İradə ƏLİYEVA

AMEA-nın MEK-nın dissertantı

 

EKOLOGİYA VƏ ƏTRAF MÜHİTİN MÜHAFİZƏSI ÜZRƏ CARİ BİBLİOQRAFİK VƏSAİTLƏR SİSTEMİNİN BƏZİ XÜSUSİYYƏTLƏRİ

 

Açar sözlər: ekologiya, ətraf mühitin mühafizəsi, sənəd kütləsi, sənəd axını, cari biblioqrafik vəsait, kitab salnaməsi, jurnal məqalələri salnaməsi, qəzet məqalələri salnaməsi, Birillik Azərbaycan kitabiyyatı, Kitab Palatası, M. F. Axundov adına Azərbaycan Milli Kitabxanası

Ключевые слова: экология, охрана окружающей среды, докумен-тальный массив, документальный поток, текущее библиографическое пособие, книжная летопись, летопись журнальных статей, летопись газетных статей, Ежегодник азербайджанской книги, Книжная палата, Азербайджан-ская национальная библиотека им. М, Ф. Ахундова.

Keywords: ecology, environment protection, documentary array, documentary stream, current bibliographical index, book chronicle, chronicle of magazine articles, chronicle of newspaper articles,Book yearly of Azerbaijan, Book Chamber, Azerbaijan National Library named M.F.Axundov

XX əsr ekologiya elmininn və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyətin geniş vüsət aldığı bir dövr kimi qiymətləndirilməlidir. Çünki bu dövr dünya miqyasında əhalinin artması və bu artan əhali üçün əvvəllər insan yaşamayan ərazilərin yaşayış yerlərinə çevirilməsi, bir vaxtlar ancaq Qərbi Avropaya və Şimali Amerikaya xas olan sənayeləşminin qlobal xarakter alması və bu yolla sənaye müəssisələri tikmək, xammal əldə etmək, tullantıları buraxmaq prosesində daha artıq ərazilərin bioloji mühitinin məhv olması və çirklənməsi, Birnci və İkinci Dünya Müharibəsi də daxil olmaqla ardı-arası kəsilməyən müharibələrin ətraf mühitə dəhşətli dərəcədə ziyan vurması   səciyyəvidir.

Ətraf mühitə ən güclü təsir göstərən əhali artımı məsələəsinə diqqət yetirsək aşağıdakı faktların şahidi olarıq.

Bizim eranın başlanğıcında yer üzərində 300 mln. insan yaşayırdı. Sonrakı illərdə isə bi rəqəm aşağıdakı kimi dəyişdi:

I minilliyin sonu-400 mln. nəfər.
1500-cü il - 500 mln. nəfər
1820 –ci il- 1 mlrd. nəfər
1900-cu il-1,6 mlrd. nəfər
1960-cı il-3 mlrd. nəfər
1993-cü il-5,65 mlrd. nəfər
1999-cu il-6 mlrd. nəfər
2003-cü il-6,3 mlrd. nəfər
2006-cı il-6,5 mlrd. nəfər
2010-cu il-6,8 mlrd. nəfər
2011-ci il-7,0 mlrd, nəfər

Proqnozlara görə, 2050-ci ildə dünya əhalisi 9 mlrd., 2100-cü ildə 10 mlrd. nəfər olacaq. ( 3; 4).

Təkcə əhali artımı ilə bağlı bu rəqəmlər dünya miqyasında təbii mühitə necə ağır yük düşməsi və gələcəkdə ekoloji problemlərin necə də kəskinləşəcəyi barədə təsəvvür yaradır. Bundan əlavə, qlobal miqyasda səaye məhsulunun istehsalı, ətraf mühitə atılan tullantıların çoxalma dinamikası, bu sahə üzrə statistik göstəricilər də ətraf mühitlə bağlı təhlükənin necə artmasını sübut edir. Məsələn, hal-hazırda dünya miqyasında havaya buraxılan tullantı qazların tərkibində olan bərk tullantıların miqdarı 60 mln. tondan artıqdır. Hər il dünya miqyasında havaya buraxılan tullantı qazların tərkibində 100 mln ton kükürd iki oksid və 70 mln ton azot oksidi olur ki, bunlar ətraf mühütə ciddi ziyan vuran turşulu yağışların əmələ gəlməsinə səbəb olur. Amerikan alimlərinin tədqiqinə əsasən, son 200 ildə dünyada 900 min növdən çox bitki və heyvanın nəsli kəsilmişdir.

