Ötən il 1800-ə yaxın müəssisə özəlləşdirilib 

 

290-a yaxın müəssisə və obyektin torpaq sahələrindən isə qeyri-qanuni istifadə edilib

 

Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən (DƏİEDK) verilən məlumata görə, dünən DƏİEDK- görülmüş işlər cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib. Ötən il ərzində yerinə yetirilmiş işlərdən danışan komitə sədri Kərəm Həsənov bildirib ki, dövlət əmlakının özəlləşdirilməsi prosesində səmərəliliyin şəffaflığın artırılması, özəlləşdirmənin sürətləndirilməsi dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi davam etdirilib.

Bu məqsədlə 30-dan çox normativ hüquqi sənədin layihələri hazırlanıb. Ötən il ərzində dövlət əmlakının özəlləşdirilməsi sahəsində həyata keçirilən işlər nəticəsində 1800-ə yaxın kiçik dövlət müəssisə obyekti özəlləşdirilib, orta iri dövlət müəssisələrinin bazasında 10 səhmdar cəmiyyəti yaradılıb. Səhmdar cəmiyyətlərinin səhmlərinin özəlləşdirilməsi ilə bağlı 60-a yaxın hərrac keçirilib. Bu hərraclarda 125-ə yaxın səhmdar cəmiyyətinin səhmləri özəlləşdirilib: "2008-ci il ərzində 800-ə yaxın müəssisə obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib. Fiziki hüquqi şəxslərə dövlət əmlakının özəlləşdirilməsi mülkiyyət hüquqlarının əldə edilməsinə dair 2700-ə yaxın şəhadətnamə verilib. 2700-ə yaxın müəssisə obyektlərin isə texniki pasportları tərtib edilib".

 

Özəlləşdirilmiş müəssisələrə 52 milyon manatlıq investisiya qoyulub

 

K.Həsənov bildirib ki, dövlət müəssisələrinin investisiya müsabiqələri vasitəsi ilə özəlləşdirilməsinin sürətləndirilməsi davam etdirilir. Bu zaman daxili bazarın tələbatının ödənilməsi, ixrac yönümlü məhsul istehsalı, istehsal prosesində əsasən yerli xammaldan istifadə edilməsi, yerlərinin açılması, əməkhaqqı sosial borcların ödənilməsi kimi meyarlara cavab verən investisiyalara üstünlük verilir. Bu məqsədlə 2008-ci il ərzində 20-ə yaxın müəssisə investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilib. Müqavilə şərtlərinə əsasən, müsabiqələrin qalibləri tərəfindən bu müəssisələrə 20 milyon manata yaxın həcmində investisiya qoyuluşlarının həyata keçirilməsi 1150-ə yaxın yeni yerinin açılması nəzərdə tutulur. İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə 2008-ci il ərzində 52 milyon manat məbləğində investisiya qoyulub, 560 yeni yeri açılıb. İnvestisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilmiş 14 müəssisə üzrə mülkiyyət hüququ alıcılara keçib: "Ötən dövr ərzində "Azərcell Telecom" birgə müəssisəsindəki dövlətə məxsus payın özəlləşdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib dövlət payının alqı-satqısına dair müqavilə imzalanıb. "Caspian-American Telecommunications LLC" birgə müəssisəsinin nizamnamə kapitalındakı dövlətin payının özəlləşdirilməsi "Kapital Bank" ASC-nin dövlətsizləşdirilməsi başa çatdırılıb".

 

170 müəssisə səhmdar cəmiyyətlərində dividendlərin vəziyyəti araşdırılıb

 

Dövlət müəssisələrinin özəlləşdirməqabağı sağlamlaşdırılması özəlləşdirmədən sonra dəstəklənməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilib. Bu məqsədlə komitə tərəfindən sahəvi təhlillər aparılıb. Komitə sədri bildirib ki, özəlləşdirilmiş müəssisələrin dəstəklənməsi üzrə kənd təsərrüfatı məhsullarının emalı, toxuculuq tikiş sənayesi sahəsində özəlləşdirilmiş müəssisələrə dəstək verilib. Eyni zamanda, özəlləşdirilmiş müəssisələrin istehsal etdiyi məhsulların rəqabət qabiliyyətinin ixrac potensialının artırılması, investisiyaların cəlb edilməsi əsasında maliyyə potensialının artırılmasının dəstəklənməsi istiqamətlərində tədbirlər həyata keçirilib: "Özəlləşdirilmiş 50 müəssisə üzrə fərdi dəstəklənmə tədbirləri həyata keçirilib müxtəlif mövzularda seminarlar təşkil edilib. Özəlləşdirilmiş müəssisələrin nümayəndələrinin xarici təcrübə ilə tanışlığı da təmin edilib".

