İltimas Sultanın Turan sevdası
Bir xanım əfəndi var; İltimas Sultan adında. Sakit təbiəti, gülər – məsum üzü, isti duyğuları ilə sanki bütün hissiyatını şeirlərinə köçürübdür. Üzündəki nur təbiətin əsrarəngiz gözəllikləri ilə mütənasiblik yaradan şairin daxili aləmi, iç dünyası poeziyasında çiçəklənən gülüstana bənzəyir. Bu gülüstanın çiçəkləri rəngbərəng olduğu kimi yaratdığı duyğular, aşıladığı hisslər də al-əlvandır. Turan sevdalı şairin əksər şeirlərinin mayası türk ruhu, türk mənəviyyatı və bu mənəviyyatın dünyaya diqtə elədiyi ali düşüncələrin məcmusundan ibarətdir desək, yanılmarıq.
İltimas Sultan orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir, amma şeirlərini türk dilinin İstanbul ləhcəsində yazır. Düşünürəm ki, şairin bu tərzi haradan qaynaqlanır, nədən irəli gəlir?! onun bu sevgisinin kökündə nə dayanır? Bu məqsədlə çapa hazırlanan kitabını vərəqləyirəm. Demək olar ki, şeirlərinin böyük bir qismi türkçülüyün təbliğinə yönəlibdir. Mənə elə gəlir ki, genetik olaraq keçən bu sevgi İltimas Sultanın yaradıcılığında nəsil-nəcabət sifəti ilə əks olunur. Qazi Mustafa Kamal Atatürkün “nə mutlu türküm deyənə” ifadəsini bütün yaradıcılığının əsasında görən şair yazır:
Kurt sütü
içmiştir dağda
soyumuz .
Oradan gelmiştir
mertlik huyumuz.
Titretti dünyayı
her bir boyumuz.
Hilalli,
yıldızlı kefen
giyene,
“Ne
mutlu, ne mutlu Türk’üm diyene!”
Türk – yenilməz gücə malik olan, haqqın,
ədalətin carçısı,
Tanrı tərəfindən
bəşərin xilaskarı
kimi yer üzünə göndərilən
bir qövmdir.
Bu mərdliyi, cəsarəti
və mübarizliyi alqışlayan şairə
görə türk öz sözünü zaman-zaman qılıncı
ilə demiş, nəsillərə görk
olmuşdur.
Zulme boyun eğsek, Türk olamayız,
Dünyayı titreten ırk olamayız ,
Destanlara
konu, görk olamayız ,
“Kızılelma” hayâl
olur, varılmaz.
Turan sevdalısı şairin xəyalında ay-ulduzlu bayrağının altında müzəffər
türk ordusunun yürüşləri canlanır.
Altaylardan Qafqazlara qədər
böyük bir ərazidə yayılmış
türk toplumlarının
bir-birindən ayrı
düşmələrini, hətta
bir qədər də yadlaşmalarını
ədalətsizlik adlandırır
və ümid edir ki, yenidən
Turan birliyi qurulmalıdır. Dünyanın qan içində çalxalanan, hər gün yüzlərlə günahsız insanların
ölümü ilə
nəticələnən haqsızlıqlarının
şəfasını da
türklərin vəhdəti
gətirə bilər.
Göklerde dalgalansın muzaffer
bayrağımız,
Cihân
nura boyansın, güneş al çırağımız,
Diriliş zamanıdır, birliktir
ereğimiz -
TURAN eli kurulsun,
Tanrı Türk’e yâr olsun
Təbii ki, Turan elləri
içərisində Azərbaycan
türklərinin yerini,
bayrağını şair
xüsusi olaraq əks etdirməyə çalışır. Azərbaycan dünyanın
müxtəlif bölgələrində
yaşayan əlli milyondan artıq azərbaycanlının vətəni
olmaqla bərabər, həm də dünya türklərinin ortaq mədəniyyətinin
mərkəzində yerləşən,
ortaq dilinin ən rahat anlaşılan
məskənidir.Heç təsadüfü
deyildir ki, şərqdə ilk demokratik
cümhuriyyət də
bu ölkədə qurulmuşdur. Bu ölkənin üç rəngli bayrağı hər bir Azərbaycan
türkünün şərəfi,
namusu və imanıdır. Bu bayraqda olan rənglərin
simvolikası Azərbaycan
türkünün dünyagörüşünün,
layiqliyinin, öz kökünə sədaqətinin,
hürlüyünün, inancının
inikasıdır. Şair
Azərbaycan bayrağı
haqqında düşüncələrini
“şərəfim, şanım”...
deyərək vəsf
edir:
Sağlığımda şerefim, şanım, ey yüce başım,
Ekmeğimin tuzu, soframda tatlım, aşım.
Ölünce kefenim, örtüm,
ebedi baştaşım,
Al boyalı, gök
yüzlü, imanlı
bayrağım.
Dalgalan yücelerde
canım, kanım, hayanım.
Ey üç
boyalı, hilallı, yıldızlı bayragım.
