Rəşad QARDAŞOV
Bakı
Dövlət Universiteti “Kitabxana
resursları
və informasiya axtarış
sistemləri” kafedrasının baş müəllimi
İNFORMASİYALAŞDIRILMIŞ
CƏMİYYƏT ŞƏRAİTİNDƏ
KİTABXANAÇILIQ TƏHSİLİNDƏ YUKSƏK
İNFORMASİYA TEXNOLOGİYALARININ TƏTBİQİ İSTİQAMƏTLƏRİ
Açar
sözlər:elektron katoloq,MARC formatı,kitabxanaçılıq
təhsili,məlumat bazaları
Êëþ÷åâûå
ñëîâà:ýëåêòðîííûé
êàòàëîã, ôîðìàò MARC, íàó÷íàÿ áèáëèîòåêà, èíôîðìàöèîííûå áàçû äàííûõ.
Keywords:electon calatog,
MARC format, library science, information bases
Azərbaycan
xalqının milli sərvəti olan respublika kitabxanaları sənəd-informasiya
resurslarının toplanıb saxlanılmasında və
kütləvi istifadəsinin təşkilində mühüm
rol oynayır. Qlobollaşan informasiya cəmiyyətinin təhlilinə
uyğun olaraq Respublika kitabxanalarının hüquqi
maddi-texniki və texnoloji bazası durmadan inkişaf
edir.Xüsusilə müstəqillik ilində kitabxana işi
haqqında milli qanun qüvvəyə minmiş (1999 mart)və“
Azərbaycan kitabxanalarının fəaliyyətinin
yaxşılaşdırılması”haqqında Azərbaycan
Respublikası Prezidentinin sərəncamı kimi vacib dövlət
hüquqi-normativ sənədlər qəbul edilmişdir.
Sərəncamda
ölkənin iri kitabxanalarının elektron kataloqu və
elektron kitabxanasının yaradılması vəzifələri
irəli sürülmüşdür. Bu sərəncamda
2008-2013-cü illər üzrə kitabxanalarının
inkişafının dövlət proqramının işlənməsi
zəruri istiqamət kimi müəyyənləşdirilmişdir.
İndi
Respublikamızda 10 mindən çox kitabxana fəaliyyət
göstərir. Onların xeyli hissəsində müasir
informasiya texnologiyalarına əsaslanan internet resurs mərkəzləri–lokal
və qlobal elektron katoloq sistemləri
yaradılır. 2008-ci ildə işlənib təsdiq
edilmiş dövlət proqramlarında kitabxanaların 8
inkişaf istiqamətlərində biri də vertual elektron
katoloq sisteminin yaradılması problemidir. Elektron katoloqlaşdırmanın
oxucuların onlayın rejimində informasiya
axtarışlarında və
kitabxana daxili proseslərin avtomatlaşdırılmasında həlledici
rolu vardır. Hazırda respublikanın iri kitabxanalarında bir
neçə avtomatlaşdırılmış
kitabxana-informasiya sistemləri (AKİS) bazasında elektron
kataloqlar işlənib tərtib edilmişdir.
VTLS,İRBİS,FOLLET
kimi dünyada geniş yayılmış AKİS-lərin
kataloqlaşdırma,avtomatlaşdırılmış
işçi yerlərinin yaradılması deyilənlərə
əyani nümunə ola bilər.
Təbii
ki, kitabxanalar fəaliyyətində günbəgün
inkişaf edən yeni informasiya texnologiyaları, o cümlədən
elektron kataloqlaşdırma mürəkkəb texniki-texnoloji
kompleks olduğundan bu sahədə ixtisaslı kadr
hazırlığına obyektiv ehtiyac yaranmışdır.
Müasir dövrdə kitabxanalarda elektron kataloqun tətbiqi günün
vacib məsələlərindəndir.Xüsusilə ali məktəb
kitabxanalarında bu işə xüsusi diqqət yetirilməlidir.
