Nadir İSMAYILOV

dosent, “Biblioqrafiyaşünaslıq” kafedrasının müdiri

 

Fidan NAZİM QIZI

Biblioqrafiyaşünaslıq” kafedrasının magistrantı

 

AMEA-NIN İNFORMASİYA TEXNOLOGİYALARI İNSTİTUTUNUN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ VƏ İNFORMASİYA TƏMİNATI

Açar sözlər:əsas fəaliyyət istiqamətləri, informasiya təminatı,  elmi-texniki informasiya,informasiya xidməti, informasiya kommunikasiya texnolologiyaları

Ключевыеслова:основные направления деятельности, информационное обеспечение,научно-технической информация,информационная служба, информация  коммуникация технологии

Keywords:the main activities,information provision, scientific and technical information, information service,information communication technology

AMEA-nın İnformasiya Texnologiyalari İnstitutunun əsasını Azərbaycan SSR Nazirlər Sovetinin 1971-ci il 4 iyun tarixli 121 saylı sərəncamı, Azərbaycan EA-nın Rəyasət Heyətinin 1971-ci il 18 iyun tarixli 26 saylı qərarı ilə xalq təsərrüfatında avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılması və tətbiqi məqsədilə Azərbaycan SSR EA-nın Kibernetika İnstitutunun nəzdində yaradılmış 1971-ci iyulun 16-dan ( layihə-konstruktor təşkilatı hüququnda) təsərrüfat hesabı eksperimental istehsalat ilə “Avtomatlaşdırılmış İdarətmə Sistemləri” (AİS) şöbəsi təşkil etmişdir. Şöbəyə 1971-1981-ci illərdə Ç.A.Ağalarov və Z.Ə. İsgəndərzadə rəhbərlik etmişlər.(1,s.82)

Xalq təsərrüfatı işlərinin sürətləndirilməsi və inkişafı üzrə tədbirlər haqqında Azərbaycan SSR Nazirlər Sovetinin 1982-ci il 18 mart tarixli 152 saylı qərarı ilə AİS şöbəsi respublikada AİS-lərin yaradılması və onların əlaqələndirilməsi üzrə EA-nın və Dövlət Plan Komitəsinin tabeliyində müstəqil baş təşkilata çevrilmişdir. Təşkilati işlərdə akad. İsmayıl İbrahimovun böyük əməyi olmuşdur.Həmin illərdə şöbəyə Yunis Mahmudov (1982-1988) və Rafiq Qasımov (1988-1991) rəhbərlik etmişlər. 1991-ci ildən şöbənin direktoru Əli Abbasov olmuşdur.

AİS şöbəsi yarandığı gündən etibarən respublikada texnoloji prosesləri idarə edən xüsüsi hesablama qurğularının yaradılması və tətbiqi ilə məşğul olmuşdur. Son zamanlar AİS şöbəsinin fəaliyyətinin əsas istiqamətləri müxtəlif təyinatlı informasiya-hesablama şəbəkələrinin, ekspert sistemlərinin, verilənlər bankının və  paylanmış informasiya emalı sistemlərinin işlənməsi və tətbiqi üzrə elmi-tədqiqat, təcrübi-konstruktor və lahiyə işlərinin həyata keçirilməsindən ibarət olmuşdur.

AİS şöbəsində 200-ə yaxın əməkdaş çalışmış, onlardan 4-ü elmlər doktoru, 14 nəfəri isə elmlər namizədi olmuşdur.

1991-1994-cü illərdə AİS şöbəsinin ən böyük nailiyyətlərindən biri də respublikada ilk dəfə olaraq (1991-ci ildə) elektron  poçt xidmətinin və İnternet Beynəlxalq kompüter şəbəkəsinin Azərbaycanda qovşaqların yaradılması və istifadəyə verilməsi olmuşdur.