İltimas Sultan eyni zamanda Vətənin
dar günü, zorla cəlb edildiyi müharibələrin
acıları, qonşu
Ermənistanın işğalçılıq
və xəyanətlərini
də ürək ağrısı ilə səsləndirir. “Tacı düşmüşdür” şeirində
Qarabağ həqiqətlərini
hayqıraraq dünyanın
kar qulağına çatdırmağa çalışır:
Deyin ağlamasın nasıl bu gözler
Kaç
yıldır içime
acı düşmüştür
Kalbimden
kopuyor yanıklı sözler
Vatanın başından tacı
düşmüştür
Bəli,
Vətənin – Azərbaycanın
başının tacı
da, üzüyünün
qaşı da Qarabağdır.Təqribən 30 illik bir müddətdir
ki, öz xarici havadarlarının dəstəyi və köməyi ilə erməni faşizminin təcavüzünə məruz
qalmış Qarabağ
torpağı, ətraf
rayonlar Azərbaycandan
qoparılmış, əsarətdə
saxlanılır.
Vatan
bir yüzükse, taşı Karabağ,
Hasret çekenlerin yaşı Karabağ,
Sızlayan yüreğin başı Karabağ.
Yıllardır yurdumun deci düşmüştür
İltimas Sultan bir şair kimi,
bir vətənpərvər
xanım kimi təkcə Azərbaycanın
problemləri ilə yaşamır. Eyni zamanda qardaş
türk diyarlarında
tökülən nahaq
qanlar da onun ürəyini ağrıdır, gözlərinin
nurunu acı göz yaşlarına çevirir. Bu anlamda şairin poeziyasında Kərküklü
qardaşlarına müraciəti
də əhəmiyyətli
yer tutur. Kərkük
türklərinin haqqlarının
tapdalanmasına qarşı
öz qəzəb və nifrətini bildirir, burada baş verən hadisələrə seyrçi
qalmır, ağrı-acılarını
içindən keçirərək
özününküləşdirir.
Kahraman evlatlar siperdir yurda,
Şehit
zirvesine sefer var orda.
Güven
soy köküne, dönüş
Bozkurda -
İçimizde yara
oldu, kanıyor
Uyan Türk’üm
uyan, Kerkük yanıyor.
Bütün bu ağrı-acıları
ilə bərabər özündə bir inam tapan şair
“Ben türkmenim” şeiri
ilə bir daha keçmişinə nəzər salıb gələcəyini görür.
Aslımız bir, soyumuz bir
Yıldızımız, Ayımız bir
Düğünümüz, toyumuz bir
Duy sesimi can kardeşim
Ben Türkmen’im, kan
kardeşim.
Bütün bunlarla bərabər İltimas Sultanın poeziyasında lirik ricətlər, məhəbbət
nəğmələri də
yer alır. Öz sədaqəti,
sevgisi ilə vəfalı yar obrazı bu şeirlərin baş qəhrəmanıdır. İltimas xanım özü şeirlərində
olduğu kimi həyatda da sədaqətli yar, qayğıkeş ana, mərd, mübariz qadındır.
Umutla
beklerim içimde sızım,
Allahtan
dilegim bir gün ansızın,
Kapısına
gəlib sevən bu kızın -
Vuslat
kapısını çala
gözlerin
“Gelmedin” şeirində sevdiyi lirik qəhrəmanın
yollarına baxmaqdan yorulmayan şair gecələr aya, ulduza arkadaş olur, xəyallar qurur:
Geceler
ay, yıldız arkadaş
bana,
Konuştum hayâlle yok sırdaş bana.
Bekledim yıllarca ol yoldaş bana,
Nerelerde kaldın gelip çıkmadın.
Lirik qəhrəman gəlib çıxmasa da, şairin qəlbində var olmağı özü də dünyanı gözəlləşdirir,
yaşamaq, sevmək, sevilmək həvəsi yaradır:
Aklımda sen varsın dünya güzeldir
Hayâlin, sitemin bana özeldir
Yaxud başqa bir şeirində dərdlərini Uca
Tanrıya açan, Leyli kimi səhralara
düşən sevgilini
görürük. Bu sevgili artıq bəşəri duyğuların
üzərində olan
bir məhəbbətin
sorağındadır. Yaradana olan sevgi, ona
qovuşmaq həsrəti
onu odlara salır, atəşlərə
yaxır, eşq şərabı ilə məst edir. İltimas
Sultan Mövlaya olan eşqi ilə böyük Füzulinin “Canı canan diləmiş, verməmək
olmaz, ey dil, nə niza
eyləyəlim, ol nə sənindir, nə mənim” düşüncəsinə yaxınlaşır.
Ben derdimi
ilettim artık yüce Mevlâ'ya,
Sahralarda dolaştım, döndüm
gamlı Leylâ'ya.
İçimde gizli yara benzedim Süheyla’ya
-
Aşk şarabı gönlümü
kandırır mı sevgili.
İltimas Sultanın şeirləri
çağdaş türk
poeziyasında tanınır
və Türkiyə Respublikasının müxtəlif radio qurumlarında
tez-tez səsləndirilir.
İnanıram ki, şairin şeirləri sevimli
türk oxucularına müəllifin yeni ildə ən gözəl hədiyyələrindən biri
olacaqdır.
Nizami MURADOĞLU
Filologiya elmləri
doktoru, AMEA Folklor İnstitutunun şöbə müdiri
Kredo 2019.- 4 yanvar.- S.3;16.