Günay BALAKİŞİYEVA
“Kitabxana
resursları və informasiya
axtarış sistemləri” kafedredrasının
magistrantı
HEYDƏR ƏLİYEV İRSİNİN
KİTABXANALARDA TƏTBİQİNİN BƏZİ
MƏSƏLƏLƏRİ
Açar
sözlər: Heydər Əliyev, kitabxana işi, milli
ideologiyaların formalaşması, kitabxana haqqında qanun və
onun kitabxanalarda tətbiqi
Êëþ÷åâûå
ñëîâà: Ã.Àëèóåâ, áèáëèîòå÷íîå äåëî, ôîðìèðîâàíèå
íàöèîíàëüíîé èäåîëîãèè,çàêîí î áèáëèîòå÷íîì äåëå è âíåäðåíèå åãî â áèáëèîòåêàõ
Keywords:Heydar
Aliyev, library, the formation of the national ideology, law librarianship and
its implementation in libraries
Azərbaycan
kitabxanaları Azərbaycan xalqının milli sərvətidir.
Xalqımızın yaratdığı qiymətli tarixi mədəni,
ədəbi-bədii, elmi-fəlsəfi irsin toplanıb
saxlanılmasında, bəşər mədəniyyətinin
qazandığı nailiyyətlərin nəsildən-nəsilə
çatdırılmasında, cəmiyyətimizin intelektual-mənəvi
patensialın artırılmasında kitabxanalarımız əvəzsiz
rol oynayır.
Böyük
dövlət xadimi müstəqil Azərbaycan dövlətinin
memarı, umummilli lider, zəmanəmizin nadir şəxsiyyəti
Heydər Əliyev kitab və kitabxanalar haqqında
özünün dahiyanə fikirləri ilə
seçilmişdir.
Xalqımızın
müdrik kəlamlarının birində deyildiyi
kimi,böyük dağların əzəmətini ancaq
uzaqlardan seyr etməklə görmək mümkündür.
Heydər
Əliyevi belə böyük dağlara bənzətmək
olar.Zaman keçdikcə bu böyük dağlara bənzər
insandan uzaqlaşdıqca onun əzəməti müdrikliyi, həyata
keçirdiyi tədbirlərin nəhəngliyi diqqəti daha
çox cəlb edir. Bu böyük insan nəinki həlli
mümkün olan, hətta həlli mümkün olmayan işləri
görməyə müvəffəq olmuş tarixi bir şəxsiyyətdir.
Ümumilli
liderin Azərbaycanda milli dövlətçilik
ideologiyasının yaradılması, suveren dövlət təsisatlarının
yaradılması və xalqımızın tarixi
yaddaşının bərpası istiqamətində göstərdiyi
xidmətlər hər bir Azərbaycanlı tərəfindən
böyük qürur hissi ilə xatırlanır. Heydər
Əliyevin dövlətçilik
konsepsiyasının əsas strateji xəttini də məhz
həmrəylik, bütövlük, hüququn aliliyi
ideyaları təşkil etmişdir. H.Əliyev idarəsinin fəlsəfəsinə
görə, Azərbaycançılıq, ziyalılıq və
bu istinad nöqtəsindən başlayır. Çünki
milli ruhu qorumağı, inkişaf etdirmək və gələcək
nəsillərə ötürməyin ən mükəmməl
forması milli dövlətçilikdir. Milli dövlətçilik
təkcə ərazinin, maddi sərvətlərin deyil, hətta
milli mənəvi dəyərlərin, həmrəyliyin
qorunmasından ibarətdir.
Bir
məsələni yeri gəldiyinə görə qeyd etmək
lazımdır ki, Heydər Əliyevin fəaliyyəti ilə
ordu quruculuğu daha ciddi problemlərdən biri kimi hələ
70-ci illərdən ulu öndərin təşəbbüsü
ilə xüsusi bir problem kimi onun diqqət mərkəzində
olmuşdur. Belə ki, 1972-ci ildə ali hərbi məktəbin
yaradılması və azərbaycanlı gənclərin hərbi
təhsilə cəlb olunması xüsusi diqqət mərkəzində
olmuşdur. Bu sahədə Azərbaycan Kommunist Partiyası Mərkəzi
Kommutəsinin xüsusi qərarı olmuş və qərara
uyğun olaraq Azərbaycanın rayonlarına qərarın
yerlərdə təbliği və azərbaycanlı gənclərin
hərbi ali məktəblərə hazırlanması
kompaniyası hyəyata keçirilmişdir.
