İlin ən fəal deputatları mükafatlandırıldı

 

Millət vəkillərinin fəaliyyəti 4 nominasiya üzrə qiymətləndirilib

 

Bu nominasiyada millət vəkilləri Qənirə Paşayeva, Qüdrət Həsənquliyev, Cəmil Həsənli, Fuad Muradov, İltizam Əkbərli, Sabir Rüstəmxanlı da qalib elan olunub. Sorğunun nəticələrinə əsasən, "İlin fəal millət vəkili" nominasiyasında millət vəkilləri Aydın Mirzəzadə, Siyavuş Nov-ruzov, İqbal Ağazadə, Pənah Hüseyn, Fazil Qəzənfəroğlu, Vahid Əhmədov, Zahid Oruc, Əli Məsimli, Azay Quliyev, Arzu Səmədbəyli fərqləniblər. "Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən fəal millət vəkili" nominasiyasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və sədrin müavini Bahar Muradova qalib elan olunublar. Sorğuya əsasən, ilin ən passiv millət vəkilləri də müəyyənləşdirilib. Bu nominasiyada Nəsib Nəsibli, Məcid Kərimov, Xəlilbəy Günəşov, Əhəd Əhmədov, Əhməd Vəliyev, Sabir Hacıyev, Mixail Zabelin, Rafiq Məmmədhəsənov və Maqsud İbrahimbəyov "fərqləniblər".

Dünən keçirilən təqdimetmə mərasimində millət vəkillərinə mükafatlar təqdim olundu. Mərasimdə çıxış edən təşkilatın rəhbəri Elşad Eyvazlı fəaliyyətləri ərzində əsas diqqəti "reket" jurnalistlərə yönəltdiklərini bildirdi. Onun sözlərinə görə, aparılan iş nəticəsində 60-dək "reket" jurnalistin parlamentdən uzaqlaşdırılmasına nail olunub. Artıq parlamentdə bu tip jurnalistlər yoxdur. Təşkilatın ötən il həyata keçirdiyi digər bir layihə isə yerli və xarici jurnalistlərin Qubadakı kütləvi məzarlığa səfərinin təşkili və məzarlıqdan hazırlanmış reportajlarla bağlı müsabiqənin keçirilməsi olub. Hazırda təşkilat Quba məzarlığı ilə bağlı məlumatların dünya ic-timaiyyətinə çatdırılması istiqamətində işlərini davam etdirir. Yaxın vaxtlarda təşkilatın dəstəyi ilə Quba məzarlığındakı faktları əks etdirən saytın təqdimatı keçiriləcək. Saytda ermənilərin azərbaycanlılara qarşı tarix boyu həyata keçirdiyi soyqırımı faktları da işıqlandırılacıq.

E.Eyvazlı dedi ki, Parlament Jurnalistləri Birliyi Türkdilli Ölkələrin Parlament Jurnalistləri Birliyinin yaradılması istiqamətində də iş aparır. Artıq bununla bağlı Türkiyə və Qazaxıstanın parlament jurnalistləri ilə razılıq əldə olunub. Digər türkdilli ölkələrin parlament jurnalistləri isə birlikdə təmsil olunmaqda tərəddüd edirlər. Təşkilat rəhbəri dedi ki, bütün problemlərə baxmayaraq, bu il türkdilli ölkələrin parlament jurnalistlərinin toplantısının təşkil olunması nə-zərdə tutulur. Artıq Türkiyə Parlament Jurnalistləri dərnəyi tədbirdə iştiraka razılıq verib. Qazaxıstanın Azərbaycandakı səfıri də ideyanı müsbət cavablandırıb. Hazırda digər türkdilli dövlətlərin parlament jurnalistləri ilə müzakirələr davam edir. Türkdilli jurnalistlərin bir araya gətirilməsində əsas məqsəd yenicə təsis edilən Türkdilli Dövlətlərin Parlament Assambleyası haqqında ictimaiyyətin məlumatlandırılması olacaq.

E.Eyvazlı qeyd etdi ki, təşkilatın həyata keçirdiyi digər layihə Azərbaycan Milli Mətbuat Ensiklopediyasının hazırlanmasıdır. Hazırda bu istiqamətdə iş aparılır. Təşkilat rəhbərliyi bu-nunla bağlı müvafiq instansiyaların təmsilçiləri ilə müzakirələr keçirib. Nəzərdə tutulur ki, en-siklopediya ali məktəblərdə tədris vəsaiti kimi istifadə olunsun.

Təqdimat mərasimində çıxış edən millət vəkili Qənirə Paşayeva dalbadal üçüncü ildir aldığı mükafatla fəxr etdiyini bildirdi:

"Mən indiyə kimi çox mükafat almışam. Amma bu mükafat onlarm hamısından əzizdir. Çünki bu mükafatı mənə həmkarlarım verir. Öz peşə fəaliyyətimdən də bilirəm ki, jurnalistlər kimisə mükafatlandırmaqda həmişə xəsis olurlar. Mən özüm də belə idim. Hesab edirəm ki, bu bizə göstərilən böyük etimaddır. Çalışacağam ki, gələcəkdə də bu etimadı doğruldum". Q.Paşayeva parlament jurnalistlərinə qılınc bağışladı. "Arzu edirəm ki, qılıncınız heç vaxt millət vəkillərinin başı üstündən əskik olmasın" -deyə Q.Paşayeva vurğuladı.

Millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin işi barədə məlumatların ölkə ictimaiy-yətinə çatdırılmasında parlament jurnalistlərinin xüsusi rol oynadığını dedi. Onun sözlərinə görə, bu baxımdan millət vəkilləri parlamentdeki jurnalistlərin işini həmişə müsbət qiymətləndirirlər.

Millət vəkili Cəmil Həsənli parlamentdəki jurnalistlərlə deputatlar arasında heç bir fərq qoymadığını dedi. Onun fıkrincə, müasir cəmiyyəti jurnalistlərsiz təsəvvür etmək mümkün deyil. Azərbaycanm müstəqilliyinə gedən yolda da qələm, jurnalistika və publisistika böyük rol oynayıb. Çıxışının sonunda millət vəkili jurnalistlərə qələm hədiyyə etdi. "Qənirə xanım sizə qılınc hədiyyə etdi. Azərbaycanda uzun müddətdir qılıncla qələm birgə irəliləyir. Buna görə mən də sizə qələm bağışlayıram" - deyə C.Həsənli vurğuladı.

Millət vəkili İkram İsrafıl jurnalistlərin çox az əməkhaqqı ilə fədakarcasına çalışdıqlarını qeyd etdi.

Millət vəkili Aydın Mirzəzadə aldığı mükafatı jurnalistlər tərəfindən verilən avans kimi qiymətləndirdi. Onun sözlərinə görə, bu mükafat deputatları bu il daha yaxşı işləməyə sövq etməlidir.

 

 

Quliyev İlham

 

Kaspi.-2009.-17-19 yanvar.-S.4.