Nərminə
ABDULLAYEVA
AMEA Mərkəzi
Elmi Kitabxanasının
Azərbaycanşünaslıq
şöbəsinin müdiri, doktorant
BELARUSİYA
MİLLİ KİTABXANASI
- KİTABXANA İNNOVASİYALARININ
MƏRKƏZİ KİMİ
(Elmi ezamiyyənin
yekunları)
Açar
sözlər: Belarusiya Milli Kitabxanası, elektron
bazalar, informasiya resursları, kitab muzeyi, müasir kitabxanada
fondun təşkili prinsipləri
Ключевые
слова: Национальная Библиотека
Беларуси, электронные базы данных, информационные ресурсы, музей книги,
принципы организации фонда в современной
библиотеке
Keywords:
National
Library of Belarus, digital data bases, information resources, book
museum, principles
organizing ofthe fundin a
modern library
Belarusiya
Milli Kitabxanası (BMK) Xalq Komissarları Sovetinin qərarı
ilə 15 sentyabr 1922-ci ildə Belarusiya Dövlət və
Universitet kitabxanası kimi yaradılmışdır. O,
Belarusiya Dövlət Universitetinin tərkibinə daxil idi və
ölkənin əsas kitabsaxlayıcısı
funksiyasını yerinə yetirirdi. Kitabxananın ilk direktoru
İosif Bensianoviç Simonov olmuşdur və 40 il kitabxanaya rəhbərlik
etmişdir.
Kitabxananın
yeni binası istifadəçilər üçün 16 iyun
2006-ci ildə tarixindən açılmışdır. Təntənəli
açılış mərasimində Belarusiya prezidenti
A.Q.Lukaşenko demişdir: “Bu unikal bina müasir
memarlığın ciddi gözəlliyini və yeni elmi-texniki
həlləri özündə birləşdirir”. Burda
dünya informasiya resurslarına cıxış nəzərdə
tutulmuşdur. Keçmiş və gələcəyin elmi və
mədəni nailiyyətlərinin mühafizəsi və
istifadəsi üçün, peşəkar fəaliyyət
üçün, istirahət və vacib tədbirlərin
keçirilməsi üçün hər bir şərait
yaradılmışdır. Milli kitabxana ölkənin
gücü və çiçəklənməsinin təcəssümü,
belarus millətinin yaradıcı qüvvəsi və enerjisi,
ölkənin əsas intellektual və mədəni mərkəzlərindən
biridir. Ölkə
paytaxtının əsas nəqliyyat magistralında yerləşən
BMK-nın yeni binasının qarşısındakı
meydançada ilk belarus naşirlərindən olan Fransisko
Skorininin bürüncdən tökülmüş abidəsi
ucaldılmışdır. Kitabxananın binasının
forması böyük bir almazı xatırladır, biliyin dəyərini
və idraki aləmin sonsuzluğunu simvolizə edir. Binanın
layihə müəllifləri B.K.Vinoqradov və
V.V.Kramarenkodur.
Kitabxananın
əsas parametrləri aşağıdakı kimidir:
1) kitabxananın
ümumi sahəsi- 113.669 kv.m.
2) o cümlədən
kitabsaxlayıcı- 54.960 kv.m.
3)
hündürlüyü-
4) fondun ümumi
tutumu- 14 milyon çap vahidi
5) ümumi oxucu
yerlərinin sayı- 2000
6) oxu
zalları-20
7) kitabxana
personalı və istifadəçilərin avtomat.