Ümumilikdə bu illər ərzində AİS şöbəsində:

1)  Respublikada ilk dəfə WAN – qlobal şəbəkədə texnologiyaları  (X.25, SNA, DECNET, TCP/IP və s.) tədqiq olunmuş və real praktik nəticələr əldə olunmuşdur. İlk dəfə respublikada CM-4 tipli EHM-lər əsasında 3 qovşaqdan ibarət hesablama maşınları şəbəkəsi, Moskva-Bakı Tbilisi şəhərlər arasında  X.25 şəbəkəsi yaradılmışdır və s ;

2)   Respublikada ilk dəfə LAN-lokal şəbəkə texnologiyaları tədqiq olunmuş və müxtəlif qurumlarda tətbiq olunmuşdur;

3) Respublikada ilk dəfə veb-texnologiyası mənimsənilmiş və 1995-ci ildə AMEA-nın www.ab.az saytı yaradılmışdır.

AİS şöbəsinin  o illərdə informasiya texnologiyaları və telekommunikasiya sahəsində apardığı tədqiqatların perspektivliyini nəzərə alaraq şöbə statusu saxlanılmaqla Azərbaycan EA-nın Reyasət Heyətinin 17 yanvar 1997-ci il tarixli 22/1 saylı qərarına uyğun olaraq Azərbaycan EA İnformasiya-Telekommunikasiya Elmi Mərkəzi (İTEM) adlandırıldı. Belə ki, informasiya texnologiyalarının müxtəlif sahələri olan kompüter şəbəkələrinin, ekspert sistemlərinin, informasiya təhlükəsizliyinin təmin olunması kimi elmi-texniki tutumlu məsələlərin həlli istiqamətlərində İTEM-in əməkdaşları mühüm nəticələr əldə etmiş və onların böyük əksəriyyəti praktikada tətbiq olunmuşdur. İTEM düyanın bir sıra qabaqcıl aparıcı elmi təşkilatları ilə əlaqələr yaratmış və onun əməkdaşlarının müasir informasiya texnologiyaları sahəsində bir çox elmi işləri nəşr olunmuşdur.

1991-2001-ci illərdə  görülən  işlər direktor  Ə.M.Abbasovun  rəhbərliyi ilə həyata keçirilmişdir. Bu işlərin həyata keçirilməsində həmçinin AİS şöbəsinin Baş mühəndisi R.M.Əliquliyev, laboratoriya müdirləri M.Məmmədova, Ə.Əliyev, R.Ələkbərov və Q.Orucov, F.Fərmanov və başqaları aktiv iştirak etmişlər (1,s.84).

Azərbaycan Respublikasının Prezidenti Heyder Əliyevin 15 may 2001-ci il tarixli fərmanının yerinə yetirilməsi istiqamətində Azərbaycan Milli Elmlər Akademiyasında struktur dəyişiklikləri haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 may 2002-ci il tarixli 81 saylı Qərarına əsasən AMEA-nın İnformasiya Telekomminikasiya Elmi Mərkəzin bazasında İnformasiya Texnologiyaları İnstitutu yaradıldı.

İnformasiya Texnologiyaları İnstitutunun əsas fəaliyyət istiqamətləri fundamental araşdırmalar aparmağa geniş imkanlar açmışdır. İnstituta akademik R.M.Əliquliyev rəhbərlik edir.           Onun rəhbərliyi ilə institut qisa müddət ərzində İKT-nın ən müasir problemləri sahəsində  tədqiqatlar aparmağa malik olan bir kollektivə çevrildi.

İnstitutun əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

1.  Elmi-Tədqiqat fəaliyyəti;

2.  Elmi-İnnovasiya fəaliyyəti;

3.  Tədris-İnnovasiya fəaliyyəti;

4.  Veb-xidmətləri;

5.  Multimedia xidmətləri;

6.  Kompüter xidmətləri;

İnstitutun əsas fəaliyyət istiqamətlərindən biri olan Elmi-tədqiqat fəaliyyətində mətnlərin avtomatik referatlaşdırılması problem olaraq götürülmüşdür. Bu problem Bul dəyişənli xətti və qeyri-xətti proqramlaşdırma məsələləri kimi  formalizə olunmuş və onların həlli üçün evolyusiya və “sürü” intellektinə əsaslanan alqoritmlər işlənilmişdir.

İnformasiya təhlükəsizliyi üçün milli informasiya fəzasının təhlükəsizliyi sisteminin konseptual arxitekturu işlənilmişdir. Bu barədə informasiya Journal of İnformation jurnalında verilmişdir.

