"Qabdulla Tukay və Azərbaycan" kitabı
AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu
tərəfindən "Qabdulla
Tukay və Azərbaycan" kitabı
nəşr edilib. Kitabın müəllifləri
AMEA-nın vitse-prezidenti,
Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun direktoru,
akademik İsa Həbibbəyli və filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlıdır.
Kitab İnstitut Elmi Şurasının 29 yanvar 2021-ci il
tarixli 1 saylı iclas protokolunun qərarı ilə çap olunub. Kitabda tatar ədəbiyyatının
görkəmli nümayəndəsi,
mütəfəkkir şair,
publisist, tərcüməçi,
ictimai xadim Qabdulla Tukayın (1886-1913)
Azərbaycan mətbuatı
və ədəbiyyatı
ilə əlaqələri,
ədəbi irsinin ölkəmizdə nəşri
və tədqiqi məsələlərindən
bəhs edilir.
Kitabın elmi redaktoru Tatarıstan Respublikası EA-nın akademiki, filologiya elmləri doktoru, professor Daniya Zahidullinadır.
"Elm və təhsil" nəşriyyatında
işıq üzü
görmüş kitabın
rəyçiləri Tatarıstan
Respublikası EA-nın
müxbir üzvü,
filologiya elmləri doktoru, professor Kim Minnullin və filologiya elmləri doktoru, professor Məmməd Əliyevdir. Nəşrə məsul isə
filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbovadır.
536 səhifəlik
kitab Azərbaycan və rus dillərindədir. Doqquz bölüm,
nəticə və Azərbaycan, rus, tatar dillərində 256 sayında ədəbiyyat siyahısından ibarət
kitab türk xalqları ədəbiyyatına
dəyərli töhfədir.
Gülnar Səma
Kredo.- 2021.- 5 may.- S.16.