Şəhla QƏNBƏROVA

F.B.Köçərli adına

Respublika Uşaq Kitabxanasının direktoru

 

ELÇİN ƏFƏNDİYEV İRSİ BİBLİOQRAFİK MƏNBƏLƏRDƏ

 

Açar sözlər: Şəxsi biblioqrafiya,informasiya-axtarış imkanları, biblioqrafik metodika

Êëþ÷åâûå ñëîâà: ïåðñîíàëüíàÿ áèáëèîãðàôèÿ,  ìåòîäèêà, áèáëèîãðàôèè,  èíôîðìàöèîííî-ïîèñêîâûå âîçìîæíîñòè 

Keywords: personal bibliographic   indexes, the methods of composing of bibliographic indexes,  information retrieval potential

Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, çağdaş  ədəbi-tənqid  məktəbinin  layiqli davamçısı, xalq yazıçısı,  “İstiqlal” və  “Şərəf”  ordenli, “Azərbaycan  Respublikasının  Əməkdar incəsənət xadimi”,  tanınmış   ictimai-siyasi  xadim  Elçin Əfəndiyev zəngin və çoxşaxəli yaradıcılığa  malik  ədəbiyyatşünasdır.  Elçin Əfəndiyev xalqımızın  tarixi,  taleyi    ədəbi-bədii irsi ilə bağlı olan  sənətkarlarımızdandır. Elçin  Əfəndiyevin  Azərbaycan  ədəbiyyatı    mədəniyyətinin  inkişafıında  xüsusi  xidmətləri,  çoxsaylı  ədəbi-bədii  yaradıcılığı,  publisistik  fəaliyyəti, xarici  ölkə  ədəbiyyatından  etdiyi  tərcümələri,  dram  əsərləri,  kinosenariləri, ictimai-siyasi  fəaliyyəti onun  haqqında  çox  zəngin  sənəd-informasiya  bazasının  formalaşmasına  səbəb  olmuşdur. Bu zəngin  sənəd  kütləsi ilkin  mənbələrlə  yanaşı, biblioqrafik  mənbələrdə  də əks  etdirilmişdir.

   Elçin Əfəndiyev  haqqında ilk şəxsi elmi-köməkçi xarakterli biblioqrafik göstərici  1997-ci ildə peşəkar biblioqraf Bəybala Ələsgərov tərəfindən tərtib edilərək, M.F.Axundov  adına Azərbaycan Dövlət Kitabxanası tərəfindən nəşr  edilmişdir.(1)

Bu biblioqrafik göstəricidə Elçin  Əfəndiyevin 1959-1996-cı illərdə  Azərbaycan , rus, MDB və digər xarici ölkə xalqlarının dillərində çap edilmiş bədii əsərlərini,  publisistik, elmi-tənqidi  yazılarını,  o cümlədən monoqrafiya və elmi  məqalələrini,  həmçinin müxtəlif sessiya, simpozium və elmi konfranslardakı məruzə və çıxışlarını,   müqəddimə yazdığı    redaktə  etdiyi əsərləri əhatə  edir.  Biblioqrafik vəsaitdə  həmçinin ədibin həyat və  yaradıcılığı,  ictimai fəaliyyəti  haqqında  ədəbiyyat  da əks etdirilmişdir.

Biblioqrafik  göstərici çox zəngin   köməkçi aparata malik  olub,  ədibin həyat və  yaradıcılığı,  onun  əsərlərinin  nəşri,  tərcümələri,  nəşriyyatlar,  redaktorlar,  tərcüməçilər,  dövri  nəşrlər  və s.  müəllifin  əsərlərinin  nəşrilə əlaqədar olan  şəxsiyyətlər  və kollektivlər  haqqında   geniş  məlumat  verir. Bu  biblioqrafik  vəsaiti  digər  elmi-köməkçi  göstəricilərdən fərqləndirən  əsas  xüsusiyyət  onun    dəqiq və  elmi-bibloqrafik  cəhətdən  düzgün  müəyyənləşdirilmiş  struktur   quruluşa  malik  olmasıdır.  Belə ki,  Bu  biblioqrafik  tədqiqat  bir  neçə  bölmədən  ibarət  olan  giriş  hissəsi  ilə  yanaşı  özündə  30- dan  yuxarı  bölməni  birləşdirən  dörd  əsas   hissədən,  21  yardımçı   göstəricilərdən  ibarət  “Köməkçi  göstəricilər”  adlandırılmış  xüsusi  bölmədən  ibarətdir.

