Orxan
AGAMİRZƏYEV
AMEA-nın MEK-in
doktorantı
İNFORMASİYA MENECMENTİNİN
BƏZİ PROBLEMLƏRİ
Açar
sözlər: informasiya
menecmenti, informasiya məkanı,kitabxana-informasiya xidməti,
mötəbər informasiya.
Êëþ÷åâûå ñëîâà: èíôîðìàöèîííûé ìåíåäæìåíò,èíôîðìàöèîííàÿ
ïðîñòðàíñòâà, áèáëèîòå÷íî-èíôîðìàöèîííàÿ îáñëóæèâàíèå, äîñòîâåðíàÿ èíôîðìàöèè.
Keywords:information
management, information space, library and information service, reliable
information.
İnsan cəmiyyəti əmtəə
iqtisadiyyətindan maliyyə iqtisadiyyatına, maliyyə
iqtisadiyyatından informasiya iqtisadiyyatına keçməklə
XXI əsrin səciyyəsini qarşıya qoydu. İnformasiya əmtəəyə
çevrildikcə "cazibədarlıgı" artır,
ciddi müzakirələrin predmetinə çevrilir, yeni nəzəriyyələr
meydana çıxır.
Qeyd etməliyik ki tarix boyu
kitabxanalar cəmiyyətin informasiya resurslarını toplayan,
sistemləşdirib mühafizə edən, məsafəyə
və zamana ötürən ən mötəbər informasiya
xidməti müəssisələri olmuşdu.(1) Kitabxanalar nəinki bu missiyanı layiqincə
yerinə yetirə bilmişdir eləcə də insan cəmiyyətinin
mədəni inkişafında əhəmiyyətli rol
oynamışdır.
Bu gün informasiya cəmiyyətinin
quruldugu şəraitdə informasiya menicmentində iqtisadi və
rasional amillər ön plana keçir. Bütün növ
informasiya xidməti prosesləri iqtisadi kateqoriyalarla qiymətləndirilir
və menecerlərin iqtisadi başarıq və vərdişləri əsas ğötürülür.
Kitabxana-informasiya
fəaliyyətinin spesifikliyi, onun mədəni, sosial, siyasi,
psixoloji və pedoqoji xassələri fəaliyyətin qiymətləndirilməsində
vahid bir formulun işlənib hazırlanmasını daim
mürəkkəbləşdirən bir amil olmuşdu. Bu məsələ
bütün dövrlərdə mütəxəssislərin diqqətini cəlb etmiş, qiymətləndirmə
zamanı bir necə istiqamət əsas olaraq
götürülmüşdü: siyasi (dövlət və
güc atributunu ifadə edən) qiymətləndirmə və dəyər (maddi ekvivalentini)
ifadə edən qiymətləndirmə. Deməli ənənəvi
olaraq informasiya menecmenti iki faktordan asılıdır.1.Siyasi
amillər. 2.İqtisadi amillər.(3)
Beləliklə,
informasiya menecmentinin qarşıda duran mühüm problemlərindən
biri də müasir və obyektiv qiymətləndirmə
mexanixmlərinin işlənib hazırlanmasıdır.
Kitabxana informasiya xidməti, eləcə
də kitabxana informasiya məhsulu barədə mütəxəssislərin
müxtəlif fikirləri mövcuddur. Tədqiqatçı
İ.S.Pilko yazır: “Kitabxana-sosial əhəmiyyətli sənəd,
informasiyasının ictimai istifadəsini təmin edən əsas
və tarixən ilkin informasiya institutu, informasiya məhsulları
və xidmətlərinin istehsalçılarından
birincisi sayılır”. Çoxəsrlik tarixi boyu kitabxanalar
- istifadəçilərin informasiya sorğularının
ödənilməsi istiqamətində öz forma və
metodlarını işləyib hazırlamış və
inkişaf etdirmişdi.
“Kitabxana məhsulu” və
“kitabxana xidməti” anlayışlarının tam eyniləşdirilməsi
və yaxud onların kitabxana fəaliyyətinin maddiləşmiş
məhsullar və maddiləşmiş xidmətlər nəticələri
səviyyəsində fərqləndirilməsi çox
geniş yayılmışdır.(4. s.58) İlkin
anlayışların həcmi və məzmununun dəqiqləşdirilməsinin
nəzəri aspektlərindən savayı, bu problem, tətbiqi
əhəmiyyətə malikdir. Kitabxana məhsulları və
kitabxana xidmətlərinin keyfiyyət spesifikasının tələbatçı
xüsusiyyətlərinin üzə
çıxarılması onların çeşid
dinamikasının izlənilməsini əhatə edir.
Kitabxana xidməti tarixən
formalaşan və inkişaf edən sorğuların ödənilməsinə
yonəldilib. Belə demək olarsa, sorğu xidməti
yaradır, xidmət məhsulu. Daim mürəkkəbləşən
tələbat istehlakçı
sorğusu, böyüməkdə olan informasiya kütləsinin
içərisində
kitabxanalara da informasiya xidmətinin relevantivliyini və
informasiyanın erqonomikliyini qarşıya çıxarır.