işçi yerləri cəmi-1500-dən çox
BMK-nın 40 –a yaxın
şöbəsi vardır və bir neçə istiqamətdə
təsnifləşdirilir. Bunlar:
Oxuculara xidmət
aşağıdakı şöbələrdə həyata
keçirilir:
- Kitabxana xidməti
şöbəsi
- İstifadəçiləırin
qeydiyyatı və məlumatlandırılması şöbəsi
- KAA və sənədlərin
çatdırılması şöbəsi
- Rəsmi sənədlərlə
xidmət şöbəsi
-
İxtisaslaşdırılmış fondla xidmət
şöbəsi
- Məlumat-informasiya
xidməti şöbəsi
Sosio-mədəni mərkəz:
- Qalereya-sərgi
fəaliyyəti şöbəsi
- Mədəni-kütləvi
tədbirlər şöbəsi
- Beynəlxalq əlaqələr
şöbəsi
- İctimaiyyətlə
əlaqələr şöbəsi
-
İdman-sağlamlıq fəaliyyəti şöbəsi
-
Ekskursiya-metodiki iş şöbəsi
İnformasiya resurslarının
formalaşdırılması
- Sənədlərin
biblioqrafik işlənməsi şöbəsi
- Avtoritet
faylların milli verilənlər bazasının
aparılması şöbəsi
- Sənədlərin
indeksləşdirilməsi şöbəsi
-
Kitabsaxlayıcı şöbəsi
- Fondun komplektləşdirilməsi
şöbəsi
- Elektron
informasiya resurslarının komplektləşdirilməsi
şöbəsi
- Kitabxana sənədlərinin
bərpası və konservasiyası şöbəsi
- Jurnal və
ardı davam edən nəşrlərin mühafizəsi
şöbəsi
-
İxtisaslaşdırılmış fondların mühafizəsi
şöbəsi
İnformasiya mərkəzi
-
Analitik-informasiya şöbəsi
- Elmi-tədqiqat
biblioqrafiya şöbəsi
- Korporativ əlaqələr
şöbəsi
- İnternet
potalın dəstəklənməsi şöbəsi
- Elektron kitabxananın
formalaşdırılması şöbəsi
Elmi iş və nəşriyyat fəaliyyəti
-
Kitabxanaşünaslıq elmi-tədqiqat şöbəsi
-
Kitabşünaslıq elmi-tədqiqat şöbəsi
-
Kitabxana-informasiya texnologiyaları şöbəsi
- Dövri və
ardı davam edən nəşrlərin redaksiyası
Kitabxanın birinci mərtəbəsində-
atrium zonada istifadəçilər hər hansı bir nəşrin
kitabxanada mövcud olub olmaması barədə məlumat
alır, avtomatlaşdırılmış vasitələrdən
istifadə edərək sərbəst sənəd
axtarışı aparmağı öyrənirlər. Bu
zonanın məlumat-informasiya aparatı 1993-cü ildən
yaradılmağa başlayan elektron kataloq, kitabxananın
kartoqrafik nəşrlərinin baş əlifba və sistemli
kataloqunun elektron əksi olan imic kataloq və s. ilə təqdim
olunur. Kitabxanada tətbiq olunan yeni proqram təminatı sənədləri
müxtəli ünsürlərə görə axtarmağa,
sifariş və istifadəçilərə sənəd
verilişi proseslərini avtomatlaşdırmağa, daha aktual
elektron resurslara çıxışı təmin etməyə
(kitabxananın aparıcı dünya
istehsalçılarından əldə etdiyi və öz
yaratdığı elektron və online verilənlər
bazaları, çox sayda CD-ROM-da olan biblioqrafik və tam mətnli
nəşrlər) və s. həyata keçirməyə imkan
verir. Kitabxanada təkcə buraya gələn oxuculara informasiya
xidməti göstərilmir. Həmçinin, uzaq məsafədən
kitabxananın internet portalında
online istifadəçilərə “Kitabxanaçıdan
soruş” virtual məlumat xidməti, “Sənədlərin
elektron çatdırılması” xidmətləri də səmərəli
şəkildə həyata keçirilir.
Bu
gün BMK-nın fondu 9 milyon nüsxədən çoxdur və
məzmunca universal fonddur. Buraya Belarusiyada və başqa bir
çox müxtəlif dünya ölkələrində, 80-dən
çox dünya dillərində olan çap əsərləri,
əlyazmalar, sənədlərin mikrosurətləri, elektro və
digər materiallar daxildir. Fondda başlıca milli dəyər
kəsb edən cəhət isə yarım milyondan çox
belarus dilində, Belarusiya ərazisində
və xaricdə belarus dilində çap olunan milli sənədlərin
olmasıdır. Burada belarus ədəbiyyatının klassiklərinin
- V.Dunin-Martınkeviç, F.Boquşeviç, Y.Kupala, Y.Kolas,
M.Boqdanoviç və s. ilk nəşr nümunələri
saxlanılır.
