Musiqi sevər kitabxanaçı

 

Tamella Əliyeva

 

Əməkdar Mədəniyyət işçisi Azərbaycan Milli Kitabxanasının musiqi şöbəsinin müdiri

 

1940-cı ilin payız fəslinin sonuncu ayı noyabrın 10-da Əbdürrəhim Əliyevin ailəsində 3-cü uşaq dünyaya gəlmişdi. Valideynləri bu uşağa Tamilla adnı qoyur. Qabaqda isə İkinci Cahan Müharibəsi vardı. O vaxt Tamillanın atası Əbdürrəhim Əliyev o vaxtki dünyaya lider olan Kommunist Partiya işçisi idi. O, məsul vəzifədə olan Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində kadrlar şöbəsinin müdiri işləyirdi. 1942-ci ildə onu Qutqaşn (indiki Qəbələ) rayonunun birinci katib vəzifəsinə göndərirlər və 1944-cü ildə rüşvətxorlar tərəfindən qətlə yetirilmişdir. Müharibənin qızğın çağında 4 körpə uşaqla qalan Aliyə aptekdə işləyərək, onların təlim-tərbiyəsi ilə məşğul olmuş, onlara ali təhsil vermisdir. Ailədə böyüyən 4 uşaqdan 3-ü atasının yolunu seçərək Azərbaycan Neft Akademiyasını bitirmiş, yalnız Tamilla ədəbiyyata maraq göstərmişdir. O, 1961-1966-cı illərdə Azərbaycan Dövlət Universitetinin "Kitabxanaçılıq" fakül-təsini bitirərək M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasına-indiki Milli Kitabxanaya göndərilmişdir. Tamilla xanım lap uşaqlıqdan harda olursa-olsun həmişə öndə getməyi, əməyi və zəhmətsevərliyi ilə seçilirdi.

Möhtəşəm elm məbədi olan kitabxanada elm adamlarına elmin müxtəlif sahələri üzrə xidmət etmək, onları istiqamətləndirmək, tədqiqat işlərinə köməklik göstərmək üçün kitabxanaçılardan böyük məsuliyyət, geniş dünyagörüşünə malik olmaq, intellektuallıq tələb olunur. İşə başladığı ilk günlərdən başlayaraq o, işə məsuliyyətlə yanaşır, kitab işləmə və sistemləşdirmə şöbəsində özünün zəhmətkeş olduğunu sübut edir. Yüzlərlə kitabın hansı bir elmə, fənnə aid olan ən xırda detallardan bəhs edən kitablara şifrə vermək məsuliyyəti, ixtisas terminologiyasını dərk etmək, elm sahələrindən baş çıxarmaq üçün bu işdə kitabxanaçıdan yüksək bilik tələb edir. Tamilla xanım əvvəl texniki ədəbiyyatla, bir qədər sonra incəsənətə dair ədəbiyyatla işləyir. Xasiyyətində olan hər hansı bir işin dərinliyinə getmək, onu sona qədər təhlil etmək xüsusiyyəti ona xüsusi zövq verirdi. Elə buna görə də bir mütəxəssis kimi fəxri fərmanlarla təltif olunurdu.

1971-ci ildə "Not musiqi ədəbiyyatı" şöbəsinə böyük kitabxanaçı vəzifəsinə təyin olunur. Kitabxana daxilində kitabxana sayılan bu şöbədə kitabxananın bütün əksər şöbələrində aparılan iş prosesləri öz əksini tapırdı.

İllərdən bəri qalan qrammafon vallannın təsvir olunub oxuculara çatdırılması sanki Tamilla xanımı gözləyirdi. Tamilla xanım "Qrammafon vallarının təsviri və kataloqların təşkili", "Fonoteka işçilərinə kömək", "Qrammafon valları ilə işləyən kitabxanalara kömək", "Bəstəkar Asəf Zeynallının anadan olmasının 80 illiyi münasibətilə metodik biblioqrafik tövsiyyələr" adlı metodik vəsaitlərin müəllifidir. Bundan başqa bir sıra elmi məqalələrin: "Kütləvi kitabxanalarda fonotekaların təşkili", "Milli kitabxananın musiqi dünyası", "Kütləvi kitabxanalarda musiqi ədəbiyyattnın ən yeni təbliq formaları", "Fikrət Əmirovun canı ömür", "Sultan Hacıbəyov - 85" (Görkəmli bəstəkar və pedaqoq) müəllifıdir.