Biblioqrafik  göstəricinin  giriş  hissəsində  professor  Zöhrab  Əliyevin  rəyi,  sonra   Elçin  Əfəndiyevin  əsərlərinin  nəşri  haqqında   qısa  oçerk,   ədibin  həyat    yaradıcılığının  əsas   tarixləri   ədib  haqqında  ədəbiyyat    mədəniyyət  xadimlərinin  fikirləri  təqdim  edilmişdir.

Biblioqrafik göstəricinin  I  hissəsində  Azərbaycan  dilində  müəllifin  kitabları,  redaktə  etdiyi  kitablar,  dövrü  mətbuatda    müxtəlif  məcmuələrdə  dərc  edilmiş  bədii  əsərləri,  ədəbi-tənqidi    publisistik  məqalələri,  tərcümələri    əsərləri  haqqında  ədəbiyyatın  biblioqrafik  təsviri  verilmişdir.

Biblioqrafik  vəsaitdə  bütün  mənbələr  hər  bir  bölmə  daxilində  əlifba  sırası  ilə  qruplaşdırılmışdır.

Biblioqrafik  göstəricinin  II  hissəsində  ədibin  həyat    yaradıcılığı  haqqında   Azərbaycan  dilində  ədəbiyyat  verilmiş    sənədlər  aşağıdakı  bölmələr  üzrə  qruplaşdırılmışdır:

1. Həyat    yaradıcılığı  haqqında;

2. Azərbaycan  Yazıçılar  İttifaqındakı  fəaliyyəti;

3. “Vətən”  cəmiyyətindəki  fəaliyyəti;

4. Baş  nazirin  müavini  kimi  fəaliyyəti.

Biblioqrafik  vəsaitin  III  hissəsində  Elçin  Əfəndiyevin  əsərlərinin  rus  dilindəki  nəşrlərini    onun  həyat    yaradıcılığı  haqqında  rus  dilində  nəşr  edilmiş  ədəbiyyatı  əhatə  edir. Materialların  sistemləşdirilməsi  əsasən göstəricinin  Azərbaycan  dilindəki  mənbələri  əhatə  edən  hissəsinə  uyğun  şəkildə  tərtib  edilmişdir: kitabları,  müqəddimə  yazdığı  əsərləri,  dövri  mətbuat  materialları;  ədəbi-tənqidi    publisistik  məqalələri, ictimai  fəaliyyəti,  ekranlaşdırılmış  əsərləri,  filmləri  haqqında  ədəbiyyat;  həyat    yaradıcılığı  haqqında  ədəbiyyat.  Bu  hissədə  materiallar  Azərbaycan  dilindəki  sənədlər  kimi  əlifba  prinsipi  əsasında  düzülmüşdür.

Biblioqrafik  göstəricinin  IY  hissəsi  ədibin  xarici  dilləedə  nəşr  edilmiş  əsərlərini  və onun   haqqında  ədəbiyyatı  əks  etdirir. Burada  ədibin  keçmiş  SSRİ  respublikaları    digər  xarici  ölkələrdə  nəşr  edilmiş  əsərləri    onun  həyat    yaradıcılığı,  eləcə    ayrı-ayrı  əsərləri  haqqında  müxtəlif  ölkələrdə  ( Bolqarıstan, Belorusiya, Çexiya, ABŞ,  Almaniya,  Türkiyə,  Macarıstan,  İraq,  Qazaxstan,  Polşa,  Rusiya və s.)  dərc  edilmiş  əsərlərin  nəşrlərinin  mükəmməl  biblioqrafik  təsviri  verilmiş    müəllif  haqqında  xarici  ölkələrdə  dərc  edilən  çox  saylı  mənbələr  toplanmışdır.  Materialların  düzülüşü  ölkələrin  əlifba  sırasına  görə  sistemləşdirilmişdir. Hər  bir  ölkəyə  həsr  olunmuş  bölmə  daxilində    mənbələrin  düzülüşündə  əlifba  prinsipi  əsas  götürülmüşdür.

