Sənubər MUSTAFAYEVA
“Kitabxana
resursları və informasiya axtarış sistemləri
kafedrasının baş müəllimi
Ulduz MANAFOVA
“Kitabxana
resursları və informasiya axtarış sistemləri
kafedrasının baş
laborantı
SƏHİYYƏ
VƏ TİBB ELMLƏRİNƏ DAİR ƏDƏBİYYATIN
SİSTEMLƏŞDİRİLMƏSİ
Açar
sözlər: səhiyyə, tibb elmləri, səhiyyəyə
dair ədəbiyyatın sistemləşdirilməsi, tibbə
dair ədəbiyyatın sistemləşdirilməsi, KBT və
tibb elmləri
Êëþ÷åâûå
ñëîâà: çäðàâîõðàíåíèå è ìåäèöèíà, cèñòåìàòèöèçàöèÿ
ëèòåðàòóðû ïî çäðàâîõðàíåíèþ,
cèñòåìàòèöèçàöèÿ ëèòåðàòóðû ïî ìåäèöèíå, ÁÁÊ è ìåäèöèíñêèå íàóêè
Keywords:
health and medicine, ordering literature on health,
systematics literature on medicine, LBC and medical sciences
İnformasiya
cəmiyyəti – cəmiyyətin hər bir üzvünün,
informasiya tələbatını təmin etməkdən ibarətdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Cenevrədə keçirilən informasiya cəmiyyətinin
problemlərinə həsr olunmuş Ümumdünya sammitindəki
çaxışında demişdir: ”Biz bu gün yeni
informasiya cəmiyyəti haqqında söhbət edirik... Gənc
nəsl informasiya cəmiyyəti yaradan nəsildir. Bizim ölkədə
həm elmi potensial mövcuddur, həm də texnoloji nailiyyətlər
imkan verir ki, Azərbaycan bu yöndən reqionda aparıcı
ölkə olsun.” Hər bir əsr özünəməxsus
inkişaf prosesi ilə,
böyük elmi və mədəni hadisələrlə
xarakterizə olunur. Dünya alimləri keçən əsrin
ikinci yarısından başlayaraq XX əsri “atom əsri”,”elmi-texniki
tərəqqi əsri”, “informasiya partlayışı əsri”
adlandırmağa başladılar. XXI əsr isə “informasiya
əsri” hesab olunur. Bunun əsas səbəbi informasiyanın cəmiyyətin
əsas aparıcı qüvvələrindən birinə
çevrilməsi, sənayenin cəmiyyətin informasiya cəmiyyətinə
sürətlə keçidlə əlaqədar idi. (7,s.227)
Müasir
dövrdə elm, informasiya, mədəniyyət, təhsil və
tərbiyə müəssisəsi kimi cap əsərlərini
və digər informasiya daşıyıcılarını
toplayıb mühafizə edən kitabxanalar əhalinin
bütün təbəqələrinə informasiya xidməti
qöstərən yeganə sosial institutdur. Əvvəllər
kitabxanalar yalnız sənəd kütləsinin toplandığı
yer kimi xarakterizə olunurdusa bu gün kitabxanalar ən
müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə
etməklə ənənəvi fəaliyyətinin keyfiyyətini
yüksəldir, internet informasiya resursları, elektron kataloq
yaradır, onlayn rejimində oxucularla əlaqə qurur.
Kitabxanalarda müxtəlif elm sahələrinə dair nəşrlər
toplanaraq oxucuların istifadəsinə verilir ki, bu sənədlər
içərisində səhiyyə və tibb elmlərinə
dair ədəbiyyatın xüsusi yeri vardır.