İstər
Dövlət kitabxana şəbəkələrinin, istərsə
də ayrı-ayrı idarə və müəssisələrin
tabeliyində fəaliyyət göstərən kitabxanalarda
H.Əliyev əsərlərinin üstünlük təşkil
etməsi Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti,
dövlətçilik tarixi, Azaərbaycanın keçmişi
və bu günü haqqında məlumat əldə etməyə
imkan verir.
Maraqlı
cəhət bundan ibarətdir ki, bu əsərlər
respublikamızın kitabxana fondlarına daxil olarkən, bir
çox iri elmi kitabxanalarda bu əsərlərin xüsusi
bölmələrdə və ayrı-ayrı mövzularda, həm
də xranoloji ardıcıllıqla onların elektron
versiyaları yaradılır. Həm adlar göstəricisi , həm
də bütöv məzmunu üzrə disklə və ya
kompüter yaddaşına köçürülür. Bu isə
tədqiqatçıların axtarış və istifadə
imkanlarını artırır.
1993-1995-ci
illərdə Heydər Əliyev ikinci dəfə hakimiyyətə
gəldikdən sonra Azərbaycan yeni təhlükələrlə
üzləşdiyi zaman ümimmilli liderin
çağrışı ilə əhalinin ölkə
başçısının ətrafında toplanması, ona
dəstək verməsi milli birlik və həmrəyliyimizin
tarixində parlaq səhifələrimizdən biri kimi yadda
qalacaqdır. Beləliklə 1993-cü ildə xalqın tələbi
ilə hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanı
real məhv olma təhlükəsindən xilas etmək
üçün bütün qüvvəsi ilə fəaliyyətə
başladı.Böyük siyasi xadim Heydər Əliyevin Azərbaycan
Respublikasına yenidən rəhbərlik etməyə
başladığı 1993-cü ilin iyunundan 1995-ci ilin
noyabrınadək olan dövrü əhatə edən müstəqil
dövlət quruculuğunun birinci mərhələsi yeni
Konistitusiyanın əsas qanunun ümumxalq səsverməsi əsasında
qəbul edilməsi və ölkənin qanunvericilik orqanı olan
Milli məclisə seçkilərin keçirilməsi ilə
başa çatmışdır.
1996-cı
ildə bilavasitə Prezidentin tövsiyyəsi ilə Azərbaycan
Respublekası Nazirlər Kabineti Kitabxana işinin vəziyyəti
və onun yaxşılaşdırılmasına dair qərar
qəbul etdi. Bu qərarda kitabxana şəbəkələrinin
qorunub saxlanması və əhaliyə kitabxana xidmətinin
daha da yaxşılaşdırılması, kitabxanalara diqqətin
artırılması əsas vəzifə kimi qarşıya
qoyulmuşdur. Keçid
dövrünün ən böyük çətinliyi kitabxanaların yeni ədəbiyyat
ala bilməməsi idi. Kitabxanalara yeni ədəbiyyatın
alınmaması
oxucuların kitabxanalardan
uzaqlaşmasına səbəb
olurdu. Bu çətinlik də 1998-ci ildən aradan
qaldırılmaga
başlandı. 1998-ci ildən başlayaraq dövlət
büdcəsindən kitabxanalara
yeni ədəbiyyat almaq
üçün vəsait ayrılmaga başlandı. Bu vəsaitin ilbəil artırılması kitabxanaların yeni ədəbiyyatla təchizatı işini qismən də olsa qaydaya
saldı. 90-cı illərin
axırlarından
başlayaraq Azərbaycan kitabxanalarının informasiya texnologiyaları ilə təmin olunmaga başlanması, onların işinin günün tələbləri səviyyəsində
qurulmasına, və xüsusilə əhaliyə informasiya xidmətinin təşkili işini yaxşılaşdırmaga imkan
yaratdı. Bu sahədə respublikanın elmi, elmi-texniki və
təhsil kitabxanaları xüsusilə fərqlənir,
oxucuların internetdən istifadəsi üçün öz
fəaliyyətlərini genişləndirirdilər.
