Naxçıvan Bölməsində tanınmış elm ədəbiyyat xadimləri ilə görüş keçirilib

 

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində ədəbiyyat elmin müxtəlif sahələrində fəaliyyət göstərən tanınmış ziyalılarla görüş keçirilib.

 

TədbirdəKredoqəzetinin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı, şair publisist Əlirza Xələfli, yazıçı, alim, biologiya üzrə fəlsəfə doktoru, dosent, Mərkəzi Nəbatat Bağının aparıcı elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Sadıq Qarayev, AMEA Tarix Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru İlham Həsənov, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair-dramaturq Asim Yadigar AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair-publisist Elxan Yurdoğlu Bölmənin sədri, akademik İsmayıl Hacıyevlə görüşüblər.

 

Görüş zamanı qonaqlar müəllifi olduqları elmi ədəbi nəşrləri akademik İsmayıl Hacıyevə təqdim ediblər. Akademik İsmayıl Hacıyev öz növbəsində həm müəllifi olduğu əsərləri, həm AMEA Naxçıvan Bölməsinin son illərdə çap olunan elmi nəşrlərini qonaqlara hədiyyə edib.

 

Səmimi yaradıcı mühitdə keçən görüşdə elmin ədəbiyyatın qarşılıqlı əlaqəsi, müasir Azərbaycan ədəbiyyatının elmi-nəzəri əsasları, Naxçıvanda aparılan elmi-tədqiqat işlərinin istiqamətləri barədə geniş fikir mübadiləsi aparılıb.

 

Elmi ədəbi diskussiyalar şəraitində davam edən görüş səmimi söhbətlərlə müşayiət olunub.

 

Sonda xatirə fotosu çəkilib.

 

Kredo  2025.- 6 noyabr (¹32).- S.16.