Aygün ŞƏHAVƏTOVA

Bakı Dövlət Universitetinin “Kitabxana resursları

və informasiya axtarış sistemləri” kafedrasının magistrantı

 

KİTABXANA – İNFORMASİYA RESURSLARININ KOMPLEKTLƏŞDİRİLMƏSİNİN MÜASİR İSTİQAMƏTLƏRİ

 

Açar sözlər: kitabxana fondu, kitabxana-informasiya resursları, kitabxanaların müasir vəziyyəti, komplektləşdirmə, kitabxana texnologiyaları, informasiya texnologiyaları.

Êëþ÷åâûå ñëîâà:ôîíä áèáëèîòåêè, äîêóìåíòîâ-èíôîðìàöèîííûå ðåñóðñû, ïðèîáðåòåíèå,áèáëèîòå÷íîåòåõíîëîãèè, èíôîðìàöèîííûå òåõíîëîãèè.

Keywords: fund of library, document-information resource,acquisition,library technology, information technology.

Bəşər sivilizasiyasının ən böyük nailiyyətlərindən olan kitablar, mədəni irsin, xalqın mənəvi sərvətinin bir hissəsi, yazı və dilin, ədəbiyyat və incəsənətin, elm və texnikanın, cəmiyyətin intellektual potensialının inkişafının qüdrətli vasitəsi kimi nəsildən-nəslə məhz kitabxanalar vasitəsilə keçirilir. Cəmiyyətin mühüm mədəni təsisatı, mənəvi sərvəti və informasiya bazası olan kitabxanalar müasir dövrdə olduqca mürəkkəb sosial funksiyaları yerinə yetirməklə əhalinin mütaliə mədəniy­yəti­nin formalaşmasına səmərəli təsir göstərirlər. Belə ki, bəşəriyyətin inkişafetdirici qüvvəsi olan bütün elmi nəzəriyyələr və texnologiyalar, kitabxana­lardan bəhrələnən cəmiyyətin qabaqcıl ziyalı ordusu kitabxanalardan istifadə etməklə yetişmişlər. Yarandığı gündən bu günə kimi insanların informasiya tələba­tını ödəmək və informasiyanın gələcək nəsillərə ötürülməsi funksiyalarını yerinə yetirən və cəmiyyətin infrasturukturunda mühüm rol oynayan obyekt olmuşdur. Bunun üçün kitabxanaların yaradılmasına, qorunmasına, inkişaf etdirilməsinə xüsusi diqqət yetirilmişdir.

Qədim tarixə malik olan kitabxanalar dünyada ən böyük informasiya ötürücüsüdür. Məhz bundan irəli gəlir ki, Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra cəmiyyətin bütün sahələrində olduğu kimi, kitabxana işi sahəsində də əsaslı dəyişikliklər dövrünə başlamışdır.

       Cəmiyyətdə mühüm sosial funksiyaları yerinə yetirən kitabxanalar, insan amilinin formalaşmasında, elmi texniki tərəqqinin sürətləndirilməsində, ölkəmizin sosial-iqtisadi və mədəni inkişafında yaxından iştirak edir, milli dövlətçilik ideyalarının geniş xalq kütlələri arasında yayılmasında geniş təşkilatçılıq işləri aparır. Bu gün kitabxanalar informasiyalaşmış vətəndaş cəmiyyətinin əsas göstəricisi olan qlobal informasiya mühitinin beynəlxalq, milli və regional səviyyədə informasiyanın əmtəəyə çevrilməsində, informasiya və bilik bazarının yaradılması və inkişafında, təhsil sisteminin və səviyyəsinin artırılmasında aparıcı rol oynayır.

Kitabxana fondlarının repertuarı, fondun komplektləşdirilməsi, məlumat xidmətinin təşkili və kitabxana siyasətinin həyata keçirilməsi prosesində demokratikliyin gözlənilməsi müasir mədəni cəmiyyətin vacib tələblərindəndir. Bunun üçün də kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi, kitabxana binalarının əsaslı təmir edilməsi, xarici dillərdə olan ədəbiyyatla komplektləşdirilməsi, kitabxanaların müasir texniki vasitələr və informasiya texnologiyaları ilə təmin olunması əsas məsələlərdən biridir.

Kitabxana fondunun komplektləşdirilməsi onun formalaşdırılmasının tərkib hissəsi olmaqla kifayətlənmir, həmçinin bütün kitabxana prosesinin təşkilinin əsasını təşkil edir. Kitabxana fondunun komplektləşdirilməsi və təşkili, oxuculara ədəbiyyat verilişi və tövsiyəsi, kitabxana-biblioqrafiya biliklərinin təbliğinin ənənəvimetodu ilə bərabər, elektron resursların üzə çıxarılması, uçotu, onlardakı dəyişikliklərin izlənilməsi, istifadəçilərə informasiyanın əldə olunması sahəsində özünəxidmətin təşkili formasıdır (1, s.22) .