Biometrik texnologiyaların və kriptoqrafik sistemlərin praktiki üstünlükləribirləşdirməklə  barmaq izlərinin tekstur deskriptorları əsasında fərdi kriptoqrafik açarların generasiyası üsulu işlənilmişdir. Alınmış nəticələr Expert Systems with Applications, Automatic Control Computer Sciences jurnallarında çap olunmuşdur (2,s.8).

Elmi-İnnovasiya fəaliyyətində İnstitutun iştirak etdiyi  Dövlət Proqramları olduqca əhəmiyyətlidir. İnstitutun iştirak etdiyi Dövlət proqramları aşağıdakılardır:

 1.  “Azərbaycan  Respublikasında   2009-2015-ci  illərdə   elmin  inkişafı üzrəMilli Strategiya” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Dövlət proqramı;

2.  “Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı”;

3. “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı”;

4.  “2008-2012”-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı;

İnstitutun nəznində  respublika üzrə doktorant və dissertantların  “İnformatika” fənninin tədrisi, namizədlik minimumlarının qəbulunu həyata keçirən, iqtisadiyyat, hümanitar, və s sahələrdə kompüter-informasiya texnologiyalarının tətbiqi ixtisasları üzrə müasir tələblərə cavab verən Tədris-İnnovasiya Mərkəzi fəaliyyət göstərir.

Tədris-İnnovasiya  Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komisiyası kollegiyasının 25 oktyabr 2002-ci il tarixli 6 saylı, 16 dekabr, 2002-ci il tarixli 17 saylı, həmçinin AMEA Rəyasət Heyətinin 15 yanvar 2003-cü il tarixli 2/5 saylı qərarlarına əsasən yaradılmışdır.

Tədris-İnnovasiya Mərkəzinin fəaliyyətinə  doktorant və dissertantlara informatika fənninin tədrisi və imtahanların  qəbulu, distant təhsil, e-dövlət üçün kadr hazırlığı, ali təhsil müəssisələri ilə əməkdaşlıq, olimpiya mərkəzi, Gənc Proqramçılar Məktəbi, təhsilin informasiyalaşdırılması prosesində iştirakı daxildir.

İnformasiya texnologiyaları sahısində elmi kadrların hazırlanması məqsədilə İTEM-də aspiranturanın fəaliyyətə başlaması üçün AMEA RH-nin 16 yanvar 2002-ci il tarixli 1/1 №-li qərarı olmuşdur.

Bu qərara əsasən AMEA İTİ 2002-ci ildən  başlayaraq hər il aşağıdakı ixtisaslar üzrə aspiranturaya tələbə qəbulu aparır:

1. Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi;

2. Sosial və iqtisadi sistemlərdə idarəetmə;

3. Telekommunikasiya sistemləri və kompüter şəbəkələri;

4. İnformasiyanın mühafizə üsulları və sistemləri.

2003-2012-ci illər ərzində  11000-dən artıq doktorant və dissertant informatika fənni üzrə kurslarda iştirak edib imtahan vermişdir.

Azərbaycanın rayonlarında fəaliyyət göstərən Kompüter Tədrisi Mərkəzlərinə metodik dəstək göndərilmiş, bu kurslarda təhsil alan 581 nəfərin biliklərinin yoxlanılması və sertifikatlaşdırılması işləri həyata keçirilmişdir.

Ümümtəhsil məktəblərinin müəllimləri ilə birgə informatika fənninin tədrisi problemlərinin müzakirəsinə həsr olunmuş müxtəlif görüşlər, seminarlar keçirilmişdir. İKT sahəsinə aid müxtəlif dərsliklər hazırlanmış, eyni zamanda kənar təşkilatlar və müəlliflər tərəfindən hazırlanmış dərs vəsaitlərinin  ekspertizası və onlara rəylərin verilməsi işləri görülmüşdür. Hemin dersliklere Beynelxalq İnformatika Olimpiadaları, Yeni Media, Excel, Adobe Photoshop, Müəllimlər üçün Sosial Servislər aiddir.

