Heydər Əliyev
və Azərbaycan təhsili
Astara
rayon Heydər Əliyev Mərkəzi, Yeni Azərbaycan
Partiyası Astara rayon Təşkilatı, Astara rayon Gənclər
və İdman İdarəsinin Astara rayonunda Gənclərlə
iş üzrə nümayəndəsi və Astara rayon Təngərüd
kənd S.Vurğun adına tam orta məktəbin birgə təşkilatçılığı
ilə “ Heydər Əliyev və Azərbaycan təhsili”
mövzusunda Zoom proqramı vasitəsilə onlayn videokonfrans
Astara rayon Heydər Əliyev Mərkəzi, Yeni Azərbaycan Partiyası Astara rayon Təşkilatı, Astara rayon Gənclər və İdman İdarəsinin Astara rayonunda Gənclərlə iş üzrə nümayəndəsi və Astara rayon Təngərüd kənd S.Vurğun adına tam orta məktəbin birgə təşkilatçılığı ilə “ Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda Zoom proqramı vasitəsilə onlayn videokonfrans
Astara rayon Heydər Əliyev Mərkəzi, Yeni Azərbaycan Partiyası Astara rayon Təşkilatı, Astara rayon Gənclər və İdman İdarəsinin Astara rayonunda Gənclərlə iş üzrə nümayəndəsi və Astara rayon Təngərüd kənd S.Vurğun adına tam orta məktəbin birgə təşkilatçılığı ilə “ Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda Zoom proqramı vasitəsilə onlayn videokonfrans
11 sentyabr 2020-ci il tarixində Astara rayon Heydər Əliyev Mərkəzində Astara rayon Heydər Əliyev Mərkəzi, Yeni Azərbaycan Partiyası Astara rayon Təşkilatı, Astara rayon Gənclər və İdman İdarəsinin Astara rayonunda Gənclərlə iş üzrə nümayəndəsi və Astara rayon S.Vurğun adına Təngərüd kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə “ Heydər Əliyev və Azərbaycan təhsili ” mövzusunda Zoom proqramı vasitəsilə onlayn videokonfrans keçirilmişdir.
Videokonfransı giriş sözü ilə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova
açmışdır.
Sonra “ Heydər Əliyev və
təhsil “ haqqında film nümayiş
etdirilmişdir.
Videokonfransda YAP Astara rayon
Təşkilatının məsləhətçisi Rübabə
Bağırova, İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədr
müavini Aygül Məmmədova,
Astara rayon S.Vurğun adına Təngərüd kənd tam orta məktəbinin
müəllim və şagirdləri, Astara
rayon Gənclər və İdman
İdarəsinin Astara rayonunda
Gənclərlə iş üzrə
nümayəndəsi, Abbas İbrahimli
və könüllü gənclər iştirak etmişdir.
Videokonfransda YAP Astara rayon
Təşkilatının məsləhətçisi Rübabə
Bağırova, İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədr
müavini Aygül Məmmədova,
Astara rayon S.Vurğun adına Təngərüd kənd tam orta məktəbinin
müəllim və şagirdləri, Astara
rayon Gənclər və İdman
İdarəsinin Astara rayonunda
Gənclərlə iş üzrə
nümayəndəsi, Abbas İbrahimli
və könüllü gənclər
çıxış etmişdir.
Azərbaycan təhsilinin mühüm inkişaf mərhələləri ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu Öndərin təhsil sahəsinə diqqət və qayğısı əvəzsiz olub.Hələ ölkəmizə rəhbərliyinin birinci dövründə - 1969-1982-ci illərdə ümummilli lider Heydər Əliyevin təhsilimizə böyük qayğısının nəticəsi olaraq Azərbaycanda çoxlu sayda məktəb binası tikilərək istifadəyə verilib. Ölkədə yeni ali təhsil müəssisələri açılıb, təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilib, lazımi avadanlıqla təchiz olunub. Ulu Öndər daim gənclərin hərtərəfli inkişafına böyük önəm verirdi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hər il yüzlərlə Azərbaycan gənci SSRİ-nin müxtəlif şəhərlərinə ali təhsil almağa göndərilirdi. Həmin gənclər Azərbaycan üçün çox vacib olan ixtisaslar üzrə təhsil alırdılar və respublikamıza bacarıqlı mütəxəssislər kimi qayıdırdılar.
Görkəmli dövlət xadimi Heydər Əliyev təhsilə həmişə prioritet sahə kimi baxırdı. “Təhsil millətin gələcəyidir” deyən Ulu Öndər Azərbaycana rəhbərliyinin ikinci dövrü olan 1993-2003-cü illərdə də bu sahənin fəaliyyətinin yüksəldilməsinə xüsusi diqqət göstərib. Bu illərdə Azərbaycanın təhsil sistemi təkmilləşdirilib və təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası üçün geniş imkanlar yaradılıb. Xeyli sayda məktəb binaları tikilərək istifadəyə verilib, yeni dərsliklər hazırlanıb və şagirdlərə pulsuz verilib. Təhsil üzrə müxtəlif proqram və layihələr hazırlanaraq uğurla həyata keçirilib.
Dahi rəhbər Heydər
Əliyev təhsil sahəsi ilə bağlı mühüm fərman və sərəncamlar
imzalayıb və bu sahənin
inkişafında həmin sənədlərin xüsusi
rolu olub.
Heydər Əliyev Fondunun Prezidenti, Birinci Vitse Prezident
Mehriban xanım Əliyevanın dəstəyi
ilə reallaşdırılmış “Yeni
Azərbaycana - yeni məktəblər”
layihəsi çərçivəsində son
illərdə ölkəmizdə müasir
tələblərə cavab verən üç mindən çox
məktəb binası tikilib istifadəyə
verilib. Məktəblər yeni avadanlıqla təchiz edilib.
Təhsil sahəsində informasiya–kommunikasiya texnologiyalarının tətbiqi
istiqamətində əhəmiyyətli işlər görülmüşdür.
Müdrik siyasi və dövlət xadimi Heydər Əliyevin parlaq ideyaları bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirilir. Son illər ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar, layihələr, dövlət proqramları bu sahəyə böyük töhfələr verib və verir. 2005-ci ildə Azərbaycan dünya təhsil məkanına - Bolonya prosesinə qoşulub. Təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası istiqamətində mühüm tədbirlər həyata keçirilir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində minlərlə gənc Türkiyə, Almaniya, Fransa, Kanada, Rusiya, Sinqapur, ABŞ, Litva, Böyük Britaniya, İtaliya və digər ölkələrin ən nüfuzlu universitetlərində təhsilin müxtəlif pillələrində oxumağa göndərilib. Onlar respublikamız üçün zəruri olan ixtisaslar üzrə təhsil alırlar. Xaricdə oxumağa göndərilmiş gənclərin müəyyən hissəsi artıq təhsilini uğurla başa vuraraq ölkəmizə qayıdıb və müxtəlif qurumlarda çalışır.
Kredo 2020.- 13 noyabr.-
S.14.