Fransada aşıq havası səslənir

 

Həmyerlimiz "Qazax" adlı qrup yaradıb

 

Fransada yaşayan Fredrik Qazaxbəyli adlı əslən azərbaycanlı musiqiçi "Qazax" adlı qrup yaradaraq, proqrama Azərbaycanın el havalarını daxil edir. Artıq qrupun solistlərindən biri, fransalı Meluka Obri Mikayıl Azaflının "Amandı" aşıq mahnısını səsləndirib.

Fredrik Qazaxbəylinin məlumatına görə, onların yeni repertuarı "La fibre" adlı növbəti albomlarında yer alacaq. "Qazax" qrupunun "Foto" adlanan ilk albomunda isə Azərbaycan Fransa milli musiqisinin ritmlərindən istifadə edilib. Artıq onlar iki ölkənin musiqilərinin sintezi ilə məşğul olurlar. Öyrəndik ki, tamamlama işləri gedən albomda 13 mahnı yer alacaq ki, bunlardan ikisi Azərbaycan musiqisinin payına düşür. İkinci mahnı Ələkbər Tağıyevin "Sən gəlməz oldun" bəstəsidir. Layihənin maraqlı tərəflərindən biri budur ki, bir çox mahnı tar kamançanın müşayiəti ilə yazılıb. Həmin ifaçılar Elşən Malik Mansurov qardaşlarıdır.

Qeyd edək ki, Fredrik Qazaxbəylinin atası İlyas Qazaxbəyli II Dünya müharibəsi zamanı almanlara əsir düşüb müharibədən sonra Fransada yaşamağa qərar verib.

 

 

S.İBRAHİMOVA

 

Kaspi.-2009.-22 oktyabr.-S.16.