AZScienceNet kompüter şəbəkəsinə qoşulmuş institutlarda kabelləşdirmə işləri aparılmış və 200-ə yaxın kompüter İnternet şəbəkəsinə  qoşulmuşdur. AMEA M.Füzuli adına Əlyazmalar, İqtisadiyyat, Fəlsəfə, Sosiologiya, və Hüquq, Geologiya İnstitutlarının, Mərkəzi Elmi Kitabxananın lokal kompüter şəbəkələri intellectual kommutatorlar əsasında yenidən qurularaq İnternet şəbəkəsinə çıxışla təmin edilmişdir. AZScienceNet kompüter şəbəkəsini nəticəsində www.azsciencenet.az veb saytı yaradılmışdır (6,s.1). AMEA Rəyasət Heyətinin 26 sentyabr 2001-ci il tarixli qərarı ilə www.science.az portalının yaradılması İnformasiya Texnologiyaları İnstitutuna həvalə edilmiş və 2003-cü ilin sentyabr ayından istifadəyə verilmişdir.www.science.az  portalı bir-birinin güzgü əksi olan Azərbaycan, rus, ingilis dillərində fəaliyyət göstərir. Portal AMEA Reyasət Heyətinin, bölmə və şöbələrinin, elmi müəssisə və digər təşkilatlarının, həqiqi və müxbir üzvlərin, elmlər doktorlarının fəaliyyətini əks etdirən böyük informasiya bazasına və güclü axtarış imkanlarına malik olan bir informasiya sistemidir. Portalda məlumat mübadiləsi zamanı müəyyən normalara əməl olunur. Portal AMEA və bütövlükdə respublika elmi ictimai mühitində baş verən yeniliklərin- müxtəlif seminarların, elmi və elmi-texniki konfranslar, simpoziumlar, yubileylər, nəşrlər, görüşlər haqqında informasiyaların operativ əldə edilərək istifadəçilərə, AMEA-nın institut və təşkilatlarında əməkdaşlarının bir-birilərinin informasiya ehtiyatlarından kütləvi istifadə etməsinə, digər tərəfdən isə onların hər birinin dünya informasiya fəzasında tanınmasına geniş imkan yaradır. Məlumat mübadiləsi zamanı müəyyən normalara əməl olunur (4,s.22).

2012-ci ildən etibarən  Multimedia Mərkəzi tərəfindən dizayn işləri, müxtəlif formatlı kitabların çapı, cildləmə işləri, avtoreferatların çapı, kitab və jurnalların  tərtibatı həyata keçirilir.

İnstitut dünyanın 20 ölkəsi ilə əməkdaşlıq edir. Keçirilən görüşlərdə 19 xarici qurumun 100-dən çox alim və  mütəxəssisdən ibarət nümayəndə heyəti iştirak edir. İnstitutun  9 əməkdaşı 14 xarici quruma səfər etmişdir. İnstitutun 4 əməkdaşı bir il  müddətinə  xarici elmi tədqiqat qurumlarına ezam edilmişdir. İnstitut bir beynəlxalq konfransda təşkilatçı olmuşdur. İnstitutun əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar aşağıdakılardır:

1. Terena

2. Thomson Reuters

3. İEEE

4. Springer

5. Microsoft

6. ACM

7. UNCTAD

ELSEVİER-in Türkiyə və  Mərkəzi Asiya ölkələri üzrə meneceri Ayhan Saracoğlu və Almaniyanın “Springer” beynəlxalq elmi bazasının Türkiyə, Qafqaz, və Mərkəzi Asiya ölkələri üzrə meneceri Sıtkı Aktaş ilə görüşlər keçirilmişdir.

İnformasiya,  İnformasiyalaşdırma və İnformasiyanın mühafizəsi haqqında Azərbaycan  Respublikasinin qanununda qeyd edilirki Dövlət hakimiyyəti və yerli ozunuidarə orqanları, təşkilatihuquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar, vətəndaşların informasiya sistemləri, texnologiyaları və onların təminat vasitələrinin yaradılması və istehsalında  bərabər  hüquqları vardır.Dövlət informasiya sistemlərinin, texnologiyalarının və onların təminat vasitələrinin yaradılması və istehsalı sahəsində elmi və təcrubilayihə işlərinin aparılmasına şərait yaradır (3.s,6).