Kitabxana fondunun tərkib hissələrini hərtərəfli, lazımi səviyyədə öyrənmədən, təhlil etmədən komplektləşdirmə işinin səmərəliliyini təmin etmək və inkişaf perspektivlərini göstərmək qeyri-mümkündür.

Müasir dünyada kitabxanalarda sənədli informasiyanın komplekt­ləş­diril­məsi, saxlanılması və təqdim edilməsi formaları daha sürətlə transformasiya olunur. Məhz bundan asılıdır ki, kitabxana fondlarının çap əsərləri ilə dolğun komplektləş­dirilməsi müəyyən ərazi baxımından kitabxanaların sıx koordinasiyası ilə bağlıdır.

Bu gün Azərbaycanın əksər kitabxanaları kitablar da daxil olmaqla, bütün informasiya mübadiləsini qabaqcıl texnologiyalara əsaslanaraq qurmağı planlaşdırır.Bunun üçün də məlumatların toplanıb saxlanılması, axtarış sistemləri və informasiyaların ötürülmə qaydalarının qabaqcıl olması ilə yanaşı, kitabxana – infor­ma­­siya və internet istifadəçisinin “görüb oxuya bildiyi” də vahid formatda olmalıdır (4, s. 12).

İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir zamanda kitabxanaların komplektləşdirilməsində də müasir avtomatlaşdırılmış qurğulardan istifadə olunur. Məlum olduğu kimi, kitabxana fondlarının ənənəvi komplektləşdirilməsində ədəbiyyatın alınması əvvəlcə planlaşdırılır.

Belə halda, komplektləşdirmə mənbələri kitabxana kollektoru, əlaqədar kitab mağazaları, dövrü nəşrlərin əlaqədar abunə agentliyi və əvvəlcədən məlum olmayan ayrı-ayrı şəxslərin və təşkilatların müəyyən kitabxanaya verdiyi kitab hədiyyələridir. Lakin elektron nəşrlərin, sənədlərin və digər bu kimi elektron resursların kitabxanalarda komplektləşdirilməsi mənbələri və üsulları xeyli fərqlidir. Elektron kitabxananın ən mühüm cəhətlərindən biri kimi istənilən formatda informasiya resurslarının komplektləşdirilmə imkanlarının olmasıdır. Elektron sənədlərin və digər resursların kitabxana fondlarında komplektləşdirilməsi üçün ilk növbədə kitabxananın internetlə geniş əlaqələndirilmiş elektron kitabxanası olmalıdır.

       Avtomatlaşdırılmış kitabxanaların komplektləşdirilməsi istiqamə­tində­: kitabxanaya daxil olan sənədlər (kitab, dövri mətbuat, qəzet, dissertasiya, avtoreferat, CD-ROM və b.) xüsusi proqram əsasında kompüterə daxil edilmiş sənəd­lə­rin akt-uçotu həyata keçirilir. Bu kitabxanalar optik və digər tip disklərdə yazılan kitablar, jurnallar və profilə uyğun olan məlumat bazaları ilə komplektləşdirilə bilər.

Elektron sənədlərin və digər əlaqədar resursların (məsələn: biblioqrafik mə­lu­mat bazaları, elektron kataloqlar, web-saytlar və s.) əsas komplektləşdirmə mən­bə­yi internet resurslarıdır. Bu texnologiyadan istifadə etdikdə tez-tez yeniləş­di­rilən, əlavələr edilən və pulsuz yayılan elektron sənəd növlərinin komplekt­ləşdi­ril­mə­si əlverişli olmur (1, s. 23).

İstənilən komplektləşdirmə üsulunda sənədlərin profilə uyğun olaraq dəqiq seçilməsi, oxucu sorğusunun və tələbatının dərindən öyrənilməsi ilə bağlıdır. İstər ənənəvi, istərsə də elektron kitabxanaların vacib problemlərindən biri əlaqədar kitabxananın profilinə uyğun olan yüksək keyfiyyətli sənədlərin seçilməsidir.

Əksər mütəxəssislər komplektləşdirmə üçün çap əsərlərində olduğu kimi elektron nəşrlərin və resursların seçilməsini vacib hesab edirlər. Onla­rın arqu­ment­ləri aşağıdakı fikirlərlə əsaslandırılır:

1. Müraciət (axtarış, istifadə) üçün çoxlu sayda elektron informasiyalar təqdim olu­nur, onların adları və sayı sürətlə artır. Buna görə də seçmədə səhvlərin ol­ma­sı ehtimalı artır;

2. Uzaqlaşdırılmış şəbəkə resursları getdikcə daha çox ikinci növ sənədlərlə təq­dim olunur. Məsələn: referatlar, annotasiyalar, tezislər və s. Təcrübələr göstərir ki, referatların çox hissəsi əsasında ilkin nəşrin məzmun keyfiyyətini dəqiq müəy­yən etmək çətindir;

3.Sürətlə artan elektron resurslar tam şəkildə elektron variantda dərc edilir. Onlar üçün referatlaşdırma metodları və mexanizmi işlənməmişdir (1, s. 27).