BMK-nın informasiya
resursları - ölkənin ən zəngin sənəd
ehtiyatlarından biridir. Fondun formalaşdırılması
1921-ci ildən həyata keçirilməyə
başlamışdır. Fondun əsası monastr və kilsə
kitabxanalarının kolleksiyaları, gimnaziya kitabxanaları,
akad. E.F.Karskiy və prof. N.A.Yançukun belarusiyaşünaslığa,
etnoqrafiya və ədəbiyyata, K.Y.Qrotun
slavyanşünaslığa, prof. K.K.Sluçevskinin
hüquqa, İ.P.Kornilovun tarix və
belarusiyaşünaslığa, C.M.Qoldşteynin Litva və
Polşanın tarixinə dair kitablar, həmçinin Moskva və
Leninqradın böyük
kitabxanalarının hədiyyələri sayəsində
qoyulmuşdur. Kitabxana yarandığı gündən belarus nəşrlərinin
pulsuz məcburi nüsxəsini və SSRİ-də (1995-ci ilə
qədər) çap olunan nəşrlərin 1 məcburi
nüsxəsini almağa başlamışdır. BMK-sı həm
də BMT-nin və digər beynəlxalq təşkilatların
materiallarının depozitar saxlayıcısıdır.
Kitabxananın yeni binası
kitabxana fondlarının təşkilini
optimallaşdırmağa imkan verdi. Belə ki, ən aktual nəşrlər-
ensiklopediyalar, məlumat kitabları və dərs vəsaitlərinin
açıq fond şəklində təqdim olunması fondla
oxucunu daha da yaxınlaşdırdı. Kitabxananın
miqyasının böyüklüyünə baxmayaraq kitabsaxlayıcıdan (fonddan) kitab və
digər sənədlərin əldə olunması operativ
rejimdə teleliftlərin istifadəsi ilə həyata
keçirilir və 20 dəq. ərzində tələb olunan ədəbiyyatı
istifadəçiyə çatdırır. Belarusiyada bele bir
avtomatlaşdırılmış daşıma sistemi ilk dəfədir
istifadə olunur.
BMK-da müxtəlif əlamətlərinə
və təyinatına görə (Oxucuların təhsil səviyyəsi,
elm sahəsi, sənədin növü) fərqlənən 20
oxu zalı vardır. Zallar 2000 istifadəçi yeri
üçün nəzərdə tutulmuşdur və 3 mərtəbədə
yerləşir. Bu zalların hamısı sənəd
verilişinin elektron kafedraları, sənədləri skaner etməyə
və sürətini çıxarmaga imkan verən, elektron nəşrləri
çap edən (printer) müasir avadanlıqlarla təchiz
olunmuşdur. İstifadəçilər üçün nəzərdə
tutulmuş işçi yerləri kompüterləşdirilmişdir.
Oxu zallarında işləmək üçün rahat şərait
yaradılmışdır.
Birinci mərtəbədəki
zallar kütləvi oxucu kontingenti üçün nəzərdə
tutulmuşdur: ümumi oxu zalı, ali təhsilli mütəxəssislər
üçün zal, dövri nəşrlər zalı,
kitabxanalararası abonement və sənədlərin
çatdırılması zalı. İkinci mərtəbədəki
oxu zalları fundamental elmi tədqiqatlar üçün nəzərdə
tutulmuşdur. Bunlar: belarus ədəbiyyatı zalı,
dissertasiyalar zalı, elmlər doktormalı üçün
zal, hüquqi informasiya zalı, beynəlxalq təşkilatların
sənədləri zalı, aztirajlı sənədlər
zalı və s.-dir. Bu mərtəbədə həmçinin
kataloq və kartoteka zalı, informasiya-məlumat xidməti
zalı, yeni daxil olan ədəbiyyat sərgisi və internet mərkəz
yerləşir.
