Elçin
MƏMMƏDOV
AMEA İnformasiya Texnologiyaları
İnstitutu, Bakı, Azərbaycan
Nigar İSMAYILOVA
AMEA İnformasiya Texnologiyaları
İnstitutu, Bakı, Azərbaycan
Firudin ƏSGƏROV
AMEA İnformasiya Texnologiyaları
İnstitutu, Bakı, Azərbaycan
MÜASİR
ELEKTRON KİTABXANALARDA ONLAYN
SOSİAL ŞƏBƏKƏ TEXNOLOGİYALARININ
TƏTBİQİ MEXANİZMLƏRİ
Açar sözlər: elektron kitabxana, sosial
şəbəkə, sosial elektron kitabxana
şəbəkələri, Veb2, bulud texnologiyaları
Êëþ÷åâûå ñëîâà: Öèôðîâàÿ áèáëèîòåêà,
ñîöèàëüíàÿ ñåòü, ñîöèàëüíàÿ öèôðîâàÿ áèáëèîòåêà, âåá2, îáëà÷íîå âû÷èñëåíèå.
Keywords:digital library, social network, social digital
library, web2, cloud computing
Məqalədə sosial
şəbəkə anlayışının yaranması, yeni
informasiya kommunikasiya texnologiyalarının sosial
şəbəkələşmə proseslərindəki rolu,
onlayn sosial şəbəkələrin formalaşması
məsələləri araşdırılmışdır.
Həmçinin bu texnologiyaların müasir elektron
kitabxanaların yaradılmasında tətbiq
məsələrinə toxunulmuş və sosial elektron
kitabxana informasiya sistemlərinin yaranma perspektivləri
təqdim edilmişdir.
Bəşər
yarandığı dövrdən müəyyən ənənəvi
struktural elementlərə əsaslanaraq
formalaşmışdır. Bu elementlərdən ən
mühümü``Şəbəkə`` (``Network``-ing.)
anlayışıdır. Tarixi hadisələrə nəzər
salsaq sosial cəmiyyətin bütün üzvləri daim həmfikirlərini
tapmağa, müəyyən proseslərin, siyasətin, elmin və
s. proseslərin birgə, korporativ formada aparılmasına cəhd
etmişdirlər. Qeyd etmək lazımdır ki, bütün
mühüm tarixi, elmi, mədəni və siyasi hadisələr
də ``şəbəkə`` anlayışı üzərindən
baş vermişdir.Müasir texniki inkişaf metodologiyasına
diqqət etsək ənənəvi anlayışın XX əsrin
sonlarına yaxın İnformasiya Kommunikasiya
Texnologiyalarının baza prinsipləri kimi
formalaşmasını müşahidə etmiş olarıq.
IKT istiqamətində məşhur sosioloqlardan biri Manual Kastels
(Manual Castells) qeyd etmişdir ``Şəbəkə bəşəri
təcrübənin qədim formalarından biridir, lakin bu,
bizim zəmanəmizdə yeni həyata keçid etmiş,
İnternet vasitəsilə idarə olunaraq, informasiya şəbəkələrinə
çevrilmişdir.``
Qeyd edilən istiqamətdə
1990-cı illərdə Tim Börners Li (Tim Burners Lee) CERN
(Avropa nüvə araşdırmaları təşkilatı,
dünyanın ən iri yüksək enerji fizikası
laboratoriyası) laboratoriyasında ``Beynəlxalq
Hörümçək Toru``nun yaradılması layihəsi
üzərində çalışarkən heç güman
edilməzdi ki, veb texnologiyalar sürətli inkişaf tempi
tutacaq və artıq iyirmi il sonra Veb2 texnologiyaları
formalaşacaqdır. Bu texnologiya öncəki ``Veb`` üzərindən
yaradılmasıdır, ekspertlərin fikrini dinləsək
yeni əsaslı bir dəyişikliyin olmadığı lakin
mühüm istiqamət kimi istifadəçilərin qlobal
informasiya mühitinin formalaşdırılması, sosial şəbəkələşmə
imkanlarının inkişaf etdirilməsidir[1].
``Sosial şəbəkə``
xronologiyası
Bu terminin kompüter
texnikası, mobil rabitə kimi mövhumların yaranmasından
sonra meydana gəldiyini fikirləşmək
yanlışlıq olardı. Qeyd olunan anlam artıq 100 ilə
yaxındır ki, tədqiq edilir və sosial şəbəkə
analizi bir elm kimi çoxdan yaranmışdır, özündə
sosiologiya, psixologiya, antropologiya, idarəetmə, kompüter
elmləri, informasiya texnologiyaları elementlərini birləşdirir.
“Sosial şəbəkə” termini 1954-cü ildə
Mançestr məktəbinin sosioloqu Con Arundel Barns tərəfindən
“insan münasibətləri” məcmuəsinə
daxil edilmiş “Norveç kilsə adasının sinifləri
və icmaları” adlı əsərində təklif
edilmişdir [2].Müasir dövrdə isə bir neçə
terminaloji nümunələrə rast gəlmək
mümkündür ki, bu da istifadəçi kontinqentindən
asılıdır, misal üçün ``onlayn sosial şəbəkə``
(online social network OSN-ing.), ``sosial şəbəkə
saytları`` (social network sites-ing.) və ya ən geniş
istifadə olunan ``sosial şəbəkə`` (social
network-ing.)