Biblioqrafik  göstəricidə  diqqəti  cəlb  edən  xüsusiyyət  burada  orjinal  köməkçi  göstəricilər  sisteminin  yaradılmasıdır.  Belə  ki,  biblioqrafik  göstəriciyə  daxil  olan  çoxsaylı    çoxdilli  sənədlərin  müxtəlif  axtarış  əlamətlərinə  görə  müəyyənləşdirilməsini  təmin  etmək  üçün  21  adda  köməkçi  göstərici  tərtib  edilmişdir.  Bu  göstəricilər  vasitəsilə  ədibin  Azərbaycan,  rus    xarici  dillərdə  nəşr  edilmiş  əsərlərini,  redaktə  etdiyi  əsərləri,  ( kitabları    məqalələrini )  tərcümələrini,  onun  əsərlərinin  redaktorlarını,  rəyçilərini,  yazıçının  senarilərini,  səhnələşdirilmiş    ekranlaşdırılmış  əsərlərini,  nəşriyyatların,  dövri  orqanların  adlarını,  müəllifin  əsərləri  çap  edilən  ölkələrin  adlarını    tərcümə  edilmiş  əsərlərinin  sərlövhələrini  operativ    dəqiq  müəyyənləşdirmək  mümkün  olur.   Biblioqrafik  göstərici  özündə  bütövlükdə  1152  adda müxtəlif  mənbəni  əks  etdirir. (4.s.125)

Biblioqrafik  göstəricinin  müəllifi  Bəybala  Ələsgərovun  gərgin  zəhməti      hərtərəfli  axtarışları  nəticəsində  meydana  gəlmiş  bu  bibioqrafik  əsər  Elçin  Əfəndiyev  irsinin  hərtərəfli  əhatə  edilməsində  mühüm  nailiyyət  olmuşdur.

“Elçin”  biblioqrafik  göstəricisinin  təhlilini  bu  vəsait  haqqında  professor  Zöhrab  Əliyevin  aşağıdakı  sözləri  ilə  yekunlaşdırmaq  istərdik: “Çağdaş Azərbaycan  ədəbiyyatının  görkəmli  nümayəndələrindən  biri  olan  Elçin  haqqında  biblioqrafik  göstərici  başqa  şəxsi  biblioqrafik  vəsaitlər  sistemində  özünəməxsus  yer  tutacaqdır    Azərbaycan  ədəbiyyatı  üzrə  biblioqrafik  axtarışda  mühüm  rol  oynayacaqdır”.(3,s.9)

Elçin  Əfəndiyev  irsinin  biblioqrafik  tədqiqinə  həsr  edilmiş  digər  bir  biblioqrafik  vəsait  2013-cü  ildə,  M.F.Axundov  adına  Azərbaycan  Milli  Kitabxanası  tərəfindən  “Azərbaycanın  görkəmli  şəxsiyyətləri”  seriyası  ilə  nəşr  edilmişdir.  (Elçin  (Əfəndiyev  Elçin  İlyas  oğlu): biblioqrafiya / ixtisas red. və burax.məsul K.Tahirov, red.G.Səfərəliyeva; M.F.Axundov adına  Azərbaycan  Milli  Kitabxanası.-Bakı,2013.-560 s.).

Elçin  Əfəndiyevin  ədəbi-bədii    ictimai fəaliyyətini  tam  şəkildə  əks  etdirən  bu  yeni  biblioqrafik  göstərici  1959-2013-cü  illərdə  nəşr  edilmiş  materialları  əhatə  edir. Biblioqrafik  göstərici  əvvəlki  vəsaitdən  fərqli  olaraq   yenidən  işlənərək,  daha  da  təkmilləşdirilmiş,  metodiki  baxımdan yeni tərtibatla  mükəmməl şəkildə   nəşr  edilmişdir.

Bu  yeni  biblioqrafik  göstəricinin  əvvəlində “Tərtibçidən”, “Ədəbiyyat yaradıcısı, metodoloqu və  təəssübkeşi” adlı AMEA-nın müxbir üzvü Nizami Cəfərov tərəfindən  yazilmış çox əhatəli və məzmunlu “Oçerk” verilmişdir. Oçerkdə  Nizami  Cəfərov Elçin  Əfəndiyev  yradıcılığına mütəxəssis  baxışı ilə  yanaşaraq görkəmli  yazıçının yaradıcılığını  tədqiq  və təhlil edərək, əsərlırinin    kitablarının  nəşr  tarixini  göstərməklə  onu  “böyük  ədəbiyyat yaradıcısı-yazıçı,  ədəbiyyatşünas-metodoloq olmaqla  yanaşı, ədəbiyyatın,  xüsusilə  milli  ədəbiyyatın  böyük  təəssübkeşidir”  adlandırmışdır.( 2.s.7) Daha sonra müəllif  fikirlərini  davam  etdirərək 

demişdir:

