Lalə ƏLİYEVA
Bakı Dövlət
Universieti
“Biblioqrafiyaşünaslıq”
kafedrasının magistranti
BİBLİOQRAFİK EVRİSTİKANIN NƏZƏRİ VƏ
METODİKİ MƏSƏLƏLƏRİ
Açar
sözlər: Biblioqrafik evristika,biblioqrafik
axtarış,sənəd
Key words: Bibliographic heuristics ,bibliographic search,document
Êëþ÷åâûå ñëîâà: Áèáëèîãðàôè÷åñêàÿ åâðèñòèêà, áèáëèîãðàôè÷åñêèé ïîèñê
äîêóìåíò
Məqalədə
“Evristika” haqqında ümumi məlumat öz əksini tapmışdır.
Bundan əlavə məqalədə kitabxana-biblioqrafiya fəaliyyətində
biblioqrafik informasiyanın əldə
edilməsi yolları haqqında
məlumat verilmişdir.
“Evrika”
rəvayətə görə, Arximedin Sirəkuza şahı
Hiyerin tacındakı qızıl və gümüşün
miqdarını təyin etdikdən sonra qışqıraraq
ucadan dediyi söz, mürəkkəb məsələlərin
həlli tapılarkən, yeni fikir və yeni ideyalar yaranarkən
razılıq və sevinc hissini bildirən ifadədir.
Evristika
həqiqətən müvafiq köməkçi suallar vasitəsi
ilə aşkar edilməsini nəzərdə tutan tədqiqat
və təlim üsulları, pedaqogikada evristik müsahibə, mütərəqqi
təlim forması kimi
meydana gəlmiş və şagirdlərdə müstəqil
təfəkkürün inkişaf etdirilməsinə
yönəldilmişdir. Bu üsul Sokrat üsulu da adlanır.
Mürəkkəb qərar qəbul etmə məsələlərinin
həllində evristikaya əsaslanan üsulları öyrənir.
Bu üsullar həlli tapmaq üçün lazımi
axtarışların həcmini azaldır və məsələ
həllini asanlaşdırır. Nəzəri və praktiki məsələlərin
həlli ardıcıllıqla
aparılır, məsələnin riyazi modeli qurulur. Düşünmə
proseslərinin tədqiqi və başqa məsələlərdə
istifadə olunur.
Biblioqrafik
axtarışın elm üçün böyük əhəmiyyətini
qəbul edən alimlər haqlı olaraq göstərirlər
ki, nə qədər ki, ədəbiyyat tarixi biblioqrafiya sahəsinə
yiyəlik və havadarlıq edir, onun nəticəsi bir o qədər
də inandırıcı və həqiqətə yaxın
mötəbər olacaqdır. Məhz hər hansı əsərin əldə edilməsi
biblioqrafik axtarışdan başlayır.
Görkəmli alimlər hər
hansı mövzusunun ilk mərhələsinin onun
biblioqrafiyasının tərtib edilməsindən
başlanmasının sözsüz vacib olduğunu qəbul
etmişlər. “Biblioqrafik axtarış”
anlayışını “Ədəbi faktın müəyyənləşdirilməsi”,
“elmi-tədqiqat mövzusu üçün sənədlərin
axtarılıb toplanması” mənasında dərk etmişlər.
Çox böyük vaxt ərzində
“biblioqrafik axtarış” anlayışının mənası
təkamül prosesində dəyişikliyə
uğramış və yeni məzmun kəsb etməklə tədricən
sabitləşmişdir. “Biblioqrafik axtarış”ın nəzəri
və metodiki məsələlərini əhatə edən
“Biblioqrafik evristika” haqqında fikir söyləyən və
araşdırmalar aparan görkəmli alimlərdən N.Y.Ulyaninski,
A.Q.Fomin, N.V.Zdobnov, E.N.Şamurin və P.N.Berkovun adını
xüsusi qeyd etmək olar.
