Akademik Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş daha bir dəyərli poema

 

Əflatun Hüseynoğlu: "Sən bir günəş oldun xatirələrdə..." poemasının ictimai-mənəvi dəyəri

 

Azərbaycan ədəbiyyatında şəxsiyyətlərin həyatını elmi fəaliyyətini poeziya vasitəsilə əks etdirmək ənənəsi qədimdən mövcuddur. Bu ənənə bu gün davam edir. Qədim Borçalı mahalında, indiki Gürcüstanın Aşağı Kartli (Kvemo-Kartli) bölgəsində yaşayıb-yaradan saz-söz ustaları arasında özünü istedadlı qələm sahibifilosof-şair-publisist kimi çoxdan təsdiq edən, ictimaiyyət arasında ictimai xadim dəyərli ziyalı kimi tanıdan, eyni zamanda, böyük hörmət nüfüz qazanan sevimli soydaşımız Əflatun Hüseynoğlunun akademik Mədəd Çobanovun əziz xatirəsinə həsr etdiyi “SƏN BİR GÜNƏŞ OLDUN XATİRƏLƏRDƏ…” adlı poeması da məhz elə həmin ənənənin son illərdə yazılmış ən gözəl ən layiqli nümunələrindəndir.

Müasir Azərbaycan ədəbiyyatının uğurlu nümunələrindən olan bu əsər həm tarix dilçilik baxımından da dəyərli bir mənbədir. Çünki müəllif hadisələri bədii obrazlı təsvirlərlə verməklə yanaşı, həm konkret faktlarla zəngin bir tərzdə, eyni zamanda, olduqca aydın, səlis şirin bir dildə təqdim edir.

Əsərdə görkəmli türkoloq, tanınmış dilçi-alim, filologiya elmləri doktoru, professor, Türk dili Qurumunun, Beynəlxalq Turan Akademiyasının Nyu-York Elmlər Akademiyasının akademiki, mərhum Mədəd Çobanovun mənalı ömür şərəfli həyat yolunu, gərgin zəhməti bahasına elmi-pedaqoji ictimai fəaliyyətində əldə etdiyi uğurları poetik dildə xatırlanır.

 

Poema Mədəd Çobanovun qədim Borçalı mahalının ağır ellərindən olan Darvaz kəndində dünyaya göz açması ilə başlayır:

 

Qarışıq dövrdə, çətin zamanda,

Bir oğul doğuldu Darvaz elində.

Bu millət qalanda ahda-amanda,

Bir ana sevindi dua dilində.”

 

Bu misralar həm onun ailə mühitini, həm cəmiyyətin çətin dövrünü göstərir.

 

Görünməmiş dərdlər gördü,

Bu millət çox aldı yara.

Sevinci yox, kədər gördü,

Otuz yeddi çəkdi dara.

 

Müəllif alimin doğulduğu dövrü (1937) “qarışıq dövradlandırmaqla, həmin zamanaçətin zaman” deməklə məhz qanlı-qadalı 1937-ci ildə cəllad İosif Stalinin rəhbərliyi ilə tüğyan etmiş məlum repressiyalara, sürgünlərə işarə edir.

 

Xalq mədəd diləyir o vaxt Allahdan,

Şeytandan, iblisdən xilas arayır.

Köməyə yetişsin Ulu Yaradan,

Hamıya köməyə bir O yarayır.

 

Bu, təkcə ailənin övladdan gözləntisi deyil, həm "Otuz yeddi çəkdi dara" ifadəsi ilə vurğulanan milli sıxıntılar dövründə xalqın özünə, gələcəyinə bir dayaq, bir ümid diləməsini ehtiva edir.

Yeni doğulan körpəyə Mədəd adının qoyulması, əsərin etimoloji semantik dəyərlər üzərində qurulmasını göstərir. Bu adın seçimi həm simvolik bir mənaya daşıyır:

 

Uşağın adını Mədəd qoydular,

Dedilər: “Arzumuz qoy Mədəd olsun!”

 

Mədəd” – dayaq, dəstək, kömək yardım deməkdir, bu da onun gələcəkdə elm millət yolunda verdiyi töhfələri öncədən işarə edir.

Uşaqlıq məktəb illərindəki zəhmət səbr poetik vasitələrlə belə təsvir olunur:

 

Dil açıb böyüdü, məktəbə getdi,

Sarıldı bu uşaq kitab-dəftərə.

Zəhmətlə oxuyub kamala yetdi,

Məqsədi elm oldu onun bir kərə.”