...Elçinin  ədəbiyyat  yaradıcısı  kimi    qədər  böyük  uğur  qazandığını  sübüt  edən   ən  azı  üç  texniki  göstərici  var:

-Bunlardan  birincisi  nəşr  olunan  kitablarının  tirajı, tamaşaya qoyulan  əsərlərinin  sayıdır;

- İkincisi,  onun  bədii  istedadı  haqqında  yazılan  ədəbi- tənqidi,         elmi  yazılar,  deyilən  fikirlərdir;

- Üçüncüsü  isə  əsərlərinin  dünya  dillərinə  tərcüməsi,  dünyada  doğurduğu  rezonansdır... (2.s.7)

  Bu fikirlər Nizami  Cəfərov  tərəfindən  Elçin  Əfəndiyev şəxsiyyətinə, ədəbi-bədii    ictimai  fəaliyyətinə  verilən  ən  böyük  dəyərdir.

            Nizami  Cəfərov  geniş  yaradıcılıq  diapozonuna  malik  olan  Elçinn Əfəndiyev  yaradıcılığının  mühüm  istiqamətini  təşkil  edən  incəsənət  sahəsindəki  fəaliyyətini    yüksək  qiymətlçəndirmişdir.  Xüsusilə, Azərbaycan    dünya  teatrlarının  səhnəsində  tamaşaya  qoyulmuş  əsərlərinin    kinossenarilərinin  bədii-estetik  dəyərləri  haqqında  da  qiymətli  fikirlər  söyləmişdir.

            Elçin  Əfəndiyev  yaradıcılığını  yüksək  qiymətləndirən  müəllif  görkəmli  yazıçını  mütəffəkkir  metodoloq,  milli  ədəbiyyatımızı  dünya  ədəbiyyatı  səviyyəsinə  qaldırmış  ədəbiyyatşünas  kimi  bədiilik,  elmilik    publisistik  kimi  komponentlərini  dəyərləndirmişdir.

            Heç  təsadüfi  deyildir  ki,  görkəmli  yazıçı    ictimai  xadim  olan  Elçin  Əfəndiyev  Azərbaycan  ədəbiyyatının  inkişafındakı  böyük  xidmətlərinə  görə  Ümummilli  liderimimiz, Ulu öndər  Heydər  Əliyev  tərəfindən  2003-cü  il  29  may  tarixində  “İstiqlal”  ordeni ilə    Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  tərəfindən  2013-cü   il  11  may  tarixində verilmiş  Sərəncama  əsasən  “Şərəf”  ordeni  ilə  təltif edilmişdir.

            Elçin  Əfəndiyevin  ədəbi-bədii    ictimai  fəaliyyəti  dövlət  başçıları  ilə  yanaşı,  görkəmli  elm,  ədəbiyyat,  mədəniyyət,  siyasi      din  xadimləri,  öz  həmkarları,  müəllimləri    dostları  tərəfindən    yüksək  qiymətləndirilərək  çox  səmimi,  ürəkdən  gələn  fikirlər söylənilmişdir. Bu  fikirlər  içərisində  müasir  Azərbaycan  ədəbiyyatının  yaradıcılarından olan,  xalq  yazıçısı, professor,  Elçin  Əfəndiyevin  müəllimi olmuş  Mir  Cəlalın,  xalq  şairi Mirvarid  Dilbazinin    türk  alimi, professor Metin  Turanın  fikirləri  çox  maraqlı    səmimidir.

            Görkəmli  yazıçı  Mir Cəlal  Paşayev öz  tələbəsi  haqqında  fikirlərini belə  ümumiləşdirmişdir: “Elçin  ədəbiyyata peşə  üçün  yox,  amal  üçün  gəlib. Ehtiraslı və  cəsurdur...”