XX əsrin əvvəllərindən
biblioqrafik evristikaya ilk xüsusi əsər N.Y.Ulyaninski tərəfindən
biblioqrafların II Ümumrusiya
qurultayında (1926) ediləcək məruzənin tezisləri
halında hazırlanmış, qurultayda bu məruzə
başqa bir mövzu ilə “Biblioqrafiyanın nəticələri
haqqında məsələlərin nəzəri cəhətdən
əsaslandırılması təcrübəsi” mövzusu ilə
əvəz edilmişdir. Bir neçə ildən sonra (1929) «Biblioqrafik
evristika” adı ilə xüsusi məqalə şəklində
çap edilmişdir. N.Y.Ulyaniskiyə görə evristika hər
hansı biblioqrafiya işinin ilkin mərhələsidir. Bu hər
şeydən əvvəl materialın toplanmasıdır. O,
biblioqrafik axtarışın metodikasının
yaradılmamasının səbəbini biblioqrafiyanın
ümumi inkişafının səviyyəsi ilə
bağlayır. Biblioqrafik axtarışın
metodikasını intuitiv üsulla işıqlandırır.
Rus
alimi A.Q.Fomin yazır: “Baxmayaraq
ki, ədəbiyyat tarixində axtarış mühüm rol
oynayır, amma onun metodikası qəti olaraq işlənməmişdir.
Bu məsələyə aid bizdə xüsusi bir əsər
yoxdur”(4,s.135), biblioqrafik axtarışın metodikasını
şəxsi təc-rübəsinə əsasən
işıqlandırır. Onun fikirləri N.Y.Ulyaniskinin nəticələrinə
çox uyğun gəlir. Lakin A.Q.Fomin biblioqrafik axtarışın
tiplərini və onların xarakterik xüsusiyyətlərini
müəyyən etmiş, tövsiyə etdiyi sualların
köməyi ilə biblioqrafiyalaşdırmada
materialları müəyyən mövzu üzrə
qruplaşdırmışdı. 28 biblioqrafik
axtarışın tipinin nümunəsini vermişdir. O,
biblioqrafik axtarış» anlayışını daha geniş
mənada başa düşmüşdür. A.Q.Fominin təcrübi-müəllimlik
fəaliyyətində biblioqrafik axtarışın metodikası
yaranmış və formalaşmışdı.
A.Q.Fominin nöqteyi-nəzəri E.İ.Şamurinin “Biblioqrafiya
işinin metodikası” adlı kitabının beşinci fəslində
öz əksini tapmışdır. Fərqli cəhət ancaq
”axtarış tipinin sayında” özünü göstərir.
Bundan sonra biblioqrafik axtarışın bəzi cəhətləri
alim və biblioqraf M.A.Briskmanın Sadavanın «Ïîèñê êíèãè»
kitabına yazdığı müqəddimədəöz
əksini tapır. O, qeyd edir ki, "alim və
yazıçıların diqqətsizliyi,
ehtiyatsızlığı nəticəsində biblioqrafik
axtarış baş verir. Şübhəsiz ki, biblioqrafik
faktın dəqiqləşdirilməsinin əsasında
həmişə kiminsə səhvi və nöqsanı durur”.
Əlbəttə, səhv yaxud nöqsana görə
biblioqrafik axtarışın vacibliyini izah etmək doğru
olmaz. Biblioqrafik axtarış başqa hallarda daha çox
baş verir və tam aydınlığı ilə demək
olar ki, heç bir səhv və nöqsan üzündən
aparılmır. Əlbəttə,
biblioqrafik axtarışda müəllifin və mənbənin
düzgün verilmədiyinə rast gəlmək olur. Ancaq
biblioqrafik axtarışı səhvlərin aradan qaldırılmasının
nəticəsi kimi şərh etmək biblioqrafik
axtarışın mübahisəsiz olaraq elmi tərəqqinin
hərəkətvericisi, çap əsərlərindən həqiqi
faktı müəyyən etmək vasitəsi kimi əhəmiyyətini
azaltmaq demək olardı.
