Azərbaycan mədəniyyətinin Litvadakı
böyük elçisi
- Mahiras Gamzayevas
Mahir Həmzəyev
- 60
Baltik ölkələrində
- Litvada Mahiras Gamzayevas imzası ilə tanınmış ədəbiyyatşünas, tərcüməçi,
publisist, ictimai və mədəni xadim, diaspor rəhbəri, həmvətənimiz
Mahir Həmzəyev Azərbaycan mənəviyyatının
yeni Avropa tipinin nümayəndəsidir.
Onun ədəbi
əlaqələrə aid
nəzəri fikrimizin
təqribən iki əsrlik tarixini əhatə edən tədqiqlərində tarixiliyin
təkamülü əsasında
ədəbiyyatşünaslığımızın
empirik, sinkretik, analitik, bioqrafik və sosioloji mərhələləri məharətlə
əhatə edilir, onların tarixi və estetik sərhədləri müəyyənləşdirilir.
M.Həmzəyev ənənələrə
güvənən, ənənə
ilə mənəvi təmasda olmağı bacaran fikir adamıdır.
Onun yazılarında xalqın ən dəyərli milli sərvəti olan SÖZ üçün məsuliyyəti,
şərəfi və
əzabı duyulmaqdadır.
Mahirin məqalələrində
güclü bir fikri gərginlik var. Mənə elə gəlir ki, o, yazılarını çox böyük məsuliyyətlə yazır.
Bu, hər şeydən əvvəl onun tədqiqatçı-alim,
ziyalı və vətəndaş kimi xalq, cəmiyyət qarşısında cavabdehlik
duyğusundan irəli
gəlir...
Onun gördüyü
işlərin əksəriyyəti
unikaldır, çünki
mədəniyyətimizi, ədəbiyyatımızı,
xalqımızı tanıtmağa
xidmət edir, hər yazısı Vətən üçün
ismarışdı, ədəbi-mənəvi
stimuldur, fakta verilən ikinci can, milli-mənəvi impulsdur...
Təvazökarlıq və prinsipiallıq Mahir Həmzəyevin həyat devizidir, populizm, irrasional emosionallıq onun əməlində yoxdur, rasional düşüncə
və bunu reallaşdıran hərəkət,
gerizəkalılığa qarşı mübarizə,
bizi qəbul etməyənlərə həqiqəti
görməyə məcbur
etmək bacarığı
onun elmi, mədəni, və ictimai-siyasi fəaliyyət
prinsiplərindəndir...
O, yaradıcılığında həmişə milli mənəviyyatda baş verən strateji problemləri diqqətdə
saxlayır, milli təfəkkürün Qərb
dünyasına inteqrasiyasının
İpək yolunu qurur, böyük Abbasqulu ağa Bakıxanovun əsasını
qoyduğu, Yusif Vəzirin Litva tatarları barədə tarixi tədqiqatla zənginləşdirdiyi, professor
Pənah Xəlilovun Sovet dönəmindəki araşdırmalarında ali
məktəblərin Filologiya
fakültələrində tədris edilmək üçün dərslik
səviyyəsində həllini
tapdığı və
professor Vaqif Arzumanlının həmin
dövrün ideoloji tələblərinə uyğun
inkişaf etdirdiyi Litva ilə ədəbi əlaqələri
ləyaqətlə, daha
dinamik bir templə və yeni aspektlərdə davam etdirir... Bununla bağlı xüsusilə vurğulamaq
istərdik ki, onun çalışmalarının
əksəriyyətində xalqlarımız arasındakı
tarixi, ədəbi, mədəni və ictimai-siyasi əlaqələrin
yaranıb inkişaf etməsi, məzmun cəhətdən ayrı-ayrı
vektorlarda formalaşması,
qədim mədəni
əlaqələrimizdən müasir dövrdə xalqlararası və dövlətlərarası münasibətlərimizin
optimallaşdırılması faktoru kimi istifaqə
edilməsi və eləcə də bu qəbildən olan digər aktual mövzular Azərbaycan və Baltik dövlətlərinin
istiqlal tarixində ilk dəfə olaraq müstəqillik dövrünün mədəniyyət
siyasəti doktrinasına
uyğun ideoloji yanaşmalar və konseptual dəyərləndirmələrə
söykənən yeni
tədqiqat bucağı
altında araşdırılır...