            Şairə  Mirvarid  Dibazinin    Elçin  haqqında  söylədiyi  “ Mənim  bütün  həyat  təcrübəm  göstərir  ki,  Siz  özünüz də aqil  doğulmusunuz.  “Kəlilə  və Dimnə”də belə  bir  söz  var: “Ağılsız  adama  söz  demək  anadangəlmə  karın  qulağına  hikmət  dərsi  oxumaq,  su  üstünə  siir  yazmaq  kimi  bir  şey  olardı”.  Dünya  pedaqoji  alimlərinin  fikrincə,  uşaq  kamilliyi  də,  naqisliyi    doğulanda  özü  ilə  gətirir.  Tərbiyə,  mühit  isə  bunları  az-çox  inkişaf  etdirmək  qabiliyyətinə  malikdir.

            Əziz  Elçin!  Sizə  yaradıcılığınızda,  vəzifələrinizdə,  xalq  işinizdə,   səhhətinizdə,  şadlıq,  gümrahlıq,  müvəffəqiyyətlər  arzu  edirəm”   fikirləri    çox  maraqlı    ibrətamizdir.

            Türk  alimi,  professor  Metin  Turan  da  Elçin  haqqında  olan  fikirlərini  belə  ümumiləşdirmişdir: “Türk  dünyasının  böyük  yazarı, professor-doktor  Elçin  yüzilin  yetirdiyi,  həm    sadəcə  Azərbaycan  xalqının  deyil,  böyük  insanların  duyğularını dilə  gətirmiş  önəmli  bir  şəxsiyyətdir.  Türkiyədə  çap  olunan  “Mahmud    Məryəm”,  “Ağ  dəvə”,  “Ölüm  hökmü”,  “Şuşa dağlarını  duman  bürüdü”,  “Sarı  gəlin”  kitabları  ilə yanaşı,  Ankara,  Ərzurum,  Konya  Dövlət  Teatrlarında  səhnəyə  qoyulan  “Mənim  sevimli  dəlim”,  “Mən  sənin  dayınam”    “Mənim  ərim  dəlidir”  adlı  pyeslər    xalqımızın  böyük  məftunluqla  oxuduğu və  tamaşa  etdiyi  əsərlərdəndir.

            Türk  xalqları  ədəbiyyatının  ulduzu,  ortaq  qürur  qaynağımız -  Elçin”.

            Biblioqrafik  göstəricidə  “Görkəmli  şəxsiyyətlər  Elçin  haqqında”  fikirlərin  ümumiləşdirilmiş  şəkildə  verilməsi  təqdirəlayiq  bir  haldır.  Hər  bir  oxucu  bu  fikirlərlərlə  tanış  olarkən  Elçin  şəxsiyyəti,  yaradıcılığı,  əsərlərinin  bədii  dəyəri,  onun  ictimai-siyasi  fəaliyyəti,  yaradıcılıq  laboratoriyası, xarici  ölkə  ədəbiyyatı    mədəniyyəti  ilə  olan  əlaqələri  haqqında  daha  ətraflı  informasiya  əldə  edir.  Belə  informasiyanın  vəsaitə  daxil  edilməsi  biblioqrafik  göğstəricinin  mükəmməlliyinin    müəllifinin  peşəkarlığının  göstəricisidir.

            Biblioqrafik  göstəricinin  maraqlı    oxunaqlı   olan   “Elçinin  kitab  haqqında  fikirləri”    “Elçinin  “ədəbi düşüncələri”ndən”  adlı bölmələridir. Doğrudur,  kitab  haqqında  müxtəlif  müəlliflər  tərəfindən  çox  qiymətli  fikirlər,  kəlamlar  yazılmış    söylənilmişdir. Elçin  Əfəndiyevin  “kitab  haqqında”  olan  fikirləri öz  səmimiliyi    konkretliliyi  ilə  fərqlənir.  Bu  fikirlər  müasir dövrümüz  üçün də çox  əhəmiyyətli      müasir  şəraiti  şərtləndirən  xüsusiyyətlərdir. “Kitab  doğmalığı”, Kitab  küskünlüyü”, “Kitab    illuziyalar  aləmi”, “Kitab    oxucu”  kimi  başlıqlar  altında  böyük  yazıçının  fikirləri  əks  etdirilmişdir.

 “Kitab küskünlüyü”  başlığı  altında  böyük  yazıçının  fikirləri  çox  maraqlıdır: “ Son  zamanlar  deyirlər  ki,  bizdə  kitaba  maraq  azalıb,  həvəs  itib. Mənə  elə  gəlir  ki, əksinədir. Kitab özü  bizdən  küsüb”.