Belə nəticə çıxarmaq olar ki, əyər
sorğu varsa, xidmət məhsulu törədir. Prosesin
ardıcıllığını aşağıdakı kimi
göstərmək olar.
1.İnformasiya tələbatı.
2.İnformasiya sorğusu.
3.İnformasiya xidməti.
4.İnformasiya məhsulu.(5.)
Kitabxana xidməti
müasir
texnologiyaların verdiyi
imkanları ümum ləşdirərək bir sıra alqoritmlərin
kontekstində həyata keçirilir. Sorğu olunan
informasiyanın ötürülməsi və
daşınması imkanları müasir kitabxana xidmətində
ənənəvi kitabxana olduğundan formaca xeyli fərqlənir.
Lakin mahiyyət etibarılə az şey dəyişib. Hər
hansı informasiya kitabxana prosesinə cəlb olunursa, o
artıq kitabxana informasiya məhsuluna cevrilir.
Y.N.Stolyarov kitabxana xidmətini
kitabxananın social təyinatının
reallaşdırılması ilə əlaqələndirərək,
“Kitabxana xidmətlərinin standart spektri”ni müəyyənləşdirmişdir.
Abonentin, kitabxana fondundan, soraq-biblioqrafiya aparatından,
kitabxana binasından, avadanlıq və digər vasitələrdən
istifadə etmək hüququ; sənədlər haqqında
vacib məlumatların axtarışında abonentə kömək
edilməsi; tələb olunan sənədlərin
axtarışı və çatdırılması;
oxucuların tələbatlarına müvafiq sənədlər
və onlarla bağlı rəylər haqqında abonentlərin
məlumatlandırılması; abonentlər arasında, həmçinin
onların mütəxəssislərlə maraqlandıqları
mənbələr haqqında ünsiyyət
aparmalarının təmin edilməsi; oxuculara
kitabxana-biblioqrafiya biliklərinin öyrədilməsi, onlarda
oxucu mədəniyyətinin formalaşdırılması
prosesləri bura daxildir.
- Konkret kitabxana fondunda konkret sənədin
mövcudluğu haqqında informasiyanın əldə edilməsi;
- Kataloqlar sistemi və kitabxana məlumatının
digər formaları vasitəsilə kitabxana fondlarının
tərkibi haqqında tam informasiyanın əldə edilməsi;
- İnformasiya mənbələrinin
axtarışı və seçimində məsləhətin
alınması;
- Kitabxana fondlarından istənilən
sənədin müvəqqəti istifadəsi məqsədilə
əldə edilməsi;
- KAA vasitəsilə sənədlərin
və onların surətlərinin əldə edilməsi.
Beləliklə, kitabxananın sənəd
fondları və onların birliyi (kitabxana şəbəkələri
və sistemləri) bazasında reallaşan xidmətlər ənənəvi
“kitabxana” xidmətləri hesab oluna bilərlər. Xidmətlərin
təqdim edilməsi isə öz növbəsində spesifik
kitabxana (biblioqrafik) məhsullarının (kataloqlar,
kartotekalar, verilənlər bazası, biblioqrafik siyahılar, ədəbiyyat
göstəriciləri, informasiya bülletenləri və s.)
yaradılmasını tələb edir. Bununla da kitabxana
fondlarının effektli istismarı təmin edilir. Kitabxana məhsulları
və xidmətlərinin təsnifatı problemi tədqiqatçıların
və praktiklərin diqqətini cəlb etsə də, hələ
ki, özünün yekun nəticəsindən çox
uzaqdır. Ədəbiyyatda ən çox sitat gətirilmiş
təsnifat variantlarına uyğun olaraq,
aşağıdakı xidmətlər fərqləndirilir:
- sənəd xidmətləri –
abonentlərə ilkin və ikinci dərəcəli sənədlərin
təqdim edilməsinin nəticəsi;
- kommunikativ xidmətlər –
kitabxana şəraitində insanların bilavasitə ünsiyyəti
(söhbət, konfrans, müzakirə və s.) prosesində sənədsiz
xidmətin nəticəsi.
Kitabxana servisi xidmətləri-sənəd
və kommunikativ xidmətlərin növləri və
formaları aşağıdakılardır
1. Fondlara açıq giriş.
2. Maraqlara görə klublar.
3.Lektoriyalar.
4.İxtisaslaşmış abonementlər.
5.Oxu zallarından istifadə.