Geniş elmi potensiala malik istedad sahibi olan tədqiqatçının
üslubunu ekspressivlik,
kreativ düşüncə,
yüksək milli əxlaq xarakterizə edir... Elmi problem
və nəzəri prinsip kimi tarixilik
həm monoqrafiyalarının,
həm də ayrı-ayrı məqalələrinin
əsas pafosunu müəyyənləş-dirir. Məncə, peşəkar
bir ədəbiyyatşünas
kimi o, öz yazıları ilə ədəbi əlaqələr
sferasının poetikasını
zənginləşdirib, ona
daha aydın intellektual və fəlsəfi pafos gə-tirməyə nail olub.
Mahirin tədqiqatlarında
tarixi fakt zənginliyi müşahidə
edilir və bu təbiidir, çünki ədəbi
əlaqələr faktsız
mümkün deyil, bu sahə elmi
bir sistem kimi faktlar əsasında
baş verir və o, əldə etdiyi faktlardan asılı qalmır, sanki onları improvizə edir. Bu araşdırmalarda müasir düşüncəmizin
qəbul edə biləcəyi, müasir düşüncəmizin parametrləri
ilə ölçüləcək
ideyalar mövcuddur ki, bu mövcudluq
tarixi faktı müasirləşdirir, ona
gələcəyə gediş
enerjisi verir... Bax, bu anlamda
onun tədqiqatları
çox qiymətlidir.
Çünki burada ədəbi əlaqələrə
formal münasibət,
kononist yanaşma yoxdur. Müəllif ədəbi əlaqə faktının ruhuna daxil olur, burada
"əsəb hüceyrələrinin
uclarını" dəqiqliklə
təyin edir. Bu içdən gələn ədəbi nüfuzetmədə, tibbi
anlamla desək - bu ədəbi invaziyada mən sxematizm görmürəm,
əksinə, tam bir məlumatlılıq, peşəkarlıq və
o ruhu duymaq xüsusiyyətləri var
Mahirdə...
O, belə demək
mümkünsə, ədəbi
əlaqələri yaradan
situasiyaların bütün
texnologiyasını incəliyinə
qədər bilir, məhz elə buna görə də onların yüksək səviyyədə
araşdırılmasına nail olur!
lll
Mahir Həmzəyev
Litva-Azərbaycan əlaqələri
müstəvisində mühüm
ictimai-siyasi işlər
də aparır, Azərbaycan diasporunun strateji imkanları sferasında milli dövlətçiliyə və
milli ideologiyaya sədaqətlə və ardıcıl xidmət edirək dəyərli bir şəxsiyyətə
çevrilir. Belə maraqlı şəxsiyyətin
ömür yolundan bəzi fraqmentləri bir daha yada
salaq:
O, 1958-ci ilin martın 8-də Quba rayonunda anadan olub. Digah
kənd məktəbində
orta təhsil alıb, 1983-cü ildə
isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin
qiyabi şöbəsini
bitirib. 1984-1989-cu illərdə
Litva Yazıçılar İttifaqı
və Azərbaycan Dövlət Universitetinin zəmanətilə Vilnüs
Universitetinin Litva filologiyası
şöbəsində litvaşünaslıq
ixtisası üzrə
aspiranturada təhsil alıb. 1985-ci ildə Vilnüs Kitabsevərlər
Cəmiyyətinin məsul
katibi seçilib,
1994-cu ildənsə həmin
təşkilatın sədridir.
Azərbaycan mədəniyyətinin
Litvadakı böyük
elçisi - Mahiras Gamzayevas
Mahir Həmzəyev Litvada olduğu ilk illərdən
diaspor sahəsində
də fəaliyyətə
üstünlük verib
və 1988-ci ildə
Litva Azərbaycanlıları Cəmiyyətini yaradıb.
Həmin ildən indiyədək bu Cəmiyyətin sədridir.
1991-1992-ci illərdə Azərbaycan
Mədəniyyət Fondunun
(hazırda Azərbaycan
Yaradıcılıq Fondu) İdarə
Heyətinin üzvü
olub. 1992-1995-ci illərdə
Azərbaycan Respublikasının
Litvada səlahiyyətli
nümayəndəsi təyin
edilib. 2001, 2006, 2011 və
2016-cı illərdə Dünya Azərbaycanlılarının Bakıda
keçirilmiş I, II, III və
IV qurultaylarında iştirak
edib və bu qurultaylarda indiyədək 4 dəfə
Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasına
üzv seçilib.
1988-1991-ci illərdə Litva Millətlərarası
Əlaqələndirmə Assosiasiyasının
həmtəsisçisi və
İdarə heyətinin
üzvü olub.