AMEA-nin İnformasiya Texnologiyalari İnstitutunun əməkdaşlarının informasiya təminatında “İnformasiya xidməti”nin əsas rolu vardır.  “İnformasiya xidməti”nin tərkibinə adi kitabxana, elektron kitabxana, İnternetə sərbəst daxil olub lazımi informasiyaları əldə etmək, CDN texnologiyası əsasında dinamiki formalaşan intellektual informasiya fondlarının yaradılması və s. kimi imkanlar daxildir. İnstitutun əməkdaşları demək olar ki, keçmiş SSRI ərazisində nəşr olunan bütün elmi, elmi-praktiki, texnoloji, populyar və s. kimi kitab və jurnallarla müntəzəm olaraq təmin olunurlar. İnstitutun əməkdaşları ingilis dilli mənbələr olan IEEE, ACM kimi nüfuzlu elektron kitabxanalara abunə olublar və Springer, Blackwell kimi nəşriyyatların e-jurnallarına giriş imkanları var. İnstitutun əməkdaşları vaxtlı-vaxtında İT sahəsində dünyanın istənilən yerində keçirilməsi planlaşdırılan beynəlxalq konfranslar, toplantılar haqqında məlumatlar alırlar.İnstitutun əməkdaşlarını elmi-texniki informasiya ilə təmin etmək üçün müasir tələblərə cavab verən "İnformasiya xidməti" yaradılmışdır. "İnformasiya xidməti"nin tərkibinə adi kitabxana, elektron kitabxana, İnternetə sərbəst daxil olub lazımi informasiyaları əldə etmək, CDN texnologiyası əsasında dinamiki formalaşan intellektual informasiya fondu və s. daxildir (5,s.1).

İnstitutun tərkibində fəaliyyət göstərən “İnformasiya xidməti”nin işi mühüm əhəmiyyət kəsb edir. Bu xidmət hər şeydən əvvəl insitutun bütün əməkdaşlarına İnternet xidmətlərindən sərbəst istifadə etmək imkanı yaradır.

İnstitut elmi-texniki informasiya sahəsində elmi-tədqiqat və ali təhsil müəssisələrinin kitabxanalarına, həmçinin respublika səviyyəli digər kitabxanalara metodiki köməyi həyata keçirir.

İnstitutun elmi-texniki informasiya təminatına beynəlxalq elmi-texniki cəmiyyətlər və elektron kitabxanalarla əməkdaşlıq daxildir. İnstitut SpringerLink,  IEEE computer society,  Cambridge,  ACM Digital Library,  IOP Science,  Oxford  Engilish Dictionary, EBSCO kimi  elmi-texniki cəmiyyətlər və elektron  kitabxanalarla  əməkdaşlıq  edir.  İnstitutun elmi-texniki informasiya təminatında 12 saylı şöbənin mühüm əhəmiyyəti vardır. 12 saylı şöbənin rəhbəri Mədinə Səidovadır. 12 saylı şöbənin əsas elmi istiqamətləri aşağıdakılardır:

1. Elektron kitabxana şəbəkələrinin yaradılması problemləri; 

2. E-kitabxana mühitində sosial şəbəkələrin aşkarlanması problemləri;

3.Bibliometrik üsulların e-kitabxana mühitində tətbiqi imkanlarının araşdırılması;

4.Qeyri-səlis məntiq vasitəsilə kitabxana xidmətlərinin təkmilləşdirilməsi problemləri.