6. Stasionardan kənar məntəqələr.
7. Səyyar kitabxanaların təşkili
və s..(4)
İnformasiya məhsulları və
xidmətlərində olduğu kimi istənilən
mümkün xarakteristikalardan hər biri (informasiya tələbatlarının
növü, forması, məzmunu, məqsədi, istifadəçilərin
kateqoriyası, informasiyanın xarakteri, istehsal üsulu, maliyyə
mənbəyi, təqdimedilmə yeri, vaxtı, şərti və
s.) kitabxana məhsulları və xidmətləri təsnifatının
müstəqil əsası ola bilər. Həm də kitabxana
öz servisini “xidmətlərin standart spektri” ilə məhdudlaşdırmayaraq,
informasiya, təhsil və sosial-mədəni texnologiyaların
mənimsənilməsi hesabına onun sərhədlərini
genişləndirir.
Kitabxana təcrübəsinə
avtomatlaşdırılmış informasiya
texnologiyalarının tətbiqi effekti ilk növbədə
kitabxana məhsulları nomenklaturasının
inkişafına və kitabxananın biblioqrafik xidmətlərinin
informasiya bazasının genişlənməsinə təsir
etmiş oldu. Beləliklə, ənənəvi kataloq və
kartotekalar, ədəbiyyatın biblioqrafik göstəriciləri
ilə bərabər, onların maşınla oxunan
variantları da meydana gəlmiş oldu (kitabların, dövri
nəşrlərin, yeni daxil olan ədəbiyyatların, nəşrlərin
xüsusi növlərinin elektron kataloqları, ölkəşünaslıq
və tematik biblioqrafik verilənlər bazası və s.).
Kitabxanada biblioqrafik xidmət “elektron” erasından əvvəl
lokal fondlarla məhdudlaşmış, region, ölkə, zərurət
olduqda isə daha geniş hüdudlar miqyasında sənəd
kütləsi və axınına istiqamətlənmişdir.
Hazırda təkcə biblioqrafik çap nəşrləri
deyil, həmçinin onların daim təzələnən
elektron variantları, CD ROM-da geniş axtarış
imkanlarına (biblioqrafik yazının istənilən elementi
üzrə), informasiyanın çox rahat təqdimedilmə
üsuluna (istifadəçinin fərdi kompyuterinə) və
istənilən daxilolma rejimində (uzaq məsafə də
daxil olmaqla) verilənlər bazası axtarış mənbəyi
ola bilər. Məhz verilənlər bazasına uzaq məsafədən
daxil olmaq imkanı həqiqətən də
axtarışın potensial mənbələrinin beynəlxalq
əhatəsini (əgər texniki və maliyyə xarakterli məhdudiyyətlər
olmazsa) real edir. “Virtual arayış” yeni biblioqrafik xidmətə
çevrilir. Buna görə də, müasir biblioqrafların
paylanmış informasiya kütləsində axtarış
strategiyasını mənimsəmələri lokal kitabxana fondlarında
düzgün istiqamətlənmək bacarığı kimi əhəmiyyət
kəsb edir.
Faktoqrafik məhsulların
yaradılması və aktuallaşdırılması proseslərinin
ağırlığına görə, bu məhsulların
hazırlanması kitabxanada məhdud şəkildə
yayılmışdır. Əvvəl bu, istifadəçilər
üçün aktual olan tematik dosyelər (yerinə yetirilən
faktoqrafik arayışların surətləri və ya ilkin sənədlərin
toplusu), ölkəşünaslıq məzmunlu hadisələrin
xronikası və salnamələr idi. Bu gün onların
çeşidi tədris müəssisələrinin, məişət
servislərinin və sosial xidmətlərin, turizm
firmalarının, istirahət yerlərinin və s.
ünvan-soraq verilənlər bazası ilə genişlənmişdir.
Məşğulluq xidmətləri və sosial müdafiə
müəssisələri ilə birlikdə kitabxanalar əmək
vakansiyalarının, ünvanlı sosial yardımların və
kütləvi tələbatın digər informasiyaları
üzrə “elan lövhələrini” təşkil edirlər.
Kitabxanalarda reklam, konyuktura, kommersiya informasiyasının verilənlər
bazasının formalaşdırılması təcrübəsi
o qədər də geniş yayılmamışdır. Bu
iş, xüsusi bilik, müvafiq resurs təminatını,
biznes-informasiya bazarının öyrənilməsi üzrə
ciddi marketinq tədqiqatlarının aparılmasını tələb
edir. Fərdi sorğular üzrə kitabxanalarda həyata
keçirilən faktoqrafik xidmətlərin (faktoqrafik arayışların)
yerinə yetirilməsi əsasən kütləvi tələbat
sorğusunu və ya xidmət profilini əks etdirir.