Üçüncü mərtəbədə
incəsənət sənədləri zalı, not və audiosənədlər
zalı, əlyazma, nadir və qədim nəşrlər
zalı yerləşir. Əksər zallar özünəməxsus
komplekslərlə, kitabların saxlatdırılması
üçün kafedraların, stellajların, koməkçi
fondun qapalı hissəsinin yerləşdiyi
avanzala malikdir. Zallarda yerlərin sayı zalın profilindən,
potensal ziyarətçi axınından asılıdır.
Ən böyük zallar ümumi oxu zalı və ali təhsilli
mütəxəssislər üçün olan zaldır. Oxu
zalları xüsusi texniki təchizat, mikroiqlimə nəzarət
sistemi, işıqlandırma, müxtəlif növ
daşıyıcılarda olan sənədlərlə kompleks
iş üçün hər bir şəraitlə təmin
olunmuşdur. Kitabxanada məhdud fiziki imkanlı istifadəçilər
də unudulmamışdır. Zəif görmə qabiliyyətli
və gözdən əlillər üçün hər
cür avadanlıqla və müasir texnologiya ilə təchiz
olunmuş xüsusi zal da fəaliyyət göstərir.
Kitabxanada həmçinin 490
yerlik konfrans zal da vardır. BMK-nın yeni binasının
unikallığı ondadır ki, onun fondu binanın yuxarı
hissəsində yerləşdirilmişdir. Belə yerləşmənin
yeraltında - zirzəmidə yerləşmədən
optimallığına görə üstündür. Bununla
yanaşı fondun perimetri üzrə yerləşən dəhlizlər
iki qat qoruma (termos prinsipi ilə) mühiti yaradır və istənilən
hava şəraitində məkan daxilində daima eyni temperaturu
saxlamağa imkan verir.
Kitabxananın əsas fond
saxlayıcısından əlavə Mərkəzi köməkçi
fondu sənədləri, ədəbiyyatı ilə
bütün istifadəçilərin üzünə
açıqdır. Burada oxuculara dərsliklər, idraki və
bədii ədəbiyyat sərbəst şəkildə təqdim
olunur. 16000 nüsxədən artıq ədəbiyyatı əhatə
edir. Mərkəzi köməkçi fondun qapalı hissəsi
35000 dərslik və elmi nəşrləri əhatə edir. Sənədlər
növbətçi kitabxanaçı tərəfindən
oxucunun sorğusuna əsasən və oxucu biletini təqdim etməklə
verilir. Mərkəzi köməkçi fondun təşkili
şöbəsi BMK-nın elektron resurslara
çıxışla təmin olunmuşdur:
- elektron kataloq
- imic kataloq-
baş əlifba kataloqunun elektron versiyası
- tematik məlumat
bazaları- “Belarusiya keçmişdən gələcəyə”,
“Çernobıl”, “Belarusiya tarixi”, “Belarusiya mədəniyyət
və incəsənəti”
- faktoqrafik məlumat
bazaları- “Belarusiya simalarda və hadisələrdə”,
“Belarusiya alimləri”
- Milli dövri mətbuatın
elektron arxivi
- Elektron kitabxana
- Disklərin
kitabxanası
BMK-da oxuculara bir
sıra əla xidmətlər də göstərilir. Bunlar:
- çap nəşrlərinin
hissələrinin surətinin çıxarılması
- elektron
informasiyanın istifadəçinin elektron
daşıyıcısına (yaddaş kartı, CD və s.)
köçürülməsi
- elektron
informasiyanın çap edilməsi (printer)
- mərkəzi
kpməkçi fonddan hər hansı bir sənədin müəyyən
bir hissəsinin skaner edilməsi
- qrupla iş
üçün nəzərdə tutulmuş auditoriyanın
BMK-nın fondundan olan ədəbiyyatla təmin olunması və
s.
Müasir
informasiyalaşdırılmış cəmiyyətin tələblərinə
uyğun olaraq informasiya resurslarının keyfiyyəti və
operativ formalaşdırılması BMK-nın əsas strateji
vəzifəsidir.Kitabxana-informasiya resursları müxtəlif
kateqoriyalı istifadəçilərin informasiya tələbatlarını
müxtəli sənəd növləri və onların
analitik-sintetik işlənməsi yolu ilə ödənilməsi
və formalaşdırılmasına yönəlmişdir.
