“SƏN BİR
GÜNƏŞ OLDUN
XATİRƏLƏRDƏ…”
Akademik
Mədəd Çobanovun
əziz xatirəsinə
Qarışıq dövrdə, çətin
zamanda,
Bir oğul
doğuldu Darvaz elində.
Bu millət qalanda ahda-amanda,
Bir ana sevindi dua dilində.
Xalq mədəd diləyir o vaxt Allahdan,
Şeytandan, iblisdən xilas
arayır.
Köməyə yetişsin Ulu Yaradan,
Hamıya
köməyə bir O
yarayır.
Uşağın adını Mədəd
qoydular,
Dedilər: “Arzumuz qoy Mədəd olsun!”
Arzuyla şeytanın bağrın
oydular,
Bəlkə diləyimiz yerini
alsın.
Dil açıb böyüdü,
məktəbə getdi,
Sarıldı bu uşaq kitab-dəftərə.
Zəhmətlə oxuyub kamala yetdi,
Məqsədi elm oldu onun bir kərə.
Ali məktəblərə o ayaq
açdı,
Baxmadı çətinə, almadı
vecə.
Yüngül həvəslərdən uzağa qaçdı,
Çalışıb oxudu o gündüz-gecə.
Türkün dili çox daş olub,
Şaqqıldaşır yad başında.
Hər fürsətdə yağı
olub,
Boğmaq
istər göz yaşında.
Görünməmiş dərdlər gördü,
Bu millət çox aldı yara.
Sevinci yox, kədər gördü,
Otuz yeddi çəkdi dara.
Yenə
səbrin yolu geniş,
Səbr
eylədi, dözdü
millət.
Qarşıdaydı yoxuş, eniş,
Yeriyirdi
canda zillət.
Dili qorumağa vardı ehtiyac,
Mədəd də bu yolu seçib oxudu.
Bir gün çörək tapdı, bir gün oldu ac,
O çətin zamanı keçib oxudu.
Qarşıda məqsədi alim olmaqdı,
Dilə
sahib çıxıb oxuyacaqdı.
Yağıdan, yadlardan öcün
almaqdı,
Hər tələni yıxıb qoruyacaqdı.
Allahı
üzünə güldü
bu gəncin,
Açıldı önündə onun
qapılar.
Qalxıb
pillə-pillə durdu
ucada,
Əlbət qaranlığa işıq
tapılar.
Orta məktəbini bitirib getdi,
Ali məktəblərə üz
tutdu o da.
Yaradan yolunu işıqlı etdi,
Çatdı böyük ünə,
şöhrətli ada.
Bir zaman oxuyub, elm öyrəndiyi,
Ali məktəblərdə müəllim
oldu.
Neçə tələbələr gəldi yanına,
Elmin sirlərini məhz ondan aldı.
Gülümsər üzüylə, şirin
diliylə,
Hər sözə-söhbətə sığal
çəkərdi.
Beləcə dayanıb elm ocağında,
Millətin qəlbində türklük
əkərdi.
Tanındı hər yerdə
Mədəd müəllim,
Şöhrəti, ad-sanı gəzdi
cahanı.
Elmin yollarında ucaldıqca o,
Həm ruhu dincəldi, həm də ki canı.
Bakı
cazibəsi çəkdi
özünə,
Onun biliyinə qiymət verdilər.
Borçalı oğlunun Azərbaycanda
Nurlu simasında vüqar gördülər.
Neçə tələbəyə cığır açdı
o,
Yolunda yeriyib alim oldular.
Onun ziyasından, onun nurundan
Sönməyən əbədi məşəl
aldılar.
Onun səs-sorağı okean aşdı,
Çağladı çay kimi, dünyanı tutdu.
Yüksək kürsülərdən gəldi sədası,
Şirin
türk diliylə zirvəyə çatdı.
Amerka, Nyu-York Akademyası
Onu sırasında görmək
istədi.
Belə
ad hər kəsə qismət olmayır,
Tanrının nəzəri başı
üstədi.
Həqiqi
üzv oldu Mədəd müəllim,
O böyük mərkəzdə, o böyük
yerdə.
Elmi ad, təltiflər gəldi dalbadal,
Akademik kimi yüksəldi bir də.
Allahın ən xoşbəxt
bəndəsi oldu,
Beş övlad bəxş etdi vətənə alim.
Özü alim idi, övladları
da
Ali savad alıb, oldular alim.
“Meyvə budağından kənara düşməz”,
Bu hikmətli sözü dədələr deyib.
Yaxşını çəkiblər hər
zaman başa,
Onlarla güvənib, onları öyüb.
Atanın
yolunu tutub övladı,
Onlar da mətinlə bu yolu gedir.
Xalq unudan deyil alim oğlunu,
Adını hörmətlə daim
yad edir.
İşıqlı yolları qoyub bizlərə,
Mədəd Çobanov da Haqqa
yeridi.
Ona rəhmət deyək gündə yüz kərə,
Qazandığı gözəl cənnət
yeridi.
Nurlu əməllərin parlayacaqdır,
Cəsədin yatsa da bu qara yerdə.
Millətin yolunda alışıb
yandın,
Sən bir günəş oldun xatirələrdə.
Əflatun Hüseynoğlu
Borçalı Keşəli kəndi.
26–28.02.2024.
Kredo .- 2025.- 25 noyabr (¹34).-
S.9.