Aşur ƏLİYEV

Kitabxana resursları və

informasiya axtarış sistemləri

kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru

 

BAKI DÖVLƏT UNİVERSİTETİNİN ELMİ KİTABXANASININ TƏDRİSƏDƏBİYYATI FONDUNUN KOMPLEKTLƏŞDİRİLMƏSİNİN  KOMPÜTERLƏŞDİRİLMƏSİ PROBLEMLƏRİ

 

Açar sözlər: BDU, elmi kitabxana, tədris ədəbiyyatı fondunun kompüterləşməsi, komplektləşdirmə

Êëþ÷åâûå ñëîâà:ÁÃÓ, íàó÷íàÿ áèáëèîòåêà, ó÷åáíàÿ ëèòåðàòóðà ïî êîìïüþòåðèçàöèè ôîíäà, ïðèîáðåòåíèå

Key words: BSU, scientific library, educational literature on the computerization of the fund purchase

Məqalədə BDU-nun Elmi Kitabxanasının Tədris ədəbiyyatı fondunun komplektləşdirilməsi məsələləri şərh olunmuşdur. Komplektləşdirilmə problemləri sahəsində əldə edilən  nailiyyətlər, iş təcrübəsi, onların müsbət və nöqsanlı cəhətləri təhlil edilmişdir, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.

Azərbaycan Respublikası XXI əsrə yüksək elmi-texniki potensiala, mədəni mənəvi dəyərlərə,sürətlə inkişaf edən iqtisadiyyata malik demokratik və hüquqi dövlət kimi formalaşan bir olkə kimi daxil olmuşdur.

Bu gun özünün inkişaf dövrünü yaşayan Azərbaycan Respublikasında prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə həyata keçirilən çoxsahəli islahatlar kursu, iqtisadiyyatın kompleks şəkildə inkişafını nəzərdə tutan dövlət proqramlarının icrası ölkəmizin müasir dövrün tələblərinə uyğun bir şəkildə yeni sosial-iqtisadi inkişaf yoluna qədəm qoyduğunu göstərir.

Azərbaycanın sosial-iqtisadi inkişafının yeni mərhələsi informasiya-kommunikasiya texnologiyalarının ölkəmizi inkişaf etdirən mühüm prioritetlərdən biri kimi önə çıxması ilə səciyyəvidir.Ona görə də dövlət başçısı cəmiyyətin informasiyalaşdırılmasının gələcək inkişaf perspektivlərinin informasiya-kommunikasiya texnologiyaları ilə bilavasitə bağlı oldugunu dəfələrlə vurğulamışdır.

1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası (1,s.40) cəmiyyətdə insan amilinin inkişafı vətəndaşları məlumatlandırmaq, onu yaymaq və istifadə etmək, eləcə də mədəni təsisatlardan və mədəni sərvətlərdən istifadə etmək hüquqlarını təmin etmişdir.Bu isəölkədə baş verən sosial, iqtisadi elmi mədəni təhsil və tərbiyə proseslərinin,cəmiyyətin butun sferalarının informasiya təminatı problemini aktuallaşdırır.

Azərbaycan prezidenti İlham Əliyevin 20 aprel 2007-ci ildə imzaladıgı ,,Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında, sərəncamında göstərilir ki, ,,Azərbaycan kitabxanaları Azərbaycan xalqının Milli sərvətidir. Xalqımızın yaratdıgı qiymətli tarixi-mədəni,ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanılmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında və cəmiyyətimizin intellektual-mədəni potensialının artırılmasında kitabxanalar əvəzsiz rol oynayır.(2)

Müasir dövrdə kitabxana işi cəmiyyətin informasiyalaşdırılmasının mühüm atributlarından biri kimi getdikcə mürəkkəbləşən, müasir texnologiyalara əsaslanmaqla yeniləşən fəaliyyət sahəsi kimi formalaşmaqdadır.

Ümummilli liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi, ,,Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs  bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daim hörmət xalqımızın mədəniyyətini numayiş etdirən amillərdən biridir,,. (8,s.18)

Bu gün biz qürur hissilə deyə bilərik ki, XX əsrdə Azərbaycan mədəniyyətinin ən böyük uğurlarindan biri Elmi Kitabxanalar şəbəkəsinin aparıcı muəssisəsi olan BDU-nun Elmi kitabxanalarinin yaranıb təşəkkül tapması olmuşdur.

