Konstitusiya Məhkəmələrinin
Dünya Forumu keçirilib
Konstitusiya Məhkəməsinin
sədri Fərhad Abdullayevin başçılıq
etdiyi nümayəndə
heyəti Keyptaun şəhərində Avropa
Şurası Venesiya Komissiyası ilə Cənubi Afrika Respublikasının Konstitusiya
Məhkəməsinin birgə
təşkil etdiyi
"Konstitusiya ədalət
mühakiməsinin cəmiyyətin
inkişafına təsiri"
mövzusunda Konstitusiya
Məhkəmələrinin Dünya Forumunda iştirak edib. Bu barədə Konstitusiya
Məhkəməsinin mətbuat
xidməti məlumat yayıb. Məlumatda
bildirilir ki, tədbirin təntənəli
açılışında Cənubi Afrika Respublikasının prezidenti
Kalema Motlante çıxış edərək,
Konstitusiya nəzarəti
orqanlarını sıx
əməkdaşlığa dəvət edib, beynəlxalq forumun işinə uğurlar arzulayıb.
Forumda xarici konstitusiya nəzarəti orqanları qərarlarının milli konstitusiya məhkəmələrinin fəaliyyətində
tətbiqi, İnsan Hüquqları üzrə
Avropa Məhkəməsinin
təcrübəsinin konstitusiya
məhkəmələrinin qərarlarında öz əksini tapması, Konstitusiya məhkəmələrində
baxılan fərdi şikayətlərlə bağlı
müzakirələr və
fıkir mübadiləsi
aparılıb.
Forumun yekununda Bəyannamə qəbul edilib. Bəyannamədə deyilir ki, ölkə
konstitusiyalarında təsbit
edilmiş dəyərlərin
müdafıəsində Konstitusiya
məhkəmələri xüsusi
rol oynayır. Dünya Forumunda dinlənilmiş məruzələr və aparılmış müzakirələr
onu göstərir ki, bəzi konstitusiya-hüquq
xüsusiyyətlərinə baxmayaraq, konstitusiya nəzarəti orqanları
insan hüquq və azadlıqlarının
qorunması məqsədi
ilə bu sahədə beynəlxalq əməkdaşlıq həyata
keçirirlər. Bu əməkdaşlıq çərçivəsində
Konstitusiya Məhkəməsinin
hakimləri oxşar işlərə baxarkən
öz xarici həmkarlarının təcrübəsini
ümumiləşdirərək müvafıq məhkəmə
praktikasını tətbiq
edirlər. Məhz bu
məqsədlə milli
məhkəmələr arasında
məlumat mübadiləsinin
daha da genişləndirilməsi
məqsədəuyğun hesab
olunur.
K.Hacıyev
Kaspi.- 2009.- 29 yanvar.- S. 3.