ZahidəRZAYEVA
“Kitabxana
resursları və informasiya
axtarış
sistemləri” kafedrasının müəllimi
Safura HACIYEVA
“Kitabxana
fondu və kataloqları”
laboratoriyasının
müdiri
SUMQAYIT
ŞƏHƏR KİTABXANALARININ SƏNƏD
İNFORMASİYA FONDUNUN
KOMPLEKTLƏŞDİRİLMƏSİ PROBLEMLƏRİ
Açar sözlər: Sumqayıt
şəhəri,Mərkəzləşdirilmiş Kitabxana
Sistemi, sənəd informasiya fondu, komplektləşdirilmə
Êëþ÷åâûå ñëîâà: Ñóìãàèò, Öåíòðàëèçîâàííàÿ áèáëèîòå÷íàÿ ñèñòåìà,
äîêóìåíò èíôîðìàöèîííîãî ôîíäà, êîìïëåêòîâàíèÿ
Key words: Sumgait, Centralized
Library System, the document information collection, recruitment
Məqalədə Sumqayıt
şəhər kitabxanalarının sənəd informasiya
fondunun komplektləşdirilməsi problemləri izah
olunmuşdur.Mərkəzləşmiş kitabxana informasiya
sistemində fondun formalaşmasına verilən
tələblər ətraflı şərh olunmuşdur.
Statistik ümumiləşmələr
aparılmışdır.
Sumqayıtda kitabxana işinin
tarixi doğma şəhərin yaranma tarixi ilə
üst-üstə düşür. 1949-cu ildə ilk
kütləvi kitabxana, 1953-cü ildə uşaq kitabxanası,
1958-ci ildə isə Mərkəzi şəhər
kitabxanası açılıb. 1974-cü ildən etibarən
Sumqayıtda dövlət kütləvi kitabxanalarını
özündə birləşdirən
Mərkəzləşdirilmiş Kitabxana Sistemi
fəaliyyət göstərir. Hazırda Sumqayıt
şəhər MKS özündə 14 kitabxananı
birləşdirir. Uzun illər Sumqayıt şəhər
MKS-nə şəhərdə kitabxana işinin təşkili
və inkişafı sahəsində misilsiz xidmətləri olan
Svetlana xanım Ağayeva rəhbərlik etmişdir. 2008-ci
ildən isə bu sistem Yeganə xanım Əhmədovanın
rəhbərliyi altında fəaliyyət göstərir.
Əhalini fəal mütaliəyə cəlb etmək, siyasi,
iqtisadi, hərbi durumumuzu, tariximizi, mədəniyyət və
incəsənətimizi geniş oxucu kütlələri
arasında təbliğ etmək məqsədilə MKS-də
vaxtaşırı olaraq bir-birindən maraqlı
tədbirlər keçirilir. Sistem kitabxanaları daha geniş
oxucu kütlələrini kitabxanalara cəlb etmək
məqsədilə öz işini Sumqayıt Dövlət
Universiteti, Müəllimlər İnstitutu, Sumqayıt Texniki
Kolleci, Ağsaqqallar və Veteranlar şurası,
Gənclər və İdman Baş İdarəsi,
Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt
Bölməsi, Sumqayıt Təhsil şöbəsi, Əli
Kərim adına Poeziya klubu, Sumqayıt şəhər
Mədəniyyət evi, Uşaq və Yeniyetmələrin Yaradıcılıq
Mərkəzi, H. Ərəblinski adına Sumqayıt Musiqili
Dövlət Dram Teatrı və digər mədəni-maarif
müəssisələri ilə əlaqəli həyata keçirir.
Şəhər əhalisi və oxucular arasında
apardığı gözəl
təbliğatçılıq fəaliyyətinə
görə respublika kitabxanaları arasında Sumqayıt
şəhər MKS-in adı həmişə birincilər
sırasında çəkilmişdir. Bu ənənəni bu
gün də davam etdirən Sumqayıt şəhər MKS
Azərbaycan Respublikası Mədəniyyət və Turizm
Nazirliyinin təşəbbüsü ilə həyata
keçirilən müsabiqədə iştirak edərək
respublika kitabxanaları arasında “İlin nümunəvi
Mərkəzləşdirilmiş Kitabxana Sistemi”
nominasiyasında 2010-cu ilin qalibi olmuşdur. Kitabxananın
kollektivi müasir texnoloji vasitələrdən istifadə
edərək oxucu sorğularını tez və dolğun
ödəməyə çalışır. Kitabxanaların
avtomatlaşdırılması sahəsində
görülən işlər filiallarda da həyata
keçirilir. Belə ki, MKS-in filiallarında da
kompüterləşdirilmiş infrastruktur qurulmuş, kitabxanaların
kompyuterlə, internetlə, WI-FI ilə təmin olunması
həyata keçirilir.S. Vurğun adına Mərkəzi kitabxana 1958-ci ildən
fəaliyyət göstərir. 1966-cı ildən böyük
şairimiz S. Vurğunun adını daşıyır. Sahəsi
633,8 kvadratmetrdir. Kitabxana sistemə daxil olan bütün
kitabxanalara metodik rəhbərlik edir. Mərkəzi kitabxanada 6
şöbə fəaliyyət göstərir: Mərkəzi
kitabxanada oxucuya lazım olan kitabı tapmağa kömək məqsədi
ilə əlifba və sistemli kataloqlar, sistemli və ölkəşünaslıq
kartotekaları tərtib edilmişdir. 2009-cu ildə S.