(http://www.grandars.ru/shkola/geografiya/globalnye-ekologicheskie-problemy.html)

Bütün bu proseslər  həm lokal şəkildə, ayrı-ayrı ölkələrin miqyasında, həm də qlobal şəkildə ekologiyaya verilən diqqətin artmasına, informasiya tələbatının intensivləşməsinə  səbəb olur ki, həmin diqqət özünü aşkar şəkildə bu sahə üzrə sənəd-kommunikasiya sistemlərində gedən proseslərin intensivləşməsi,  sənəd kütləsinin çoxalması, sənəd axınının artması ilə özünü büruza verir. Belə bir vəziyyətdə təbii ki, ekologiya və ətraf mühitin mühafizəsinin biblioqrafik təminat məsələləri də artan aktuallıq kəsb edir.

Ekologiya və ətraf mühitin mühafizəsi üzrə informasiya tələbatının artması və  sahə üzrə sənəd-kommunikasiya sisteminin inkişafı bu sahənin biblioqrafik vasitələr sisteminin inkişafının əsas şərtidir. Sahə üzrə sənəd-kommunikasiyalar sisteminin tərkibində sənəd axınının xüsusi əhəmiyyəti vardır. Bu axın ən müxrəlif nəşriyyatların, dövlət və qeyri-dövlət qurumlarının  nəşr etdiyi kitblardan və digər monoqrafik məşrlərdən, o cümlədən elmi-texniki hesabatlardan və konfrans  materiallarından, normativ-texniki sənədlərdən,  ən müxtəlif dövri və ardı dfavam edən nəşrlədən ibarətdir. Həmin sənəd axını daim inkişaf edir və özündə bu elm və fəaliyyət sahələrinin  yeni istiqamətlərini əks etdirir. Bu sahə üzrə fəaliyyət göstərən mütəxəssislərin,  təhsil alan şəxslərin yeni sənədlərə  olan tələbatının  ödənilməsində sənəd axınını əks etdirən biblioqrafik vəsaitlərin mühüm əhəmiyyəti vardır.

Cari biblioqrafik vəsaitlər müxtəlif təşkilatlar tərəfindən hazırlansa da. onun əsas funksiyası tələbatçılara yeni çıxan əsərlər barədə məlumat verməkdən ibarətdi. Cari biblioqrafik vəsaitlər müxtəif təyinatlı olur.  Onların ən geniş yayılmış növləri  rəsmi dövlər uçot-qeyd vəsaitləri, digərləri ayrı-ayrı müəssisə və təşkilatların nəşr məhsulunu əks etdirən vəsaitlərdir.  Bu vəsaitlər  özündə sənədləri müxtəlif dərinlikdə əks etdirirlər. Onlar sənəd axınını  bəzən mümkün qədər tam. bəzən isə seçmə qaydada əks etdirirlər. Müəyyən çoğrafi ərazidə meydana gələn sənəd axınının əks etdirilməsi uçot-qeyd dövlət biblioqrafik vəsaitlərinin funksiyasıdır. Belə vəsaitlər müxtəlif ölkələrdə müxtəlif müəssisələr və təşkilatar tərəfindən hazırlanıb nəşr edilir. Bir çox ölkələrdə bu iş milli kitabxanalar,  bəzi yerlərdə özəl şirkətlər  və ya xüsusi olaraq təşkil edilmiş dövlət qurumları tərəfindən yernə yetirilir. Sonunculara misal olaraq keçmiş SSRİ-də, sonraki dövrdə isə yeni Müstəqil  Dövətlər Birliyində fəaliyyət göstərən kitab palatalarnı göstərmək olar. Ökədə çap olunan bütün nəşriyyat məhsulunun mütləq nüsxələri kitab palatalarına daxil olur və həmin nüsxələrdən milli çap məhsulunun toxunulmaz fondu yaradılır. Eləcə də, həmin məhsul analtik –sintetik şəkildə işlənilir.

