Şair-jurnalist Nizami Məmmədzadə Qarabağ Universitetinə müəllifi olduğu kitabları hədiyyə edib

 

Oktyabrın 18-də Gürcüstanda yaşayan azərbaycanlılardan ibarət bir qrup nümayəndə heyəti Şuşa, Xankəndi, Xocalı, Ağdam şəhərlərində olaraq işğaldan azad olunan Azərbaycan ərazilərinə, məscid, mədəniyyət və incəsənət adamlarının güllələnmiş abidələrinə baxış keçiriblər, Şuşada Cıdır düzündə, Molla Pənah Vaqifin məqbərəsini ziyarət ediblər. Bir çox yerlərdə olan nümayəndə heyətinin üzvləri Qarabağa səfər zamanı Xankəndi şəhərində fəaliyyət göstərən Qarabağ Universitetində də olaraq, universitetin bərpadan sonra möhtəşəm təhsil ocağına çevrildiyini görüblər və təhsil ocağına baxış keçiriblər.

 

Azərbaycanın Əməkdar jurnalisti, Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyinin rəhbəri (GAXA.ge), Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri, AYB-nin üzvü Nizami Məmmədzadə Qarabağ Universitetinin kitabxanasının rəhbərliyinə yeni nəşr etdirdiyi kitabları hədiyyə edib.

 

Müəllifin hədiyyə etdiyi əsərlərdə şəhid ürəyindən keçən misralar, analarımızın arzu və diləyi, duaları, əsgərlərimizin Vətən uğrunda qələbəsi naminə alqışları, Vətən qəhrəmanlarının döyüşdüyü yollarda, uca dağların dik zirvələrində onların igidliyi barədə sevinc hissləri, namərd düşmənin alçaq əməllərindən bəhs edilib.

 

Universitetə hədiyyə edilmiş kitablardan biri də “Əsrin yadigarı Heydər Əliyev…” adlı poemadan ibarət kitabdır və bu əsər Ulu Öndər Heydər Əliyevə həsr olunub. Kitabda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Qarabağın azadlığı uğrunda əzmlə mübarizəsi, ona həmdəm olan Ulu Öndərin tösiyyələri haqqında müəllifin qələmə aldığı poemada şair-jurnalistin düşündükləri misralar, yaddaşımıza həkk olano böyük şəxsiyyətə, müdrik insana olan sevgiləri verilib.

 

Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru, professor Mahmud Kamaloğludur.

 

Şair-jurnalistin bu günlərdə başa çatdırdığı kitablar Tiflisdəki mətbəədə nəşr edilib.

 

 Azərbaycanın Əməkdar jurnalisti Nizami Məmmədzadənin yeni kitabı 300 bənddən çox “Şəhid ürəyindən keçən misralar…” adlı poema qancan borcumuz olan bütün şəhidlərimizə ithaf edilib. Poemalardan ibarət “Qanla yazılmış Xocalı…” (redaktoru Gürcüstanın Əməkdar jurnalisti, filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev) və “Şəhid ürəyindən keçən misralar…” adlı kitabın redaktoruön sözün müəllifi Naxçıvan Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Mehriban Əsədullasoy (Quliyeva).

 

Məsləhətçi redaktoru isə, şair-publisist, “KREDO” qəzetinin baş redaktoru, BEYNƏLXALQ RƏSUL RZA mükafatı laureatı ƏLİ RZA XƏLƏFLİ.

 

ƏLİ RZA XƏLƏFLİ.

Kredo  2025.- 11 yanvar (№01).- S.7.