K.Həsənov Dünya Bankının həyata keçirdiyi Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsindən söz açıb. Belə ki, layihə çərçivəsində komitə üçün "Dövlət əmlakının idarə edilməsi sistemi"nin hazırlanması ilə bağlı zəruri tədbirlər davam etdirilib. Onun sözlərinə görə, ötən müddətdə monitorinqlər həyata keçirilib. Bu monitorinqlər dövlət əmlakının idarə edilməsinin effektivliyinin artırılması, mühafizəsinin təmin edilməsi, ondan səmərəsiz qanunsuz istifadə hallarının aradan qaldırılmasına yönəlib. Dövlət əmlakının təyinatı üzrə səmərəli istifadə olunması vəziyyəti araşdırılarkən qeyri-qanuni istifadə halları da üzə çıxarılıb: "Aparılan monitorinqlər nəticəsində aşkar edilmiş 290-a yaxın müəssisə obyektin torpaq sahələrindən qeyri-qanuni istifadə hallarının aradan qaldırılması ilə bağlı işlər görülüb. 2008-ci ildə 170-ə yaxın müəssisə səhmdar cəmiyyətlərində dövlət əmlakının mövcudluğu, qorunub saxlanılması ondan səmərəli istifadə olunması, habelə dövlət büdcəsinə dividendlərin hesablanılması ödənilməsi vəziyyəti araşdırılıb. Nizamnamə kapitalında dövlətin payı olan səhmdar cəmiyyətlərindən 402 balans hesabatı 470-ə yaxın inventarizasiya aktı qəbul edilib". Komitənin sərəncamında olan dövlət müəssisələrindən isə 202 balans hesabatı inventarizasiya aktı qəbul olunub: "Hesabat müddəti ərzində ümumilikdə dövlət müəssisə təşkilatlarından 5600 ədədə yaxın 2-Əmlak nömrəli statistik hesabatı qəbul edilib. Özəlləşdirmədən sonra alqı-satqı müqaviləsinin şərtlərinə əməl olunması fəaliyyətində öz profilinin saxlanılması ilə bağlı 100-dən çox sosial təyinatlı obyektdə monitorinqlər aparılıb".

 

113801 daşınmaz əmlak barədə məlumatlar artıq qeydiyyata alınıb

 

K.Həsənov əlavə edib ki, daşınmaz dövlət əmlakının icarə haqlarının toplanması sahəsində şəffaflığın və operativliyin təmin olunması də diqqətdə olub. Bu məqsədlə komitə tərəfindən tətbiq edilən avtomatlaşdırılmış ödəniş sistemi üzrə icarəçilər tərəfindən 8400-ə yaxın ödəniş həyata keçirilib: "2008-ci il ərzində 1000-ə yaxın daşınmaz dövlət obyekti icarəyə verilib. Dövlət əmlakının icarəyə verilməsindən 2008-ci ildə dövlət büdcəsinə 4,8 vəsait daxil olub ki, dövlət büdcəsi üzrə müəyyən edilmiş tapşırıqlar artıqlaması ilə yerinə yetirilib".

Komitə sədri dövlət əmlakının Registrdə qeydiyyata alınmasından da söz açıb. Belə ki, 1 yanvar 2009-cu il tarixinə 6229 hüquqi şəxs statuslu dövlət müəssisələri onların 4777 filiallarının (cəmi 11006 təsisat) malik olduğu 113801 daşınmaz əmlak barədə məlumatlar artıq qeydiyyata alınıb. Dövlət özəlləşdirilən müəssisələrin, hüquqi fiziki şəxslərə məxsus obyektlərin yerləşdiyi dövlət torpaqları haqqında yaradılmış məlumat bankına 8600-ə yaxın müəssisə obyektin yerləşdiyi dövlət torpaq sahəsi barəsində məlumatlar daxil edilib.

 

 

Həqiqət

 

Kaspi.- 2009.- 28 yanvar.- S.8.