Həmsədrlər detallı təkliflər hazırlayacaqlar 

 

Davos görüşündən bütün tərəflər razıdır

 

ATƏT-in Minsk qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Yuri Merzlyakov (Rusiya) Bernar Fasye (Fransa) Azərbaycan Ermənistan prezidentlərinin Sürix görüşünün nəticələrinə dair birgə bəyanatla çıxış ediblər. "Armenia Today"ın məlumatına görə, bəyanatda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində atılan son addımlar xroniki ardıcıllıqla sadalanıb: "ATƏT-in Minsk qrupunun həmsədrləri yanvarın 19-da Bakıda prezident İlham Əliyev xarici işlər naziri Elmar Məmmədyarovla, yanvarın 20- isə Yerevanda bu ölkənin prezidenti xarici işlər naziri ilə görüşüblər. Yanvarın 27- isə həmsədrlər Azərbaycan Ermənistan xarici işlər nazirləri ilə görüşüb bir gün sonra prezidentlər İlham Əliyev Sery Sərkisyanın Davosda keçirilən Ümumdünya İqtisadi forumu çərçivəsində görüşünü təşkil ediblər. Görüşdə həmsədrlər prezidentlərin Dağlıq Qarabağ münaqişəsinin 2007-ci ilin noyabrında ATƏT-in Madrid sammitində irəli sürülmüş prinsiplər əsasında sülh yolu ilə nizamlanmasına dair mövqelərini aydınlaşdırıblar. Həmsədrlər hər iki ölkənin xarici işlər nazirləri ilə baza prinsipləri ətrafında fikir ayrılıqlarını aradan qaldıracaq daha detallı təkliflər hazırlamaq işini davam etdirməyə razılıq veriblər".

Həmsədrlər ümid edirlər ki, münaqişənin yaxın gələcəkdə sülh yolu ilə nizamlanmasına nail olmaq üçün tərəflər fikir ayrılığı olan məsələlərdə ortaq məxrəcə gələ biləcəklər. "Münaqişənin nizamlanması tərəflər üçün indiki status-kvo vəziyyətindən daha sərfəlidir. Həmsədrlərin məqsədi Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktında nəzərdə tutulan ərazi bütövlüyü, öz müqəddəratını təyin etmə güc tətbiqinin yolverilməzliyi prinsipləri əsasında ədalətli balanslaşdırılmış həll yolunu tapmaqdır".

Erməni tərəfi Ermənistan Azərbaycan prezidentləri S.Sarkisyanla İlham Əliyevin Sürix görüşünün yekunlarını konstruktiv müsbət qiymətləndirib. Bu barədə "İnterfaks"a Ermənistan dövlət başçısının mətbuat xidmətindən məlumat verilib: "Görüş zamanı tərəflər danışıqlar prosesinin hazırki mərhələsinə dair mövqelərini təqdim ediblər. Danışıqların yekunlarına əsasən iki ölkə prezidenti xarici işlər nazirlərinə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə əməkdaşlıq şəraitində danışıqlar prosesini davam etdirməyi həvalə ediblər". Məlumata görə, Ermənistan Azərbaycanın dövlət başçıları həmsədrlərin tərəflərin mövqelərinin razılaşdırılması üzrə işi davam etdirmələrini istədiklərini bildiriblər. Görüş zamanı ATƏT-in Minsk qrupu həmsədrlərinin qarşıdakı regional səfərinə dair razılıq əldə olunub. Mətbuat xidmətindən qeyd olunub ki, S.Sarkisyanla İlham Əliyevin görüşü iki ölkə xarici işlər nazirlərinin, ATƏT-in Minsk qrupunun həmsədrləri ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsi Anyey Kasprşikin iştirakı ilə başlayıb. S.Sarkisyanla İlham Əliyevin görüşündən sonra danışıqlar geniş tərkibdə davam etdirilib.

 

 

Azər Nuriyev 

 

Kaspi.- 2009.- 30 yanvar.- S. 4.