Bu
dövr həmçinin
respublikamızda kitabxana işi haqqında dövlət siyasətinin
formalaşdıgı illər olmuşdur. Bu siyasətin əsasında
ulu öndər Heydər Əliyevin azərbaycançılıq fəlsəfi konsepsiyası, mədəniyyət,
təhsil, elm, kitab və kitabxana haqqında ideyaları və
baxışları dururdu. Ona görə də yeni
formalaşmaga başlayan bu siyasət kimi öz elmiliyi və
demokratikliyi ilə fərqlənirdi.
Tarixi
həqiqətdir ki, dünyanın görkəmli dövlət,
elm, mədəniyyət xadimləri, alimləri,mütəfəkkirləri,
filosofları, yazıcıları kitab və kitabxana
haqqında olduqca dəyərli,hikmətamiz
fikirlər söyləmişlər.
Bu fikirlər icərisində Heydər Əliyevin kitabxana, onun əhəmiyyəti, cəmiyyətdə
tutdugu yer, elm və mədəniyyətin, ümumiyyətlə,
mənəviyyatın inkisafında rolu haqqında fikirləri
olduqca yüksəkdə durur və
böyük bəşəri əhəmiyyət kəsb
edir.
Heydər
Əliyevin respublika kitab sərvətinin
qızıl fondu olan M.F.Axundov
adına Milli Kitabxanaya münasibəti və
qaygısı
bütövlükdə kitabxana işinə böyük
diqqət və qaygısının
bariz nümunəsidir.
Vaxtının olduqca məhdud
olmasına baxmayaraq 1995-1997-ci illərdə dörd dəfə
Milli Kitabxanaya gəlmiş, onun işi ilə tanış olmuş, burada oxucular və kitabxanaçılar
qarşısında olduqca
böyük elmi, mədəni və
fəlsəfi mahiyyətə malik tarixi nitq söyləmişdir.
Onun bu nitqi bəşəriyyətin mədəni sərvəti
olan dünya kitabxanaları tarixinə qızıl sətirlərlə
yazılmışdır. Bu tarixi nitqində mərasim
iştirakçılarına müraciət edən ulu öndər deyir
“Kitabxana xalq, millət üçün, cəmiyyət
üçün müqəddəs bir yer,mənəviyyat,
bilik, zəka mənbəyidir. Ona görə də
kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini
nümayiş etdirən amillərdən biridir”. Ulu öndərin kitabxanaya verdiyi bu yüksək qiymət
müstəqillik dövründə
kitaböana işinin inkişaf
yolunu işıqlandırmışdır.
90-cı
illərin axırlarında ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü
ilə 1998-ci ildə ölkəmizin tarixində ilk dəfə
olaraq Milli Məclis “Kitabxana
işi haqqında” Azərbaycan
Respublikasının Qanununu qəbul etdi. Azərbaycanda kitabxana
işinə dair dövlət siyasətinin əsaslarını təşkil edən
bu qanun öz məzmununu,əhatə
dairəsi etibarilə kitabxanalar dünyasının əsas
müddəalarını və ideyalarını geniş surətdə
şərh edən ən demokratik qanunlardan biridir. Dairəsi
etibarı ilə kitabxanalar
dünyasının əsas
müddəalarını və ideyalarını geniş surətdə
şərh edən ən
demokrqtik qanunlardan biridir.
Çünki bu qanunun məzmununa Heydər Əliyevin kbtabxana işi haqqında elmi-nəzəri fikirləri və
ideyaları hopmuşdur.