XX
əsrin 60-70-ci illərində ABŞ-da Kongres
kitabxanasının mütəxəssisləri
İnformasiyasının “Maşınla oxunan
kataloqlaşdırma” (“Machine readeble catalalogina - MARC)
proqramını işləyib hazırladı. Daha sonra
İngiltərə, Kanada bu proqramdan müştərək
istifadə üçün təşəbbüs göstərdilər.
Beləliklə, İngiltərədə UKMARC, Kanadada KANMARC
versiyaları meydana gəldi. Hazırda MARC formatının
beynəlxalq versiyası-UNİMARC yaranmışdır. Həmin
MARC formatları həm ayrı-ayrı ölkələrda həm
də dünyada vahid informasiya mübadiləsini təmin etmək
üçün yaradılan beynəlxalq biblioqrafik təsvir formatlarıdır. AKİS-lər də
həmin formatlara uyğun təşkil edilir, onların
ümumi İNTERFACE zonası (pəncərəsi) həmin
formatlara əsaslanır, iş mexanizmi, fəaliyyətin təşkili
strukturu həmin formatlar əsasında qurulur.
Deməli,
kitabxanaçılıq, kitabxana işi,
kitabxanaçılıq təhsili verən müəssisələr
və subyektlər İnformasiya texnologiyaları sistemində kitabxana
işi aspektindən yanaşərkən ilk növbədə
MARC formatları, quruluşu, yaranması, müasir vəziyyəti,
inkişaf perspektivləri və onların məntiqi funksional
davamı– texniki reallığı olan AKİS-lər
haqqında ətrafli məlumat verməli, onların
kitabxanaçı kadrlara , gələcəyin informasiya
mütəxəssislərinə mənimsədilməsi
üçün maksimum səy göstərməlidirlər.
Onu
da qeyd edək ki, hazırda əksər
kitabxanalarda kitabxana prosesləri (kitab verilişi, sifarişi,
abunə, kataloqlaşdırma, komplektləşdirmə, digər
proseslər vəs.) məhz MARC formatları əsasında təşkil
edilən AKİS-lər (VTLS, VİRTUA, Liber, Library,
İRBİS vəs.) həyata keçirilir. Deməli, həmin
texnologiyalar ali kitabxanaçılıq təhsili prosesində
gələcək kadrlara mənimsədilməli olan ən
başlıca, ən əsas mərhələdir ki, ali
kitabxanaçılıq təhsili prosesində
informasiya-kommunikasiya texnologiyalarından bəhz edərkən
ilk öncə, yuxarıda qeyd etdiyimiz kimi göstərdiyimiz
texnoloji məsələləri dərin təhlil edilməlidir.
Bu prosesdə əksər qabaqcıl xarici ölkə
kitabxanalarının, tədris müəssisələrinin təcrübəsindən,
iş üsulundan da bəhrələnmək vacibdir.
Ali
kitabxanaçılıq təhsili prosesində
informasiya-kommunikasiya texnologiyalarının tətbiq edilməsi
zəruri olan proseslərdən biri də elektron kitabxanalar,
onların yaradılması sahəsidir. Məhz bu sahə
kitabxana işi sahəsində informasiya-kommunikasiya
texnologiyalarının köməyindən bilavasitə ən
çox istifadə edən sahədir. Bu, tamamilə yeni,
müasir anlayışdır və həm
kitabxanaçıdan, həm də kitabxanaçılıq təhsili
müəssisəsində çalışan və bu işlə
məşğul olan hər bir kəsdən maksimum
texniki-informativ bilik tələb edir. Elektron kitabxanalar
informasiyalaşdırılmış cəmiyyət
quruculuğunun sosial sifarişidir. Elektron kitabxanalar oxuculara
informasiya xidmətinini kompüterləşdirilməsinin nəticəsi
olub, ənənəvi kitabxanalara alternativ bir qurum deyil,
yalnız bir xidmət növüdür.