Elmi informasiya tədqiqatları
ilə yanaşı olan informasiyanın analitik işlənməsi,
informasiya bazarının inkişafının perspektivli
tendensiyası hesab edilməsinə baxmayaraq, kitabxanalar tərəfindən
elmi-analitik məhsulların (analitik arayışlar və
xülasələr, problem və yekun məruzələrin,
referativ tərcümələrin, keçirilən elmi tədqiqatlar
haqqında hesabatların və s.) çeşidinin və
buraxılış həcminin kəskin şəkildə
artacağını gözləməyə heç bir əsas
yoxdur. Bu iş strukturunda ixtisaslaşmış analitik və tədqiqat
altbölmələri olan federal, akademik kitabxanaları
üçün mümkündür. Ancaq regional (universal
elmi), iri bələdiyyə, ali məktəb kitabxanaları (və
onların birlikləri) çap olunmayan və aztirajlı elmi
informasiya məhsullarının (daycestlərin,
kitabxanaların fəaliyyəti haqqında məruzələrin,
metodiki və metodiki - biblioqrafik işlərin, elmi-praktiki
konfrans materiallarının, elmi-tədqiqat işlərinin nəticələrinin,
informasiya- analitik bülletenlərinin və ardı davam edən
topluların) hazırlanmasında kifayət qədər fəaldırlar.
Məhdud tətbiq (kitabxana) sferasına baxmayaraq, elmi
toplulardakı və xüsusi mətbuatda çıxan nəşrlərlə
bərabər, bu materiallar kitabxana fəaliyyətinin vəziyyəti
və inkişaf perspektivləri, qazanılan təcrübə
və onun metodiki anlayışı haqqında unikal mənbə
hesab edilir.
Kitabxanalar inkişafın
marketinq strategiyasını mənimsəyərək, öz
fəaliyyətlərinin reklam olunması (reklam məhsullarının
hazırlanması və reklam xidmətlərinin təqdim
edilməsi ilə) məşğul olurlar. Onlar plakatlar,
prospektlər, kataloqlar, vərəqələr, elanlar,
informasiya məktubları, bələdçilər kimi
çap və elektron (kitabxanaların saytlarında yerləşdirilən)
reklam məhsullarını istehsal edirlər; firma blankları,
bloknotlar, ofis ləvazimatları buraxır; reklam filmləri, nəşrləri,
kompyuter təqdimatları və s. hazırlayırlar.
Kitabxanalar reklam tədbirlərinin: təqdimatların, mətbuat-konfranslarının,
açıq qapı günlərinin, ekskursiyaların, sərgilərin,
yarmarkaların və s. keçirilməsini təşkil edirlər.
Bir sıra kitabxanalar xarici təşkilatlara xidmət kimi
reklam tədbirlərinin keçirilməsi, kitabxana
binasında və onun nəşrlərində reklam məhsullarının
yerləşdirilməsi ilə bağlı köməkliklərini
təklif edirlər. Vahid təhsil məkanında öz yerini
müəyyənləşdirərkən kitabxanalar istifadəçilərə
maarifçi xidmətlərini təqdim edirlər.
İnformasiya axtarışı metodikası, biblioqrafik qeydlərin,
ədəbiyyat siyahılarının, tədris və elmi
işlərin əlyazmalarının tərtibi, biblioqrafik
informasiya mədəniyyətinin, ədəbiyyatla iş vərdişlərinin,
sürətli oxu metodikasının formalaşması üzrə
məşğələlərin keçirilməsi
qaydaları ilə bağlı məsləhətlər
kitabxanalar üçün ənənəvi hesab edilir.
Kitabxanaların nəzdində xarici dillərin tədris
kursları, estetik inkişaf məktəbləri, lektoriyalar,
diskussiya klubları, yaradıcılıq qabiliyyətinin
inkişafına, praktiki bacarıq və sənətə yiyələnməyə
istiqamətlənmiş maraqlar üzrə kurslar fəaliyyət
göstərir.
Kitabxanaların maarifləndirici
fəaliyyətinin yeni və perspektivli istiqamətlərinə-kompyuter
siniflərinin təşkili, kompyuter savadının əsaslarının
tədrisi, distant təlim, fasiləsiz təhsil, kadrların
ixtisasının artırılması layihələri və
proqramlarında iştirakı və s. aid edilə bilər.
Kitabxanaların nəzdində İnternet mərkəzlərinin
yaradılması, müxtəlif istifadəçi
kateqoriyaları üçün müasir informasiya
texnologiyaları sahəsində konsaltinq və maarifləndirici
xidmətlərin geniş spektrinin inkişafını
stimullaşdırmış oldu (könüllülərin məsləhət
xidməti, seminarlar, treninqlər, usta-siniflər, kurs
hazırlığı). Bütün bunlar kitabxana heyətindən
maarifləndirici fəaliyyətə həvəskar deyil,
müasir texnologiyalara peşəkarcasına
yiyələnməyi tələb edir.