Ulu
öndər Heydər Əliyev tərəfindən
imzalanmış qanun respublikada kitabxana işinin qanunu əsaslarla
inkişafına olduqca mühüm töhfə idi. Müstəqillik
illərində Heydər Əliyevin kitabxana işinə
böyük diqqət və qayğısı nəticəsində
respublikanın kitabxana şəbəkələri qorunub
saxlanmaqla 90-cı illərin axırlarından başlayaraq
inkişaf etməyə başladı. Ən böyük şəbəkəyə
malik olan Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin kitabxana şəbəkəsi öz işini yenidən
qurmaqla əhaliyə kitabxana xidmətini
yaxşılaşdırmaq üçün ciddi addımlar
atmağa başladı. Bu şəbəkəyə 1 Milli Kitabxana, bir Muxtar Respublika
Dövlət Kitabxanası, 3 Respublika əhəmiyyətli sahəvi
kitabxana, 74 şəhər və mərkəzləşdirilmiş
rayon kitabxanası, 3774 kənd kitabxanası daxildir.
Müstəqillik
illərində M.F.Axundov adına Respublika Dövlət
Kitabxanasına Milli kitabxana statusu verilməsi ölkəmizin
kitabxana işi tarixində əlamətdar bir hadisə oldu.
Milli Kitabxana kitabxanaşünaslıq,
biblioqrafiyaşünaslıq və kitabşünaslıq sahəsində
elmi tədqiqat mərkəzinə çevrildi. Milli kitabxana
moderinləşərək, kitabxana-informasiya-mədəniyyət
mərkəzi, milli kitab sərvətimizin qızıl fondu
kimi öz fəaliyyətini genişləndirdi.
Həmçinin
bu dövrdə Respublika elminin baş qərargahı olan
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının elmi tədqiqat
starusu alması da respublika kitabxanaçılığına
böyük hədiyyə oldu.
Heydər
Əliyevin Azərbaycana 34 illik rəhbərliyi dövründə
ölkədə xalq təsərrüfatı, iqtisadiyyat, elm və
mədəniyyət sahəsində böyük nailiyyətlər
əldə edilmişdir. Bu nailiyyətlər içərisində
mədəniyyətimizin ayrılmaq tərkib hiissəsi olan
kitabxana işinin inkişafı, əhaliyə
kitabxana-informasiya xidmətinin təşkili sahəsindəki
uğurlar mühüm yer tutur.
Ölkənin
mədəni inkişafında kitab və kitabxana işinin
mühüm rolunu qeyd edən, kitabxanaları xalq
üçün, millət üçün, bilik və zəka
mənbəyi kimi qiymətləndirən Heydər Əliyev
kitabxana işinin inkişafını həmişə ön
plana çəkmiş, ona qayğı göstərmiş,
mühüm dövlət sənədləri
imzalamışdır.Ulu önmdər Azərbaycanın
müstəqilliyini, Azərbaycan dövlətçiliyini xilas
etdiyi kimi, milli mədəniyyətin və onun tərkib hissəsi
olan Kitabxanaların da
xilaskarı olmuşdur. Digər MDB ölkələrindən fərqli
olaraq Azərbaycanda 90-cı illərdə kitabxana şəbəkəsi
qorunub saxlanılmış, daimi dövlət
qayğısı ilə əhatə edilmiş, döylət
tərəfindən maliyələşdirilmlşdir.
H.Əliyevin
zəngin ictimai-siyasi irsi dünənimiz, bu günümüz
və gələcəyimiz üçün nəzəri və
tarixi əhəmiyyət kəsb etdiyindən, müxtəlif
elm sahələrini özündə birləşdirdiyindən
və mütəxəssislərin tədqiqat obyektinə
çevrildiyindən, təxirə salınmadan dahi şəxsiyyət
H.Əliyevin zəngin həyatını, siyasi dövlətçilik
fəaliyyətini hərtərəfli əks etdirən kompleks
xarakterli əsərləri istər ayrı-ayrı cildlərdə,
istərsə də artıq 45 cilddən ibarət çap
olunmuş və respublıikamızın kitabxanalarına
paylanmışdır. H.Əliyevin əsərlərinin
kütləvi şəkildə nəşr oluynması
Respublika kitabxanalarının fondlarının zənginləşməsinə
əsaslı şərait yaratmışdır.