Səhiyyə
- hər hansı ictimai quruluşda əhalinin sağlamlığının
mühafizəsi və yaxşılaşdırılması
üçün dövlət, sosial, iqtisadi, tibbi və s.
kompleks rədbirlərin aparılmasında xüsusi rola
malikdir. Səhiyyənin xarakteri hər şeydən əvvəl
cəmiyyətin sosial və dövlət quruluşundan
asılıdır. Səhiyyənin təşkili dövlət
tərəfindən sosial-iqtisadi, tibbi və ictimai tədbirlərin
aparılmasından ibarət olub, xəstəliklərin
profilaktika və müalicəsi, sağlam əmək şəraitinin
yaradılması, yüksək əmək qabiliyyətinin
saxlanılması və insanın üzün ömür
sürməsinə yönəldilmişdir. (3,s.410)
Tibb
– elmi və praktik fəaliyyətin bir istiqaməti olaraq xəstə
və sağlam insanlarıın orqanizmində gedən prosesləri
öyrənir, onların sağlamlığını qoruyur,
xəstəliklərin müalicə üsullarını
işləyib hazırlayır.
Tibb
insanın elmi və praktik fəaliyyətlərində
mühüm yer tutur. Tibbin vəziyyəti cəmiyyətin
inkişaf dərəcəsindən, təbiət və texnika
elmlərinin nailiyyətlərindən, ümumi mədəni səviyyədən
asılıdır. Tibbin tibbi-bioloji, klinik, tibbi-sosial və
gigiyena bölmələri məlumdur. Tibbin tarixi qədimdir.
Alimlərin fikrinə görə tibb insan cəmiyyəti ilə
yaşıddır. Xəstəliklərə, onların
müalicəsi haqqında məlumatlara uzaq keçmişdən
təsadüf edilir. Tapılmış insan skeletlərindən
məlum olmuşdur ki, onlar raxit, diş kariyesi, sınıqlar
və s. xəstəliklərə duçar olmuşlar. Həmin
dövrlərdə xəstələri ara həkimləri
müalicə edirdilər. Bu müalicə bitkilərlə,
digər təbii vasitələr və maddələrlə
aparılırdı. Sonralar tibb sahəsi inkişaf etməyə
başladı. Tibbin inkişafı Hippokrat, Qalen, İbn-Sina və
digərlərinin adı ilə bağlıdır. XX əsrdə
təbiət və texnika elmlərinin inkişafı ilə əlaqədar
tibb elmi də ihkişaf etməyə başladı. Rentgen
şüalarının kəşf edilməsi rentgen
diaqnostikasının əsasını
qoymuşdur. Aviasiyanın inkişafı tibbi aviasiyanın,
genetikanın inkişafı tibbi genetikanın, gibernetikanın
inkişafı tibbi gebernetikanın inkişafına səbəb
oldu. (4,s.271)
Tibbi
genetika – irsi amillərin insan potologiyasında rolunu öyrənir.
İrsi xəstəliklərin etiologiyasını, onların
diaqnostika, müalicə və profilaktikasını öyrənən
klinik genetika tibbi genetikanın əsasını təşkil
edir.
Tibbi
genetikaya 2000-dək irsi xəstəlik məlumdur ki, bunlardan da
1000-ə qədəri maddələr
mübadiləsinin irsi pozğunluqları ilə əlaqədar
olan xəstəliklərdir. İrsi xəstəliklərin
biokimyəvi və molekulyar-genetuk mahiyyətinin aşkara
çıxarılması, onların erkən diaqnostikasına
və patogen müalicəsinə
imkam yaratmışdır.
Tibbi
gibernetika-tibdə və səhiyyə sistemində idarəetmə
prosesləri ilə əlaqədar olan problemləri öyrənir.
Tibbi və digər informasiya, informasiyanın
yığılması, işlənməsi sistemləri, insan
orqanizmində və səhiyyə sistemində olan rabitə və idarəetmə sistemləri
tibbi gibernetikanın tədqiqat obyektidir. Tibbi gibernetika tibb və
səhiyyə sistemində toplanmış biliklərə,
gibernetik üsul və texniki vasitələrə isnad edir.