Vurğun adına Mərkəzi kitabxananın veb-saytı
yaradılmışdır. 2009-cu ildə kitabxanaya yeni proqram –
Avtomatlaşdırılmış Kitabxana Sistemi
İRBİS–64 kitabxana proqramı alınmışdır.
Kitabxanada avtomatlaşdırılmış infrastruktur
qurulmuş, elektron kataloq və elektron kitabxana
yaradılmışdır. Hazırda müntəzəm olaraq
elektron kataloqun bazalarında işlər və həmçinin
elektron kitabxanaya dəyərli çap əsərlərinin
yüklənməsi davam etdirilir. Hər bir İnternet istifadəçisi
Kitabxananın Web səhifəsi vasitəsi ilə onun Elektron
kataloqundan və digər elektron resurslarından istifadə edə
bilər. Kitabxananın kollektivi öz işini ali və
orta-ixtisas məktəbləri, Yazıçılar Birliyinin
Sumqayıt şəhər filialı, Gənclər və
İdman Baş İdarəsi, Təhsili şöbəsi,
kütləvi informasiya vasitələri , Əli Kərim
adına Poeziya klubu və digər mədəniyyət müəssisələri
ilə əlaqəli quraraq informasiyanı əhalinin
bütün təbəqələrinə çatdırmaq,
oxucuları mütaliəyə daha fəal cəlb etmək məqsədilə
müxtəlif mövzularda disput, dəyirmi masa, ədəbi-bədii
gecə, oxucu konfransı, kitab müzakirələri və
görüşlər keçirir. Yaxşı işinə
görə kitabxana Azərbaycan KP MK-nın Keçici
Qırmızı Bayrağını almış /1973, 1978/,
müxtəlif illərdə Respublika Mədəniyyət
Nazirliklərinin, şəhər rəhbərliyinin fəxri fərmanları
ilə təltif edilmiş, SSRİ Xalq Təsərrüfatı
Nailiyyətləri sərgisinin 3-cü Dərəcəli
Diplomuna layiq görülmüş /1980/, Açıq Cəmiyyət
İnstitutu-yardım Fondunun kitabxanalar proqramı çərçivəsində
respublika kitabxanaları arasında keçirdiyi müsabiqədə
/2003/ qalib gəlmişdir. 18 yanvar 1977-ci ildə S.Vurğun
adına Mərkəzi kitabxana Azərbaycan SSR Mədəniyyət
Nazirliyi tərəfindən respublika kitabxanaları
üçün təcrübə bazası elan edilmişdir.
S. Vurğun adına
Mərkəzi kitabxananın Xidmət şöbəsi
əhaliyə abonement və oxu zalı vasitəsilə
xidmət göstərir. Oxucuların müxtəlif
sorğularını tez və dolğun ödəməyə
çalışır, çap əsərlərindən
səmərəli istifadə etməyə kömək edir,
fondun qorunmasını həyata keçirir. Bundan başqa
Mərkəzi kitabxananın oxu zalında ödənişsiz
Wi-Fi zonası yaradılmış, kitabxanaya gələn
oxucuların nootbukla, planşetlə, mobil telefonlarla
internetdən sərbəst istifadəsi təmin olunmuşdur.
Şöbə oxucuların
ümumtəhsil, mədəni və peşə
sorğularının ödənilməsi üçün
kitabxananın universal profilli kitab fondunu komplektləşdirir.
Dövlət vəsaiti hesabına yeni ədəbiyyatları
Respublika Kitabxana Kollektorudan almaqla, Prezident aparatından,
M.F.Axundov adına Milli kitabxanadan kitab mübadiləsi yolu
ilə, nəşriyyatların və müəlliflərin
bağışladıqları kitablar hesabına kitab fondunu
daim zənginləşdirir. Yeni daxil olan ədəbiyyatın
uçotunu aparır, dövrü nəşrlərə
abunə işini təşkil edir, kataloq sisteminin
aparılmasına və fondun mühafizəsinə
nəzarət edir.
Şöbə
Mərkəzləşdirilmiş Kitabxana Sisteminə daxil olan
kitabxanalar arasında ədəbiyyat mübadiləsi
aparır, depozitar fondu təşkil edir. Sistem kitabxanaları
arasında müvəqqəti kitab mübadiləsi yolu ilə
oxucuların sorğularının vaxtında və tam
ödənilməsinə yardım edir. Vahid fondda lazım olan
nəşrlər olmadıqda şöbə
Kitabxanalararası abonement vasitəsilə M.F.Axundov adına
Milli kitabxanadan və digər kitabxanalardan lazım olan
çap məhsullarını müvəqqəti istifadə
üçün əldə edir.