Elektron
kitabxanalar uzaq məsafədən oxuculara daha dolğun
informasiya xidməti göstərərək, bu xidmətin zaman
və məkandan asılılığına son qoyur. Deməli,
bütün bu proseslərdə informativ-kommunikativ vasitələrin
əhəmiyyəti kitabxanaçılıq təhsilində
həm tətbiq edilməli, həm də tələbələrə
- gələcək informasioloqlara ətraflı izah
olunmalıdır.
Kitabxanaçılıq
təhsilinin inkişafında bütün bunlar nəzərə
alınarkən hərtərəfli təhlil edilməli, onun nəzəri
və praktiki tərəfləri, inkişaf
qanunauyğunluqları və çatışmazlıqları
aşkara çıxarılmalıdır. Elə
kitabxanaçılıq təhsilinin inkişafında elektron
kitabxanaların təcrübi əhəmiyyəti də bu
aspektdə böyük məna kəsb edir və onun məntiqi
davamını belə şərh etmək olar:
Elektron
kitabxanalar müasir veb-texnologiya əsasında fəaliyyət
göstərir. Veb-texnologiya lokal və uzaqda yerləşmiş
informasiya ehtiyatlarının inteqrasiyasını təmin edir.
Axtarış və naviqasiya vasitələri onun mühüm
elementidir. Axtarış aparatı oxucu sorğusu əsasında
informasiya ehtiyatının verilənlər bazasında
axtarış aparmağı təmin edən xüsusi
modullarından ibarətdir. Naviqasiya elementləri isə konkret
sənədə və ya sənədin konkret hissələrinə
istinadı təmin edənhiperistinad siyahısından ibarətdir.
Beləliklə,
informasiyalaşdırılmış cəmiyyətdə oxucu
sorğularının tam və dolğun ödənilməsi
üçün mövcud kitabxanaların qarşısında
çox mühüm tələblər durur. Kitabxanaların
oxuculara xidməti ilə əlaqədar olaraq yeni
funksiyaları müasir tələblər səviyyəsində
yerinə yetirmək günün əsas tələblərindən
biridir.
Kitabxanaçılıq
təhsili və informasiya-kommunikasiya vasitələri sistemindən
bəhs edərkən müasir kitabxana işində və
informasiya tələbatının təmin edilməsində həlledici
rollardan birini oynayan verilənlər bazalarından
danışmalıyıq. Çünki verilənlər
bazaları müasir texnologiyanın ixtirası, kitabxana işi
sahəsində əhəmiyyətli kəşflərdən
biridir. Onların hərtərəfli mənimsənilməsi və
təhsil prosesində tədrisi son dərəcə vacibdir,
çünki gələcəyin kitabxanaşünas-informasioloqu
mütləq verilənlər bazaları ilə işləyəcək
və istehsalatda bununla qarşılaşacaq.Ümumiyyətlə
kitabxanaçılıq təhsilinə verilən tələblərdən
danışarkən dünya təcrübəsinə
müraciət etmək lazımdır.Bu barədə ABŞ təcrübəsinə
müraciət etmək lazımdır.
Həmin
verilənlər bazalarından bir neçəsi barədə
bəhs edək:
1)
Science Direct: bu, tammətnli verilənlər bazasıdır ki,
2 500-dən artıq jurnal məqalələrini, kitab fəsilləri
və 11 000-dən çox kitabı təqdim edir;
2)
EBSCO: dünyada çox məşhur məlumat bazasıdır
ki, onun vasitəsilə tammətnli elektron jurnal, elektron
kitablar, verilənlər bazaları və s. istifadə etmək
olar. Onu da qeyd edək ki, EBSCO tammətnli məlumatlar
bazası haqqında təhsil ocaqları,
kitabxanaçılıq təhsili müəssisələrində
hərtərəfli məlumatlar verilir və onun vasitəsilə
xarici məlumat nəşrləri, elektron informasiya
daşıyıcılarının biblioqrafik təsviri və
s. izah edilir;
3)
ProQuest: dünyada ən böyük elektron kitabxana Ann-Arborda
(ABŞ-ın Miçiqan ştatı) yerləşmiş
“ProQuest” şirkətinə məxsusdur. Bu elektron kitabxana minlərlə
dövri nəşri, dissertasiyasını, kitab və digər
çap əsərini özündə əks etdirir;
4)
Willey-Black Well: 2007-ci ildə iki böyük naşir “John
Willey” və “Black Well” birləşdi və Willey-Black Well verilənlər
bazası yarandı. Hazırda o, dünyanın ən məşhur
universitet və professional naşirlərindən biridir.