            Elçinin  “Ədəbi düşüncələr”indən  bölməsində  isə  onun  Azərbaycan,  rus və  Avropa  yazıçı    şairlərinin  yaradıcılıq  xüsusiyyətləri,  ədəbi janrlar  -  xüsusilə, hekayə,  poeziya,  roman  haqqında   fikirləri  lakonok  şkildə  oxuculara  çatdırılır. Yazıçının  ədəbi  düşüncələri  içərisində  “Sabirin  dahiliyi”, “Dahiyanə sadəlik”, “Sənətkar ölmür”, “Şekspir  haqqında”  “Özümlə  söhbət”,  “Tanışlıq”,  “İki  dünya”  haqqında  olan  fikirləri  çox  səciyyəvidir.  Bu  fikirlər  içərisində   “Kitab  cəmiyyətin  ifadəsidir”  düşüncələri  bu  günkü  günümüzlə  səsləşən  fikirlərdir:  “Bu  gün  cəmiyyət  başdan-başa  siyasiləşib    o  adam  ki,  on il  bundan  əvvəl  yatsa,  yuxusuna  gətirməzdi,  indi  nadan  siyasi  mülahizələr  yürüdür. Və  bu  gün  kitablar  da  siyasiləşib.  Ona  görə    onları  oxumaq  da  mümkün  deyil”  düşüncələri   Elçin  Əfəndiyevin  ictimai-siyasi  baxışlarının  göstəricisidir.

               Biblioqrafik  göstərici  Elçin  Əfəndiyevin   1959-2013-cü  illərdə  dərc  edilmiş  əsərlərini,  onun  haqqında  olan  ədəbiyyatı,  ədəbi-bədii,  publisistik  yaradıcılığını,  aldığı  fəxri  fərman    ordenləri,  həyat    fəaliyyətinin  əsas  tarixləri,  görkəmli  şəxsiyyətlər  Elçin  haqqında, Elçinin  kitab  haqqınfda  fikirləri,  Elçinin  “Ədəbi  düşüncələri” ndən  bölmələrini  əks  etdirməklə  yanaşı,  üç  hissədən  ibartdir:

            I  hissə: Əsərləri – kitablar,  dövri  mətbuatda    məcmuələrdə  dərc  edilmiş əsərləri,  romanları, povestləri, hekayələri,  ssenariləri, dram,  səhnəcik və  radio - əsərləri, ədəbi-tənqidi, publisistik  məqalələri,  habelə, müsahibələri, tərcümələri, tərtib  etdiyi, redaktoru  olduğu    rəy  verdiyi  əsərlər sistemləşdirilmişdir.

            II  hissə:  Həyat və  yaradıcılığı  haqqında  ədəbiyyatı  əhatə  edir. Bu  bölmə  daxilində  -  kitablar,  Disserftasiya    avtoreferatlar, dövri  mətbuatda və  məcmuələrdə  çap  edilmiş  məqalələr,  ekranlaşdırılmış  əsərləri  haqqında, səhnələşdirilmiş  əsərləri  haqqında, Elçinin  Xaricdə Yaşayan Həmvətənlərlə Azərbaycan Mədəni  Əlaqələr  Cəmiyyəti – “Vətən”  Cəmiyyətində  fəaliyyəti,  Elçinin  Azərbaycan  Respublikası  Baş  nazirinin  müavini kimi  fəaliyyəti  işiqlandırılmışdır.

            Biblioqrafik  göstəricidə  bölmə    yarımbölmələr  daxilində  materiallar  xronoloji  prinsip  əsasında qruplaşdırılaraq  Azərbaycan    rus  dillərində  sistemləşdirilmişdir.

            Vəsaitin  “Elektron  resurslar”  yarımbölməsində  Elçin  haqqında  internetdə  verilən  materiallar  toplanaraq  əks  etdirilmişdir. Bu  yarımbölmə  daxilində  Elçin  Əfəndiyev  haqqında  müxtəlif  internet  saytlarında  çıxmış  75  adda mənbənin  xronoloji  ardıcıllıqla  biblioqrafik  təsviri  verilmişdir. (2.S.331)

            “Elçin”  şəxsi  biblioqrafik  göstəricinin  III  hissəsi  köməkçi  göstəricilərə  həsr  edilmişdir  ki,  buraya  -  Eçinin  əsərlərinin  əlifba  göstəricisi, Elçin  haqqında  yazan  müəlliflərin  əlifba  göstəricisi,  Sərlövhə  üzrə  təsvir  olunmuş  materialların  əlifba  göstəricisi  daxildir. Vəsaitin  bu  hissəsində    mənbələr  Azərbaycan    rus  dillərində  qruplaşdırılmışdır. Biblioqrafik  vəsaitdən  istifadəni  asanlaşdırmaq    vaxt  itkisinə  qənaət  etmək  baxımından  köməkçi  göstəricilərin  əhəmiyyəti  olduqca  böyükdür. 