,,Kitabxana işi haqqında, Azərbaycan Respublikasının Qanununda göstərildiyi kimi, ,,Dövət və qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri  və digər hüquqi şəxslər tərəfindən buraxılan çap məhsullarından kiabxanalara və Bakı Dövlət Universiteti Elmi kitabxanasina profilinə uyğun olaraq iki pulsuz məcburi nüsxə göndərməlidirlər,, (9,s.15)

Bakı Dövlət Universiteti təşkil edilərkən onun iki fakultəsi tibb və tarix-filologiya fakultəsi var idi.Yeni təsis edilmiş universitetin professor-müəllim heyəti  44 nəfərdən -12  professor, 3 dosent və 29 müəllimdən ibarət olmuşdur.

Son onillikdə 80-dən artıq elmin müxtəlif sahələrinə dair elmi-tədqiqat işləri yerinə yetirilib. Universitetdə 2 elmi-tədqiqat  institutu, 20-dən çox elmi-tədqiqat laboratoriyası, elmi kitabxana və digər qurumlar fəaliyyət gostərir.

XXI əsrin başlanğıcında yeni informasiya texnologiyalarının təsiri getdikcə daha sürətlə insan fəaliyyətinin bütün sahələrində  əsas müəyyən edici amilə çevrilməkdədir.Qlobal informasiya şəbəkələrinin və sistemlərinin formalaşması yeni texniki və iqtisadi imkanlar açır ki,bunun da nəticəsində bəşəriyyətin resusrlarını birləşdirmək,dünyanın istənilən nöqtəində yaşayan insanların həmin resurslardan istifadəsini təmin etmək mümkün olur.Başqa sözlə vahid informasiya məkanı yaradır.Son on il ərzində ölkəmizdə gedən informasiyalaşdırma,kompleksləşdirmə prosesləri və telekommunikasiyalarının inkişafı informasiylaşmış cəmiyyətə keçidin eləcə də,respublikamızın dünya informasiyalı cəmiyyətlərini və şərtlərini yaratmağa imkan verməkdədir. Onların başlıcaları isə aşağıdakılardır:

İnformasiya sosial-iqtisadi texnoloji və mədəniinkişafın başlıca resursuna çevrilir, onun istifadə miqyası ənənəvi resurslarla müqayisə olunmaqdadır. Bununla əlaqədar dünya alimləri tez-tez belə bir anlayışdan- infosfera anlayışından istifadə edirlər.

İnfosfera – cəmiyyətin qlobal kommunikasiya şəbəkələrinin intellektual komputer sistemlərinin birləşməsi nəticəsində  yaranan yeni universal intellektual informasiya mühiti və məkanıdır. [ 8, s. 26 ]

Sonuncu informasiya inqilabı yeni sahənin informasiya sənayesinin inkişafını ön plana çəkir. İnformasiyalaşdırma cəmiyyətin industrial inkişaf mərhələsindən informasiya mərhələsinə keçməsini təmin edir.

Kitabxanaların kompüterləşməsi bəzi şəxslərin hesab etdiyi kimi kitabxanaların komputer texnikası ilə təchiz olunması və bu qiymətli avadanlıqlardan yalnız kargüzarlıq fəaliyyətində və internet xidmətindən istifadə etmək üçün istifadə olunması deyil.

Kitabxanaların kompüterləşməsi kitabxanaların avtomatlaşdırılmasının tərkib hissəsi olub, kitabxanalarda yerinə yetirilən mürəkkəb, bir-birinə əlaqəli texnoloji proseslərinin formasiya-telekommunikasiya texnologiyaları əsasında avtomatlaşdırılmışdır.Kompüterin formasiya texnologiyalarının sürətli inkişafı kitabxanaların məlumat-axtarış sistemlərinin kompüterləşdirilməsinin kəmiyyət v ə keyfiyyət səviyyəsinin yüksəlməsini təmin edir.

Bakı Dövlət Universitetinin Elmi Kitabxanasının kitab işləmə və kataloqlaşdırma şöbəsi öz ənənələrinə sadiq qalaraq elektron kataloq anylanaşı, ənənəvi, əlifba, sistemli, mövzu kataloqlarından və müxtəlif biblioqrafik kartotekalardan genişistifadə edərək buillərdə alınmış yeni sənədləri elmivətexniki cəhətdən işləyərək kataloqlarda əks etdirmiş və oxucuların istifadəsinə vermişdir.

Bakı Dövlət Universitetinin Elmi Kitabxanasının kitab işləmə və kataloqlaşdırma şöbəsinin 2002-2008-ci illərdə yeni daxil olan sənədlərin elmi işlənməsi və MAS-lara daxil edilməsi sahəsində gördükləri işləri cədvəllərdə göstərilən rəqəmləri nəzərdən keçirək.