Bundan
başqa, kitabxanaçılıq təhsilində
informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sistemində
verilənlər bazalarının yerini, əhəmiyyətini,
yüksəkliyini digər verilənlər bazalarının
adlarını çəkməklə də göstərmək
olar:
5)
MathsciNet;
6)
Sage Journals Online;
7)
Scopus;
8)
Isi Web of Knowledge;
9)
Eudnot Web;
10)
IEEE (Institute of Electical and Electronics Engineers);
11)
ACM (Assosiation for Computing Machinery);
12)
ACS (American Chemical Society);
13)
`AIP (American Institute of Physics) və s. kimi verilənlər
bazaları informativ-kommunikativ vasitələrin və
texnologiyaların köməyi ilə təşkil edilir,
yaradılır, əsas məqsəd və funksiyaları həyata
keçirir (110). Eyni zamanda, kitabxanaçılıq təhsilinin
inkişafında informasiya-kommunikasiya texnologiyalarının
inkişafı məsələlərindən bəhs edərkən,
təsnifatlaşmanın kompüterləşdirilməsi
işini həyata keçirməyin vacibliyindən
danışmaq yerinə düşərdi. Lakin çox təəssüflər
olsun ki, hələ bu iş ürəkaçan vəziyyətdə
informativ və kommunikativ vasitələrin köməyi ilə
elektronlaşdırılmamış, yalnız mətn tipli və
ayrı-ayrı cildlərlə mövcud olaraq istifadəsi
xeyli çətinləşir.
İnformativ-kommunkativ
vasitələri: kompyuter, kompyuterin texniki proqram təminatı,
informasiya bazaları, veb-texnologiyalar, digər texnoloji vasitələr
vəs. Köməkliyi ilə
informasiya cəmiyyətinin qlobal xarakteri zəiflədilmişdir.
Bu o deməkdir ki, təmin edilməsi mümkünsüz hesab
edilən informasiya axınının qarşısı həmin
texnologiyaların köməkliyi ilə alınmış və
beləliklə qloballıqdan əsər-əlamət demək
olar ki, qalmamışdır. Bunu nə ilə sübut etmək
olar? Bu suala cavab vermək üçün 60-70 il öncəyə
qayıdax. Həmin tarixdə tutaq ki, Avropa qitəsinin
hansısa nöqtəsindən məlumat, mətn və ya
elektron formada olan hər hansı informasiyanı Azərbaycanın
hər hansı bölgəsinə bir-neçə
çatdırmaq olardımı? Cavabı çox sadədir-xeyr!
Beləliklə bunu kimi yüzlərlə misala istinad edərək
yuxarıdakı məsələni tam aydınlaşdıra
bilərik. Bir sıra ölkələrdə: ABŞ, Fransa,
İngiltərə, Meksika, Almaniya, Danimarka, İtaliya,
Çin, Türkiyə ali kitabxanaçılıq təhsili
proseslərini izləyərkən məlum olur ki, Kommunikasiya və
informasiya vasitələri həmin prosesin alt və üst
bazisini təşkil edir. Bu prosesdə həmin vasitələrin
yerinin, rolunun dəyərləndirilməsi
baxımından əhəmiyyəti böyükdür.
Həmin
məlumat bazalarında informasiyanın yaradılması, yerləşdirilməsi
və hazırlanması qaydaları mürəkkəb mexanizmə
əsaslanır və həmin mexaizmin strukturu kitabxana mütəxəssisləri
tərəfindən gələcək mütəxəssislərə
öyrədilməli, ali kitabxanaçılıq təhsili
müəssisəsinin həyata keçirməsi vacib olan əsas
iş istiqamətlərindən biri olmalıdır.