Məlum olduğu kimi son illərdə
SŞ populyarlığı sürətlə
artmışdır. Cəmiyyətin müxtəlif sahələrində
çalışan və ya sıravi şəxslər
müxtəlif sosial şəbəkə olan `Twitter`,
`Facebook`, `Linkedin` və s. SŞ-də qeydiyyatdan keçsələr
də, onlara çox zaman bunun konsepsiyası və nə
olduğu qaranlıq qalır. Bu özünəməxsus şəbəkə
formasının ən mühüm xüsusiyyətləri dünyanın müxtəlif
nöqtələrində olan, din, dil, sosial statusundan
asılı olmayaraq eyni maraq dairəsinə malik insanları cəmləşdirir,
əlaqələndirir, informasiya mübadiləsi və
korporativ fəaliyyət təşkil etmək imkanları
yaradır. Nəzərə alsaq ki, kitab çapının
ixtirası özündən 150 il sonra dəyişiklikləri
hiss etdirmişdir, SŞ üçün isə təxminən
15 ildən az vaxt lazım olmuşdur. Öncə qeyd edilən
xüsusiyyətlər bu texnologiyadan istifadə intensivliyini
e-poçt, axtarış sistemləri, portal və s. servislərə
nisbətən artırır. Onuda qeyd etmək lazımdır
ki, bu şəbəkələrin ayrı-ayrı və qrup fərdlərə
psixoloji təsiri istər pozitiv və əksinə neqativ
istiqamətdə dəyişdirilməsi üçün
güclü texniki vasitədir [2].
Müasir üçlük:
Veb2, bulud texnologiyaları və sosial şəbəkənin
bu mühitdə rolu.
Son dövrlərin ən
mühüm texnoloji istiqamətlərindən biri də Veb 2.0
(Web 2.0) üsuludur.Bu üsul istifadəçilərə
xüsusi interaktiv əlavələr vasitəsilə kontentin
veb üzərindən idarəedilməsi, istifadəsini və
mübadiləsinin daha da optimal yolunu təklif edir.Nəzərdə
saxlamaq lazımdır ki, veb bazisli üsullar son dövrlərdə
sərt disklərdə sazlanan proqram təminatlarına nisbətən
daha üstün istifadə statistikasına malikdirlər. Bu
texnologiyalar istifadəçi-yönümlü kontentin sürətli
inkişafına təkan verərək sosial şəbəkələşmənin
və bulud texnologiyalarının gündəlik həyatımızın
bir hissəsinə çevrilməsinə səbəb
olur[3].Sosial şəbəkələşmə
özlüyündə böyük həcmdə şəxsi
və korporativ qeydiyyat məlumatlarını bulud
texnologiyaları və veb üsullar vasitəsilə qeydiyyata
alır, sistemləşdirir, interaktiv mübadiləni təmin
edir.Sadə formada desək həm proqram təminatı, həm
də sənədlər, müxtəlif verilənlər
toplusu istifadəçinin kompüterindəki ``sərt diskdə``
deyil, ayrılmış bir virtual məkanda yerləşir.
Bulud texnologiyalarına əsaslanan populyar onlayn sosial şəbəkələrə
Linkedin, Facebook, Twitter, Youtube, Flickr və s. nümunə gətirmək
olar. Xüsusi ilə qeyd etmək lazımdır ki, Veb2 texnologiyasında
tanınan ilk ``pioner`` sosial şəbəkə saytı
``SixDegrees.com`` olmuşdur.
Sosiallaşmanın proqram təminatları,
texnologiyaları və xidmətlərinə daha detallı (Cədvəl
1) də diqqət edək[2].
Cədvəl 1.
Web 2.0 veb saytları |
Web 2.0 Texnologiyaları |
Xidmətlərin
açılışı |
Flickr, Zoto, Instagram |
Foto və şəkillər
kolleksiyasının idarəedilməsi |
Resurslara (şəkil,
foto) sərbəst giriş edilməsi və işarələnməsi |
YouTube, Google, Video, Metacafe |
Video kolleksiyalar |
Video məlumatların yüklənməsi |
Joomla, Drupal |
CMS |
Veb dizayn və
menecment. |
Blogger, WordPress |
Bloqlar |
Şəxsi
müəlliflik və nəşr edilmə |
GoogleDocs, Rallypoint |
Ümumi yazı, redaktə imkanları |
Onlayn mətn
işlənməsi |
Linkedin, Facebook, Twitter |
Sosial Şəbəkələşmə |
Vahid istifadəçinin
geniş kütlə ilə əlaqələndirilməsi |
Sosial şəbəkənin
baza elementləri
Sosial şəbəkə
texnologiyaların populyarlığını, daha da
sosiallaşmasını statistik göstəricilər və
aparılan araşdırmalardan da müşahidə etmək
mümkündür, belə ki, hələ 2011-ci ildə
``Facebook`` sosial şəbəkəsində 750 million istifadəçi
qeydiyyatdan keçmişdir, hal-hazırda isə istifadəçilərin
sayı 1 milyard 320 milyonu keçməkdədir. Cənubi
Koreyada ümumi əhalinin 30%-i, onun daxilində də 90% cavan
kontinqentin ``Cyworld`` milli sosial şəbəkəsinin aktiv
üzvləri kimi qeydə alınmışdır. Birləşmiş
Krallıq elm adamlarının apardıqları
araşdırmalara əsasən 15-17 yaş
aralığında olan uşaqların yarısı ən
azı bir sosial şəbəkədə qeydiyyatdan
keçmişdir.
Qeyd edilən
texnologiyaları izləsək Pol Andersonun (Paul Anderson. İng)
``O’Reilly Media`` təsisçisi Tim Orelli (Tim O’Reilly. ing.) fikirləri
əsasında veb2 texnologiyaları və sosial şəbəkələrin
altı ideya və xassələri müəyyənləşdirdiyi
məlum olur. 1. İstifadəçi yönümlü kontent
2. Texniki kontent və iştirak imkanları 3.Böyük həcmli
verilənlər 4.Kütlənin gücünün idarə
edilməsi və 5. Resursların açıqlıq məsələsi
6 Şəbəkə
effekti və veb topologiya [4].