Tamilla xanım eyni zamanda iri həcmli "Fikrət Əmirov- 85" adlı biblioqrafik göstəricinin müəllifidir.

1970-80-cı illərdə Tamilla xanım Mədəniyyət işçilərinin ixtiaslaşdırma kursunda "Fonotekaların təşkili və səs-yazmaların təsviri" fənnindən mühazirələr oxumuşdur. Bunlarla yanaşı BDU-nun "Kitabxanaşünaslıq informasiya" fakültəsinin, Bakı və Şuşa Mədəni-Maarif texnikumunun tələbələri ilə istehsalat-təcrübə məşğələləri aparır.

Tamila xanımın əməksevərliyi və işgüzarlığı Milli Kitabxananın işçilərinin dilindən:                    

 

Məmmədov Fazil Həsənbala oğlu

M.F.Axundov adına Azəbaycan Milli  Kitabxanasının Elmi tşlər Üzrə  direktor müavini- pedaqoji elmlər namizədi, Azərbaycan Respublikasının Əməkdar Mddəniyyət işçisi 

 

Mən 1960-cı ildən etibarən Milli Kitabxanada işləməyə başlamışam. Bütün bu illər ərzində xalqımızın iftixarı olan Milli Kitabxanada görülən işlər və onları həyata keçirən sadə peşə adamlarının bütün fəaliyyəti mənim gözlərim qarşısında olmuşdur. O zaman yeni yaranan şöbələrdən biri də "Not-musiqi ədəbiyyatı şöbəsi" idi. Elə həmin dövrdən şöbə üçün yararlı kadrlar seçmək məsələsi meydana çıxmışdı. Bu zaman kitabxananın müxtəlif şöbələrində çalışan gənc, səriştəli və bacarıqlı kadrları bir-bir nəzərdən keçirmək lazım gəlmişdi. Seçim işində o zamankı komsomol təşkilatının təmsilçisi kimi mən də iştirak edirdim. Bu ənənə əsasında 1971-ci ildə həmin şöbəyə seçilən ən bacarıqlı və işgüzar kadrlar içərisində "Not nəşrləri və səsyazmalar şöbəsi"nin müdiri Tamilla Məmmədova da var idi. O zaman Tamilla xanıma göstərilən böyük etimad bütün keçən illər ərzində onun fədakar əməyi üzrə dəfələrlə və birdəfəlik doğruldu.

Demək lazımdır ki, "Not nəşrbri səsyazmalar şöbəsi" artıq çoxdandır ki, bir müstəqil şöbə kimi tanınır fəaliyyət göstərir.

Hazırda şöbənin fondlarında 200.000-dən çox not nəşrləri, 30.000-ə qədər səsyazmaları, 2500 not əlyazmaları, 2000-dən çox səhnə əsərlərinin əlyazmaları, 10.000 nüsxə musiqi kitabları oxucuların istifadəsinə verilmişdir.

İndi bu zəngin xəzinədən respublikamızın ölkəmizdən kənar abonentlərin oxucuları istifadə edir. Mən tam cəsarətlə deyə bilərəm ki, bütün bu ədəbiyyat musiqi vasitələri bir-bir onun əlindən keçmişdir. Bu gün illərdən bəri gur fəaliyyət göstərən şöbənin işindən danışmaq Tamilla xanımın əməyindən fəaliyyətindən danışmaq deməkdir. Tamilla xanım 22 ildir ki, şöbəyə rəhbərlik edir. Bu illərdə şöbənin fəaliyyəti məhz onun bacarığı, səyi işə can yandırmağı sayəsində ildən-ilə yüksəlmişdir. Dövlətimiz Tamilla xanımın əməyinə yüksək qiymət verərək onun xidmətlərini xüsusilə dəfələrlə qeyd etmişdir. İndi isə Tamilla xanımın yaxasını Azərbaycan Respublikasının "Əməkdar Mədəniyyət işçisi" nişanı bəzəyir. Bu ad ona ana südü kimi halaldır.

