20 Yanvar faciəsinin ildönümü
ABŞ Konqresində anılıb
20 Yanvar faciəsinin növbəti ildönümü
ABŞ Konqresində anılıb. AzərTAc-ın məlumatına görə,
Nümayəndələr Palatasında
Azərbaycan məsələləri
üzrə işçi
qrupunun üzvü, Tennesi ştatının demokrat təmsilçisi Stiv Koen bəyanatla
çıxış edib.
O vurğulayıb ki,
20 Yanvar tarixi Birləşmiş Ştatlarda
hər dörd ildən bir andiçmə günü
kimi təntənəli
hadisəyə təsadüf
etsə də, Azərbaycan xalqı bu günü sovet qoşunları qarşısına çıxaraq
azadlıq uğrunda şəhid verdiyi gün kimi yad
edir. 1990-cı il yanvarın 20-də
Bakıda sovet imperiyasının taleyi həll olunub. S.Koen bildirib ki, keçmiş
SSRİ prezidenti Mixail
Qorbaçovun fövqəladə
vəziyyət haqqında
qərarına əsasən,
yanvarın 19-dan 20-nə keçən
gecə Azərbaycana
26 minlik qoşun yeridilib. Sovet qoşunlarının müdaxiləsi xalqın müstəqillik ruhunu qırmaq məqsədi güdsə də, bu, əksinə, milli mənlik hisslərini daha da alovlandırıb və Sovet İttifaqının
dağılmasını sürətləndirib.
Həmin hadisələr
zamanı "qayda-qanunu
bərpa etmək"
adı altında sovet əsgərləri
140 nəfəri qətlə
yetirib, 700-dən çox
adamı yaralayıb,
841 nəfəri həbs
edib, 5 nəfər isə itkin düşüb. S.Koen onu da vurğulayıb
ki, sovetlər dövründən miras qalan iqtisadi və siyasi problemlərə, eləcə
də Ermənistanın
Azərbaycan torpaqlarının
20 faizini işğal etməsinə baxmayaraq, Azərbaycan Respublikası
müstəqilliyini qoruyub
saxlayıb. Bu gün Azərbaycan yüksək iqtisadi artım göstəriciləri
nümayiş etdirən,
çiçəklənən dövlətdir. Bunun səbəbləri
isə azad şəkildə seçilən
prezident və parlament, eneryi sektorunun aparıcı rol oynadığı bazar iqtisadiyyatı islahatları, ən əsası, Azərbaycan ərazisində xarici qoşunların yerləşdirilməməsidir.
Qeyd edək
ki, qanlı Yanvar hadisələrinin
19-cu ildönümü ABŞ-da fəaliyyət göstərən diaspor təşkilatları tərəfindən
də geniş qeyd edilməkdədir. ABŞ
Azərbaycanlıları Şəbəkəsi
yaydığı bəyanatda
faciə qurbanlarının
xatirəsini bir dəqiqəlik sükutla yad etməyə çağırıb. Vaşinqtondakı
Azərbaycan Ticarət
və Mədəniyyət
Mərkəzi isə Azərbaycan səfirliyi ilə birgə təşkil etdiyi toplantıda amerikalı auditoriya qarşısında
Qanlı Yanvar gecəsini Lider Televiziyasının istehsalı
olan "Qara Yanvara aparan yol" sənədli filmi vasitəsilə canlandırıb.
K.HACIYEV
Kaspi.- 2009.- 22 yanvar.- S. 4.