            “Azərbaycanın  görkəmli  şəxsiyyətləri”  seriyasında  görkəmli  yazıçı,  tanınmış  ictimai  xadim  Elçin  Əfəndiyevə  həsr  edilmiş  bu  şəxsi  elmi-köməkçi  xarakterli  biblioqrafik  tədqiqat  əsəri  Azərbaycan  Milli  Kitabxanasının  uğurlu  biblioqrafik  fəaliyyətinin  nəticəsidir.  Bu  uğurlu,   müasir  Biblioqrafiyaşünaslıq  elminin  nəzəri  müddəalarına  əsaslanmaqla    bibloqrafiyalaşdırma  metodikasına  əməl  edilməklə,  öz  mükəmməlliyi  ilə  seçilən  biblioqrafik  vəsait Milli  Kitabxananın  direktoru,  Əməkdar  Mədəniyyət  işçisi, tarix  üzrə  fəlsəfə  doktoru,  professor  Kərim  Tahirovun  peşəkarlığı    bu sahəyə  ciddi  münasibətinin  nəticəsi  olaraq  ərsəyə  gəlmişdir.

            Elçin (Əfəndiyev Elçin İlyas oğlu)  biblioqrafik  tədqiqat  əsəri  müasir  Azərbaycan  ədəbiyyatşünaslıq biblioqrafiyası   elmini  zənginləşdirməklə, uğurlu  nailiyyəti    hesab  edilə  bilər.

 

 

ƏDƏBİYYAT

1.Elçin (Əfəndiyev  Elçin  İlyas  oğlu): Biblioqrafiya/ Tərtibçi-müəllif B.A.Ələsgərov:M.F.Axundov adına Azərbaycan  Dövlət  Kitabxanası.- Bakı,1997.-206s.

2.Elçin (Əfəndiyev Elçin İlyas  oğlu): biblioqrafiya/ixtisas red.və burax.məsul K.Tahirov; red.G.Səfərəliyeva; M.F.Axundov  adına  Azərbaycan  Milli  Kitabxanası .-Bakı,2013.-560s.

3.Əliyev Z.H. Rəy //Elçin (Əfəndiyev Elçin İlyas oğlu): Biblioqrafiya/ M.F.Axundov adına Azərbaycan  Dövlət  Kitabxanası.- Bakı,1997.-S.9.

4.İsmayılova S.P.Azərbaycanda bədii  ədəbiyyat    ədəbiyyatşünaslıq biblioqrafiyası(1965-2000-ci  illər).Bakı.:”Nurlan”, 2009.- 184s.

 

 

Ø. Ãàìáàðîâà

ÍÀÑËÅÄÈß ÝËÜ×ÈÍÀ ÝÔÅÍÄÈÅÂÀ  ÁÈÁËÈÎÃÐÀÔÈ×ÅÑÊÈÕ ÍÀÑËÅÄÈßÕ

 

Ð Å Ç Þ Ì Å

                 ñòàòüå àíàëèçèðîâàíà ñèñòåìà áèáëèîãðàôè÷åñêèõ óêàçàòåëåé  ïîñâÿùåííûõ  æèçíè è òâîð÷åñòâó âèäíîãî äåÿòåëÿ àçåðáàéäæàíñêîé ëèòåðàòóðû Ýëü÷èíà.

 

Sh. Gambarova

 

THE HERITAGE OF ELCHIN EFENDIYEV IN BIBLIOGRAPHIC SOURCES

 

S U M M A R Y

The article analyzed the system of bibliographic indexes  on the life and literature activity  of a prominent figure of Azerbaijani literature Elchin.

 

 

Kitabxanaşünaslıq və biblioqrafiya: Elmi-nəzəri, metodik və təcrübi jurnal.- 2014.- ¹ 2.- S. 124-130.