Adı çəkilən
sosial şəbəkə növləri istifadəçilərə
maksimum əməliyyat imkanları yaradır və əsas
element kimi hər bir istifadəçinin özünün
inzibatçı kimi kontentini idarə edə bilməsidir.
Lakin bu ümumi anlamın daxilində bir çox
funksionallıqlar vardır, nümunə kimi ``Facebook``,
``Linkedin`` sosial şəbəkə sistemlərində sadə
istifadəçi idarəetmə funksiyalarına nəzər
salaq: ``dostların əlavə edilməsi``, müxtəlif
``sosial kanallara``,maraq dairəsində olan qrupların,individual
istifadəçilərin ``izlənilməsi`` və s.
Digər
sosial şəbəkə sistemləri olan ``Twitter``,
``MySpace``də kommunikasiya, blog, kiçik blog
funksiyalarını daşıyırlar. Burada xüsusi texniki
imkanlar istifadəçilərə veb interfeys vasitəsilə
mətn mesajlarının SMS-dən (ing., Short Message Service -
Qısa Mesaj Xidməti) yararlanaraq göndərilməsi, digər
imkanlara alt platformaların olması müxtəlif bloqların
yaradılması üçün virtual məkan
funksiyasını daşıyır. Ümumi texniki baxımdan
izləsək görərik ki, sosial şəbəkədə
istifadəçinin müdaxilə edə bilmədiyi
yalnız qeydiyyatdan keçirtdiyi hesabının tamamilə ləğv
edə bilməməsidir(Qeyd: istifadəçinin öz
hesabını yalnız diaktiv etmək imkanı
mümkündür)[5].
Müxtəlif funksional
göstəriciləri müşahidə etsək,
bütün sosial şəbəkə sistemləri
aparıcı ümumi funksional struktura malikdirlər. Bunlara
aiddir:
1. Ana səhifə, adətən
istifadəçilər sistemə daxil olanda ilk əsas səhifəyə
yönləndirilir.
2.
Profil səhifəsi,məhdud sistem daxilində kütləvi və
ya məhdud profilin yaradılması, müəyyən şəxsi
məlumatların, peşəkar bacarıqlar haqqında
informasiyanın formalaşdırılmasıdır. Burada
toplanılan informasiya müxtəlif formatlı sənədlər
formasında ola bilər (şəkil, mətn, audio və s).
3.
Dostluq, əlaqəli, informasiya mübadiləsi
aparılan, istifadəçilərin
siyahısnın formalaşdırılması (dost, həmkar və
s.). Əsas siyahıda olan istifadəçilərin əlaqələrinə
istinadən onlara keçid etmək, ikinci səviyyə əlaqələrin
qurulması və belələliklə şaxəli şəbəkənin
formalaşması.
4.
Qruplar,eyni fikirli, ideyalı, siyasi baxışlı istifadəçilərin
birlikdə toplaşması üçün virtual məkanlar.
Bu qruplar struktur baxımından açıq, qapalı və
yarımqapalı ola bilər.
5.
Sosial əlfəcin xidmətləri, bu xidmət növləri
istifadəçilər üçün maraqlı, vacib veb
saytların toplanması, sistemləşdirilməsi və
onlarla əlaqəli şəxslərlə
paylaşmasını təmin edir. Texniki tərəfdən nəzər
salsaq istifadəçi hər hansı bir veb səhifəni nəinki
paylaşa bilər, həmçinin həmin veb səhifədəki
məlumatlarla birlikdə metaverilənlər şəklində
təşkil, kateqoriyalaşdıra bilər və istənilən
məkandan daxil olduqda həmin informasiyaya
çıxış əldə edə bilər.Bu bir növ
geniş informasiya okeanında lazım olan məlumatların
seçilməsi və işarələnməsi
funksionallığını daşıyır.Adətən
istifadəçilər informasiyanı tam oxuya bilmir, yenidən
lazım olduqda isə axtarış etmək iqtidarında
olmur. Bu və bənzər səbəblər
üçün təcrübi alət hesab etmək olar[1].
Qeyd edilən bu
funksionallıqların tətbiq edilməsi üçün
mükəmməl və dinamik texniki baza yaradılmalıdır.Onlayn
sosial şəbəkə sistemləri
formalaşdırılarkən bir neçə proqram təminatı
imkanlarından, verilənlər mərkəzlərindən və
üçüncü tərəf informasiya təminatçıları
xidmətlərindən istifadə edilir.Nümunə olaraq
``Facebook`` sosial şəbəkəsinin kiçik texniki
göstəricilərini müşahidə edək.Nümunə
üçün adı çəkilən onlayn sosial şəbəkənin
veb səhifəsində istifadəçilərin
gördükləri xəbərlər, dostların
paylaşdıqları məlumatlar, şəkilllər, ``Bəyən``
(Like.Ing.)düyməsi, onlayn oyunlar haqqında informasiyalar
müxtəlif serverlərdən əldə olunur və
``HTML`` (Hypertext Markup Language. İng) Hipermətnlərin
İşarələnməsi dilində
formalaşdırılır.Bu sistem ``LAMP`` abreviaturalı
dörd qlobal standartdan istifadə edir, Linux, Apache, MySQL və
PHP.Həmçinin verilənlər bazasında proseslərin
gücləndirilməsi üçün operativ yaddaşda
verilənlərin keş olunması üçün
``Memcached`` tətbiq edilir.Qeyd edilənlər ən azı
60.000 serveri və 25 terabayt istifadəçi verilənlərini
idarə edir.Bundan əlavə bloq, server əlavələri
üçün C++, Erlang proqramlaşdırma dillərindən
istifadə edilir.Server strukturu üç əsas pillədən
ibarətdir, üst pillə Veb server - Apache, alt pillə - MySQL
serveri və orta pillə keş server - Memcached üzərindən
sazlanır.Digər yeni xarakterik nümunə kimi ```FBML``
(Facebook Markup Language.İng.)Feysbuk İşarələmə
Dilinin HTML dilinin genişləndirilməsi kimi istifadə edilməsidir
[1].