Mədəni proqramlar və asudə
vaxt fəaliyyətinin formaları (festivallar, müsabiqələr,
oyun proqramları, şifahi jurnallar, ədəbi-musiqili
kompozisiyalar, tematik gecələr, oyun-viktorinalar və s.) uzun
illərdir ki, kitabxanaların iş təcrübəsində
mükəmməlləşmişdir. Sosial-asudə vaxt fəaliyyəti
texnologiyası, onun metodları, vasitələri, resurs və
nəticələri haqqında xüsusi bilik; ssenari
hazırlığında, rejissorluqda, işlərin təşkilində
peşəkar bacarıq; yaradıcılığın
psixoloji motivlərinin və tamaşaçı
qavrayışı xüsusiyyətlərinin uçota
alınmasını tələb edir. Asudə vaxt xidmətlərinin
hazırlanması və təqdim edilməsi zamanı kitabxanaçılardan
nəinki istedad, həmçinin xüsusi hazırlıq tələb
olunur. Ümumiyyətlə, xidmət işinin təşkili
kitabxana personalı tərəfindən informasiya mühəndisi
xüsusiyyətlərinə malik olmasını tələb
edir. Sorğunu öyrənmək (fərdi, qrup, social,
psixoloji), onun təminatı məqsədilə məhsulu
(informasiya məhsulunun hər hansı bir növünü)
müəyyənləşdirmək və ya istehsal etmək,
xidmət işinin forma və metodlarını modelləşdirmək
informasiya menecmentinin vəzifələridir.
Kitabxana-informasiya
fəaliyyətinə yeni texnologiyaların tətbiqi yeni
tətbiqi istiqamətlərin meydana gəlməsinə
səbəb oldu. Kitabxana təcrübəsində bu
istiqamətlərdən biri də elektron-elm hesab edilir. Bibliometriya, informetriya, elmmetriya, vebmetriya
kimi e-elmdə ilk mənbəyini kitabxana-informasiya fəaliyyətindən
alır, zənginləşir və informasiya cəmiyyətində
öz yerini tutur.Bu istiqamətdə Avropa və Amerika
kitabxanalarinin təcrübəsi diqqətəlayiqdir. Eləcədə
Türkiyə kitabxanaçılarinin bu mövzuda tədqiqatları
son dövrlərdə sahəvi mətbuatda tez-tez çap
olunur.
Qeyd olunan istiqamətlərdə
preoritetlərin müəyyənləşdirilməsi,
metodikanin öyrənilməsi və tətbiqi bir sira amillərdən
asılıdır ki, onların ən mühüm
olanlarını
aşagıdakı kimi müəyyənləşdirmək
olar.
1.Müasir texnologiyaların öyrənilməsi
hesabına yeni informasiya məhsullarının əldə
edilməsi.
2.İstehlak bazarının
öyrönilməsi və yeni informasiya məhsullarının
istehlakı bazarının yaradılmasını təmin etmək.
3.Yeni
texnologiyalarla və yeni bazar münasibətləri şəraitində
çalışan mütəxəssis heyətinin komplektləşdirilməsi
və uzunmüddətli peşəkarlıgın təmin
edilməsi.(6.)
Qeyd
olunan üç istiqamətdə keyfiyyətli ugurların əldə
edilməsi hesabına kitabxana -informasiya fəaliyyətində
mütamadi innavativ tətbiqi nəticələr əldə
etmək olar.
Müasir
kitabxana-informasiya xidmətinə yeni imkanlar yaradan e-elmin
tətbiqi məsələləri də kitabxana
mütəxəssislərindən yüksək
peşəkarlıq
tələb edir. Hal-hazırda
kitabxana-informasiya fəaliyyəti göstərən mütəxəssis
çoxfunksianal bir fəaliyyətin mərkəzində durur.
Yüksək peşəkarləq anlayışı mütəxəssisdən
bir neçə dildən istifadə edəbilmək, kompyuter
başarıqlarına malik olmaq, kommunikasiya vasitələrindən
istifadə edəbilməklə yanaşı məlumat
axtarış sistemlərindən, elmi istiqamətlərdən
xəbərdar olmaq və analitik qabiliyyətlərə malik
olmaq tələb edir. Burada
informasiya istehlakı bazarının, oxucu maragının, yeni
informasiya məhsulunun modelləşdirilməsi,qlobal informasiya
məkanında məzmunlu iştirakın təmin olunması,
müxtəlif resurslara müxtəlif vasitələrlə əlçatarlıgın
təmin olynması, informasiya əmtəəsinin qiymətləndirilməsi,
əmtəənin tələbi törətməsi və bir
çox digər məsələlər öz əksini tapa
bilər.
İnformasiya menecmenti sahəsində
mütəxəssislərin hazırlanması zamani iki istiqamət
qarşıya çıxır.
1.Funksianal
informasiya müəssisəsinin idarə olunması.