 

Dəmir Bayramov "Kitabxana siyasəti və metodik rəhbərlik şöbəsi"nin müdiri

 

"Not nəşrləri və səsyazmaları şöbəsi"nin müdiri Tamilla Məmmədova prinsiplərinə yaxşı bələdəm. Uzun illərdir ki, Azərbaycan Milli Kitabxanasında səmərəli fəaliyyət göstərir. O, özünə və şöbənin işçilərinə qarşı son dərəcə tələbkardır. Tamilla xanımın bilik v``ə bacarığı, şəxsiyyəti bir-birini məntiqi mənada tamamlayır. O, hər hansı yığıncaqda, toplanışda öz fikirlərini açıq şəkildə söyləməyi bacarır. Hər hansı problemin həlli yollarını düzgün müəyyən etməyə qadirdir. Ətrafdakılar bu xanımın fikirləri ilə həmişə razılaşırlar.

T.Məmmədova demokratiyanı sevən, onun tələblərinə hər zaman əməl edən mütəxəssidir. Mən onunla elmi-metodilci məsləhətləşmələr aparanda həmişə məmnun qalmışam. Bu istedadlı mütəxəssis düzgün sözü deməkdən heç vaxt çəkinmir, çalışır ki, şöbənin işçiləri arasında nizam-intizam qaydaları qorunub saxlanüsın. O, bütun işlərdə operativliyi üstün tutur. Həmişə işin xeyrinə əlindən gələni əsirgəmir. Mən bu xanıma onda cəmləşən yaxşı keyfiyyətlərə görə can sağlığı və çoxşaxəli işlərində yeni-yeni uğurlar arzulayır, onu Əməkdar Mədəniyyət işçisi adına layiq görüldüyünə görə təbrik edirəm.

 

Mədinə Vəliyeva

"Diyarşünaslıq elmi biblioqrafiya şöbəsi"nin müdiri

 

Mən Tamilla xanımla 30 il öncə -1978-ci ildən tanışam. İlk tanışlıq, ilk təəssürat. Zənnimdə yanılmadım. Sonradan öyrəndim ki, xarici gözəlliyi ilə daxili aləmi vəhdət təşkil edən bu gözəl xanım "Not nəşrləri və səs-yazmaları şöbə"sinin müdiridir.

         Bu şöbə kitabxana daxilində "Musiqi ədəbiyyatı kitabxanası" hesab olunur. Bıı kitabxananın yaradılmasında Tamilla xanımın xidmətləri əvəzsizdir.

Onun səmimi çöhrəsi, davramş mədəniyyəti, diqqətçiliyi, öz işinə vurğunluğu heç kimin gözündən yayına bilməzdi.

 Tamilla xanım gözəl ailə başçısıdır. Sevimli anadır, gözəl nənədir. O eyni zamanda oxucuların da sevimlisidir. Sanki musiqi aləmi Tamilla xanımı öz dünyasına çəkmişdi. Oxucuların sorğularına operativ cavab verir, onları əlavə yeni materiallarla tanış edir. Bu da oxucu üçün böyük bir tapıntıdır. Dəyərli məsləhət, gözəl yol.

Çəkilən zəhmət heç vaxl itmir, heç kimin gözündən yayınmır. Tamilla xanıma bu yaxınlarda M.F.Axundov adına Milli Kitabxananın 85 illiyi münasibətilə verilən "Əməkdar Mədəniyyət işçisi" adı hamının ürəyindən oldu. Prezidentimizin kitabxanaçı əməyinə verdiyi bu yüksək qiymət bizdə də qürur hissi oyatdı. Demək, çəkilən zəhmət hədər getmir. Biz inanırıq ki, Tamilla xanım bundan da yüksək fəxri adlara layiq görüləcək.

Tamilla xanım, siz həmişə bahar, həmişə cavan, solmayan pöhrəsiniz. Biz sizin pöhrənizin bundan sonra da qol-qanad açacağına inanınq.

 

Zemfıra Əliyeva "Sorğu-informasiya şöbəsi"nin müdiri

 

        Bu gün Azərbaycan Milli Kitabxanasının sayılıb-seçilən, həmişə rəğbət bəslənən və bu rəğbəti, məhəbbəti sərvət kimi qoruyub saxlayan mədəniyyət fədaisi Tamilla xanım Əliyevamın kitabxanada keçən ömür yoluna sizlərlə birgə səyahət edəcəyik.

1940-cı ildə Bakı şəhərində dünyaya gəlib. Ziyalı nəslin nümayəndəsidir. Qəlbinin alovu, dilinin düzgünlüyü, əməlinin saflığı ilə hər kəsdən fərqlənir.