   12 saylı şöbənin əldə etdiyi əsas elmi nəticələr aşağıdakılardır;

1. İntellektual elektron kitabxana şəbəkələri modeli işlənmişdir;

2.İntellektual elektron kitabxanalarda toplanmış qeydiyyat məlumatlarının intellektual emalı və analizi məsələləri araşdırılmışdır;

3. Qeyri-səlis çoxluqlar nəzəriyyəsinin tətbiqi ilə çap əlyazma simvolları üçün tanıma sistemi hazırlanmışdır;

4. Mətnlərin təsnifləşdirilməsi üçün alqoritm təklif olunmuşdur.

İnstitutun əməkdaşlarının məqalələrinin çap olunduğu indeksli jurnallardan Knowledge-Based System jurnalında 1 meqalə çap olunmuşdur.Jurnalda bu məqaləyə 2,422 isnad olmuşdur. Expert Systems with Applications jurnalında 4 məqalə çap olunmuşdur və 2,203 isnad olmuşdur. Journal of Automation and İnformation Sciences jurnalında 1 məqalə çap olunmuşdur və 0,04 isnad olmuşdur.  Bu jurnallar əsas impakt faktorlu  jurnallardır. Jurnalın impakt faktoru bu jurnalda çap olunmuş hər məqaləyə 2 il ərzində düşən isnadların orta sayıdır. Evvəlcə  məqalə jurnala göndərilir əgər tələblərə uyğun gəlirsə qəbul olunur.

Hal-hazırda institutda 250 əməkdaş fəaliyyət göstərir. İnstitutda, demək olar ki, İT sahəsinin bütün seqmentləri üzrə yüksək ixtisaslı mütəxəssislər vardır. İnstitutda 3 akademik, 7 elmlər doktoru, 15 fəlsəfə doktoru, 18 doktorant, 24 dissertant və digər əməkdaşlar elmi-tədqiqat işləri ilə məşğul olurlar.

           

ƏDƏBİYYAT

 

1. Azərbaycanda informatikanın təşəkkülü.-Bakı:”Letterpress” nəşriyyat evi, 2010.-172 s.

2. İnformasiya Texnologiyaları İnstitutunun 2012-ci il üçün hesabatı. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013.- 52 s.

3. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”Azərbaycan Respublikasının Qanunu.-Bakı, 1998.-10 s.

4. Osman Gündüz. Azərbaycan İnternet Resursları.-Bakı, 2006. -250 s.

5. www.ict.az

6. www.science.gov.az

 

Н.И.Исмаилов

Ф.Назим гызы

 

ОСНОВНЫЕ НАПРАВЛЕНИЯ ДЕЯТЕЛЬНОСТИ И ИНФОРМАЦИОННОЕ ОБЕСПЕЧЕНИЕ ИНСТИТУТА ИНФОРМАЦИОННЫХ ТЕХНОЛОГИЙ НАНА

 

Р Е З Ю М Е

В работе широко описываются проблемы основные направления деятельности и информационное обеспечениеИнститута информационных технологий Национальной академии наук Азербайджана. Для информационного обеспечения сотрудников института необходимо разработать современную информационную службу. Информационная служба включает в себя традиционную библиотеку, электронную библиотеку и бесплатный доступ к Интернету для получения необходимой информации, а также интеллектуальный информационный фонд, динамично формирующийся на основе CDN  технологий. Сотрудники института подписаны на англоязычные источники, такие как IEEE, ACM, а также имеют доступ к электронным журналам авторитетных издательств Springer,Blackwell. Сотрудники института регулярно получают информацию о международных конференциях и мероприятиях проведенных в любое время и в любом месте в области ИТ.

 

 

N.I.Ismaılov

                F.Nazim gizi

 

THE MAIN ACTIVITIES AND INFORMATION PROVISION OF THE INSTITUTE OF INFORMATION TECHNOLOGY OF ANAS

 

S U M M A R Y

       The paper extensively covers the main activities and information provision of the Institute of Information Technology of the AzerbaijanNationalAcademy. To ensure the employees of the institute with scientific and technical information, modern information service should be developed. İnformation service includes traditional library, electronic library, and free internet access to obtain the necessary information, CDN-based dynamic and intelligent information foundation. The Institute employees are subscribed to English-language sources, such as IEEE, ACM, and e-journals of authoritative publishers such as Springer, Blackwell are available for them. The Institute employees are aware of regularly scheduled international conferences and events in the field of IT anytime and anywhere.

 

 

Kitabxanaşünaslıq və biblioqrafiya: Elmi-nəzəri, metodik və təcrübi jurnal.- 2014.- № 2.- S. 42-49.