2.Yeni
infirmasiya xidməti müəssisəsinin yaradılması və
fəaliyyətinin təmin edilməsi.(4.s.41)
Birinci istiqamətdə
menecer informasiya müəssisəsinin funksianal məqsədlərini,
xidmət istiqamətlərini, informasiya təlabatçısının
ehtiyaclarını, sifarişçinin (iş verənin) tələblərini, resus
imkanlarını, mütəxəssis potensialını,
işin təşkili və idarəetmə təlimatları
ilə tanış olmalı və müvafiq olaraq idarəetməni
həyata keçirməlidir.Bu istiqamətdə mütəxəssislərin
hazırlanması təcrübəsi genişdir.Əslində
sözü güdən menecment fəaliyyət ğöstərən
formalaşmış bir strukturun idarəedilməsindən
ğedir.
İkinci istiqamət
fərqlidir. Diqqəti cəlb edən və çox sayda
suallar ortaya çıxaran ikinci istiqamətdir. İnformasiya
bazarına daxil olmaq məqsədi ilə informasiya xidməti
göstərmək istəyəm menecer aşagıdakı
ilkin hazırlıq mərhələsini keçməlidir.
1.İnformasiya
resurs bazası yaratmalı və ya hər hansı resus
bazasına əlçatarlıgı təmin etməlidir.
2.Xidmət
göstəriləcək informasiya
istehlakçılarının
istiqaməti, xüsusiyyətləri və informasiya xidmətinin
forması müəyyənləşdirilməlidir.
3.Xidmət
bazarında alternativ xidmətlərin çeşidi ilə
tanış olmalı və müvafiq qiymət siyasəti həyata
keçirməlidir.
4.İstehlak
bazarının imkanları proqnozlaşdırılmalı və
rasional idarəetmə büdcəsi müəyyənləşdirilməlidir.(5.)
Bunlar əsas tələblərdir.Əlbətdə
bunlardan əlavə informasiya xidmətinin texniki və
texnolojı təminatı, göstərilən informasiya xidmətinin
mötəbərliyi və təhlükəsizliyi, xidmət göstərən
personalın yüksək peşəkarlıgı və bur
çox diğər göstəricilər müasir informasiya
menecmentində tələblər şəkilində
qarşıya çıxır.
Bu səbəbdəndir ki hətda
yüksə profesianal informasiya mütəxəssisi (informasiya
mühəndisi) ikinci istiqamətdə öz
ğücünü sınamaqda çox da maraqlı deyil.
Dünya informasıya bazarının konyukturunun öyrənilməsi
göstərir ki, nə qlabal, nə də lokal informasiya şəbəkələrinin
yaradılmasında
ğüclü maraqlı tərəflərin
iştirakı olmadan ugur qazanmaq mümkün düyil.
Ğöründüyü
kimi müasir tələbləri ödəyəbiləcək
informasiya xidməti müassisəsini
ğeniş mənada həyata keçirmək son dərəcə
çətin və mürəkkəbdir. Bəlkə də
elə bu səbəbdəndir ki dünyada sözün əsil
mənasında geniş profilli informasiya xidməti göstərə
biləcək müəssisə
cəmi bir neçədir və onları hamı
tanıyır.
Qlobal informasiya məkanına
genış kütlənin əlçatarlıgı ilə
paralel informasiya kütlələrinin "çirklənməsi"
prosesi sürətlə baş verməkdədir. XX əsrin
60-70-ci illərində
xüsusı informasiya xidməti zamanı mütəxəssisin
məhsuldar zamanını informasiya axtarışına sərf
etməməsi məqsədi ilə müxtəlif metodlar tətbiq
edilməyə başlandı. Müasir informasiya xidməti
müassisələrinin yaranmasından çox-çox qabaq
dünya kitabxanaları ənənəvi kitabxana xidməti ilə
yanaşı faktoqrafik və informasiya xidmətini həyata
keçirmiş, ilk bibliometrik təhlillər, referativləşdirilmiş
məlumat bazaları yaratmış, məlumatın
seçilib paylanmasını həyata keçirmişdi. Məqsəd
informasiya təminatını sürətli, keyfiyyətli və
rasional həyata keçirmək idi. Xüsusilə mütəxəssislərə
keyfiyyətli informasiya xidmətini həyata keçirmək cəmiyyətin
ümumi inkişafını dəstəkləmək kimi qiymətləndirilir,
elmi texniki inkişafı sürətləndirmək
adlandırılırdı.
İnformasiya
proseslərinin sürətlənməsi, informasiyanın gündəlik həyata və
iqtisadiyyata artan təsiri informasiyanın
kapitallaşmasını təmin etdikcə kitabxana-informasiya fəaliyyətinin
qiymətləndirilməsi problemi daha da aktuallaşır.
Müasir
dövrdə informasiya kütləsinin çoxalması və
ğetdikcə dahada böyük sürətlə artma
tendensiyaları informasiyanın idarə olunması məsələlərini
göndəmə ğətirir və aktual edir.
Qlobal informasiya məkanında
baş verən prosesləri liberal-demaktatik nailiyyətlərin
ifadəsi kimi təqdim edənlər
hər növ "informasiya kütləsinin"mövcudluq
hüququnu müdafiə edir.