Tibbi
gibernetikanın əsas vəzifəsi müxtəlif fizioloji
sistemlərə və bütövlükdə orqanizmə
müalicə məqsədi ilə təsir göstərmək,
təbii orqanları az və ya çox müddətdə
süni orqanlarla əvəz etmək, idarə olunan
üsulları hazırlamaqdır. Tibbi gibernetikanın
inkişafında əsas istiqamətlər: normal və patoloji
şəraitdə orqanizmdə baş verən proseslırin
modernləşdirilməsi və idarə olunması problemləri;
xəstəliklərin diaqnostikasında yeni
avtomatlaşdırılmış, kompüterləşdirilmiş
sistemlərdən istifadə olunmasıdır.
Respublika Mərkəzləşdirilmiş
Kitabxana Sistemlərində digər cap əsərləri kimi
tibbə dair ədəbiyyat da Kitabxana Biblioqrafiya Təsnifatının
(KBT) kütləvi kitabxanalar variantl üzrə sistemləşdirilir.
Məlumdur ki, KBT-nin kütləvi kitabxanalar variantının
ilk nəşri 1 cilddən ibarət 1977-ci ildə çap
edilmişdir (9,s.10). 9 şöbədən ibarət olan
KBT-nin kütləvi kitabxanalar üçün tərtid
edilmiş variantının 5-ci şöbəsi “Səhiyyə.
Tibb elmləri” adlandırılır.
Kitabxana
Biblioqrafiya təsnifatının tibb şöbəsinə
diqqət yetirdikdə məlum olur ki, sağlam insanın həyatından
bəhs edən ədəbiyyat, insan orqanizminin inkişafı
və funksiyalarından bəhs edən ədəbiyyat biologiya
şöbəsinin 28.8 və 28.9 bölmələrində
yerləşdirilir. İnsanların fizioloji xüsusiyyətlərindən
bəhs edən, qadın orqanizminin fizioloji xüsusiyyətlərindən
bəhs edən ədəbiyyat isə istisna edilərək
51.7 və 57.3 bölmələrində yerləşdirilir.
Texnika
şöbəsi ilə tibb şöbəsinin bölmələrinə
diqqət yetirdikdə məlum olur ki, tibbi avadanlıqların
istehsalına dair, tibbi cihazların istehsalına dair, protezlərin
hazırlnmasına dair ədəbiyyat texnika şöbəsində,
onların tətbiqinə dair, istifadə edilməsinə dair ədəbiyyat
isə tibb şöbəsində əks etdirilir.
Tibb
şöbəsi ilə ictimai
elmlər şöbəsinə diqqət yetirdikdə aydın
olur ki, ayrı-ayrı istehsalatlarda, idarələrdə, nəqliyyatda
əməyin qiqiyenasına dair ədəbiyyyat 51.24 tibb
şöbəsinin yarıımbölməsində, xalq təsərrüfatının
müxtəlif sahələrində ümumiyyətlə əməyin
mühafizəsinə dair ədəbiyyat isə iqtisadiyyat
şöbəsinə aid edilir. Səhiyyənin
planlaşdırılması, maliyyələşdirilməsi və
digər iqtisadi problemlərə dair ədəbiyyat
bütünlükdə 51.1(2)
yarımbölməsində əks etdirilir. (6,s.490)
Tibbi
məhkəməyə aid olan bütün ədəbiyyatlar
“58 Tibbin tətbiqi sahəsi” bölməsində yerləşdirilir.
Hərbi tibbə aid ümumi xarakterli ədəbiyyat (məsələn,
hərbi cərrahlıq, Hərbi travmotologiya)
bütünlükdə 5-ci şöbədə və onun
yarımbölmələrində yerləşdirilir. 68-ci
şöbədə isə ordu və donanmada hərbi-tibbi
xidmətin təşkili haqqında, silahlı qüvvələrin
tibbi təminatı haqqında, həmçinin bütün hərbi
ganunların sanitar-gigiyenik tələbləri haqqında olan nəşrlər
əks etdirilir.