XX
əsrin son onilliyində informasiya və kommunikasiya texnologiyalarının
cəmiyyətin inkişafına təsir göstərən əsas
amillərdən birinə çevrilməsi, informasiya
texnologiyalarının sürətli inkişafı cəmiyyətin
informasiya quruculuğu mərhələsinə qədəm
qoymasına şərait yaratdı. İnformasiyalaşdırılmış
cəmiyyətdə informasiya əmtəəyə çevrilərək
onu inkişaf etdirən əsas məhsuldar qüvvə kimi
çıxış edir, nəticədə sənaye cəmiyyətindən
informasiya cəmiyyətinə keçid baş verir. Belə
bir dövrdə kitabxanalar bəşəriyyətin mədəni
elmi irsinin qoruyucusu, yaradıcısı və ən əsası,
müasir informasiya sistemləri ilə birbaşa əlaqə
yarada biləcək mərkəz olmağa doğru inkişaf
edir.
Kitabxana
şəbəkələrində elektron ehtiyatların kataloqlaşdırılması
problemi daha mürəkkəb xarakter daşıyır. Bu zaman
elektron ehtiyatların təkcə əldə edilməsi, yerləşdirilməsi,
İnternetdə istifadəsi, təqdim edilməsi deyil, həm
də bütün informasiyanın həcminə görə
kataloqlaşdırılması nəzərə
alınmalıdır. Bunları nəzərə almadan
bütün sənəd-informasiya ehtiyatlarının
kataloqlaşdırılması mümkün deyildir. Bu isə
bir sıra sənədlərin işlənmə və istifadəetmə
məhdudluğuna səbəb olur. Buna görə də
elektron informasiya kütləsini düzgün müəyyənləşdirəcək
iki cəhəti: elektron ehtiyatların kataloqunn
yaradılması və internetə verilən kataloq
ehtiyatlarının təşkilini xüsusi nəzərə
almaq lazımdır.
Belə
nəticəyə gəlmək olar ki, müasir dövrdə
kitabxanalarda yeni kitabxana-informasiya texnologiyalarının tətbiqi,
kitabxana-biblioqrafiya proseslərinin
avtomatlaşdırılması ənənəvi kataloq və
kartoçkaların elektron formaya keçirilməsini zəruri
edir. İnformasiyanın toplanması, məlumat bazalarının
yaradılması, saxlanması, işlənməsi, axtarışı
və mübadiləsi üçün kitabxanalarda avtomatlaşdırılmış
informasiya axtarışı sistemləri tətbiq edilir. Elektron
kataloqların yaradılması sahəsində görülən
işlər, İnternet vasitəsilə beynəlxalq
informasiya şəbəkəsində axtarışlar
aparılması, informasiyaya çevik və sürətli
çıxış kitabxanalarda informasiya-biblioqrafiya xidmətinin
yeni formalarının tətbiqini tələb edir.
ƏDƏBİYYAT
1.
“İnformasiya, informasiyalaşdırma və informasiyanın
mühafizəsi haqqında” Azərbaycan Respublikasının
Qanunu // "Azərbaycan" qəz., 1998, 23 iyun.
2.
“Kitabõana işi haqqında” Azərbaycan Råspublikasının
Qanunu// “Azərbaycan” qəzeti, 1999,14 mart.
3.
“Mədəniyyət haqqında” Azərbaycan
Respublikasının Qanunu // Xalq qəzeti, 1998, 18 aprel.
4.
Azərbaycanda Råspublikasında kitabõana-informasiya sahəsinin
2008-2013-cü illərdə inkişafı üzrə
“Dövlət Proqramı”nın təsdiq edilməsi barədə
Azərbaycan Råspublikası Pråzidåntinin Sərəncamı //
“Pespublika” qəz., Bakı, 2008,
7 oktyabr.
5.