Əğər əmtəənin alıcısı varsa
deməlı onun özünü təqdim etmək hüququ
da var.Bu zaman "əmtəə və ehtiyac"
kateqoriyqları arasında manipulyasiya aparılır. Əmtəə
ehtiyacı ödəyən olaraq çıxış etmir,
ehtiycı törədan olaraq çıxış edir.
Bu baş verən proseslər
informasıyanın əmtəələşməsi və
bazar münasibətlərinin qanunlarına tabe olması kimi
anlaşılır, İqtisadi amillər və maddi maraqlar
sosiai və əxlaqi kateqoriyaları arxa plana çəkir. Bu
zaman mədəni insan cəmiyyətinin keçmiş oldugu
tarixi təcrübəni inkar etmiş oluruq.
Bizi əhatə edən
dünyanın təbii informasiyası canlı aləmin
yaranmasının ilkin səbəbi, onların
inkişafının və təkmilləşməsinin şərti
olmuşdu. İnformasiya insanlar və təbiət arasında
münasibətin əsasıdır. O əlaqələrin və
vahid dünya informasiya mobil birliyinin yaranmasının
substansiyasıdır. informasıya özünə münasibətin,
əksetdirmənin və münasibətlərin universal
meydanı kimi bizim içimizdə, bizim aramızda və bizim
kənarımızdadır. İnformasiya kainatın ümumi
generativ əsasıdır.
Göründüyü
kimi informasiya menecmentinin həyata
keçirilməsi, proseslərin idarə olunması elə bir
kimpozisiya tələb edir ki. sosial, əxlaqi və bəşəri
normalardan kənara çıxmamaqla bazar münasibətlərinə öyrənərək
informasiyanın əmtəə xassəsini düzğün qiymətləndirmək,
konyukturu öyrənmək, müasir texnoloğiyararın
ğeniş tətbiqini həyata keçirmək, ehtiyacı
öürənmək və ehtiyacı törətmək və
bir çox diğər əməliyyat və prosesləri həyata
keçirmək deməkdir.
Bu
gün Azərbaycanda yüksək texniki imkanlara malik bir
neçə informasiya müəssisəsi fəaliyyət göstərir və
onların fəaliyyəti ilə tanışıq. Lakin
onların heçbiri müstəqil informasiya menecmenti ilə məşgul deyil
beləki funksional müəssisədirlər və fəaliyyət
istiqaməti öz
funksionallıgı ilə məhdudlaşdırılır.
Müasir, qlobal informasiya məkanı
indiyəqədər müvcud olan streotipləri
dagıtdı. İnformasiyanın gücünü
ğöstərdi, informasiyasızlıgın da acizlıyini.
Bu şərtlər daxilində hər bir xalqın milli-mədəni
identifikliyini təqdim və təmsil edən müvafit
informasiya strateğiyası lşlənib hazırlanır və
biz bu istiqamətdə bir qədər ğecikdiyimizi etiraf etməliyik.
Az bir müddətdə
aşagıdakı istiqamətlərdə əməli işlərin
görülməsi vacibdir.
-Azərbaycan
alimlərinin kiber məkana təqdimi
-Azərbaycam
elminin nailiyyətlərinin kiber məkana təqdimi.
-Azərbaycan
reallıqlarının kiber məkanda təqdimi.
-Azərbaycan
istehlakçıları üçün akademik informasiya məkanın
yaradılması
-Azərbaycan
preoritetlərinin kiber məkana təqdimi və s. sahələrdə
təəssüf ki xeyli boşluqlar mövcuddur.
Bu istiqamətlərin hər
birinin tənlili və tətbiqi haqqında ğeniş şərhlər
vermək olar. Elece də qlobal informasiya məkanında reytinq
texnologiyalarının öyrənilməsi və tətbiqi,
informasiya hücumlarının öyrənilməsi və
mühafizə tədbirləri, informasiya
üstünlüyünün əldə edilməsi və bir
çox istiqamətlərdə layihələr işləyib
hazırlamaq olar.
Mərkəzin Strateji fəaliyyət
planını əyər nəzəri təhlil etsək iki
ana xət müəyyənləşdirilə bilər.
1.Azərbaycanı
kiber məkanda təmsil edən resurs bazasının
yaradılması;
2.Qlobal
informasiya məkanında davamlılıgı təmin edən
proqram-texniki təminatın yaradılması.
Bu
iki istiqamət biri-birini tamamlamalı və dəstəkləməlidi.
Haqqında
danışılan mark-21 informasiyanın təqdimatı
üçün müəyyənləşdirilmiş
ügurlu bir platformadı. Lakin bu platformanın umumrespublika
platformasına çevrilməsi üçün məqsədli
və sistemli fəaliyyət ğöstərmək tələb
olunur.