Özündə digər elm sahələri ilə yanaşı ekologiya və ətraf mühitin mühafizəsi üzrə sənədləri də əks etdirən universal xarakterli uçot-qeyd (milli) biblioqrafik vəsaitlər sistemi uzun təkamül prosesi keçmişdir. Nəticədə, dünyanın bir çox ölkələrində bu tipli  cari biblioqrafik vəsaitlərin nisbətən sabit sistemi formalaşmışdır. Qeyd edək ki, Rusiya Kİtab Palatasının ənənələrinə əsaslanmaqla keçmiş sovet məkanında, eləcə də Azərbaycanda kitab palatası yaradılmış və cari dövlət uçot-qeyd vəsaitləri sitemi yaradılaraq unkişaf etdirilmişdi.  Belə vəsaitlərin əsas növlərinə kitabları, jurnal və qəzet məqalələrini,  disertasiyaları, rəylər və s.əks etdirən salnamələr (göstəricilər) aid edilir.SSRİ döründə həmin vəsaitlərdə  İttifaqın bütün respublikalarında, o cümlədən Azərbaycanda  çap edilmiş kitablar,  müdafiə edilmiş dissertasiyalar,  dərc edilmiş məqalələr, rəylər, təsviri nəşrlər öz əksini tapmışdı. Sənədin həmin vəsaitdə əks olunması üçün əsas meyar onun  rus dilində olması idi.

Vaxtı ilə Azərbaycanda formalaşmış cari uçot-qeyd biblioqrafik nəşrlər sistemi isə bu hissələrdən ibarət  idi:1. Kitab salnaməsi. 2.Jurnal məqalələri salnaməsi. 3. Qəzet məqalələri salnaməsi. 4. Rəylər salnaməsi. 5, Not salnaməsi. 6.Təsviri nəşrlər salnaməsi. “Birillik Azərbaycan kitabiyyati” göstəricisi isə operativlik baximindan cari vəsaitlərə uyğun gəlməsə və retrospektiv vəsait olsa da, onu ardı davam edən vəsait kimi qəbul etmək mümkündür. Adı çəkilən vəsaitlərin hamısı uzun müddət ərzində ayliq nəşr edilmişdir. Eləcə də həmin cari salnamələr ümumi bir formada Azərbaycan mətbuat salnaməsi adi altinda toplanaraq nəşr edilirdi. (1)

Keçmis sovet republikalarında və Azərbaycanda kitab palataları tərəfindən hazırlanıb nəşr edilən cari dövlət uçot-qeyd vəsaitləri sitemində  ekologiya və ətraf mühitin mühafizəsi üzrə sənədlərin təqdim edilməsi xüsusi təsnifat sisteminə uyğun olaraq  təqdim edilirdi. Bir neçə dəfə təkmilləşdirlməklə  nəşr edilmiş, son variantı 1986-cı ildə çapdan çıxmış  “SSRİ-də kitab nəşri üçün ədəbiyyatın vahid təsnifat sistemi”  adlanan bu təsnifat özündə bütün elm və fəaliyyət sahələrini, eləcə də. ətraf mühitin mühafizəsi və  ekologiyaya dair ədəbiyyatı da əks etdirirdi.(5)

Bu təsnifat Ümumittifaq Kitab Palatası tərəfindən dövlət uçot-qryd biblioqrafiyası orqanlarında, mərkəzləşdirilmiş kataloqlaşdırma, mətbuat statistikası və kitab ticarəti müəssisələri üçün nəzərdə tutlmuşdu.  Bu təsnifat 50 bölmədən və onun daxilində çox sayda yarımbölmələrdən  ibarətdir. Bizim üçün maraq kəsb edən o faktdır ki, ekologiya  və ətraf mühitin mühafizəsinə  dair ədəbiyyat əsasən 15-ci bölmə - Təbiət elmləri bütövlükdə, 18-ci -Yer haqqinda elmlər və  19-cu Bioloji elmlər bölmələrində öz əksini tapmışdır.Həmin təsnifat indi də təkminləşmiş şəkildə Rusiyada və bir sıra MDB ölkələrində istifadə olunur. Burada həmin təsnifat həm nəşriyyatlarda, həm kitab palatalarinda,  həm də kitab ticarəti orqanlarında tətbiq edilirdi. İndi onun daha təkminləşmiş variantı üzərində işlər davam etdirilir. Bu salnamələrdə ekelogiya üzrə sənədlərin təsvir xüsusiyyətləri  ilə tanış olmaq üçün Ümumittifaq Kitab Palatasının nəşr etdirdiyi “Kitab salnaməsi”nin 1977-ci il 7-ci nömrəsinə nəzər salaq. Bu salnamənin 17.6-“Kənd təsərrüfatı bitkilərinin qorunması” bölməsində ekologiyaya dair əsəsrin aşağıdakı təsviri verilmişdir.