            Deyilən səbəblərə görə, elektron kitabxanalar açıq veb-saytların kəmiyyətini deyil, seçmə yolu ilə onların komplektləşdirmə keyfiyyətini artırmağa çalışır. Elektron informasiyaların komplektləşdirmə mənbələrinin seçilməsində peşəkar kitabxanaçının aparıcı rolunu əvəz edən başqa bir vasitə yoxdur. Qeyd edək ki, kitabxanaçının vacib funksiyalarından biri təkcə komplektləşdirmə prosesində deyil, həmçinin sənədlərin təkrar komplektləşdirilməsində, ədəbiyyatın fonddan çıxarılmasında və depozitar fondun təşkilində seçmələr aparmaqdır.

            Kitabxana fondunun idarə edilməsində komplektləşdiricilərin kitab işləmə keyfiyyəti, indeksləşdirmə məharəti, uçotun aparılması optimallığı nəzərdə tutulur. Kitabxanaçı – komplektləşdiricinin fəaliyyət səmərəliliyi, sənədlərin işlənməsi tez­li­­yi və şifrələnməsi keyfiyyəti, onların fondun struktur bölmələrinə məqsədyönlü çatdırılması ilə müəyyənləşir. Kitabxanalarda komplektləşdirmə şöbəsinin işçiləri kollektiv işləmək prinsipinə alışmalı, bütün qarşılıqlı iş proseslərinin ahəngdar yerinə yetirilməsinə nail olmalıdır (2, s. 104).

             Komplektləşdiricinin əldə etdiyi yüksək nailiyyətlərdən istifadə olunmaqla gələcəkdə sənədlərin komplektləşdirmə optimallığını müəyyənləşdirmək, biblioqrafik axtarış metodlarına yiyələnmək, nəzərdə tutulan sifarişləri dərindən öyrənmək məsələləri təşkil edir. Komplektləşdirici fondları onun struktur quru­luşuna, oxucuların sorğularına görə öyrənməli, onların həqiqi informasiya tələbatını təhlil etməli və bunun əsasında kitabxana üçün vacib olan ədəbiyyat repertuarının yaradılmasını təmin etməlidir.Komplektləşdiricinin ən mühüm vəzi­fə­lərindən birini oxucuların etibarını qazanmaq təşkil edir. Bu etibarlılığı o vaxt əldə etmək olar ki, komplektləşdirici təchizetmə mənbələri ilə və onun əməkdaşları ilə müntəzəm, sıx əlaqə saxlasın və ən lazımlı sənədlərin alınmasını təşkil etsin.

 

 

 

ƏDƏBİYYAT

1. Rüstəmov Ə; Mustafayeva N. Elektron kitabxanaların komplektləş­diril­mə­sinin bəzi məsələləri // Kitabxanaşünaslıq, 2006. – ¹ 1. (21-31)

2. Həsənov M. Kitabxana fondunun yaranması, formalaşması və idarə edil­məsi. Dərs vəsaiti. – B.: BDU, 2004. – 143s.

3. Xələfov A.A. Azərbaycanda kitabxana işinin tarixi: Dərslik. III hissə.– Bakı: “Bakı Universiteti” nəşriyyatı, 2010. – 432 səh.

4. İsmayılov X.İ. Müasir dövrdə kitabxanaların metodik təminatının bəzi məsələləri // Kitabxanaşünaslıq – biblioqrafiya, 2012. –¹ 12 (s.9-18)

 

 

 

À.E.Øàõàâàòîâà

 

ÑÎÂÐÅÌÅÍÍÛÅÀÑÏÅÊÒÛ ÁÈÁËÈÎÒÅ×ÍÎÅ-

ÈÍÔÎÐÌÀÖÈÎÍÍÛÅ ÐÅÑÓÐÑÎÂ

 

ÐÅÇÞÌÅ

Ìàòåðèàëüíî-òåõíè÷åñêîé áàçû, îñíàùåííûé ñîâðåìåííîé áèáëèîòåêè è èíôîðìàöèîííûõ òåõíîëîãèé, áèáëèîòå÷íîé ðàáîòû, çíà÷èòåëüíûé ïðîãðåññ â îáëàñòè èíôîðìàöèîííûõ òåõíîëîãèé, íîâûõ ñïîñîáîâ äëÿ ôèíàíñèðîâàíèÿ êîìïëåêòîâàíèå.

 

A.E.Shahavatova

 

MODERN ASPECTS OF LIBRARY AND INFORMATION RESOURCES

 

SUMMARY

Material and technical base, equipped with a modern library and information techno­logy, library work, significant progress in the field of information techno­lo­gy­, new methods for recruitment.

 

 

 

Kitabxanaşünaslıq və biblioqrafiya: Elmi-nəzəri, metodik və təcrübi jurnal.- 2014.- ¹ 2.- S. 137-140.