Nümunəni müşahidə
etdikdən sonra bizə sosial şəbəkə sisteminin
arxitekturasında nə dərəcədə mürəkkəb,
əhatəli və çox şaxəli texniki məsələlərin
tətbiqi prinsipi məlum olur.
Öncə diqqətə
çatdırılan baza elementləri və texniki struktur
fiziki-coğrafi sərhəd kimi mühüm baryeri aradan
qaldırması, onlayn mühitin yaranması, yerləşməsindən
asılı olmayaraq istənilən məkanda olan
informasiyanı zamanında əldə etməyə şarait
yaratmışdır. Zaman keçdikcə təsəvvür
etmək heç də çətin deyildir ki, 20-30 il sonra
dünya əhalisinin əksər hissəsinin kompüter
texnologiyalarından sərbəst istifadə
bacarıqlarının daha aydın görüntüsü
formalaşır. Bu da öz növbəsində sosial şəbəkə
məsələlərinin əhəmiyyətinin sürətli
yüksəlməsinə səbəb olacaqdır. Ən
peşəkar mütəxəssisdən tutmuş evdar
xanımlara kimi bu onlayn cəmiyyətlərə
qoşulması, ehtiyaclarına uyğun individual və ya
qruplarla informasiya mübadiləsi, ünsiyyət, təlim, tədris
və s. proseslərini realizə edə biləcəklər[3].
Sosial texnologiyaların modelinə
diqqət etsəkbir növ ``amorf`` texniki strukturun
obrazını görmüş olarıq və bu xüsusiyyət
həmin texnologiyaları müxtəlf fəaliyyət sahələrinə
tətbiq etmə imkanlarını artırır.Bu, Viki konsepsiyasına
bənzər bir strukturu xatırlatsa da,texniki baxımdan daha
şaxəli və mükəmməl funksiyalara malik elektron
kitabxanaları, burada ən əsas element kimi isə bu
informasiya sistemlərinin sosial şəbəkə prinsipləri
üzərində qurula bilmə imkanlarını təqdim edə
bilər. Burada da əsas vurğu kontentin məhz istifadəçilər
tərəfindən formalaşdırılmasına yönəlir
(Veb 2 ideologiyası bazasında), bu baxımdan akademik istifadəçi
qruplarının yaradılması texnologiyası elmi fikirlərin,
nailiyyətlərin, informasiya emalının, analizinin və
mübadiləsi proseslərinin kollektiv aparılması
üçün mühit yaradır.
Elektron kitabxana-informasiya
mühitində sosial şəbəkə
texnologiyalarının rolu və
sosial elektron kitabxana şəbəkələrinin
formalaşması.
Sosial şəbəkə
texnologiyalarının elektron kitabxana-informasiya mühitində
tətbiqi məsələləri son dövrlərdə vacib
struktur elementlərindən birinə çevrilməkdədir.Bunun
əsas səbəblərindən veb mühitin, mediyanın və
s. elmi-texnoloji alətlərin sürətli inkişaf tempidir.
Məlum olduğu kimi kitabxana-informasiya mütəxəssislərinə
ən çox verilən suallardan biri kimi ``Siz işinizdən
narahat deyilsiz ki, Google olduğu halda elektron kitabxanalara nə
ehtiyac vardır?`` qeyd etmək olar. Digər bir məsələ
kimi ``Google``un özünün bir elektron kitabxana kimi qələmə
verilməsi də müşahidə edilir, sözsüz ki, bu
fikirlərin nə dərəcədə döğru
olması sual doğurur. Müxtəlif elektron
kitabxanaşünaslar bu məsələdə individual
yanaşma ilə çıxış edirlər. Ümumiləşdirilmiş
halda qeyd edilənləri belə izah etmək olar ki, ümumi, xüsusi, akademik və
s. kateqoriyalı təlabatçılar ehtiyac olan
informasiyanı müxtəlif portativ cihazlar vasitəsilə
qlobal şəbəkədə (İnternet) açıq
onlayn mənbələrdən, Google-dan əldə edə bilərlər,lakin
ən sadə nümunəyə diqqət etsək
görmüş olarıq ki, bir çox açıq mənbələrdə
olan informasiya kütlələrini kiatbxanaçı-informasiya
mütəxəssisləri formalaşdırmışlar və
çox hallarda onlayn cəmiyyətdə ``informasiya
memarları`` funksiyasını daşıyırlar.Elektron
kitabxana-informasiya sistemi və sosial şəbəkə
texnologiyaları nəinki informasiya resurslarının, həmçinin
insan resurslarının birgə fəaliyyətinin daha
etibarlı və keyfiyyətli iş prinsipini təqdim edirlər.
Bu struktura həm xidmətləri təşkil edən mütəxəssis,
həm də həmin xidmətlərdən istifadə edən
təlabatçı qruplarını daxil etmək olar[5].
Elmi texniki tərəqqi
çox zaman humanitar sahələrdə çalışan
mütəxəssisləri, eləcədə
kitabxanaçıları müxtəlif proseslərdə
çətin vəziyyətə salır, bunu xüsusilə
post-sovet məkanında olmuş ölkələrə aid etmək
olar.Bir tərəfdən müəyyən baryerlər yaratsa
da, digər tərəfdən inkişaf istiqamətinin dəyişməsi
proseslərin daha dinamik getməsi, özünü inkişaf,
qloballaşma ideyalarını daşıyır və sosial
şəbəkələrin formalaşması da bu müsbət
keyfiyyətlərin individ və toplumda yayılmasına xidmət
edir.Məlum olduğu kimi ``qəpiyin digər üzü``
olduğu kimi burada da neqativ hallar qaçılmazdır.Yəni
müxtəlif dini, siyasi təbliğatların
aparılması, anti-bəşər fikirlərin
yayılması çox zaman baş verən
hallardandır.Lakin, indiki məqsəd sosial şəbəkələrin
elektron kitabxana-informasiya mühitinə neqativ deyil, müsbət
təsiretmə tərəflərini araşdırmaqdır.