Uşaqların
və yeniyetmələrin sağlamlığından, fiziki
inkişafından bəhs edən ədəbiyyat 5-ci
şöbədə, uşaq və yeniyetmələrin fiziki tərbiyəsindən
bəhs edən nəşrlər isə 74-cü bölmədə
yerləşdirilir.
Müalicəvi
idman, müalicəvi gimnastikaya dair ədəbiyyat
bütünlükdə 5 –ci şöbədə, bədən
tərbiyəsi və idmana dair yerdə qalan bütün ədəbiyyatlar
isə 75-ci bölmədə yerləşdirilir.
Tibbin
əsas sahələrindən birini “Gigiyena” bölməsi təşkil
edir. Gigiyena – sağlamlıq haqqında elm- tibb elminin bir sahəsi
olaraq xarici mühit amillərinin insanın
sağlamlığına, əmək qabilyyətinə, habelə
ömrünün uzadılmasına təsirini öyrənir.
Gigiyena bütün tibb elmləri ilə, həmçinin
biologiya, fizika, kimya, iqlimşünaslıq elmləri ilə əlaqədardır.
Gigiyena yaşayış yerlərinin, iş və istirahət
şəraitinin sağlamlaşdırılmasını
sanitariya cəhətdən əsaslandırır, uşaq və
yeniyetmələrin sağlamlığının mühafizəsini,
sanitariya qanunvericiliyi, ərzaq məhsulları və məişət
əşyalarının keyfiyyətinin sanitariya ekspertizası
üsullarını hazırlayır. Gigiyenanın
hazırladığı elmi müddəaları həyata
keçirən sahə sanitariya adlanır.
Gigiyena
ən qədim elmlərdən biridir. E.əv. Misirdə,
hindistanda, Çində gigiyena praktik qaydalar sistemindən ibarət
idi. Antik dövrdə qədim Yunanıstanda gigiyena bədəni
mörkəmlətmək və gözəlləşdirmək
istiqamətində inkişaf edirdi. Gigiyena əmək
gigiyenası, kommunal gigiyena, qidalanma gigiyenası, uşaq və
yeniyetmələr gigiyenası və s. sahələrdən
ibarətdir. (2,s.90)
Təsnifat
cədvəlinin “51.2 Gigiyena” bölməsində xarici aləmin
insanın sağlamlığna təsirindən bəhs edən
ədəbiyytlar toplanır. “51.23 Qida gigiyenasi” adlı
yarımbölməsi qidalanmanın fizioloji əsaslarına
dair, ərzaq məhsullarının hazırlanmasına dair,
ayrı-ayrı ərzaq məhsullarının gigiyenasına
dair ədəbiyyat üçün nəzərdə
tutulmuşdur. Lakin 5-ci şöbəyə dair ədəbiyyatın
təsnifləşdirilməsində nəzərə almaq
lazımdır ki, süd və süd məhsullarına sanitar
həzarətin təşkilindən bərs edən ədəbiyyat
“48 Baytarlıq” şöbəsində əks etdiriləcəkdir.
( 6,492)
“51.24
Əməyim gigiyenası” bölməsində istehsalat
mühitinin insanın fəaliyytinə təsirindən bəhs
edən ədəbiyyat, təhlükəsizlilk
texnikasını təmin etmək məqsədilə gigiyenik
tələblərə əməl edilməsinə dair ədəbyyat
əks etdirilir.
“51.26
Radiasiya gigiyenası” yarımbölməsi gigiyena bölməsinin
yeni sahələrindən biridir. Şöbənin əsas məzmunu
istehsalat şəraitində və yaşayış yerlərində
əhalinin şüalanmasından qorunmaq məsələləri
təşkil edir. Radioaktiv maddələrlə zəhərlənmədən
bəhs edən ədəbiyyat isə 52.84 indeksi altında
yerləşdirilir. İnsan orqanizminə şüaların təsirindən
bəhs edən ədəbiyyatlar isə 28.9 bölməsində
özünə yer tapır.