Azərbaycanda kitabõanaların fəaliyyətinin
yaõşılaşdırılması haqqında Azərbaycan
Råspublikası Pråzidåntinin sərəncamı // “Azərbaycan” qəz.,
Bakı, 2007, 21 aprål.
6.
Azərbaycan təhsili ÕÕI əsrin astanasında: Azərbaycan
Råspublikası Təhsil Nazirilyinin sifarişi ilə çap
îlunmuşdur / Tərt. åd: R.Ağamalıyåv, råd.: Ə.Quliyåv;
Azərbaycan Råspublikası Təhsil Nazirilyi. Bakı:
Çaşıîğlu, 1998, 32 s.
7.
Abbasov A və b. İnformatika, telekomunikasiya, radioelektronika
üzrə terminoloji lügət. Bakı, 2004, 295 s.
8.İsmayılov
X.İ. Kitabxana-informasiya texnologiyaları: Dərs vəsaiti.
Bakı, «Nurlar» nəşriyyat-poliqrafiya mərkəzi, 2009.-
312 səh.
9.Rüstəmov
Ə., Baxşəliyev Z. Elektron kitabxanaların formalaşdırılmasının
bəzi məsələləri // Kitabxanaşünaslıq və
biblioqrafiya.- 2002.- ¹2.-s.39-49.
10.Rüstəmov
Ə., Mustafayeva N. Respublika kitabxanalarında əsas proseslərin
avtomatlaşdırılması // Kitabxanaşünaslıq və
biblioqrafiya.- 2007.- ¹2.- s.15-27
11.Rüstəmov
Ə., Mustafayeva N.: Avtomatlaşdırılmış
kitabxana-informasiya sistemləri və şəbəkələri
(nəzəri və metodiki məsələlər).-B.,
2007.-124-135 s.
12.Xələfov
A.A., Qurbanov A.İ.: Kitabxanaların kompüterləşdirilməsinin
əsasları: Dərslik.-B.: Bakı Universiteti nəşriyyatı,
2007.-200 s
13.Xələfov
A.A., Hüseynova A.S.: Elektron kataloqun əhəmiyyəti və
təşkili prinsipləri//Bakı Universitetinin Xəbərləri
(humanitar elmlər seriyası).- 2004.-¹4.-s.288-290.
14.Xələfov
A.A., Mehdiyeva N.D.: BDU-nun Elmi Kitabxanasının elektron
kataloqu/Bakı Universitetinin Xəbərləri (humanitar elmlər
seriyası).- 2007.-¹3.-s.198-201.
Ð.Ãàðäàøîâ
ÏÐÈÌÅÍÅÍÈÅ
ÈÍÔÎÐÌÀÖÈÎÍÍÛÕ È ÊÎÌÌÓÍÈÊÀÖÈÎÍÍÛÕ ÒÅÕÍÎËÎÃÈÉ Â ÁÈÁËÈÎÒÅ×ÍÎÌ ÄÅËÅ
ÐÅÇÞÌÅ
Â
ñòàòüå îáñóæäàþòñÿ òðåáîâàíèÿ áèáëèîòåêîâåäåíèÿ. Èññëåäîâàëèñü òàêæå ïðèìåíåíèå
èíôîðìàöèîííûõ è êîììóíèêàöèîííûõ òåõíîëîãèé â áèáëèîòå÷íîì äåëå. Çäåñü
ãîâîðèòü î îòðàæåííûõ ïðàêòèêè ÑØÀ â ðàçâèòèå îáðàçîâàíèÿ â íàøåé ñòðàíå.
R.Gardashov
THE USE OF INFORMATION AND COMMUNICATION
TECHNOLOGIES IN LIBRARIES
SUMMARY
İn
this article discussed the requirements of library science. Also investigated
the application of information and communication technologies in library
science. Here talk about reflected USA
practices in the development of education in our country.
Kitabxanaşünaslıq və
biblioqrafiya: Elmi-nəzəri, metodik və təcrübi
jurnal.- 2014.- ¹ 2.- S. 50-55.