BMK-sı ölkənin ən dolğun və tələb
olunan fonduna malikdir. BMK-da informasiya resurslarının
formalaşdırılması kitabxanaların, arxivlərin,
muzeylərin, informasiya xidməti mərkəzlərinin
informasiya resurslarının bir yerə toplanması
imkanlarına əsasən yerinə yetirilir və
aşağıdakı funksiyaları qarşıya qoyur:
- milli informasiya
resurslarının maksimal şəkildə tam
külliyyatının toplanması
- dünya əhəmiyyətli
informasiya ehtiyatlarının toplanması
- BMK-nın
informasiya ehtiyatlarının informasiya-axtarışı
sisteminin inkişafı
- Milli sənədlərin
biblioqrafik repertuarının yaradılması, dünya
biblioqrafik resurslarının formalaşmasında iştirak
- Geniş
miqyasda biblioqrafik, faktoqrafik və analitik informasiyanın
yaradılması
- Sənədlərin,
ilk növbədə milli sənədlərin rəqəmsallaşdırılması
- Belarusiyanın
bütün kitabxanalarını, rəqəmsal informasiya
resurslarını və informasiya mərkəzlərini birləşdirən
milli elektron kitabxana kimi milli sənədlərin elektron
arxivinin yaradılması və s.
BMK-nın informasiya
texnologiyaları sistemi kompleks olaraq bütün kitabxana-informasiya
texnoloji proses və əməliyyatlarını həyata
keçirmək üçün nəzərdə tutulub və
müvafiq texniki-şəbəkə, proqram və informasiya,
linqvistik təminatdan ibarətdir. Bura
avtomatlaşdırılmış kitabxana-informasiya sistemi,
internet-portal, sənədlərin korporativ kataloqlaşdırılması
sistemi və toplu elektron kataloq, avtoritet/normativ faylların milli
məlumat bazasının formalaşdırılması sistemi,
nəzarət və idarəetmə sisteminə
çıxış, sənədlərin elektron surətlərinin
yaradılması sistemi, sənədlərin
çatdırılması sistemi, sənədlərin bərpası
və konservasiyası sistemi, nəşriyyat-redaksiya fəaliyyəti
sistemi və s. İnformasiya texnologiyaları sistemi kompleksi
kitabxana fəaliyyətinin əsas istiqamətlərinin
informasiya resurslarının formalaşdırılması,
istifadəçilərə xidmət, fondların təşkili
və mühafizəsinin təminatı texnologiyasına yeni
noqteyi-nəzərdən baxmağa imkan verir.
Dünyanın aktiv şəkildə
informasiyalaşdırılması, informasiya
texnologiyalarının inkişafı ölkənin baş
kitabxanasının qarşısında yeni tələblər
qoydu, onun cəmiyyət həyatında rolunun
artırılmasına tələbat yaratdı, kitabxananın
oxucularının innovativ, elmi yaradıcı, idraki və digər
tələbatlarının ödənilməsi və
işçi heyətinin əməyinin keyfiyyət və operativliyinin
artırılması üçün lazımi şərait
yaradılmışdır. Belarusiya Prezidenti A.Q.Lukaşenkonun
2004-cü ildə mütəmadi fəaliyyət göstərən
respublika və yerli dövlət idarələrində rəhbər
işçilərinin “Dövlətin innovativ siyasəti və
onun reallaşdırılması yolları” adlı
seminarında səsləndirdiyi təklifə uyğun olaraq
Belarusiya Respublikasının Nazirlər Soveti tərəfindən
dövlət müəssisəsi olan Belarusiya Milli
Kitabxanasının tikilən binasının bazasında
“Respublika informasiya və sosio-mədəni mərkəzin
yaradılması” Konsepsiyası hazırlanmış və təsdiq
olunmuşdur. Bu konsepsiyaya uyğun olaraq kitabxana
respublika-informasiya mərkəzi kimi:
- vahid informasiya
məkanı formalaşdırır, milli və xarici informasiya
resurslarına çıxışı təşkil edir.