Radiasiya
şüalarının müəyyənləşdirilməsində,
müxtılif xəstəliklərin müalicəsində süaların tətbiq edilməsindən bəhs
edən nəşrlər isə 53.6 yarımbölməsində
yerləşdirilir.
Uşaq
və yeniyetmələrin qida və gigiyenasına dair ədəbiyyat
51.28 bölməsində,
körpələrin gigiyenasından bəhs edən ədəbiyyat
isə 57.32 yarımbölməsində əks etdirilir.
“51.9
Epidemiologiya” bölməsi
müxtəlif epidemiyaların yaranması, yayılması və
inkişafı, onlarla mübarizə metodlarının tətbiq
edilməsinə dair ədəbiyyat üçün nəzərdə
tutulmuşdur.
Tibbin əsas sahələrindən
birini farmakologiya və toksikologiya təşkil edir. Farmakologiya-
dərman maddələri və onların orqanizmə gətirdiyi
təsir haqqında tibbi, bioloji elm; geniş mənada fizioloji
aktiv maddələr haqqında elmdir. Müasir
farmakologiyanın bir sıra istiqamətlləri məlumdur.
Farmadinamika- dərmanların orqanizmə təsiri, farmakoginetika
– dərmanların orqanizmə paylanmasını,
sorulmasını öyrənir. Farmakologiya müasir əczaçılıq
kimyası, farmakoqnoziya, biologiya, biokimya, fiziologiya, terapiya və
s. elmlərlə sıx əlaqədardır.
Toksikologiya-tibbin
bir bölməsi, zərərli
madələrin tərkibini, onların heyvan orqanizminə təsir mexanizmini,
yaratdığı patoloji prosesləri (zəhərlənmə),
müalicə və profilaktika üsullarını öyrənir.
Toksikologiya fənn kimi müxtəlif mənşəli zəhərlərin
(kimyəvi birləşmələrin, pestisidlərin, radioaktiv
maddələrin, qeyri-üzvi, bitki və heyvan mənşəli
bakterial toksidlərin və.)
öyrənilməsi ilə məşğuldur. (4, s.305)
52.8
yarımbölməsi formakologiya, toksikologiya dair nəşrlər
üçün, həmçinin dərman və dərman
bitkilərinin müalicəvi əhəmiyyətindən bəhs
edən ədəbiyyat üçün də nəzərdə
tutulmuşdur. Lakin kənd təsərrüfatında dərman
bitkilərinin yetişdirilməsinə dair ədəbiyyat
42.14 indeksi altında, zavodda dərmanların
hazırlanmasına dair ədəbiyyat isə texnika
şöbəsinin 35.66 indeksi altında yerləşdirilir.
“53/57
tibb klinikası bölməsi 2 hissədən ibarətdir. “53
Ümumiyyətlə tibb klinikası” bölməsində xəstələrin
müalıcəsində tətbiq edilən ümumi
metodlardan, ümumi müalicə üsullarından və s. məsələlərdən
bəhs olunur. Ayrı-ayrı xəstıliklərin
diaqnostikası və müalicəsinə dair olan ədəbiyyat
isə 52.81 yarınbölməsində yerləşdirilir.
53/57
bölməsinin 2-ci hissəsində isə müxtəlif
funksiya sistemlərinin xəstəliklərinən
bəhs edən ədəbiyyat əks
etdirilir.(6, s.493)
Qeyd
etmək lazımdır ki, kardiologiya və anqiologiya, kliniki limfologiya
kimi yeni anlayışlar “5 Səhiyyə.Tibb elmləri”
bölməsini müasirləşdirmişdir.
Fovqəladə
vəziyyətlərdə və ümumiyyətlə tibbi fəlakətlərdə
ekstrimal tibbi xidmətin yeri müəyyənləşdirilmişdir.
Təsnifat cədvəlində “51.200.0 Sağlam insanın həyat tərzi”,
”52 .63 Tibbi virusologiya”, “53.384 Refleksoterapiya” kimi bölmələr
yaradılmışdır. Bundan əlavə “52.5 Ümumi
potologiya” bölməsi müəyyənləşdirilmişdir.