Biblioqrafik
evristikanın ümumi məsələləri N.N.Berkov tərəfindən
seçilmiş əsərlərində
işıqlandırılmışdır. Akademik V.V.Vinoqradov
“evristika” anlayışını nəzəri cəhətdən müstəqil sahə hesab edərək
onu “ədəbi evristika” adlandırır və onun hələ
işlənməmiş, tədqiqata möhtac olan ədəbiyyatşünaslığın
yardımçı, perspektivli elmlərindən biri hesab edir.
Görkəmli mənbəşünas,
keçmiş SSRİ EA-nın müxbir üzvü N.F.Borisov
“evristika”nı yardımçı elm kimi deyil, mənbəşünaslığın
tərkib hissəsi kimi izah edir və göstərir ki,
biblioqrafik evristikanın nəzəri və metodiki məsələləri biblioqraf,
arxeoqraf və mənbəşünas alimlər tərəfindən
getdikcə zənginləşdirilir (3,s.64). Tanınmış
rus alimi A.A.Qreçixinin
yazır: “Burası da var ki, ədəbiyyat tarixi sahəsində
biblioqrafik axtarış həmişə bu iki dairədə-biblioqrafiya
və ədəbiyyat tarixində aparılır. Belə
biblioqrafik axtarışın metodu filologiya elmlərinə
uyğun gəlir, bir-birilə çulğalaşır və
ola bilsin ki, ədəbi kitabın obyektini biblioqrafik və
filoloji araşdırmaq adlandırmaq daha doğru olardı”.
Görkəmli alim Ə.Mirəhmədov
“evristika” anlayışını belə
açıqlayır: “Evristika- müxtəlif səciyyədə
olan ədəbiyyatşünaslıq
axtarışlarının məcmuusu, çox vaxt fərdi səciyyə
daşıyır. Bir əsərin müəllifini, ya bir məktubun,
əsərin tarixini, kimə yazıldığını
müəyyənləşdirmək; ədəbi mistifikasiyanı
açıb izah etmək; hər hansı bir əsərin, yaxud
onun yazılmasına kömək etmiş məxəzin
müəyyən bir zaman, ya məkana aid olduğunu əsaslandırmaq
(lokalizasiya); bioqrafik tədqiqat, prototiplərin
axtarılması və i.a
Biblioqrafik evristika isə biblioqrafik axtarışların nəzəriyyə
və metodika-sından bəhs edir. O, sadə və mürəkkəb
səviyyədə ola bilər. Birinci halda sadəcə,
müəyyən bir məsələyə dair ədəbiyyat
seçilir, ikinci halda isə müxtəlif tədqiqat
üsullarından istifadə yolu ilə, məsələn,
adı məlum bir əsərin müəllifi, sərlovhəsi,
harada olduğu, hər hansı bir nəşrin
qüsurlarının, yaxud az tapılmasının səbəbləri
və s. araşdırılır».
Biblioqrafik evristika
tanınmış biblioqraf alim Ə.Xələfov tərəfindən
“Bədii ədəbiyyat və ədəbiyyatşünaslığın
biblioqrafiyası” (1986)(28) adlı
dərs vəsaitində bir qədər geniş şəkildə
işıqlandırılmışdır. Lakin mövzu iş
təcrübəsi əsasında işıqlandırılmamış
qalmışdır. Bunu nəzərə
alaraq dissertasiya işində mövzunun faktlar əsasında
işıqlandırılması bir məqsəd kimi
qarşıya qoyulur.
Biblioqrafik
axtarış problemi kitabxana-biblioqrafiya fəaliyyətinin
başlıca prosesidir. Kitabxana-biblioqrafiya müəssisələrinin
informasiyanın müxtəlif formalarından istifadə
edilməsində böyük rolu və əhəmiyyəti
vardır. Müasir elm, mədəniyyət, incəsənət,
təhsil və şəxsi təhsil sistemi dairəsinin məlumatla
təmin edilməsi, elmi- təcrübi problemlərin
arasında biblioqrafik informasiyanın axtarılması ən
mühüm yerlərdən birini tutur.