Sosial şəbəkə və
elektron kitabxana texnologyaları özlüyündə
onların baza prinsipləri olan sosial-texniki, elmi-texniki və s.
elementlərlə qarşılıqlı inteqrasiya halında
formalaşırlar, bu prinsip və yanaşmalar da müasir
elektron kitabxanaların yaranması mexanizimlərinin
metodologiyasınımüəyyən edir.
Elm və təhsil prinsipi.
Müasir cəmiyyəti irəli aparan istiqamətlərdən
biri də, elm və təhsildir.
Dünya təcrübəsinə nəzər salsaq
görmüş olarıq ki, qeyd edilən bu iki istiqamətin
güclü olduğu ölkələrin güclü iqtisadi və
siyasi əsası formalaşmışdır.Kütləvi
infomasiya vasitələrinin, xüsusisilə sosial cəmiyyət
və şəbəkələrin geniş vüsət
alması, bu proseslərin elektron kitabxanalarla
qarşılıqlı inteqrasiyası sürətli
inkişaf tendensiyasını formalaşdırır.
İstifadəlilik prinsipilərində
yenilik – smart və portativ cihazlar.Elmi texniki tərəqqi
sürətlə inkişaf etdikcə informasiya
texnologiyaları fonunda sürətli dəyişikliklər
baş verir və ən diqqəti cəlb edən proseslərdən
biri də cihazların portativləşməsi, mobil-smart
texnologiyalar olur. Diqqət etsək hələ 15 il öncə
Respublikamızda çox məhdud funksiyalara malik,
ölçü və çəki baxımından iri tutumlu
mobil cihazlar istifadə edilirdi. Müasir dövrümüzdə
texniki vəziyyətin tam əksinə
görüntüsünü müşahidə etmək olar.
Ölçü və çəkinin kiçilməsi, vizual
keyfiyyətin artması və s. səbəblər digər
inkişaf edən ekosistem onlayn sosial şəbəkə
texnologiyalarının baza elementlərindən birinə
çevrilmişdir. Bu texniki imkanlar artıq klassik
iedologiyanı dəyişərək elektron kitabxananı
istifadəçiyə çatdırır.
Şəbəkə prinsipi
- İnternet və veb texnologiyalar.Sosial şəbəkə
anlamının yüz illik inkişaf yolunun olmasına
baxmayaraq internet və veb texnologiyalar XX əsrin sonlarında
formalaşmışdır. Bu da sosial şəbəkələrin
və ümumilikdə onlayn sosial şəbəkələşməyə
güclü təsir etmişdir.
Elektron idarəetmə -
İntellektual sistemlərin yaradılması və gələcək
nəsil elektron kitabxana kataloqları.Süni intellekt məsələlərinin
araşdırılması, informasiya sistemlərinin daha
geniş və semantik əlaqəli əməliyyatlar
aparması sosial şəbəkə elementlərinin proqram həll
prosesləri üçün mühit yaratdı.Yeni nəsil
elektron kitabxana kataloqları artıq özlüyündə
yalnız informasiya insan resurslarının verilənləri
deyil onların sosial mühitdə inteqrasiyası, dinamik bir
mühiti əks etdirəcəyi proqnoz edilir.
Yuxarıda qeyd olunan baza
prinsiplərini nəzərə alaraq müasir elektron kitabxana
və sosial şəbəkə inteqrasiyasına diqqət etsək
uç əsas istiqaməti, sosial elektron kitabxana şəbəkə
modelinimüşahidə etmək olar[4].
Sosial elektron kitabxana şəbəkəsinin
formalaşması məsələləri.
``Sosial elektron kitabxana şəbəskəsi``
ideyasına keçid etməzdən öncə elektron
kitabxananın özünün hər hansı bir populyar sosial
şəbəkələrin birində təmsil olunması, yəni
buraya həmin elektron kitabxananın marketinqi, onun haqqında əsas
məlumatlar, təqdim etdiyi resurslar və s. kimi
informasiyaların daxil edilməsi təcrübəsni izləmək
məqsədə uyğun olardı.
Elektron
kitabxananın sosial şəbəklərdə təmsil
olunması
Sosial şəbəkənin
özünü təqdim etdiyi texniki imkanlar isə həmin
elektron kitabxana ətrafında maraqlı olan istifadəçilərin
və qrupların toplanması, onlayn mühitdə müxtəlif
debatların aparılması, istifadəçi
maraqlarının müəyyənləşdirilməsi və
s. mühüm xüsusiyyətləri qeyd etmək olar. Burada
açıq informasiya mübadiləsi imkanlarının
olması elektron kitabxana resurslarının formalaşmasına
təsir edən əsas elementlərdən birinə
çevrilir. Hal-hazırda ilkin addımlar kimi bir çox
elektron kitabxanalar qlobal tanınan “twitter”, “facebook” və s.
sosial şəbəkələrə inteqrasiya edir. Misal
üçün Kaliforniya Elektron Kitabxanası 2009-cu ilin
oktyabr ayında qlobal sosial şəbəkələrdən
biri olan ”Twitter”ə qoşulmuş və bununla öz istifadəçiləri
üçün daha sürətli və səmərəli
informasiya xidmətləri təşkil etmişdir [6].