Belə ki, revmotologiya tibbi
klinika bölməsinə keçirilmiş və 55.5
indeksi ilə müəyyənləşdirilmişdir.
Beləliklə
demək olar ki, kütləvi kitabxanalar üçün nəzərdə
tutulmuş təsnifat cədvəlində səhiyyə, tibb
elminin bütün sahələri nəzərə
alınmış və sistemləşdirmədə prosesində
bü bölmələrdən bacarıqla istifadə edilir.
ƏDƏBİYYAT
1.Azərbaycan
kitabxanaları XXI əsrin imformasiya məkanında: C
I-II.-B.:Nurlar,2007.- 820 c.
2.Azərbaycan
Sovet Ensiklopediyası: 10 c-də: C.6: Kuba-Misir.- B.,1982.- 410 s.
3.
Azərbaycan Sovet Ensiklopediyası: 10 c-də: C.8: Prado-Sprint.-
B.,1984.- 570s.
4.Azərbaycan
Sovet Ensiklopediyası: 10 c-də: C.9: Putnik-Fronton.- B.,1986.- 610
s.
5.Áèáëèîòå÷íî-áèáëèîãðàôè÷åñêàÿ
êëàññèôèêàöèÿ:Ñðåäíèå òàáëèöû: Ïðàêòè÷åñêîå ïîñîáèå / Ðîñ.Ãîñ.á-êà, Á-êà
Ðîñ.àêàä.íàóê.- Ì.: Èçä-âî Ëèáåðåÿ, 2001.- Âûï.1.Ñ/Ò- Ñîöèàëüíûå íàóêè â öåëîì.
(Îáùåñòâîçíàíèå). Èñòîðèÿ è èñòîðè÷åñêèå íàóêè.- 320 ñ.
6. Áèáëèîòå÷íî-áèáëèîãðàôè÷åñêàÿ
êëàññèôèêàöèÿ:Ðàáî÷èå òàáëèöû äëÿ ìàññîâûõ áèáëèîòåê.-Ì, 1986.-539ñ.
7.
Xələfov A.A. Kitabxana və cəmiyyət: (Monoqrafiaya).-
B.:Azərnəşr,2011.-348 c.
8.İsmayılov
X.İ. Kitabxana-informasiya texnologiyaları: (Dərs vəsaiti).-B.:
Nurlar, 2009.- 312 s.
9.Mustafayeva S.M. Kitabxana-biblioqrafiya təsnifatı:
Yeniliklər və dəyişikliklər //
Kitabxanaşünaslıq və biblioqrafiya.-2009.-N2.-S.9-14.
Ñ.Ì.Ìóñòàôàåâà,
U.İManafova
ÑÈÑÒÅÌÀÒÈÖÈÇÀÖÈß ËÈÒÅÐÀÒÓÐÛ ÏÎ ÇÄÐÀÂÎÕÐÀÍÅÍÈÞ
È ÌÅÄÈÖÈÍÅ
Ð Å Ç Þ Ì Å
Â
äàííîé ñòàòüå ðàññêàçûâàåòñÿ î ñèñòåìàòèçàöèè ëèòåðàòóðû ïî ìåäèöèíå è
çäðàâîõðàíåíèþ. Â ñòàòüå îñâåùåíû âîïðîñû êëàññèôèêàöèè íà îñíîâå
êëàññèôèêàöèîííûõ òàáëèö ÁÁÊ äëÿ ìàññîâûõ áèáëèîòåê.
S.M.Mustafayeva,
U.İ.Manaova
SYSTEMATIZATION OF THE LITERATURE ON HEALTH AND
MEDICINE
SUMMARY
This
article describes the ordering of the literature on Medicine and Public Health.
The article deals with the classification based on the classification tables
LBC for public libraries.
Kitabxanaşünaslıq və
biblioqrafiya: Elmi-nəzəri, metodik və təcrübi
jurnal.- 2014.- ¹ 2.- S. 30-35.