Ушатинская Р.С. Экология и физиология колорадского жука / Р. С. Ушатннская, Г. Г. Пирковский; АН СССР, Ин-т эволюц. морфологии и экологии  жнвотных им. А. Н. Северцова. – М,: «Наука ,1976.-131 с. : ил.;  21 см. и Jt.; 21 см . – Cписок лит.в конце статей с. 113-130.  -66 к.   2.150 экз.-[76-61590]п.632.768.12

Azərbaycan sənəd-informasiya tələbatçılarının ekologiya və ətraf mühitin mühafizəsi üzrə biblioqrafik təminatında SSRİ, indi isə Rusiya Dövlət Kitab Palatasının cari vəsaitlər sistemi öz mövqeyini və əhəmiyyəti saxlamaqdadır.

Oxşar misallara Azərbaycanda nəşr olunmuş “Kitab salnaməsi”nin, “jurnal məqalələrinin salnaməsinin”, “Qəzet məqalələrinin salnaməsinin” sahifəsələrində də rast gəlmək mümkündür.  Lakin təəsüf ki, Azərbaycan Dövlət Kitab Palatasının fəaliyyətinin dayanması nəticəsində ölkədə çap məhsulunun rəsmi uçot-qeyd biblioqrafik vəsaitlərinin nəşri dayanmışdır və bu iş heç bir müəssisə tərəfindən həyata keçirilmir.

Təqribən on illik fasilədən sonra, 2005-ci ildən etibarən Azərbaycanda  keçmiş Palatanın fəaliyyətinin bəzi istiqamətləri qismən dirçəldilməyə başlamışdır Bu zaman həmin işin tərkib hissəsi kimi “Birillik Azərbaycan kitabiyyatı”nın nəşri bərpa edilmişdir. Bu işi  yerinə yetirən M. F. Axundov adına Azərbaycan Milli Kitabxanası  nəşr etdirdiyi uçot-qeyd biblioqrafiyası  orqanı olan “Birillik Azərbaycan kitabiyyatı”nda  ədəbiyyatın təsnifləşdirilməsi üçün yuxarida adi çəkilən təsnifatdan imtina etdi və UOT-u tətbiq  etməyə başladı. .Hal-hazırda kitabxana tərəfindən buraxılan bütün cari vəsaitlərdə ədəbiyyatın təsnifatı üçün UOT-dan istifadə edilir. “Birillik Azərbaycan kitabiyyatı”nda  ətraf mühitin mühafizəsinə dair kitablar  öz əksini 55, 57 və 63-cü bölmələrdə tapmışdır. Həmin bölmələrdə ətraf mühitin qorunmasının bioloji- coğrafi və digər aspektlərinə dair kitablar da öz əksini tapır.  Nümunə üçün “Birillik Azərbaycan kitabiyyatı”nın 2001-ci il buraxılışına müraciət edək.

Vəsaitin “63 Kənd təsərrцfatı. Meшə tяsərrцfatı. Ovçuluq. Balıq təsərrü-fatı” bölməsində bu kitab əz əksini tapmışdır:

844. Əмirov, F. Meшələrin ekoloji rolu [Mətn] /Faiq Əмirov.– B.: Azərbaycan, 2001.- 238, (2) s.: şək.; 22 sм.- Biblioqr.: s. 223-233 (175 ad.).- Xülasə rus və ing. dillərində.- Müq. q., 400 nüs. (cildli).- [2001-69910].

          Göründüyü kimi,kitabın təsviri biblioqrafik metodikaya uyğundur.