Sosial elektron
kitabxana şəbəkəsi.
Sosial elektron kitabxana şəbəkələrinin
sosial, texniki aspektləri.Bu istiqamət xüsusisosial-texniki funksiyaların əlavə
edilməsi ilə elektron kitabxananın özünün sosial
şəbəkə formasına çevrilməsi, və ya
xüsusi sosial aspektlərinin formalaşmasıdır. Məlum
olduğu kimi elektron kitabxananın başlıca
funksiyalarından biri informasiya təminatının
(toplanması, emalı) aparılması və
yayılmasıdır.Başqa sözlə, sosial şəbəkələşmə
terminləri ilə qeyd etsək paylaşmaq, əməkdaşlıq
və vasitəçilikdir. Bu üç sosial fəaliyyət
vasitəsi müxtəlif formatlı kontentin(video, audio, mətn
və s.)əsas element kimi istifadəçinin müdaxiləsi
ilə elektron kitabxananın fondunun, istifadəçi
kateqoriyalarının, profilinin və s. vacib elementlərinin formalaşmasını təqdim
edir. Ən sadə halda qeyd etmək lazımdır ki, artıq
yeni nəsil elektron kitabxana kataloqları formalaşır, bu
artıq həmin kitabxananın yalnız informasiya
resurslarını təqdim edilməsindənəlavə sosial
mühit və onlayn cəmiyətlərin
formlaşmasını əks etdirir.Bunun elmi-təcrübi
baxımdan resurs istifadəçi əlqələrini, həmin
əlaqələrin sosiallaşmasını təqdim edir. Bu
struktur sxem əsas dörd baza sitiqamətinin üzərində
qurmaq mümkündür[1].
1.
İstifadəçi qeydiyyat məlumatları bazası
Bu baza isitfadəçilərin
ümumi, fərdi və peşə fəaliyyətlərini əhatə
qeydiyyat məlumatları formasında toplanılır.Bu məlumatlar
klasterləşdirilərək buludlar formasında
formalaşdırılır. Funksionallıq xassələrinə
görə istifadəçilər aid olduğu qruplar, istifadə
mövzuları və s. baxımdan bir biri ilə qrup, fərdi
əlaqələnir.
2.
İnformasiya resurslarının (kitab, jurnal və s.) bazası
İnformasiya
müxtəlif biblioqrafik sahələrə uyğun olaraq
qeydiyyat məlumatları bazası yaradılır.Həmin
resurslar arasında semantik əlaqələr qurulur, əlaqəli
resurslar əlfəcinləri, istinadları formalaşır.
3.
Qeyd edilən iki bazanın əlaqəlilik prinsipi
Öncə qeyd
edilən iki baza arasında əlaqələrin istifadəçi
sorğuları, istifadəlilik məsələləri,
informasiya resursları və insanlar arasında sosial mühitə
apran istiqamətdir.Bu baza prinsipini ən sadə halda
müşahidə etsək istifadəçi sorğusu əsasında
bir resursdan bir çox əlaqəli məlumatlara
çıxış əldə etmək olur. Digər bir
xüsusiyyət kimi, öncə istifadə şərhlərini,
qeydlərini müşahidə etməklə sorğu edilən
resursun nə dərəcədə keyfiyyətli olması məsələsi
və s. bu kimi məsələləri araşdırmaq
mümkündür buda artıq sosial şəbəkəyə
gedən baza istiqamətlərdəndir.
4.
Üç əsas baza istiqaməti üzərindən
sosiallaşma prinsiplərini təqdim edir.
Elektron
kitabxananın daxilində sosillaşma məsələlərinin
qurulması prosesi baş verir. İstifadəçinin informasya
axtarışı edərkən baş verən sosiallaşma
prosedurları (sosial görüntüsü)
Əsas
girişnöqtələri 1.
Müəlliflər:kitab müəllifi, redaktoru və s. ola
bilər 2. Resurs:informasiya resursu nəzərdə tutulur, bu
kitab, dövri mətbuat, audio-video sənəd ola bilər 3.
İstifadəçi:Sorğu olunan resursla bağlı
individual isitifadəçi və ya istifadəçi qrupuna
müraciət edilməsi.
Əlavə
giriş nöqtələriqeyd edilən hər üç əsas
giriş vasitəsilə digər semantik əlaqəli sosial
şəbəkə elementlərinə
çıxış.Bu elemetlər 1.əsas resurda edilən
şərhlərə çıxış, öz qeydlərinin
edilməsi , 2. həmin kitaba predmet mövzu baxımından
yaxın olan kitablara keçid,3. əsas müraciət edilən
istifadəçiyə yaxın olan digər istifadəçi
qruplarına keçid və münasibətlərin
yaradılması, 4. Əsas resurs müəllifi və onun əhatə
dairəsində olan, oxşar mövzularda çalışan
müəlliflərlə tanışlıq və s. elemntləri
nümunə gətirmək olar.
Araşdırdığımız
mövzuya uyğun olaraq akademik profilli elektron kitabxananın
fondu artıq mütəxəssis istifadəçilər, cəmiyyətin
fəal üzvüləri, elmi kütlə tərəfindən
formalaşması, həçinin müxətlif istifadəçi
kateqoriyalarının bir biri ilər inteqrasiyası, sosial əlaqələrin
yaradılamsı təqdiqat obyektinə çevrilir.
