Qobustan qayaüstü təsvirləri İspaniya və italiyalı alimlərlə
birlikdə öyrəniləcək
Qobustan Milli
Tarix-Bədii Qoruğunda qayaüstü
təsvirlərin yeni metodlarla
qeydiyyatı layihəsinin uğurlu nəticələri
beynəlxalq elmi ictimaiyyətin diqqət mərkəzindədir.
Layihənin növbəti mərhələsində iştirak etmək üçün müraciət etmiş İspaniyanın Madrid Compultense Universitetinin professoru Marcos Garcia Diez, Rovira və Virgili Universitetinin professoru Manuel Vaquero Rodrigez, Pais Vasco Universitetinin fəlsəfə doktoru Blanca Ochoa Fraile və İtaliyanın Ferrara Universitetinin fəlsəfə doktoru Dario Sigari qoruq rəhbərliyinin dəvəti ilə Qobustan Milli Tarix-Bədii qoruğunda olublar.
Qobustan abidələrinin tədqiqatçısı Firuzə
Muradova ilə görüşdən və
qoruqda aparılan elmi
tədqiqatlarla tanış olduqdan sonra xarici mütəxəssislər
Qobustanın qayaüstü təsvirlərinin
və arxeoloji qazıntıların nəticələrinin
xüsusilə Avropanın Üst Paleolit və Mezolit dövrünün öyrənilməsi üçün mühüm
mənbə olduğunu bildiriblər. Gələcək
tədqiqatlarda Qobustan abidələrinin
Avropanın həmin dövr abidələri
ilə müqayisəli şəkildə öyrənilməsinin
vacibliyi vurğulanıb.
Qobustan qoruğunun
arxeoloji abidələri, qayaüstü
təsvirləri və ekspozisiyada sərgilənən
artefaktlarla tanış olan
tədqiqatçılar qoruğun direktoru Vüqar İsayevlə
görüş zamanı abidələrin
qorunması və sərgilənməsini yüksək qiymətləndiriblər.
Yekunda Qobustan
qayaüstü təsvirlərinin
qeydiyyatı layihəsinin növbəti mərhələsinin
yuxarıda adı çəkilən universitetlərin
nümayəndələri ilə birlikdə davam
etdirilməsi qərara alınıb.
Kredo 2019.- 6 noyabr.- S.16.