 

Cədvəl 1.

İllər

Kitabxananın fondu

Oxucuların ümumi sayı

Kitabxanaya ümumi oxucu gəlişinin miqdarı

Sənəd verilişinin miqdarı

1999

1999060

14953

697558

1540159

2000

2003515

15756

747333

1650060

2001

20010227

14519

860996

1685281

2002

2016901

15478

850975

1601860

2003

2025988

14207

811859

1512490

2004

2033986

14886

821538

16115228

2005

2041505

15062

928611

1612288

2006

2045551

15242

946785

1631314

2007

2.458891

64.326

926785

1687686

 

 

Elektron kataloqa salınmış çap əsərlərinin illər üzrə qeydiyyatı

Cədvəl 2.

 

İllər

2001

2002

2003

2004

2005

2006

2007

2008

 

5623

7049

24470

23062

24865

26370

22065

 

 

Cədvəl 3.

İllər

2001

2002

2003

2004

2005

2006

2007

2008

Kataloq əsasında yoxlanılmış və yeni alınmış ədəbiyyatın sayı

3664

2551

2991

3019

3050

3060

7619

5278

 

a)Azərbaycan dilində

 

1755

1475

1784

2281

2300

3529

 

 

b) Rus dilində

1669

1076

1207

738

740

1531

 

 

Təkrar keçmiş ədəbiyyatın sayı

1667

362

847

1017

900

1205

234

305

Təsvir olunmuş kitabların sayı

849

741

912

838

800

2000

796

1489

Tərtib olunmuş koməkçi kartoçkaların sayı a)Sistemli   b)əlifba

876

382

971

383

904

423

744

221

750

230

2005

508

883

284

1503

570

 Nadir fondun kartoçkaları

1862

-

 

 

 

 

 

 

Texniki cəhətdən işlənmiş kitabların saı

a)Kitablara şifrə yazılması

b) kartoçkalara şifrə

 

 

 

 

 

1379

 

 

1641

 

 

 

 

 

1386

 

 

1568

 

 

 

 

 

1754

 

 

2057

 

 

 

 

 

1659

 

 

1877

 

 

 

 

 

1400

 

 

1600

 

 

 

 

 

2508

 

 

3175

 

 

 

 

 

5842

 

 

1727

 

 

 

 

 

4305

 

 

2800

 

                Elmi kitabxanın komplektləşdirmə kitab işləmə və kataloqlaşdırma şöbəsi 2004-cü ildə 3019 kitab işləmişdir. Bunlardan 2228-i Azərbaycan dilində, 783-ü rus dilində olmuşdur. İlk dəfə keçən kitabların sayı 669 ədəd olmuşdur. Əlifba kataloquna 1065 kartoçka düzülmüşdür, 954 adda kitab elektron kataloqa salınmışdır.

Bakı Dövlət Universitetinin Elmi Kitabxanasının kitabişləmə və kataloqlaşdırma şöbəsi 7619 kitab işləmişdi ki, bunlardan 2220-si azərbaycan dilində, 399-u rus dilində olmuşdur. İlk dəfə keçən kitabların sayı 796 nüsxə olmuşdur. Əlifba kataloquna 980 kartoçka düzülmüşdür, 2078 adda kitab elektron kataloqa salınmışdır. 2008-ci ildə isə 5317 kitab işlənmiş, 24 disk alınmışdır, Bunlardan 3335-i azərbaycan dilində, 1967-si rus dilində, ilk dəfə keçən kitabların sayı 1552 nüsxə olmuşdur. Əlifba kataloquna 2005 kartoçka düzülmüşdür. 4185 adda kitab elektron kataloqa salınmışdır. Beləliklə BDU-nun Elmi Kitabxananın kitabişləmə və kataloqlaşdırma şöbəsinin əməkdaşlarının apardığı işlər nəticəsində kitabxananın informasiya sisteminin təkmilləşdirilməsi sahəsində xeyli işlər görmüşdür. [3]