Sosial elektron kitabxana şəbəkələrinin
metrik aspektləri.Altmetriya: Son
dövrlərdə informasiyanın sürətli artması –
istər çap, istərsə də elektron nəşrlərin
sayının xeyli yüksəlməsi həm elmi, həm də
digər ədəbiyyatın qiymətləndirilməsini zəruri
edir, bu məqsədlə kitabxanalarda bibliometrik üsullardan
istifadə edilir. Bibliometriya – biblioqrafiyaya riyazi və statistik
üsulların tətbiqi nəticəsində yaranan bir elmdir,
kitabların, məqalələrin və digər nəşrlərin
statistik analizi olub, tədqiqatçının, məqalələr
toplusunun, tədqiqat istiqamətinin və ya institutun fəaliyyətini
ölçən elmi istiqamətdir [7].
Bibliometriyanınüç
əsas tətbiq sahəsi mövcuddur:
- Elmi informasiyanın əldə edilməsi –
bibliometriya verilmiş istiqamət üzrə “qaynar”
mövzuların müəyyən etməklə yanaşı
bu informasiyanın əldə edilməsini də xeyli
asanlaşdırır;
- Elmin struktur və dinamikasının öyrənilməsi
– bibliometrik üsullar vasitəsilə elmin strukturunun xəritələndirilməsi
və vizuallaşdırılması yeni trendlərin, tədqiqat
sahələrinin və “qaynar” mövzuların
aşkarlanmasına və elmin dinamikasının öyrənilməsinə
xidmət edir;
- Tədqiqatın qiymətləndirilməsi və
maliyyələndirilməsi – müasir tədqiqatçılar
tərəfindən tədqiqatın nəticələrinin və
yerinə yetirilmə səviyyəsinin ölçülməsi
üçün üsullar yaradılır, tədqiqatın
qiymətləndirilməsi üçün müqayisəli
araşdırmalar aparılır.
Bibliometriyanın
tətbiqi üç mərhələdə aparılır:
- Kəmiyyət analizi – verilənlər
analiz olunur və vacib informasiya əldə olunur;
-
Ölçmə - “Nəyi ölçə bilərik?”, “Nəyi
ölçməliyik?” kimi suallar cavablandırılır,
verilmiş məqsəd üçün ən uyğun
ölçülər müəyyən olunur;
-
Nümayiş və interpretasiya – bu mərhələdə
diaqramlar və xəritələr hazırlanır,
müşahidələrin interpretasiyası həyata
keçirilir; bibliometrik indikatorların digər
üsulların nəticələri ilə əlaqələndirilməsi.
2010-cu ildə yaranmış altmetriya
(altmetrics – alternative metrics [8])
termini isə bibliometrik üsullara alternativ olaraq sosial şəbəkədə
biliyin qiymətləndirilməsi üçün istifadə
olunur. Altmetriya məqalələr
üçün təyin olunmasına baxmayaraq jurnallar, müəlliflər,
kitablar, verilənlər bazaları, repozitorilər,
prezentasiyalar üçün tətbiq oluna bilər.
Altmetriya yalnız istinadların
sayına görə deyil, məqalələr
üçün hesablanmış baxışlar, yükləmələrin
sayı, qeyd olunmuş şərhlərə əsasən qiymətləndirməni
yerinə yetirir.
Hal-hazırda
altmetrik xidmətlər göstərən müxtəlif veb-səhifələr
fəaliyyət göstərir [9], məsələn, ImpactStory
tədqiqatın qiymətləndirilməsi üçün
istifadə olunan veb proqramdır. Bu sistem Mendeley, Github, Twitter
kimi mənbələrdən məlumatı götürür
və hesabat şəklində təqdim edir. Bundan əlavə,
ReaderMeter, Sciencecard, PaperCritic və s. kimi saytları misal
göstərmək olar.
Altmetriya kitabxanaçılar
üçün aşağıdakı imkanları
yaradır:
•
Repozitorilərin
uğurunun və dəyərinin, həmçinin xidmətin
keyfiyyətinin qiymətləndirilməsi;
•
Kitabxana kolleksiyasının
“real dünya” tərəfindən necə qəbul
olunduğunun təyini;
•
Sifariş olunan
məqaləni tapmaqla yanaşı, onun verilmiş oblastda nə
dərəcədə populyar olmasının nümayiş
etdirmə imkanı.
Altmetriya
istinadlar və ya vebometriya deyil, onlardan fərqli olaraq daha cəld,
strukturlaşmış və istifadəyə
açıqdır [10].Altmetriya özündə tvitlər,
bloq müzakirələri, əlfəcinlər (məsələn,
mendeley.com), elmi-tədqiqat şəbəkəsi, istinadlar və
başqa sosial media (məsələn, friendfeed.com/altmetrics və
ya linkedin.com/groups/altmetrics-3917723) imkanlarını birləşdirərək
daha geniş imkanlar təqdim edir, sosial media əsasında tədqiqatın
analizinin aparılması məqsədilə yeni üsullar təklif
və tədqiq edir.Nəticədə sadəcə nəşrin
qiymətləndirilməsi deyil, həm də onun ətrafında
baş verən müzakirələr, əməkdaşlıq
və əlaqə kimi müxtəlif qiymətləndirmə
formalarını və istifadə nümunələrini
ölçməyə imkan verir.
Nəticə
Hal
hazırda Respublikamızda informasiyanın toplanması,
emalı, axtarışı və
əldə edilməsi istiqamətində bir çox
proqresiv işlər aparılır, dövlət proqramları
qəbul edilir, müxtəlif layihələr və s. fəaliyyət
istiqamətləri həyata keçirdilir.
Lakin
müəyyən qədər dərindən izlədikdə
müxtəlif yeniliklərin tətbiqi, standartlaşdırma,
dil və qlobal inteqrasiya məsələlərində müxtəlif
ciddi çatışmazlıqlar hiss olunur.Bu sosial, texniki,
psixoloji (buraya coğrafi aspekti də əlavə etmək olar)
problemlərlə əlaqədardır.Həmçinin
müasir cəmiyyətdə informasiyanın sürətli
artımı, bu artan informasiyanın idarəedilməsi
üçün yaradılan sistemlərin çoxluğu
düzgün, etibarlı və keyfiyyətli mənbənin
seçimi məsələsini ortaya çıxarır.
