"Teatr, təhsil mənəviyyatımız" birgə layihəsi gerçəkləşib

 

Gənc Tamaşaçılar Teatrı Suraxanı rayon məktəblərinin "Teatr, təhsil mənəviyyatımız" birgə layihəsi bu günlərdə Suraxanı rayonundakı 87 saylı orta məktəbdə gerçəkləşib. Teatrın mətbuat xidmətinin məlumatında bildirilir ki, layihənin rəhbəri, GTT-nin direktoru, Əməkdar artist Mübariz Həmidovun, onun müəllifləri Rafiq Rəhimlinin Nigar Əzimovanın bu layihənin gerçəkləşməsində əsas məqsədi teatrla məktəbin bir-birinə yaxınlaşması şagirdlərin vətənpərvərlik, sədaqət ruhunda tərbiyə edən tamaşalara cəlb olunmasıdır.

Tədbiri, teatrın ədəbi-hissə rəhbəri Rafiq Rəhimli açaraq akademik Ramiz Mehdiyevin "Azərbaycanın efir məkanı: problemlər vəzifələr" adlı məqaləsindən sitat gətirərək müasir texnika zənginliyində tərbiyənin ən gözəl nümunəsinin teatrda məktəbdə olduğunu bildirib. Xalq artisti Ağaxan Salmanlı "Teatr, məktəb, ailə" mövzusunda çıxış edərək, problemlərin həlli yollarını açıqlayıb.

87 saylı məktəbin direktoru Elmira Ələkbərova bildirib ki, o, rəhbərlik etdiyi təhsil müəssisəsinin şagirdlərini teatra məhəbbət ruhunda tərbiyəyə istiqamətləndirir, GTT-nin tamaşalarında mütəmadi iştirakına nail olur. Tədbirdə həmçinin Xalq artisti Vaqif Əsədov, Tariyel Qasımov, aktrisa Almaz Mustafayeva, redaktor Səriyyə İsmayılova, 154 saylı məktəbin direktoru Əli Əliyev, Suraxanı Gənclər Təşkilatının nümayəndəsi Xalid Mustafayev, "Müasir Azərbaycan müəllimi" qəzetinin redaktoru İkram Süleymanov, şairə Sona Mövsümqızı, III sinif şagirdi Ayşən Əlizadə çıxış ediblər. Onlar Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrını məktəblilər üçün tərbiyə ocağı hesab etdiklərini belə bir layihəni dəstəklədiklərini vurğulayıblar.

Tədbirdə teatrın repertuarı barədə geniş söhbət açılıb. Sonra cari repertuarda olan A.Şaiqin "Tıq-tıq xanım", S.S.Axundovun A.Şaiqin "Qaraca qız", Süleyman Rüstəmin "Çimnaz xanım yuxudadır" tamaşalarından parçalar oynanılıb. Əməkdar artistlər Lətifə Əliyeva Naibə Allahverdiyeva Səməd Vurğunun "Ananın öyüdü, Bəxtiyar Vahabzadənin "Bir salama dəymədi" şeirlərini söyləyiblər.

 

 

Təranə

 

Kaspi.-2009.-22 oktyabr.-S.15.