Elektron kitabxana istifadə üçün açıq olan lokal və uzaq məsafədə yerləşən paylanmış informasiya ehtiyatlarına malik olur. Elektron kitabxanaların informasiya ehtiyatları rəqəmli formada hazırlanmış müxtəlif formatlı sənədlərdən ibarətdir. Elektron kataloqun ədəbiyyat fondu hazırda ənənəvi kataloqlardan daha dolğun biblioqrafık məlumata malik olduğundan, oxucuya çoxelementli və çoxsəviyyəli axtarış imkanları təşkil edir. Bunun nəticəsində ədəbiyyatın oxucuya çatmaq ehtimalı xeyli artır. Kitabxana - informasiya Sistemində xüsusi avtmatlaşdırılmış işçi yeri nəzərdə tutulmuşdur. İRBİS Avtomatlaşmış Kitabxana-İnformasiya Sistemində lokal şəbəkə vasitəsilə elektron kataloqda ədəbiyyat axtarmaq və kitabxanada sərbəst nüsxəsi olan ədəbiyyatı sifariş vermək üçün "Oxucu Avtomatlaşmış İşçi yeri, İnternet Beynəlxalq kompüter-informasiya şəbəkəsi vasitəsilə uzaq məsafədən online ədəbiyyat axtarışı üçün Web-İRBİS kodunu nəzərdə tutmuşdur.

Bu mənada Bakı Dövlət Universiteti Elmi Kitabxanası Sərəncamda irəli gələn məsələlərin həllində qüvvələrini səfərbər edərək, bu istiqamətdə səylərini əsirgəməməlidirlər.

 

ƏDƏBİYYAT

1.Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında: Azərbaycan Respublikası Prezidentinin sərəncamı//Azərbaycan -2007. 21 aprel

2. Bakı Dövlət Universitetinin Elmi Kitabxanasının hesabatları

3. Xələfov A.A. Bakı Dövlət Universitetinin Elmi Kitabxanası 90 il elm və təhsilin xidmətində: Monoqrafiya-B: Bakı Dövlət Universiteti nəşriyyatı, 2009-210 s.

4. Xələfov A.A. “İnformasiya bcəmiyyəti və kitabxanaların vəzifələri” Mövzusunda ümumrespublika elmi-praktiki seminar//Kitabşünaslıq və vivlioqrafiya.-B.,2005-¹5-i 8-17

5.Xələfov A.A. Qurbanov A.İ.: Kitabxanaların kompütürləşdirilməsinin əsasları: Dərslik.-B.: Bakı Universiteti nəşriyyatı, 2007-200 s.

6. İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında: Azərbaycan Respublikası Milli Məclisinin Qanunu//Azərbaycan Respublikası Qanunvericilik  Toplusu, 1998-¹6-1214-1222

7. İsmayılov X.İ. Kitabxana və informasiya texnologiyaları: Dərs vəsaiti.-B.: Nurlan Nəşriyyatı Poliqrafiya Mərkəzi, 2009-312 s.

8. Kitabxanaların kompüterləşdirilməsi “Elmi Tədqiqat  laboratoriyası”nın 1999-2009-cu illər üzrə hesabatları

9. Mustafayeva S. MARC firmasının yaranması və tətbiqi//kitabxanaşünaslıq və biblioqrafiya; elmi-nəzəri və təcrübi jurnal.-B:Bakı Universiteti nəşriyyatı, ¹1.s 75-81

10. Rüstəmov Ə., Mustafayeva N. Respublika kitabxanalarında əsas proseslərin avtomatlaşdırılması//Kitabxanaşünaslıq və biblioqrafiya.-2007. ¹2-s.15-27

               

 

A.Aëèåâ

ÊÎÌÏËÅÊÒÎÂÀÍÈÅ Ó×ÅÁÍÎÉ ËÈÒÅÐÀÒÓÐÛ Â ÍÀÓ×ÍÎÉ ÁÈÁËÈÎÒÅÊÅ ÁÃÓ

 

ÐÅÇÞÌÅ

                 ñòàòüå áûëè ïðîàíàëèçèðîâàíû ñîñòîÿíèå êîìïëåêòîâàíèå ó÷åáíîé ëèòåðàòóðû â íàó÷íîé áèáëèîòåêå ÁÃÓ. À  òàêæå óäåëîíî âíèìàíèå ñîñòàâ ñòðóêòóðû è  ñòåïåí îõâàòà ðàçëè÷íûõ îòðàñëåé íàóêè ó÷åáíîé ëèòåðàòóðû.

 

 

A.Aliyev

ACQUISITION OF TEXTBOOKS IN THE SCIENTIFIC LIBRARY OF BSU

 

SUMMARY

                 The article analyzed the status of acquisition of textbooks in the Scientific Library of BSU. And account the composition of the structure and step coverage of the different branches of science textbooks.

 

 

Kitabxanaşünaslıq və biblioqrafiya: Elmi-nəzəri, metodik və təcrübi jurnal.- 2014.- ¹ 2.- S. 36-41.