Ekologiya və ətraf mühitin mühafizəsi üzrə cari biblioqrafik vəsaitlər  sisteminin digər bir istiqaməti ayrı-ayrı kitabxanaların fonduna daxil olan yeni ədəbiyyatı əks etdirən biblioqrafik göstəricilərdir. Respublikada belə göstəricilər əsasən ölkə əhəmiyyətli böyük kitabxanalar tərəfindən hazirlanib nəşr edilir. Hal-hazırda bu sahədə təqdim edilən informasiyanın həcmi və dövriliyi  baxımından xüsusi qeyd edilən  vəsait Axundov adina Milli Kitabxana tərəfindən nəşr edilən “Yeni kitablar”  biblioqrafik göstəricidir. Həmin vəsait 2007 –ci ildən nəşr edilir. Bu vəsaitdə materiallar 65 tematik bölmədə qruplaşdırılmışdır və ekeologiyaya dair kitablar əsasən 21. Bilologiya elmləri bölməsində əks edilir. Burada həm Azərbaycanda,  həm də xarici ölkələrdə dərc edilərək kitabxananın fonduna daxil olan Azərbaycan, rus, ingilis,  türk,  fransiz və s.dillərdə ədəbiyyat öz əksini tapmışdır.  Misal üçün vəsaitin 2013-cü il buraxılışına müraciət edək:

118. Azf-272801

Ekologiya [Mətn]: ali məktəblər üçün dərslik /F.Əliyev, A.Bədəlov, E.Hüseynov, F.Əliyev; elmi red. B.Budaqov (rəyçi); red.: M.Babayev, N.Məmmədov, F.Mustafayev; elmi məsl.: Ə.Əsgərov [və b.].- Bakı: Elm, 2012.- 828 s.  (2).

Yuxarıda qeyd edilən faktlar və təqdim edilən nümunələr  ekologiya elmi və ətrəf mühitin mühafizəsi üzrə sənəd axınının cari və ardı davam edən vəsaitlərdə əks edilməsi xüsusiyyətləri barədə müəyyən təsəvvür yaradır. Lakin qeyd eymək lazımdır ki, ölkəmizdə bu mövzuya dair sənəd axınının, xüsusən də dövri nəşrlərdə dərc edilmiş materiallrın, bu mövzuya dair müdafiə edilmiş dissertasiyaların (onların avtoreferatlarının) biblioqrafik baxımdan əks edilməsi məsələsi təssüf ki, tam həll edilməmişdir və bu istiqamətdə hələ çox iş görülməlidir.

 

ƏDƏBİYYAT

 

a) Azərbaycan dilində

1.Əliyev Z.H. Azərbaycan Biblioqrafiyasının tarixi: dərs vəsaiti.-Bakı: bakı univesiteti nəşriyyatı, 2007.-190  s.

2.Yeni kitablar: biblioqrafik göstərici -2013\ M.F. Axundov ad. Azərbaycan Milli Kitabxanası.-Bakı, 2014.-293 s.

b) İngilis dilində

3.World’s ‘seven billionth baby’ is born // The Guardian .-2011.-31 October.

4. http://www.vestifinance.ru/articles/41515

 

c) Rus dilində

5. Единая классификация литературы для книгоиздания в СССР   / Гос. ком. СССР по делам изд-в, полиграфии и кн. торговли; [Разраб. Н. Я. Азерской, С. Ю. Калининым]. - 2-е изд., перераб. и доп.      М. : Книга , 1986 - 598,[1] с.;

 

 

 

И.Алиева

 

НЕКОТОРЫЕ ОСОБЕННОСТИ СИСТЕМЫ БИБЛИОГРАФИЧЕСКИХ ПОСОБИЙ ПО

ЭКЛОГИ И ЗАЩИТЕ ОКРУЖАЮЩЕЙ СРЕДЫ

 

РЕЗЮМЕ

В статье рассмотрены вопросы становления и развития системы библиографических пособий по экология, охрана окружающей среды в Азербайджане. Статья снабжена примерами библиографических записей документов экологической тематики взятых из текущих библиографических указателей.

 

İ.Aliyeva

 

SOME FEATURES OF THE SYSTEM OF BIBLIOGRAPHIC INDEXES ON ECOLOGY AND ENVIRONMENTAL PROTECTION

 

SUMMARY

The article discusses the formation and development of bibliographical aids on ecology and the environmental protection  in Azerbaijan. Article provided with examples of bibliographic records of the document  on ecological subjects taken from the current bibliographic indexes.

 

 

Kitabxanaşünaslıq və biblioqrafiya: Elmi-nəzəri, metodik və təcrübi jurnal.- 2014.- № 2.- S. 56-61.