İnsandaşlıq
etirafının acısı
Şair Mirze
Mirimli
"TUTMA
ƏLLƏRİMDƏN...." adlı şeirinə
"Küçədə bir uşaq dilənirdi"
aydınladıcı epiqraf da verib...
Mirze Mirimlinin həmin şeirini oxudum və bütöv bir gün çox ağır iztirablı hisslər keçirdim... Samil Ehmedovun səmimi yanaşmasından sonra bu qeydləri rəva bildim... Şamil şair və həssas oxucu yanaşması ilə bir beyti misal gətirir və sonda qeyd edir: " sağ ol"dan başqa heç nəyim yoxdur"... Şamil müəllim lirik şair və klassik ruhlu xanəndə olduğu üçün insani rahatsızlığın nə demək olduğunu yaxşı bilir... o, oz qeydi ilə şairin uğurunu təqdir etdiyini bildirib...
Bəli, cəmiyyətin gələcəyinə bütün fəsadların müəllifi bizik, yaşı ilə cəmiyyətin taleyinə cavabdeh olanlar...
Qeydlərdən əvvəl müəllifin şəklinə baxdım... Düşünürəm ki, şairin poetik boyartımı əsil kamillik çağındadır...
Bəli , şeir əsil insandaşlıq ağrısı ilə yazılıb...
Bir az da çarəsizlik motivində, acizanə ağrı ilə misralar bir birinin arxasınca düzülür...
Tutma əllərimdən, tutma balaca,
Burax əllərimi, qoy çıxım gedim.
Nə dayın, nə əmin, atan deyiləm, Mən yol adamıyam, tay çıxım gedim.
Yəni heç mənim özüm də bir yönlü gündə deyiləm....əgər yönlü gündə deyiləmsə sənə nə köməyim dəyə bilər...Aləm yığılıb gəlsə də içindən üşüyəni qızdırmaq olmaz...
Mirzə Mirimli içindən üşüməyin candaşlığını yaşayır... bu yanğı insandaşlıqla nə qədər müşayiət olunursa bir o qədər təsirli olur...
Vətəndaşlıqdan yox , söhbət insandaşlıqdan gedir..
Bəlkə şairinəlindən tutan uyğur ukrain, rus,...uşağıdır... İraqlı uşaqdır... və əlbəttə azərbaycanlı uşağıdır, zəlzələdən hər kəsini itirmiş türk balasıdır...Suriyalıdır, fələstinlidir,...Axır ki, taleyinə cavabdeh olduğumuz insan övladıdır...Yetimə can-can deyən çox olar...çörək verən az... belə xalq deyimi var indi görün Mirzə bu ifadəni necə əridib qəlibə salır...
Təsəlli verənin çox olar bəlkə,
Vallah birində də çörək tapılmaz.
Mən səfər üstəyəm, yolum uzaqdı,
Döyərsən qapımı, açan tapılmaz Döy mənim qapımı, döy çıxım gedim.
Əslində gücünün çatdığından imtina etmir... onu da yaxşı bilir ki, insandaşlıq çox qıtlaşıb...Messinin gəlişinə milyonlar xərcləyən sahibkar gözünün kökü saralan uşaqların nəinki yanından, lap meyitlərinin üstündən keçib pulu Avropa cüvəllağısının başına səpir... öz puludur... nə deyək...ancaq onu deyirik ki onun pulu çox olsa da insandaşlığı yoxdur... hayıf 15 milyondan... Əslində Mirzənin dediyi budur... bu təzadı göstərmək istəyib...
Arılı notlarla şeir davam edir, ata, əmi, böyük qardaş, nəhayət insandaşlıq ağrısı, yanğısı ilə...
Dönüm torpağına, daşına dönüm,
Küskün payızına, qışına dönüm,
Burax əllərimi, başına dönüm,
Sayan saydığını çoxdan sayıbdı ,
Sən nə sayacaqsan, say çıxım
gedim.
Burada uşaq fələyin obrazına çevrilir və hər şeyi o həll edir... yəni uşağın dərdini
çəkən də,
Messinin ayaqlarına milyonları döşəyən
də yaxasını kənara çəkə
bilməz... fələyin
sayğacı artıq
işə düşüb...
Hər şeyi taleyin adına yazıb,
Min ildir qəflətdə
yatanam bala.
Səni
dilənməyə mən
öyrətmişəm,
Qonşunam, yadınam, atanam
bala
Söy mənim gorumu, söy çıxım gedim!
Bu misraları oxuyanda qeyri ixtiyari dedim, ay Mirzə , dilindən öpürəm... ağzındakı
ət parçasını
yox, özünü, kimliyini ifadə imkanı verən Azərbaycan dilini... Axı həqiqətən
hər şeyi qismətin ayağına yazmaqla ətalət xəstəsiyik... bu gün də elə bilirik Allahın izni olmasa uşaq
dilənə bilməz,
allahın iradəsi ilə Messi Azərbaycanlı kütbeyin
milyardetin pullarının
üstüncə yeriyir...Axı bu düşüncə
bizi çürüdür...
bu xurafatdır... bu din deyil... xristianlar belə düşünərmi...
Mən də şairlə birgə çox acı etirafın ağrısını
yaşadım...
Bəli
Mirzə Mirimli ağrını
qəlbindən keçirdiyi
gücdə yazıya
gətirib...
Şeirin
gücü həyatiliyindədir...
Əli Rza Xələfli...
Kredo 2024.- 19 dekabr (¹75-76).- S.5;16.