Naxçıvanda qadın azadlığının təbliği “Molla Nəsrəddin” karikaturalarında

 

Molla Nəsrəddin” jurnalı Naxçıvan mühitini özündə əks etdirən satirik yazıları ilə bərabər, rəngli karikaturaları ilə də oxucuların diqqətini cəlb etmişdir. Naxçıvanın ictimai-siyasi hadisələrini özündə əks etdirən rəngli karikaturalarda dərin məna, güclü satira atəşi hakim idi. Bu karikaturaların hər birində avam xalqı əsarət altında saxlamağa çalışan fırıldaqçı din xadimləri, ruhanilər və mollalar tənqid olunurdu. Naxçıvanda qadın əsarəti, qadın hüquqsuzluğu, savadsızlıq və s. problemləri özündə əks etdirən karikaturalar bu baxımdan mənalı və əhəmiyyətli rəsmlər idi. “Molla Nəsrəddin” nəşrə başladığı gündən qadın azadlığı ideyasını təbliğ etmiş, qadınlara da kişilərlə bərabər eyni hüquq və azadlıqların verilməsini tələb etmişdir. Jurnalın qadın məsələsinə həsr etdiyi karikaturaların əsas leytmotivini qadınların savadsızlığı, elmdən, təhsildən uzaq düşmələri, erkən yaşda nikahlanması kimi mənfi amillər təşkil edirdi.

Jurnalın 1909-cu il 10-cu nömrəsində verilmiş karikaturanın mövzusu məcburi nikahdır. Birinci şəkildə kişi bir qızın saçından tutub çəkir və deyir: “Öz xoşunla gəlməzsən zorla apararam”. İkinci şəkildə isə əlində xəncər tutmuş kişi çadralı qızı qazının yanına gətirir və cibindən pul çıxarıb qazıya verir. Pulu görən qazı deyir: “A qız səsin ki, çıxmır, görünür, razısan. Allahın əmri ilə səni bu oğlana nikah elədim” (“Molla Nəsrəddin”1909, ¹10).

Naxçıvanda qızların erkən yaşda nikahlanmasına tənqidi münasibət jurnalın 1910-cu il nəşrində də davam etdirilir və “Naxçıvanda küküli molla Fərəc” adlı bir karikatura dərc edilir: “Molla Fərəc üzünü tutub yanındakı əli təsbehli iki kişiyə deyir: “Siz Allah, bir insaf ediniz. Şeyxülislam yazır ki, 9 yaşında qıza kəbin verilməsin. İndi baxın görək, məgər bu qıza, ərə getməli deyil?” (“Molla Nəsrəddin”, 1910, ¹18). Mollanəsrəddinçilər bu karikaturalarla Azərbaycan qadının kölə halına salınması, azyaşlı qızların özlərindən yaşca böyük kişilərə zorla ərə verilməsi və qızların ataları tərəfindən alqı-satqı vasitəsinə çevrilməsi kimi eybəcərlikləri kəskin satira ilə qamçılayırdı.

Mollanəsrəddinçi şairlərin (M.Ə.Sabir, Ə.Nəzmi, Ə.Qəmküsar, M.C.Əsgərzadə, M.Zeynalov, M.S.Ordubadis.) satirik şeirlərində də qadın azadlığı mövzusu geniş yer tuturdu. Jurnalda “Naxçıvanda küküli molla Fərəc” adlı karikaturanın ardınca verilmiş Ə.R.Şamçızadənin “Məsləhət” adlı satirik şeiribu mənada diqqətə layiqdir:

 

Bir qızım var altı-yeddi yaşında,

 

Əqli, huşu kaldır hələ başında.

 

İstəyir bir kaftar yetmiş yaşında,

 

Molla dayı verimmi, ya verməyimmi?

 

Növbəti illərdə mollanəsrədinçi rəssamlar qızların təhsil almasına maneə olan maarif düşmənlərini hədəf almaqda davam edirdilər. Jurnalın 1911-ci il tarixli ilk nömrəsindəki karikatura da bu cəhətdən çox mənalıdır. Günəşin parlaq şüaları altındaməktəbsözü yazılmışdır. Bu maarif işığının qarşısında isə bayquş şəkilli molla dayanmışdır. Mollanın kölgəsi altında 14 yaşında iki müsəlman uşağı biri çadraya bürünmüş qız gəlin qapısı ağzında dayanmış oğlan uşağı, şəklin sol tərəfində isə 14 yaşında məktəbli iki erməni uşağına əli ilə məktəbi göstərən müəllim təsvir edilmişdir (“Molla Nəsrəddin”, 1911, ¹4). Müqayisəli şəkildə verilmiş bu rəsmdə müsəlman uşaqların erkən yaşda məcburi nikahlanması onların maariflənməsinə mane olan cəhalətpərəsət mollalar ruhanilərin mənfi əməlləri mollanəsrəddinçilər tərəfindən tənqidə məruz qalırdı.