-
Internet-portalı yaradır və dəstəkləyir
- Kütləyə
açıq milli elektron informasiya resurslarını
yaradır.
- Korporativ
kataloqlaşdırma sisteminin fəaliyyətini təşkil
edir, Belorusiyanın toplu kataloqunu, milli sənədlərin və
avtoritet yazıların verilənlər bazasını
aparır.
Kitabxanada ekskursiya fəaliyyətinə
böyük diqqət ayrılır. Kitabxananın sosio-mədəni
mərkəzinə konfrans zal, rəsm qalereyaları kompleksi,
kitab muzeyi, ekskursiya meydançası, bədən tərbiyəsi
–sağlamlıq kompleksi, uşaq oyun otağı, istirahət
zonası və s. daxildir. Sosio-mədəni mərkəzin əsas
elementlərindən biri kitab muzeyidir. Bu muzey ziyarətçilərin
belarus kitab çapının dünya kitab tarixinin kontekstində
inkişafı ilə tanış etmək məqsədilə
yaradılmışdır. Onun fəaliyyətinin əsas
istiqaməti daimi və müvəqqəti ekspozisiyalar vasitəsilə
kitabxanada saxlanılan 70 minlik nadir və qədim çap nəşrlərinin
kitab kolleksiyalarının, qiymətli nəşrlərin
istifadəçilər üçün açılması,
nümayiş etdirilməsidir. Muzey muasir sərgi
avadanlıqları ilə təmin olunmuş xüsusi aparat
burada lazımi temperatur və nəmişliyi saxlamağa imkan
verir.
Belarusiya Milli Kitabxanası
dövlət müəssisəsi olub, özündə
informasiya, sosio-mədəni və sosio-siyasi mərkəz
funksiyalarını özündə cəmləyən
müasir kitabxanadır. Kitabxananın yeni binası
Belarusiyanın vizit kartıdır.
ƏDƏBİYYAT
1.
Мотульский, Р.С. Национальная библиотека Беларуси: учеб. Пособие для вузов // Р.С.Мотульский; Нац. б-ка
Беларуси, Белорус. гос. ун-т культуры и искусств.- Минск: Нац. б-ка Беларуси, 2009.-131 с.
2.http://www.nlb.by/portal/page/portal/index/content?lang=ru&classId=4E4538250D5643C5B725B4F04A443B66
3.
Материалы
Международного конгресса «Библиотека как феномен культуры» (Минск, 23-24
октября
Н.Д.Абдулааева
НАЦИОНАЛЬНАЯ
БИБЛИОТЕКА БЕЛАРУСИ КАК
ЦЕНТР
БИБЛИОТЕЧНЫХ
ИННОВАЦИЙ
Р Е З Ю М Е
В статье коротко освещена
деятельность Национальной библиотеки Беларуси. Тут рассматривается история и
формирование библиотеки, структура, основные функции, новые формы и виды библиотечного
обслуживания, деятельность библиотеки как социо -
культурного центра. Рассказывается о новых технологиях в автоматизациипроцесса обслуживание пользователей, телелифт,Факсимильныекниги,
мобильные стеллажи
и о др. библиотечных инновациях в новом информатизационном
обществе.
N.D.Abdullayeva
NATIONAL
LIBRARY OF BELARUSAS ACENTER OF
LIBRARY INNOVATIONS
S U M M A R Y
This articlebrieflyhighlights
the activitiesof the NationalLibrary
of Belarus.Thenexamines the historyand
formation ofthe librarystructure,
basicfeatures, new forms and typesof library services,
library activitiesas a socio-cultural
center.Highlights newtechnologiesinprocess
automationserviceuserstelelift, Facsimilebooks,mobile shelvingandotherinnovationsin the newlibraryinformatizationsociety.
Bu iş Azərbaycan
Respublikasının Prezidenti yanında Elmin İnkişafı
Fondunun maliyyə yardımı ilə yerinə
yetirilmişdir.- Qrant №
EİF-RİTN-MQM-2/İKT-2-2013-7(13)-29/07/1
Kitabxanaşünaslıq və
biblioqrafiya: Elmi-nəzəri, metodik və təcrübi
jurnal.- 2014.- № 2.- S. 98-104.