Atası Əbdülrəhim bəy Əliyev Neft Akademiyasının məzunu olub. Bir çox məsul vəzifələrdə, həmçinin Qəbələ rayonunda RPK-nın birinci katibi vəzifəsində, rüşvətxorluğa qarşı cinayətlərlə mübarizəyə rəhbərlik edib. Odur ki, 39 yaşnıda ikən, yəni 1944-cü ildə sui-qəsd nəticəsində qətlə yetirilib. Onun gənc həyat yoldaşı Aliyə xanım dörd övladla birgə amansız taleyə boyun əyməyib. Onun 24 yaşı olmasına baxmayaraq bütün övladlarını vətənpərvər ruhda böyüdüb, ali təhsil almalarına yardımçı olub. Elə bunun nəticəsidir ki, Tamilla xanım 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin "Kitabxanaşünaslıq və informasiya" fakültəsini fərqlənmə diplomu ilə başa vurmuş və həmin ildən də M.F.Axundov adına Milli Kitabxananın Kitabişləmə və sistemləşdirmə şöbəsi"ndə əmək fəaliyyətinə başlamışdır. İşinin dərinliklərini məsuliyyətlə mənimsəyən, ona bələd olan, onu qoruyan, təbliğ edən Tamilla xanım 1971-ci ildə kitabxananın məsul işçılərinin seçimi nəticəsində "Not nəşrləri və səsyazmaları şöbəsi"ndə fəaliyyətə başlayır. Bu şöbənin, musiqimizin, milli dəyərlərimizin qorunmasında, saxlanmasında, təbliğində onun səyləri danılmazdır. Kitabxananın bu günü, gələcəyi üçün əlindən gələni, gücü çatanı əsirgəmir Tamilla xanım. Ömrünün 43 ilini şərəflə, ləyaqətlə yaşayıb, yaradıb bu mədəniyyət ocağında. Yüzlərlə oxucusu olan kitabxanaya alimlər, elm xadimləri, incəsənət və ali məktəb tələbələri ardı kəsilmədən müraciət edirlər və burada onlara layiqincə xidmət göstərilir ki, bu da rəhbərliyin tələbkarlığı, işçinin qayğıkeşliyindən irəli gəlir. Ümuniyyətlə Tamilla xanım təkcə kitabxana işçilərinə deyil, bütün oxucuların sevimlisinə çevrilib ki, onun dövlət tərəfindən də belə layiqli qiymət alması bütün kollektivin sevincinə səbəb oldu. 17 noyabr 2008-ci ildə Prezidentin Fərmanı ilə Tamilla xanım Əliyeva Əməkdar Mədəniyyət işçisi adına layiq göriilmüşdür. Biz də onun sevinclərinə qoşulur və ona bu şərəfli peşəsində uğurlar və möhkəm can sağlığı arzulayınq.

 

Məmmədova Zibeydə

"Xarici Ədəbiyyat və Beynəlxalq Kitab Mübadiləsi şöbəsi"nin müdiri

 

Mən, Tamilla xanımla 1966-cı ildə kitabxanada tanış olmuşam. O, əmək fəaliyyətinə başladığı ilk günlərdən, gənc olmasına baxmayraq işə çox məsuliyyətlə yanaşmış, öz işini sevmişdir. Kitabxanaçı kimi fəaliyyətə başlayanTamilla xanım şöbə müdiri vəzifəsinə qədər yüksəlmişdir. İşə başladığı ilk illərdən öz fəallığı, prinsipiallığı, məqsədinə nail olma bacarığı ilə seçilmişdir. Şöbədə kataloqların düzülməsi, sistemləşməsi, oxuculara xidmət sahəsində onun müstəsna rolu olmuşdur. Kitabxananın bütün tədbirlərində yaxından iştirak etmiş, öz köməyini əsirgəməmişdir.

Tamilla xanım bu gün də gənc kolleqalarına bu işin incəliklərini, çətinliklərini izah etməkdən yorulmur, öz işindən həvəslə danışır, gəncləri düzgün istiqamətləndirir.

Ailədə gözəl ana, gözəl qadın olan Tamilla xammın əməyini dövlət yüksək qiymətləndirmiş, onu Əməkdar Mədəniyyət işçisi adı ilə təltif etmişdir.

