Azərbaycan multikulturalizmi fənni 11 xarici və 19 yerli universitetdə tədris edilir
Bu fənnin aktuallığının və
onun uğurlu layihə kimi davamlılığının təmin
olunması və fənni tədris edən müəllimlərin
fərdi öhdəliklərinin
yoxlanılması məqsədilə
hər semestrin sonunda mərkəzin müəyyənləşdirdiyi şəxslər tərəfindən
monitorinqlər aparılır
Azərbaycan multikulturalizmi fənninin xarici və yerli universitetlərdə aktuallığının və
onun uğurlu layihə kimi davamlılığının təmin
edilməsi və fənni tədris edən müəllimlərin
fərdi öhdəliklərinin
yoxlanılması məqsədilə
hər semestrin sonunda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müəyyən
etdiyi şəxslər
tərəfindən monitorinqlər
aparılır. Azərbaycan multikulturalizmi fənninin
universitetlərdə aktuallığının
və onun uğurlu layihə kimi davamlılığının
təmin olunması və fənni tədris edən müəllimlərin fərdi
öhdəliklərinin yoxlanılması
məqsədilə hər
semestrin sonunda mərkəzin müəyyənləşdirdiyi
şəxslər tərəfindən
aparılan monitorinqlər
böyük əhəmiyyət
kəsb edir.
Layihə çərçivəsində təqdim edəcəyimiz yazıda bu məsələlərə toxunacağıq. Beynəlxalq Multikulturalizm
Mərkəzinin mətbuat
xidmətindən verilən
məlumata görə,
növbəti monitorinq
Portuqaliyanın Lusafona
Universitetində Bakı
Slavyan Universitetinin əməkdaşı Ülviyyə
Abbasova tərəfindən
aparılıb. Monitorinq
zamanı Ü. Abbasova
Lusafona Universitetində
Beynəlxalq Sahibkarlıq
ofisinin direktoru Teresa
do Rosario Domasio və direktorun muavini Elisabete Lourenco ilə görüşüb. Görüş
zamanı Teresa do Rosario Domasio
gələcəkdə Azərbaycan
multikulturalizmi fənninin
Portuqaliyanın liseylərində
də tədris edilməsini arzu etdiyini bildirib və bu fənnin
universitetdə davamlılığının
onlar üçün
çox vacib olduğunu deyib. Monitorinq zamanı Azərbaycan multikulturalizmi fənnini Lusafona universitetində tədris edən Maya Cəfərquliyeva proqram üzrə mühazirəsini
oxuduqdan sonra Ü. Abbasova tələbələrə
Azərbaycanda linqvistik
fərqlilik mövzusunda
mühazirə deyib.
Onlar Bakı Beynəlxaql Multikulturalizm Mərkəzinin
təşkil etdiyi yay və qış
məktəblərində iştirak
etmək istəklərini
də bildiriblər.
Qeyd edək ki, Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin
xarici və yerli universitetlərdə Azərbaycan multikulturalizmi
fənninin tədrisi layihəsi çərçivəsində
11 xarici və 19 yerli universitetdə bu fənn tədris
edilir.
La Sapienza Universitetində Azərbaycanla bağlı
mühazirə
Növbəti monitorinqi İtaliyanın
La Sapienza Universitetində
Bakı Slavyan Universitetinin Multikulturalizm kafedrasının müdiri
Aytən Qəhrəmanlı
aparıb. İki günlük monitorinqin ilk
günündə La Sapienza
Universitetində Azərbaycan
multikulturalizmi fənnini
tədris edən İrina Kunina “Azərbaycanda multikulturalizm:
tarixi, mahiyyəti və əsas xüsusiyyətləri” mövzusunda
mühazirəsi dinlənilib.
Monitorinqin ikinci günündə
isə Aytən Qəhrəmanlı La Sapienza
Universitetində Azərbaycan
multikulturalizmi fənninin
tədris edildiyi 15 tələbəyə Azərbaycan
cəmiyyətində etnik
və etno-dini müxtəliflik mövzusunda
mühazirə oxuyub.
Mühazirədə Azərbaycan multikulturalizmi
fənnini tədris edən İrina Kunina və La Sapienza Universitetinin kafedra müdiri Daniel Pommer də iştirak ediblər.
Mühazirənin sonunda tələbələr
Azərbaycan dili, Azərbaycan multikulturalizm modeli və Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinə
aid müxtəlif suallar
veriblər. Monitorinq çərçivəsində
A.Qəhrəmanlı La Sapienza
Universitetinin dekanı
F.Biodjini və
professor C.Motto ilə görüşüb. Görüşdə Azərbaycanla əməkdaşlıq
yüksək qiymətləndirilib,
gələcəkdə də
bu əlaqələrin
davamlı olacağına
inam ifadə edilib. Bildirilib ki, “Azərbaycan
multikulturalizmi” fənninin
tədrisi və təbliği sahəsində
İtaliyada çox səmərəli əlaqələr
qurulub və hər iki ölkənin
əsrlərdən bəri
formalaşan tolerantlıq
mühitinə çox
böyük maraq var.
