Könüllü qazimiz Ramin...
Müharibəni könüllü
seçmiş, gəncliyi
döyüşlərdən keçmiş
qazilərimizdən biri də Ramindir. O, hələ yayda
Tovuz hadisələrindən sonra cənab Prezidentin
çağırışına qoşularaq
könüllü olaraq
ordu sıralarına yazılıb.
21 sentyabr 2020-ci il
tarixindən müharibəyə
yollanıb. Onun bu cəsarətli
qərarı əbəs
yerə deyildi. Əsgər kimi hərbi xidmətdə olduğu müddətdə 2015-ci ilin
mayında snayperlə
iki erməni öldürdüyünə görə
hərbi hissə komandirinin fəxri fərmanı, təşəkkür
məktubu və yeddi günlük məzuniyyətlə mükafatlandırılıb.
Ramin Xocavənd
və Füzuli uğrunda döyüşlərdə
rəşadətlə vuruşub. Oktyabrın
4-də Xocavənd uğrunda
gedən döyüşlərdə
minamyot atəşinə
məruz qaldıqlarından
sol ayaq və qarın nahiyyəsindən
yaralanıb, bağırsaqlarında
çat əmələ
gəlib. Hətta bir-iki gün
betonun altında qalıb. Müalicə üçün Ağcabədidə bir gün qalandan sonra Kürdəmirdə xəstəxanaya yerləşdirilib.
On gündən sonra Bakıya Hərbi Hospitala ambulator müayinəyə
göndəriblər. Tam
sağalmasa da, yenidən döyüşə
yollayıblar. Yaralı olmağına
baxmayaraq sonuna qədər döyüşüb
və dekabrın 31-də
tərxis olunub. Daxili qanaxması və sol ayağında problemləri
qalsa da, canındakı ağrılarla
yanaşı, onu xilas edərkən şəhid olmuş döyüş yoldaşının
ölümündən aldığı
travmanı yaşayır.
Bir döyüşçü olaraq
iki medala layiq görülməsi halal haqqıdır. Ümid edək ki, uğrunda
döyüşdüyü Füzüli və Xocavənd uğrunda medallarınına sahib olacaq.
İsayev Ramin Tağı oğlu 2 mart 1995-ci ildə
Salyan rayon Qaraçala
qəsəbəsində anadan
olub. Salyan rayon 1 saylı orta
məktəbini bitirib.
5 aprel 2014-cü ildə həqiqi hərbi xidmətə çağırılıb. Tovuz rayon 812 saylı hərbi hissənin 1-ci taporunun 1-ci
bölüyünün “Qan
çanağı” postunda
xidmət edib. 2015-ci ilin 1 oktyabrında
ordu sıralarından
ehtiyata buraxılıb.
Hazırda Bakı şəhərində
Xətai rayonunda kirayədə yaşayır.
Gülnar Səma
Kredo 2021.- 17 mart.- S.15.