 

Bu misralar Mədəd Çobanovun təhsil həyatına elmi maraqlarına diqqət çəkir.

Müəllif həmçinin onun çətinliklərə qarşı səbrini vurğulayır:

 

“Bir gün çörək tapdı, bir gün oldu ac,

O çətin zamanı keçib oxudu.”

 

Əsərdə Mədəd Çobanovun ali təhsil yoluna müəllimlik fəaliyyətinə geniş yer ayrılıb:

 

Orta məktəbini bitirib getdi,

Ali məktəblərə üz tutdu o da.

Yaradan yolunu işıqlı etdi,

Çatdı böyük ünə, şöhrətli ada.”

 

O, tələbələrinə elmin sirlərini öyrətmiş, onların akademik fəaliyyətinə rəhbərlik etmişdir:

 

Neçə tələbələr gəldi yanına,

Elmin sirlərini məhz ondan aldı.

Gülümsər üzüylə, şirin diliylə,

Hər sözə-söhbətə sığal çəkərdi.”

 

Mədəd Çobanov ona verilmiş adının yükünü daşıyaraq, həqiqətən , gələcəkdə görkəmli alim olmaqla yanaşı, həm fəaliyyəti boyu doğma ata yurdunun, milli dilinin, elinin elminin dayağı olur.

 

Mədəd Çobanovun elmi fəaliyyəti, xüsusən dilçilik sahəsindəki fədakarlığı, poemanın mərkəzi ideyalarından biri kimi vurğulanır. Şair, dilin acınacaqlı vəziyyətini ("Türkün dili çox daş olub, Şaqqıldaşır yad başında") təsvir edərək, alimin peşə seçimini "Dili qorumağa vardı ehtiyac" ideyası ilə əsaslandırır.

Mədəd müəllimin elmi missiyası milli, siyasi ideoloji məqsədə xidmət edir:

 

Qarşıda məqsədi alim olmaqdı,

Dilə sahib çıxıb oxuyacaqdı.

Yağıdan, yadlardan öcün almaqdı,

Hər tələni yıxıb qoruyacaqdı.”

 

Bu misralar, dilçilik elminin Borçalı digər tarixi Azərbaycan torpaqları kontekstində milli varlığı kimliyi qorumaq üçün bir mübarizə vasitəsi olduğunu vurğulayır. O, dilin qrammatik lüğəvi sərhədlərini müəyyən etməklə yanaşı, həm milli yaddaşı bərpa edən bir alim funksiyasını yerinə yetirirdi.

Poema, Mədəd müəllimin müəllimlik pedaqoji fəaliyyətini xüsusi vurğulayır. O, gülümsər üzü şirin dili ilə təkcə elm öyrətmir, həm "Millətin qəlbində türklük əkərdi". Onun tələbələriSönməyən əbədi məşəlalaraq elm yolunda irəliləyirlər.

 

Bir zaman oxuyub, elm öyrəndiyi,

Ali məktəblərdə müəllim oldu.

Neçə tələbələr gəldi yanına,

Elmin sirlərini məhz ondan aldı.

 

Gülümsər üzüylə, şirin diliylə,

Hər sözə-söhbətə sığal çəkərdi.

Beləcə dayanıb elm ocağında,

Millətin qəlbində türklük əkərdi.

 

Poemada Mədəd Çobanovun akademik nailiyyətlərinə xüsusi yer ayırılır. Onun Tbilisi Dövlət Pedaqoji Universitetinin Azərbaycan bölməsində müəllimlik fəaliyyətindən başlayaraq, Bakıdakı uzun müddətli elmi-pedaqoji fəaliyyəti nəticəsində Azərbaycanın Türk dünyasının görləmli alimlərinin etimadını qazanaraq onların cərgəsinə qoşulmasına nəhayət, Türk Dili Qurumunun, Beynəlxalq Turan Akademiyasının Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilməsinə qədər olan yüksəliş dinamikası təqdim olunur.

Əsərdə Mədəd Çobanovun beynəlxalq uğurları da qeyd edilir:

 

Amerka, Nyu-York Akademyası

Onu sırasında görmək istədi.”

 

Burada müəllif akademikin elmi nüfuzunu beynəlxalq sahədə tanınmasını göstərir. Eyni zamanda, onun akademik titullarla qiymətləndirilməsi elmi irsin davamlılığı vurğulanır:

 

Elmi ad, təltiflər gəldi dalbadal,

Akademik kimi yüksəldi bir .”

