatrlarının bir çox səhnəsində öz uğurlu həllini tapmaqdadır. Hazırda milli teatrın baş rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov tamaşaçıları məzmunlu mənalı əsərlə tanış etmək niyyətindədir. Xatırladaq ki, oynanılacaq tamaşada Xalq artisti Səyavuş Aslan, Əməkdar artistlər Münəvvər Əliyeva, Əsgər Məmmədoğlu, aktyorlar Aslan Şirinov, Əminə Babayeva rol alıblar.

Bundan başqa, balaca tamaşaçılar üçün Xanım Həsənovanın "Tülkü, tülkü, tünbəki..." pyesi üzərində yaradıcılıq işləri başlayıb. Teatr kollektivi əmindir ki, milli nağıl qəhrəmanlarını cəmləyən bu gülüş dolu eyni zamanda ibrətamiz əhvalat həm uşaqlar, həm valideynləri üçün yaddaqalan teatr tamaşasına çevriləcək.

Məlumatda qeyd olunur ki, milli teatrla "Yuğ" teatrı arasında olan birgə layihənin quruluşçu rejissoru "Yuğ" teatrının bədii rəhbəri, rejissor Vaqif İbrahimoğludur. Tamaşa bu ilin sonunda təqdim olunacaq.

 

 

Kaspi.-2009.-20 oktyabr.-S.15.