Professor Z.H.Əliyev “Ümumi biblioqrafiyaşünaslıq”
(2001) adlı dərs vəaitində yazır: “Biblioqrafiyalaşdırmanın
və biblioqrafik xidmətin ilkin əsası biblioqrafik axtarışdır.
Biblioqrafik axtarış müəyyən topluda nəyinsə
aşkar edilib müəyyənləşdirilməsi məqsədilə
aparılan prosesləri nəzərdə tutur”(2,s37).
Müəyyən sənəd
yaxud sənədlər haqqında informasiyanın əldə
edilməsi yollarını
göstərən biblioqrafik axtarış kitabxana-biblioqrafiya
fəaliyyətinin bütün formalarının ilkin əsasını
təşkil edir. Kitabxana-biblioqrafiya
prosesinə, biblioqrafik vəsaitin siyahı və
xülasənin, kataloq və kartotekanın tərtibinə,
kitab sərgisinin təşkilinə, kitabxana fondunun komplektləşdirilməsinə soraq-biblioqrafiya işinə, ədəbiyyatın
kitabxana-biblioqrafik təbliğinə, mütaliəyə rəhbərliyə
üzvü surətdə daxil olur. Buna görə də biblioqrafik
axtarışın metodikasına yiyələnmək, onu
yaradıcılıq işinin əsası kimi anlamaq, ona
professional biliyin, kitabxana- biblioqrafik bacarıq və vərdişin
mühüm tərkibi kimi baxmağa imkan verir. Bununla belə
biblioqrafik axtarış yalnız kitabxana- biblioqrafiya işində,
professional fəaliyyətdə iştirak etmir, o, həm də
mütəxəssisin elmi axtarışının, elmi fəaliyyətinin
ayrılmaz tərkib hissəsidir.
Biblioqrafiyada
istifadə edilən bütün bu istiqamətlər nəticə
etibarilə lazım olan informasiyanın tapılması
üçün biblioqrafik axtarış aparılır.
Biblioqrafiyaya müraciət edilən məqsədin
axtarış vəzifəsini nəzərdə
tutmadığını təsəvvür etmək
mümkün deyildir.
Biblioqrafik axtarış
oxucu-yəni geniş ədəbiyyat həvəskarlarının
dairəsinə, fəaliyyətinə də daxildir. İstər
təcrübəli, istərsə də yeni oxucu kataloqdan, kartotekadan,
biblioqrafik vəsaitdən istifadə
etməyi bacarmalıdır. Kitab seçərkən,
özünün şəxsi marağını və
sorğusunu ifadə etməkdə çətinliklərlə
qarşılaşır.
Biblioqrafik üslubu, təsviri, kitabxana təsnifatını,
isnadları başa düşmür. O, biblioqrafik axtarışı
bu və ya digər ölçüdə aparmağa məcburdur.
Belə hallarda kitabxanaçı-biblioqrafın rolu oxucuya köməklik etməkdən,
onların müstəqil biblioqrafik axtarış
aparmasına yönəltməkdənibarətdir.
Buna görə də müxtəlif oxucu qruplarının
axtarış fəaliyyətlərinin xüsusiyyətlərini
bilmək və onu daim öyrənmək, biblioqrafik biliyi təbliğ
etmək metoduna yiyələnmək, oxucunun mütaliə mədəniyyətini
tərbiyə etmək vacibdir. Bu həmçinin kitabxana-biblioqrafiya işinin təşkilinə
və istifadə edilməsinə, mütəxəssislərin
professional bilik dairəsinə daxildir.
Biblioqrafik axtarışın
effektivliyi hər şeydən əvvəl biblioqrafik mənbələrin
vəziyyətindən, biblioqrafik vəsaitlər sisteminin
axtarış imkanlarından, həmçinin hər bir vəsaitin
necə tərtib olunmasından asılıdır. Bununla əlaqədar
kitabxanaçı biblioqrafik mənbələrin
axtarış imkanlarını təyin etmək vərdişinə
yiyələnməlidir. Axtarışın əhatə dairəsini
təcili və dəqiq təyin etməyi bacarmalıdır.