Qeyd
edilən çatışmazlıq, bunu yaradan səbəblər
və əlaqəli məsələləri
araşdırdıqda, həll yollarından sosiallaşma, fikir
azadlığı, özünü təqdim etmə və bu
s. elementlərin reallaşdırılması gündəmə
gəlir. Bu baxımdan bir çox inkişaf etmiş ölkələrdə
Elektron Humanitar istiqamətlər araşdırılır,
buraya ``elektron sosiologiya``, ``elektron media``, ``semantik elektron
kitabxana``, ``sosial şəbəkələr`` və s. istiqamətləri
nümunə gətirmək olar. Hal hazırda isə məqalədə
araşdırma obyekti kimi `` semantik elektron kitabxana`` və
``sosial şəbəkələr`` istiqamətlərinin
inteqrasiya edərək respublikamızda daha yeni, perspektivli və
geniş sosial mühiti əhatə edən ``sosial elektron
kitabxana şəbəkələri`` istiqamətinin inkişaf
etdirilməsi məsələləri diqqəti cəlb edir. Bu
məsələlərin həlli Respublika səviyyəsində
elemi, xüsusi, kütləvi və s. informasiya mübadiləsinin
keyfiyyətini, sürətini və əhatəliliyini
artırma imkanına malik olacaqdır.
ƏDƏBİYYAT
1. Kelsey, Todd. Social Networking Spaces:
From Facebook to Twitter and Everything in Between: A Step-by-step Introduction
to Social Networks for Beginners and Everyone Else. New York: Apress, 2010. –
509 p.
2. Əliquliyev, R.M. İmamverdiyev,Y.
AbdullayevaY. F. Sosial şəbəkələr.
Bakı : İnformasiya Texnologiyaları, 2010. - 286 s.
3. Bianco, Jamie Skye. "Social Networking and
Cloud Computing: Precarious Affordances for the
"Prosumer"" WSQ: Women's Studies Quarterly37.1-2 (2009):
303-12. Web.
4. Anderson, Paul. Web 2.0 and Beyond:
Principles and Technologies. Boca Raton: CRC, 2012. Print.
5. McManus, Sean. Social Networking for the
Older and Wiser: Connect with Family and Friends, Old and New. Chichester, West
Sussex, U.K.: Wiley, 2010. – 268 p.
6. Starr, Joan. California Digital Library in
Twitter-Land / J. Starr // Computers In Libraries, September 1, 2010. v.
30, no. 7. P. 23-27. ERIC, EBSCOhost Starr, Joan. 2010. "California
Digital Library in Twitter -Land." Computers in Libraries 30
(7): 23-27.
7. http://search.proquest.com/docview/749790295?accountid=148209.
8. İsmayılova N.T. E-elm mühitində
bibliometrik metodların tətbiqi imkanları və perspektivləri
haqqında // Elektron elm problemləri üzrə I respublika
elmi-praktiki konfransı, Bakı, Azərbaycan, 15-16 noyabr 2012. s.
25-26.
9. Piwowar H. A., Priem J. The Power of Altmetrics
on a CV. Bulletin of the Association for Informations Science and Technology,
39(4), 2013, pp.10–13.
10. Munnoli S.S., Pujar S.M. Eugene to Altmetrics: A chase for virtual foot prints! // Annuals of Library and Information Studies,
vol. 60, 2013, pp. 134-139.
11. http://www.swets.com/blog/altmetrics-for-librarians-and-institutions
E.C.Mammadov,
N.T.İsmayilova,
F.S.Asgarov
THE MECHANIZMS OF IMPLEMENTATION ONLINE SOCIAL
NETWORK TECHNOLOGIES IN MODERN DIGITAL LIBRARIES
S U M M A R Y
The
article examine the concept of social network, implementation of the information
communication technologies in social network procedures, formation of online
social networks. Also observed implementation of this technologies in
establieshment of the modern digital libraries and presented possible
perspectives of the social digital library formation.
Ý.×.Ìàìåäîâ,
Í.Ò.Èñìàéëîâà,
Ô. Ø.Àñêåðîâ
ÌÅÕÀÍÈÇÌ ÈÌÏËÅÌÅÍÒÀÖÈÈ ÎÍËÀÉÍ ÑÎÖÈÀËÜÍÛÕ ÑÅÒÅÂÛÕ
ÒÅÕÍÎËÎÃÈÉ Â ÑÎÂÐÅÌÅÍÍÛÕ ÖÈÔÐÎÂÛÕ ÁÈÁËÈÎÒÅÊÀÕ
Ð Å Ç Þ Ì Å
Â
ñòàòüå ðàññìàòðèâàåòñÿ êîíöåïöèÿ ñîöèàëüíûõ ñåòåé, èìïëåìåíòàöèÿ èíôîðìàöèîííî-êîììóíèêàöèîííûõ
òåõíîëîãèé, â ïðîöåäóðàõ ñîöèàëüíûõ ñåòåé, ôîðìàöèÿ îíëàéí ñîöèàëüíûõ ñåòåé.
Òàê æå, èññëåäóåòñÿ èìïëåìåíòàöèÿ ýòèõ òåõíîëîãèé â îñíîâàíèè ñîâðåìåííûõ
öèôðîâû áèáëèîòåê è ïðåäñòàâëÿåò ïåðñïåêòèâû â ôîðìèðîâàíèè ñîöèàëüíûõ öèôðîâûõ
áèáëèîòåê.
Kitabxanaşünaslıq və
biblioqrafiya: Elmi-nəzəri, metodik və təcrübi
jurnal.- 2014.- ¹ 2.- S. 62-73.