Yerli ali təhsil
ocaqlarında da yoxlama aparılır
Azərbaycan Texniki Universitetinin Fəlsəfə və politologiya kafedrasının
müdiri Əyyub Kərimov Lənkəran Dövlət və Azərbaycan Tibb universitetlərində Azərbaycan
multikulturalizmi fənninin
monitorinqini aparıb. O, Lənkəran
Dövlət Universitetində
fənnin tədris edildiyi 150 tələbəyə
“Multikulturalizm, fərqli
modellər, növlər,
siyasətlər” mövzusunda
mühazirə oxuyub. Sonra tələbələrin sualları
cavablandırılıb. Ə.Kərimov Azərbaycan Tibb
Universitetinin İctimai
elmlər kafedrasının
müəllimi Fəridə
Qəniyevanın Multikulturalizmə
giriş fənni üzrə “Azərbaycan Respublikasında multikulturalizm
siyasəti və ölkənin sosial-iqtisadi
inkişafı” (rus bölməsində) mövzusunda
məşğələ dərsinin
monitorinqini də aparıb. Azərbaycan Dövlət Dəniz
Akademiyasında isə
Bakı Slavyan Universitetinin Multikulturalizm kafedrasının müəllimi
Cavid Əsədov və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı
Aydan Nusal monitorinq aparıblar.
Bu akademiyada Multikulturalizmə
giriş və Azərbaycan multikulturalizmi
fənləri tədris
edilir. Monitorinq zamanı humanitar
fənlər və dillər kafedrasının
baş müəllimi
Ağarza Fətəliyev
“Dünyada multikulturalizm,
multikulturalizm siyasəti,
dünya ölkələrinin
multikulturalim modelləri”
mövzusunda mühazirə
oxuyub. Sonra Humanitar elmlər
və dillər kafedrasının müdiri
İlqar Abdullayev tələbələrə Azərbaycanın
multikulturalizm siyasəti
barədə məlumat
verib. Aydan Nusal Bakı
Beynəlxalq Multikulturalizm
Mərkəzinin ölkə
daxilində və xaricdə həyata keçirdiyi layihələr
barədə məlumat
verib. Mərkəzin gələn ilin
fevralında keçirməyi
planlaşdırdığı beynəlxalq qış məktəbi barədə
məlumat tələbələrdə
böyük maraq oyadıb. C.Əsədov fənnin seminarları
zamanı mövzuların
necə müzakirə
edildiyini və sorğu əsasında tələbələrin fənn
üzrə bilik səviyyələrini yoxlayıb.
Azərbaycan Texniki Universitetində
monitorinqi Multikulturalizm
Mərkəzinin əməkdaşları
Rəşad İlyasov
və Aytən Məmmədova aparıb.
Monitorinq
zamanı Azərbaycan
multikulturalizmi fənnini
tədris edən Əlipaşa Əliyev “Azərbaycan Respublikasının
multikulturalizm siyasəti
və ölkənin xarici siyasəti” mövzusunda mühazirə
oxuyub. O, Azərbaycanda
multikulturalizmin dövlət
siyasəti olaraq həyata keçirildiyindən
və bunun da əsasının ictimai sifariş olduğundan bəhs edib. Dərs interaktiv şəkildə,
sual-cavablarla daha da canlı keçib.
Sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
əməkdaşı R.İlyasov
tələbələrə Multikulturalizm Mərkəzinin
yaranma tarixi, onun fəaliyyəti, planları barədə məlumat verib və monitorinq sorğusunu keçirib.
Lrayburq Universiteti tələbələrinin
Azərbaycan multikulturalizmi
fənninə və ölkəmizə böyük
maraqları var
Bakı
Beynəlxalq Multikulturalizm
Mərkəzinin icraçı
direktoru, professor Azad Məmmədov isə İsveçrənin Frayburq
Universitetində “Azərbaycan
multikulturalizmi” fənninin
monitorinqini aparıb. Monitorinq zamanı professor Azad Məmmədov
Frayburq Universitetinin 20
tələbəsinə “Azərbaycanda
linqvistik rəngarənglik
Azərbaycan multikulturalizminin
komponenti kimi” mövzusunda mühazirə
oxuyub. Mühazirə zamanı Azərbaycan
çoxdilliliyinin tarixi,
siyasi aspektləri, fərdi və cəmiyyətdəki çoxdilliliyin
ölkəmizdəki multikultural
və tolerantlıq şəraitinə təsiri
haqqında söhbət
açılıb. Mühazirənin ikinci hissəsi interaktiv diskussiya şəklində keçib,
tələbələrin sualları
cavablandırılıb. Etnik qrupların dillərinin işlənilməsi və
dillərinin inkişafı
kimi məsələlər
işıqlandırılıb. Tədris materialı kimi bir neçə
mənbədən o, cümlədən
hələ 2009-cu ildə
nəşr olunan “Dinin sosiologiyası” beynəlxalq jurnalın Azərbaycandakı din situasiyasına
həsr olunmuş xüsusi nömrəsi təqdim olunub. İcraçı katib tələbələrin
açıq şəkildə
fənnə və ölkəmizə böyük
marağı olduğunu
bildirib və onların Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkil
etdiyi yay və qış məktəblərində iştirak
etmək arzuları olduğunu bildirib. Sonra professor
Azad Məmmədov Frayburq
Universitetinin professoru Ansqar Qodike ilə
görüşüb. Ansqar Qodike bu fənnin
təkcə Frayburq yox, digər universitet tələbələri
tərəfindəndə seçilib
böyük maraqla dinlənildiyini vurğulayıb.
Görüşdə Azərbaycan multikulturalizmi
fənninin tədrisinin
perspektivləri haqqında
fikir mübadiləsi aparılıb. Azərbaycan multikulturalizmi
fənni İsveçrənin
Frayburq Universitetində
20 tələbəyə bu
ilin payız semestrindən başlayaraq
Kamal Qasımov tərəfindən tədris
edilir.
Anar Miriyev
Palitra.-2015.-17 dekabr.-S.11.