Geniş diapazonlu məlumat
prosesləri ilə məşgul olan mütəxəssislər
informasiyanın nəzəriyyəsi, informasiyanın modelləşdirilməsi,
informasiyanın psixolojı təsir mexanizmləri, informasiya məkanının
, informasiya mühitinin təhlili, informasiya əmtəəsi və
bir çox diğər nəzəri məsələlərdə
hazırlıqlı olması tələb olunur.
Qeyd olundugu kimi Azərbaycan
istehlakçısı üçün akademik informasiya məkanın
formalaşdırılması əhəmiyyətlidir. Bunun
üçün lazımlı informasiya resurslarının təmərgüzləşdirilməsi,
müvafiq axtarış sistemlərinə uygunlaşdırma,
məsafədən xidmət işinin təşkili kimi tədbirlər
ilk növbədə həyata keçirilməlidi.
Dünya təcrübəsində
bu istiqamətdə xeyli ugurlar əldə edilib.Əyər bu
təcrübəni nəzəri təhlil etsək onları
iki qrupda ümumiləşdirmək olar. Mühafizəkar
sistemlər və inteqrasiya olunmuş sistemlər.Bu sistemlərin
müsbət və mənfi cəhətləri barədə
ğeniş danışmaq olar. lakın qeyd edək ki
bütün ugurlar maliyələşmədən, sosial
sifarışdən və düzgün menücmüntin təşkilindən
asılıdır.
ƏDƏBİYYAT
1.
Xələfov A.A. Kitabxana və
cəmiyyət. Baki. Azərnəşr, 2012, 360 s.
2.Xələfov A.A.Qurbanov A.İ.
Kitabxana proseslərinin kompüyerləşdirilməsi.
Bakı, BDU-nun nəşri, 2010, 210 s.
3. Xələfov A.A. Qurbanov A.I. Kazımi
P.F.kitabxana-informasiya fəaliyyətində
informasiyanın qiymətləndirilməsi.bakı, BDU, dil və
ədəbiyyat, 2012 ¹3(83),
s288-291.
4.Kazimi P.F. Informasiya mühəndisliyi. Baki,
BDU,2011, 260 s.
5.Qurbanov A. , Kazimi P. Evaluation of information in library and information activities . Iceecat’14. I n
t e r n a t i o n a l c o n f e r e n c e on electronic, computer and
automation technologies (may 9-11, 2014 selcuk university iltek - konya,
turkey)proceedings book.9 - 11 may, 2014. Konya, Òurkiye. Ekotek.selcuk.edu.tr/ p.
47-49.
6. Êàçûìè Ï. Èíôîðìàöèîííàÿ èíæåíåðèÿ â áèáëèîòå÷íîé äåÿòåëüíîñòè
// ïåäàãîãè÷åñêèé æóðíàë Áàøêîðòîñòàíà èçäàòåëüñòâî: Áàøêèðñêèé Ãîñóäàðñòâåííûé
Ïåäàãîãè÷åñêèé Óíèâåðñèòåò èì. Ì. Àêìóëëû (Óôà)issn: 1817-3292. - 2013. -
¹6 (49). - ñ. 112-117
7. Êóðáàíîâ A.È. Èñìàèëîâà Í.Í. Êàçèìè Ï.Ô. Oöåíêà èíôîðìàöèè â
áèáëèîòå÷íî-èíôîðìàöèîííîé äåëå. Òîëüÿòòèíñêèé ãîñóäàðñòâóííûé óíèâåðñèòåò,
Båêòîð Hàóêè, 2013, ¹1(12), ñ.58-60.
O.Aãàìèðçîåâ
ÍÅÊÎÒÎÐÛÅ ÏÐÎÁËÅÌÛ
ÈÍÔÎÐÌÀÖÈÎÍÍÎÉ ÌÅÍÅÄÆÌÅÍÒÀ
ÐÅÇÞÌÅ
Ñòàòüÿ ðàñìàòðèâàåò ñîñòîÿíèå ñîâðåìåííîãî èíôîðìàöèîííîãî
ïðàñòðàíñòâî, âàïðîñû èíôîðìàöèîííîãî îáåñïå÷åíèå, è ñîâðåìåííûå
òðåáîâàíèå èíôîðìàöèîííîãî ìåíåäæìåíòà. Ïðàâîäèòñÿ èñòîðè÷åñêèé àíàëèç ôîðìàì è
ìåòîäàì èíôîðìàöèîííîãî îáñëóæèâàíèå, ðàñìàò-ðèâàåòüñÿ òåíäåíöèè ãëîáàëüíîãî
èíôîðìàöèîííîãî ïðîñòðàíñòâà.
O.Agamirzoyev
SOME PROBLEMS INFORMATION MANAGEMENT
SUMMARY
The
article considers the state of the modern information space, the issues of
information security, and advanced information management requirement. It is
given to historical analysis of the forms and methods of information service.
Kitabxanaşünaslıq və
biblioqrafiya: Elmi-nəzəri, metodik və təcrübi
jurnal.- 2014.- ¹ 2.- S. 83-92.