Bütün bu problemlər sahəvi biblioqrafiyaşünaslığın
xüsusi bölməsi olan «biblioqrafik evristika»da
araşdırılır.
Biblioqrafik axtarış
professional (kitabxana-biblioqrafiya) və professional olmayan
(oxucuların) fəaliyyətin xüsusi növü kimi
özünün bütün çoxcəhətliliyini biblioqrafik
evristikanın obyekti kimi göstərir.
Biblioqrafik axtarışın
xüsusiyyətləri hər şeydən əvvəl ondan
ibarətdir ki, oxucunun professional və professional olmayan fəaliyyətinə
qarşılıqlı təsir göstərir, elmin və təcrübənin
müxtəlif dairəsinə
üzvü şəkildə daxil olur. Buna görə də
biblioqrafik axtarış tədqiqatın və bir çox
başqa elmlərin obyekti kimi də çıxış edir,
özünü göstərir. (1,s95)
Biblioqrafik
evristikanın ilkin əsasını təşkil edən
biblioqrafik axtarış problemi kitabxana-biblioqrafiya fəaliyyətinin
başlıca prosesidir. Kitabxana-biblioqrafiya müəssisələrinin
informasiyanın müxtəlif formalarından istifadə edilməsində
böyük rolu və əhəmiyyəti vardır. Müasir
elm, mədəniyyət, incəsənət, təhsil və
şəxsi təhsil sistemi dairəsinin məlumatla təmin
edilməsi, elmi- təcrübi problemlərin arasında
biblioqrafik informasiyanın axtarılması ən
mühüm yerlərdən birini tutur.
ƏDƏBİYYAT
1.Əliyev Z.H. Milli biblioqrafiya biblioqrafik
resursun tərkib hissəsi kimi//Kitabxanaşünaslıq və
biblioqrafiya: elmi ,nəzəri və təcrübi jurnal.2000, ¹2, s.94-103,Biblioqr:5adda(N.İ.İsmayılov, Ç.Rüstəmova, S.A.Sadıqovailəbirlikdə)
2.Əliyev Z.H. Ümumi biblioqrafiyaşünaslıq: Dərs
vəsaiti. B.: BDU, 2001,s.36-40
3.Áîðèñîâ
Ê.À. Ïåðñïåêòèâíàÿ ìîäåëü áèáëèîãðàôè÷åñêîãî ïîèñêà â Èíòåðíåòå //Áèáëèîã., 2009, ¹1, ñ.64-66.
4.Ôîìèí
À.Ã. Èçáðàííîå. Ì.:Êíèãà, 1975, Ñ.125-139.
L.Alieva
THEORETİCAL AND METHODALOGİCAL İSSUSES
OF BİBLİOGRAPHİC HEURİSTİCS
SUMMARY
In
article reflected general information about bibliographic
heuristics and bibliographic search.
Ë.È.ÀËÈÅÂÀ
ÒÅÎÐÈÒÈ×ÅÑÊÈÅ È
ÌÅÒÎÄÎËÎÃÈ×ÅÑÊÈÅ ÏÐÎÁËÅÌÛ ÁÈÁËÈÎÃÐÀÔÈ×ÅÑÊÎÉ ÝÂÐÈÑÒÈÊÈ
ÐÅÇÞÌÅ
 ñòàòüå îòðàæàåòñÿ îáùàÿ èíôîðìàöèÿ î áèáëèîãðàôè÷åñêèõ åâðèñòèêå è
áèáëèîãðàôè÷åñêîãî ïîèñêà
Kitabxanaşünaslıq və
biblioqrafiya: Elmi-nəzəri, metodik və təcrübi
jurnal.- 2014.- ¹ 2.- S. 78-82.