Başqa bir nömrədə məktəbli qızların təhsilini tamamlamayıb ailə qurmasıMəktəblilər üçün tapmacaadlı karikaturada satirik bir dillə oxucunun nəzərinə çatdırılırdı: “Yazda məktəblər tətil etməzdən Naxçıvan pedtexnikumunda qızların sayı çox idi. Tətildən qayıtdıqda isə iki cüt bir tək qız gəlmişdir. Gələnlər nişanlılanmışlar. İndi bu məktəbə qayıtmayan qızların necə olduqlarını kim tapıb 60 qəpik para ilə bərabər idarəmizə göndərsə, haman adam bir ay müftə məcmuə haman qızların toy aşından bir qab göndəriləcəkdir (“Molla Nəsrəddin”, 1929,  ¹44).

Molla Nəsrəddinjurnalı Azərbaycan qadının savadlanması ictimai həyata atılması zərurətini təbliğ edirdi. O dövrdə tək-tək olsa təhsil almış qızların adları jurnal səhifələrində iftixarla çəkilirdi. Məsələn, jurnalın 1908-ci il nömrəsinin birində xaricdə təhsil almağa getmiş ilk azərbaycanlı qadın Leyla xanım Şahtaxtlı haqqında məlumat verilmişdir (“Molla Nəsrəddin”,1908, ¹52).

Qadınları çarşabda saxlayıb gün işığına həsrət qoyan mollalar, ruhanilər  jurnalın 1929-cu il nəşrində özünə yer alanMədəni inqilab nümunələrindənadlı karikaturada tənqid hədəfinə məruz qalır. Karikaturada göstərilir ki, balaca Ordubad qəsəbəsində 78 məscid vardır, burada bircə nəfər üzüaçıq arvad yoxdur. Ordubad qırmızı saqqallı: “Təsbih ilə elədiyim istixarə (məşvərət) bəd gəldiyinə görə Ordubad firqəçi məsul işçilərinin arvadları çadranı atası olmadılar” (“Molla Nəsrəddin”, 1929,  ¹17). Qadınların çarşab geyimi məsələsinə tənqidi münasibət bildirən mollanəsrəddinçi şairlərdən Əli Məhzun qeyd edirdi ki, “hələ ki, xanımlar üz açmayıb, deməli millətin gözü açılmayıbdır”. Məmmədəli Manafzadə Sabit isəçarşabı işıq ömrə qaranlıqlar saçan...məzar adlandırmışdır”. 

Jurnalda dərc edilmişCənnətdədəmi bu miqdar olacaqadlı karikaturada Ordubadda təzəlikdə vəfat etmiş Hacı Mir Yusif ağanın təziyəsində tamam 52 dul arvadı iştirak edir. Bunlar hamısı ağaya siğə olmaq üçün növbəyə durmuşdular, o da ki, qismət olmadı. Şəklin altında isə yazılıb ki, ağanın alıb-boşadığı iki bacı olan arvadları burada iştirak etmirlər (“Molla Nəsrəddin”,1930, ¹21). Göründyü kimi bu rəsmdə çoxarvadlılığa işarə edilir mollaların yalançı, riyakarlığı öldürücü satira atəşinə tutulurdu.

Azərbaycan qadınlarının elmdən, təhsildən ayrı düşmələri jurnalda tez-tez işıqlandırlır satirik tərzdə oxucuya çatırılırdı: “Adi müsəlman kişisiİrşadqəzetinin növbəti nömrəsini oxuyarkən, arvad ona qulaq asır. “İrəvan milyonçuları Zəngəzur aclarına on dörd manat ianə yığıb göndəriblər”. Bunu eşidən savadsız qadın ərindən soruşur ki, “on dörd manat qədər pul edər?”. Mən cavab verirəm ki, bir manat on elər, bir dörd manat. Buradan ayıb olmasın, bizim Fuadın anası başlar sağ əlinin barmaqlarını saymağa, olar beş, sonra başlar sol əlinin barmaqlarını saymağa altı, yeddi, səkkiz, doqquz, on... sonra barmaqlarının havada saxlayıb mənə deyər ki, “sən barmaqlarını say görüm qədərdir? Mən başlaram sağ əlimiin barmaqlarını saymağa: on bir, on iki, on üç, on dörd. Burada ayıb olmasın, bizim ev adamı bir qədər öz barmaqlarına baxar, sonra üzünü mənə tutub deyər: Bu İrəvan milyonçularının çox pulu var ki, özgələrinə bu qədər pul verirlər”.

Mollanəsrəddinçilər cəmiyyətin xilasını Şərq qadınının azadlığı maariflənməsi uğrunda mübarizədə görür bu yolda inamla, qətiyyətlə addımlayırdılar.  

Jurnalda Naxçıvanla bağlı dərc edilən bu karikarular təkcə sadə rəsmdən ibarət deyildi. Onların hər biri qadın azadlığı uğrunda mübarizə məşəlini yandıran kəsərli silah idi. Molla Nəsrəddinməcmuəsini bəzəyən bu rəngli satirik karikaturalar jurnalın əsas məqsəd məramını həyata keçirməyə xidmət edən, hər biri dərin məna kəsb edən, cəmiyyətin demokratikləşməsi, tərəqqisi qadınların ictimai həyata atılması yolunda xidmətin ifadəsi idi.

 

Günel Əsgərova,

 

AMEA Naxçıvan Bölməsinin elmi işçisi

 

Kredo.- 2022.-23-30 mart. - S.7.