Kitabxanada hər il bir sıra
planlı surətdə tədbirlər
keçirilmişdir.2014-cü ildə keçirilən
tədbirlərin siyahısı aşağıda xronoloji
qaydada verilmişdir:
Ümumiyyətlə,
Sumqayıt şəhər MKS-də kitabxana-informasiya
resurslarının tematik-tipoloji təhlili zamanı müəyyənləşdirdiyimiz
mühüm problemləri belə
qruplaşdırmaq mümkündür:
Sumqayıt
şəhərinin sosial-iqtisadi relyefinə uyğun olaraq neft
və kimya mütəõəssislərinin
infîrmasiya təminatının îpårativliyi və
ardıcıllığının artırılmasında
– Kitabxana-infîrmasiya təminatını daha da îpårativləşdirmək
üçün informasiya axtarış sistemlərinin həm
mövzu baõımından, həm də məqsəd istiqaməti
nöqtåyi-nəzərindən
daha da gånişləndirilməsi və yånilərinin
yaradılması;
– Müntəzəm îlaraq oxucuların, o cümlədən mütəõəssislərin infîrmasiya tələbatlarının
öyrənilməsi və bunun əsasında kitabxana-biblioqrafiya fəaliyyətinin təşkil
ådilməsi;
–Sumqayıt şəhər
MKS-də kitabxanalarının
kitabxana-informasiya axtarış sistemlərini məqsəd və
istiqamətinə görə daha da operativləşdirmək
və təkmilləşdirmək.
Yuxarıdakı
tövsiyələrdən nəticəyə gəlmək olar
ki, Sumqayıt iqtisadi cəhətdən inkişaf etmiş, təsərrüfatı,iqtisadiyyatı
orda çalışan mütəxəssislərin sayı
gündən günə artmışdır. Bu baxımdan
mütəxəssislərə MKS-nin məlumat,informasiya,axtarış
sistemlərində səmərəli istifadəsini təşkil
etmək,sənəd informasiya fondunu zənginləşdirmək
günün əsas problemlərimdən biridir.
ƏDƏBİYYAT
1.
Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyevin
çıxışı // “Azərbaycan” qəz., 1995, 6 iyun.
2.
“Azərbaycanda
kitabõanaların fəaliyyətinin
yaõşılaşdırılması haqqında” Azərbaycan
Råspublikası Pråzidåntinin sərəncamı // “Azərbaycan” qəz.,
2007, 21 aprål.
3.
“Azərbaycan
Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə
inkişafı üzrə Dövlət proqramı”nın təsdiq
edilməsi barədə Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı: 6 oktyabr 2008-ci il // “Azərbaycan”
qəz., 2008, 6 oktyabr.
4.
Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin
2008-2013-cü illərdə inkişafı üzrə Dövlət
proqramı // “Kitabõanaşünaslıq və biblioqrafiya”
elmi-nəzəri və təcrübi jurnal, 2008, ¹2, s.7-30.
5.
“Kitabxanaların fəaliyyəti haqqında” statistik müayinənin nəticələri barədə: Statistik bülleten /Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı, 2009,
86 s.
6.Mehdiyeva R. S.Vurğun adina
Sumqayıt şəhər MKS-də oxuculara kitabxana-informasiya
xidmətinin təşkili //
Kitabxanaçılıq-informasiya, 2012, ¹2 (8), s.93-97.
7.Tahirov K. M.F.Axundov adına Milli
Kitabxananın tarixi(1923-2008-ci illər). B., 2008, 218 s.
8.Rüstəmîv Ə.M. Råspublikà
sîràq-infîrmàsiyà fîndlàrının àvtîmàtlàşdırılmàsı:
Mînîqràfiyà. B: Àzərnəşr, 1990, 220 s.
9.Sumqayıt Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin 2001-2010-cu illər hesabatları.
Ç.Ðçàåâà,
Ñ.Ãàäæèåâà
ÏÐÎÁËÅÌÛ ÊÎÌÏËÅÊÒÎÂÀÍÈÈ ÔÎÍÄÎÂ ÃÎÐÎÄÑÊÈÕ ÁÈÁËÈÎÒÅÊ ÑÓÌÃÀÈÒÀ
ÐÅÇÞÌÅ
Â
ñòàòüå îñâåùåíû ïðîáëåìûêîìïëåêòîâàíèè ãîðîäñêèõ
áèáëèîòåê Ñóìãàèòà.À òàêæå îñîáîå âíèìàíèå
óäåëåíî íà îïûò ðàáîòû ÖÁÑ.Ïðîâåäåííûå
ñòàòèñòè÷åñêèå îáîáùåíèÿ.
Z.Rzayeva
S.Hajiyeva
PROBLEMS ACQUISITION OF SUMGAIT CITY LIBRARIES
SUMMARY
The article deals
with the problem of acquisition of city libraries Sumgaita.A also paid special
attention to the experience of CLS. Conducted statistical generalizations.
Kitabxanaşünaslıq və
biblioqrafiya: Elmi-nəzəri, metodik və təcrübi
jurnal.- 2014.- ¹ 2.- S. 74-77.