Minətdarlıq
hissi ilə demək olar ki, hər iki kitabxana ulu öndər
Heydər Əliyevin sərəncamı ilə yüksək
statusuna görülmüşdür.
XX1 əsrin əvvəllərində Azərbaycanda
kitabxana işinin tədqiq edilib öyrənilməsi bir daha təsdiq
edir ki, göstərilən dövrdə kitabxana işinin
inkişafı bilavasitə ulu öndər Heydər
Əliyevin adı, onun böyük xidmətləri ilə
bağlı olmuşdur. Hazırda Heydər Əliyev
dühası Azərbaycanda kitabxana işinin yolunu
işıqlandırır.
Bütün bunlara
görə Azərbaycan kitabxana
ictimayyəti çöxminillik
kitabxanaçılar ordusu ulu öndərə minətdardır.
Onun əziz xatirəsi xalqımız kimi sadə peşə
adamları olan kitabxanaçıların qəlbinə də
həkk olunmuşdur. Heydər Əliyevin vəfatından sonra
respublikamızın çoxsaylı kitabxana şəbəkələri
öz xilaskarı olan ulu öndərin xalqımızın
milli mənəvi sərvəti olan əsərlərini
toplayıb saxlamaq, gələcək nəsillərə
çatdırmaq, xalq kütlələri içərisində
təbliğ etmək vəzifəsini həyata keçirməyə
çalışır. Bu vəzifə kənd
kitabxanalarından başlamış milli kitabxanaya qədər
bütün kitabxanalar tərəfindən şərəflə
yerinə yetirilir.
ƏDƏBİYYAT
1. Azərbaycan
kitabxanaları XXl əsrin informasiya məkanında.1-2 cild.B.,2007.-810
s.
2.
H.Əliyev müstəqilliyimiz əbədidir.Çıxışlar,
nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr,
müraciətlər, fərmanlar.B.: Azərnəşr,
1998.-499 s.
3.
İsmayılov X.İ. H.Əliyev və Azərbaycanda kitabxana
işi.Bakı Universiteti xəbərləri.B.,1998.-s.153-161.
4.
İsmayılov X.İ. H.Əliyevin əsərlərinin
Respublika kitabxana resurslarının formalaşmasında rolu.
5.
Respublika qəzeti 13 fevral 2013-cü il
Ã. Áàëàêèøèåâà
ÐÎËÜ
ÎÁÙÅÍÀÖÈÀÍÀËÜÍÎÃÎ ËÈÄÅÐÀ ÃÅÉÄÀÐÀ ÀËÈÅÂÀ Â ÔÎÐÌÈÐÎÂÀÍÈÈ ÍÀÖÈÎÍÀËÜÍÎÉ ÈÄÅÎËÎÃÈÈ Â ÁÈÁËÈÎÒÅÊÀÕ
ÐÅÇÞÌÅ
 ñòàòüå îñâåùåíà ðîëü îáùåíàöèàíàëüíîãî
ëèäåðà Ãåéäàðà Àëèåâà â ôîðìèðîâàíèè íàöèîíàëüíîé èäåîëîãèè îïåðåäåëåíû
îñíîâíûå íàïðàâëåíèÿ ïðîïàãàíäû íàñëåäèÿ îáùåíàöèàíàëüíîãî
ëèäåðà â óñëîâèÿõ áèáëèîòåê.
G. Balakishiyeva
SOME QUESTIONS OF APPLICATION OF THE HERITAGE OF
HEYDAR ALİYEV İN LIBRARIES
SUMMARY
In
the article the role of national leader Heydar Aliyev in the formation of
national ideology operedelit main directions of propagation of the heritage
common leader in terms of libraries.
Kitabxanaşünaslıq və
biblioqrafiya: Elmi-nəzəri, metodik və təcrübi
jurnal.- 2014.- ¹ 2.- S. 93-97.