"Nizami Gəncəvi
ili"ndə
İordaniyada Nizami Gəncəvi
haqqında ərəb alimlərinin məqalələrindən
ibarət kitabın təqdimatı keçirilib
2021-ci ildə “Nizami Gəncəvi ili” ilə bağlı
tədbirlər Azərbaycanla
yanaşı, dünyanın bir sıra ölkələrində də keçirilib. Böyük Azərbaycan şairinin
əsərlərində tərənnüm
edilən ideyaların
humanist və bəşəri
mahiyyəti bütün
insanlara doğmadır.
İordaniya Haşimilər Krallığında
Azərbaycan Respublikasının
səfirliyinin təşəbbüsü
ilə ərəb ölkələri alimlərinin
Nizami Gəncəvi haqqında məqalələrindən
ibarət kitab Ammanda işıq üzü görüb. “Azərbaycan şairi Nizami Gəncəvi ərəb alimlərinin gözü ilə” adlanan bu kitabda
İordaniya, Misir, Suriya, Livan, İraq, Əlcəzair, Mərakeşdən olan alimlərin məqalələri
toplanıb. Azərbaycan alimləri
akademik İsa Həbibbəyli və
professor İmamverdi Həmidovun
məqalələri də
məcmuəyə daxil
edilib.
Dekabın 26-da İordaniya Unversitetində
kitabın təqdimatı
keçirilib. Hibrid formasında keçən
bu sessiya - təqdimatda kitabın tərtibçisi və ön sözün müəllifi professor Əbdulkərim
Cəradat Nizami Gəncəvi irsinin əhəmiyyətindən, onun
öyrənilməsi zərurətindən
danışıb.
AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəyli Azərbaycanda
dövlət səviyyəsində
Nizami Gəncəvi irsinə göstərilən
qayğıdan, şairin
əsərlərinin ideya
məzmunundan, onların
azərbaycançılıq mahiyyətindən bəhs
edərək, bu təşəbbüsə görə
səfir Eldar Səlimova, səfirliyin əməkdaşlarına, kitabın
hazırlanmasında əməyi
olan insanlara təşəkkür edib.
YUNESKO-da Azərbaycan
Milli Komitəsinin sədri Seymur Fətəliyev və İordaniyada Azərbaycan Respublikasının səfiri
Eldar Səlimov Nizami dühasının böyüklüyündən və
onun hər zaman yaşarı qalacağından danışıb.
İordaniya Universitetinin rektoru
təqdim edilən kitabın Azərbaycan şairinin yubleyinə dəyərli töhfə
olduğunu bildirib.
Sessiyada çıxış edən
professor İmamverdi Həmidov
böyük Azərbaycan
şairi Nizami Gəncəvinin ərəb
ölkələrində öyrənilməsi
tarixinə nəzər
salaraq təqdim edilən kitabı bu sahədə növbəti uğurlu addım hesab edib. O, Nizami haqqında
məqalələr hazırlamış
ərəb alimləri
professorlar Şirin Həseneyn, Samir əl-Əhməd, Əhməd
Musa və bütün
müəlliflərə minnətdarlıq
edərək, koordinator
professor Əbdulkərim Cəradatın əməyini qiymətləndiririb.
Təqdimatda çıxış
edən ərəb alimləri professorlar Şirin Həseneyn, Əhməd Musa, dr. Əhməd
əş-Sərkavi, dr. Mustafa əl-Bəkur, prof. Samir əl-Əhməd Nizamini yetirən mühitin xüsusiyyətləri,
Azərbaycan yurdunun ədəbi-mədəni məziyyətləri,
Nizaminin Azərbaycan mənsubiyyəti, şairin
əsərlərinin bədii
sənətkarlıq dərinliyi
və onun irsinin öyrənilməsinin
əhəmiyyəti, çağımızda
insanların mənəvi-əxlaqi
tərbiyəsində şairin
didaktik sözləri və humanist fikirlərinin
rolu kimi məsələlərdən
bəhs ediblər.
Qeyd edək ki, kitabın
elmi redaksiya heyətində akademik İsa Həbibbəyli və professor İmamverdi Həmidov da təmsil olunublar. Kitabın redaktə
prosesində Ədəbiyyat
İnstitunun Ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı
şöbəsinin əməkdaşı
Elnarə Zeynalova fəal iştirak edib.
Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi
Kredo 2022.- 19 yanvar.- S.16.