 

Bu fakt, Mədəd Çobanovun türkologiya sahəsindəki araşdırmalarının təkcə Azərbaycanda deyil, həm beynəlxalq elmi dairələrdə yüksək səviyyədə tanınmasını simvolizə edir. O, "Şöhrəti, ad-sanı gəzdi cahanı" misrası ilə öz şərəfli adını Azərbaycan elminin dünyadakı ünvanına çevirən şəxsiyyət kimi təqdim olunur.

Mədəd Çobanovun şəxsi həyatı ailə dəyərləri poema vasitəsilə əks olunur:

 

Allahın ən xoşbəxt bəndəsi oldu,

Beş övlad bəxş etdi vətənə alim.

Özü alim idi, övladları da

Ali savad alıb, oldular alim.”

 

Bu misralar onun yalnız özünün deyil, həm övladlarının elm yolunda örnək olduğunu göstərir.

 

Meyvə budağından kənara düşməz”,

Bu hikmətli sözü dədələr deyib.

Yaxşını çəkiblər hər zaman başa,

Onlarla güvənib, onları öyüb.

 

Alimin ziyalılıq missiyası onun övladlarında da davam edir:

 

Atanın yolunu tutub övladı,

Onlar da mətinlə bu yolu gedir.

Xalq unudan deyil alim oğlunu,

Adını hörmətlə daim yad edir.

 

Bu məqam, akademik Mədəd Çobanovun nailiyyətlərinin şəxsi yox, nəsildən-nəslə ötürülən bir ziyalılıq ənənəsi olduğunu göstərir. Bu, milli mənəviyyatda elmə alimə verilən dəyərin yüksəkliyini təsdiqləyir.

Poema kədərli notla sonlansa da, “Qazandığı gözəl cənnət yeridiSən bir günəş oldun xatirələrdəkimi ifadələrlə alimin fiziki ölümünün onun mənəvi elmi irsini ləğv etmədiyini göstərir. Alim öz əməlləri xidmətləri ilə haqqın qatında yerini tutmuş, əbədiyaşarlıq qazanmışdır.

 

İşıqlı yolları qoyub bizlərə,

Mədəd Çobanov da Haqqa yeridi.

Ona rəhmət deyək gündə yüz kərə,

Qazandığı gözəl cənnət yeridi.

 

Nurlu əməllərin parlayacaqdır,

Cəsədin yatsa da bu qara yerdə.

Millətin yolunda alışıb yandın,

Sən bir günəş oldun xatirələrdə.

 

Bir sözlə, mərhum akademik Mədəd Çobanovun mənalı ömür yoluna, zəngin çoxşaxəli elmi-pedaqoji ictimai fəaliyyətinə həsr olunmuş digər çoxsaylı poeziya nümunələri kimi, Əflatun Hüseynoğlunun bu əsərində onun dözümü səbri, böyük əməyi gərgin zəhməti, qiymətli elmi irsi xalq qarşısındakı əvəzsiz xidmətləri göstərilməklə, əziz unudulmaz xatirəsi bir daha yad edilir, böyük alimin dəyərli ziyalının əbədiyaşar adı, soyadı şərəfli fəaliyyəti böyük ustalıqla, poetik vasitələrlə gələcək nəsillərə çatdırılır.

Bu poema, Mədəd Çobanovun həyatını, millətinə dilinə xidmətini poetik dildə tərənnüm edən bir əsər olmaqla yanaşı, həm milli ziyalı missiyasının manifestidir.

Bu poema, həm , Mədəd müəllimin simasında elmə fədakarlıq, Vətənə bağlılıq türkçülük idealının sönməzliyini təsdiq edir. Bu, alimi unutmamaq, onun irsinə sahib çıxmaq haqqında hər bir Azərbaycan türk ziyalısına ünvanlanmış bir çağırışdır: "UNUTSAQ, UNUDULARIQ!..."

Biz Mədəd müəllimə bir daha Allahdan rəhmət diləyirik.

Mədəd müəllimin əziz xatirəsinə belə bir gözəl əsər yaratdığına görə bütün oxucular Mədəd sevərlər adından Əflatun Hüseynoğluna təşəkkür edir, ona yeni-yeni uğurlar arzulyır aşağıda həmin poemanı oxuculara təqdim edirik.

 

 

MƏLAHƏT BABAYEVA,

“TURAN” İnformasiya Mərkəzinin

Turan.info.az saytının redaktoru,

AYB-nin AJB-nin üzvü,

filologiya üzrə fəlsəfə doktoru,

dosent

 

Elm.info.az

 

Kredo .- 2025.- 25 noyabr (¹34).- S.8.