 

Əsədova Rəna

"Elektron Resurslarının Yaradılması şöbəsi"nin müdiri

 

Tamilla xanım Məmmədovanın mübaliğəsiz olaraq deyə bilərəm ki, Milli Kitabxananın tərəqqisində böyük xidmətləri vardır.

İncə musiqi duyumu 43 il bundan əvvəl onu Kitabxananın "Not nəşrləri və səsyazmaları şöbəsi"nə gətirib çıxarmışdır. Gözəl xanım, ali təhsilli ixtisasçı, bir vətəndaş kimi ictimai fəaliyyəti, insani keyfiyyətləri, vətənpərvər ruhu, işgüzarlığı, işinə məsuliyyətlə yanaşması, özünə tələbkarlıq və digərlərindən də bunu tələb etməsi ontın şöbənin müdiri vəzifəsinə qədər ucaltmış və nəhayət Milli Kitab-xananrn 85 illiyi yubileyi ilə əlaqədar dəyərləndirilərək Tamilla xanıma Əməkdar Mədəniyyət işçisi adı verilmişdir. Tamilla xanım doğatdan da bu ada layiqdir.

Əzizimiz Tamilla xanım!

Sizə bu şərəfli peşənizdə daha böyük ugurlar arzu edirəm. Qoy ömrünüz uzun, canımz sağlam, həyatınız nurlu, bahar təravətli olsun, səadət, xoşbəxtlik daim üzünüzə gülsün!

 

Əliyeva Almaz

"Azərbaycan Ədəbiyyatının Arxivi şöbəsi"nin müdiri

 

İnsanlar cürbəcür olurlar. Ancaq onların işində bəzən hamıdan seçilən, orijinal insanlar da olur ki, bunlar başqalarından fərqlənirlər. Elə bu fərqlilik də artıq adilikdən, sadəlikdən çıxmaq, bəsitlikdən uzaqlaşmaq, daha mürəkkəb, daha qeyri-adi bir insana, sonra da şəxsiyyətə çevrilməyə gətirib çıxarır. Belə insanlarsan biri-mənim kolleqam, Azərbaycan Milli Kitabxanasının şöbə müdiri, Əməkdar Mədəniyyət işçisi Tamilla xanım Məmmədovadır.

Mərd bir Azərbaycan qadını, həddən artıq ciddi, məsuliyyətli bir işçi, bacarıqlı şöbə müdiri, mehriban ana, gözəl həyat yoldaşı və ən nəhayət qayğıkeş bir nənədir Tamilla xanım.

Və o xoşbəxtdir. Xoşbəxtdir ona görə ki, həyatda onun öhdəsinə düşən bütün vəzifələri layiqincə yerinə yetirə bilir.

İşlədiyi illər ərzində vəzifəsinə nə qədər məsuliyyətlə yanaşdığımı, və bunun bəhrəsini hamı bilir. Bu, onun rəhbərlik etdiyi şöbənin hər sahəsində tam aydınlığı ilə görünür. Mədəniyyətimizin ən böyük və ən parlaq bir hissəsi olan musiqini, xalqımızın dahi bəstəkarlarına məxsus hər bir kitabı, hətta hər bir vərəqi belə böyük bir səylə, böyük bir qayğı ilə qoruyub saxlamaq, onları təbliğ etmək kimi şərəfli bir vəzifəni layiqincə həyata keçirən, bu yolda öz ömrünü, illərini əsirgəməyən və bununla da fəxr edən heyrətamiz bir insandır Tamilla xanım. Bu qürur, bu şərəfli ömür ona çox yaraşır. Qoy o da daima ömrünə yaraşıq olsun, yaşayıb yaratmağa davam etsin.

Artıq 43 ildir ki, Tamilla xanım bu müəssisədə işləyir. 23 ildir ki, o, musiqi şöbəsinin müdiridir.

2008-ci ilin noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Tamilla xanım "Əməkdar Mədəniyyət işçisi" kimi fəxri ada layiq görülmüşdür.

 

 

BƏYBALA AYDABALA OĞLU ƏLƏSGƏROV

Beynəlxalq Nobel İnformasiya Mərkəzinin Qafqaz

Orta Asiya ölkələri üzrə səlahiyyətli nümayəndəsi

 

Kitabxana.az.- 2010.-¹1 (10), Yanvar-Fevral.- S. 30-35.