1990-1991-ci illərdə Litva Sayudis Seyminin üzvü olaraq fəaliyyət göstərib.
1991-ci ildən 2019-cu ilə
kimi dəfələrlə
Litva Respublikası (LR) Hökuməti
yanında Milli İcmalar
Şurasına üzv
seçilib. 2009-cu ildə
üç il müddətinə
LR Hökuməti yanında
Milli İcmalar Şurasının
sədri seçilib.
2009-cu ildə LR Baş naziri
Andryus Kubilyusun Sərəncamı ilə
Baş nazirin yanında
Litvanın Milli Azlıqlar
Məsələləri üzrə
Koordinasiya Komissiyasına
üzv təyin olunub.
2008-ci və 2016-cı illərdə
LR Liberalları Sayudis
Partiyasının xətti
ilə Litvanın parlament seçkilərində
iştirak edib.
2010-2012-ci illərdə LR Seyminin
İqtisadiyyat komitəsi
sədrinin, 2013-2014-cü illərdə
isə Təhsil, Elm və Mədəniyyət
Komitəsinin müşaviri
olub.
2001-2018-ci illərdə LR Prezidenti, Seyminin sədri, Baş naziri, Mədəniyyət
naziri və həmçinin, Litvanın
digər dövlət
və hökumət qurumları tərəfindən
dəfələrlə fəxri
fərman və təşəkkürnamələrə layiq görülüb. 18 dekabr 2009-cu ildə Litvanın Baş naziri A.Kubilyusun Sərəncamı
ilə ona xüsusi təşəkkur
elan edilib və
"Litva" adının 1000 illiyinə həsr olunmuş "Fəxri ulduz"
hökumət nişanı
ilə təltif olunub, 19 noyabr 2004-cü ildə LR Hökuməti yanında Milli Azlıqlar Departamentinin "Xidmətlərə
görə" gümüş
medalı ilə mükafatlandırılıb.
13 mart 2006-cı ildə Azərbaycan Prezidentinin Sərəncamı
ilə "Tərəqqi"
medalı, 7 iyun
2006-cı ildə Litva Prezidentinin
Fərmanı ilə
"Litva qarşısında xidmətlərinə görə"
dövlət medalı
ilə təltif olunub, 2011-ci il iyulun 4-də
isə jurnalistika sahəsindəki nailiyyətlərinə
görə Azərbaycanın
"Əməkdar jurnalisti"
fəxri adına layiq görülüb.
M.Həmzəyev Ümumdünya
Litva Ensiklopediyası Redaksiya
Kollegiyasının üzvüdür
(2002). Azərbaycan Yazıçılar
Birliyinin (AYB) fəxri
üzvü (2006) və
Litva Ədəbi Tərcüməçilər
İttifaqının həqiqi
üzvüdür (2016). AYB-nin "Ədəbiyyat qəzeti" redaksiya şurasının üzvüdür
(2014). Litvanın "Yaradıcı
təşkilatlar və
Bədii sənət yaradıcısı statusu
haqqında Qanun"a uyğun olaraq 2016-cı ilin may ayında LR Mədəniyyət nazirinin
Sərəncamı ilə
"Litvanın Bədii
Sənət Yaradıcısı"
statusuna layiq görülüb.
lll
Litva-Azərbaycan dövlətlərarası
münasibətləri, eləcə
də Azərbaycan dövlətinin beynəlxalq
aləmdə çağdaş
dövrdə qazandığı
siyasi, iqtisadi və mədəni uğurlar haqqında M.Həmzəyev 1980-ci ildən üzü bəri Litva dilində yazdığı siyasi-publisistik
məqalələrlə müntəzəm
çıxış edir.
O, 40 ilə yaxındır
ki, Litvada ədəbiyyatımızı,
mədəniyyətimizi, ümumiyyətlə,
Azərbaycanı ləyaqətlə
təmsil və təbliğ edir. Yeri gəlmişkən, riyazi dillə anlatsaq, Mahir Həmzəyevin
1980-2018-ci illərdə xalqlarımız
arasında tarixi, ictimai-siyasi, ədəbi-mədəni
əlaqələri barədə
yazdığı 400-dən artıq məqaləsi Litvada və Azərbaycanda işıq üzü görüb...
Həmin publikasiyaların
böyük hissəsi
- ədəbi-bədii, kulturoloji
araşdırmalar, ədəbi
və tarixi əlaqələrə dair
elmi-tədqiqi və publisistik məqalələr,
bədii tərcümələr,
litvaca və rusca tədqiqat işləri, ədəbi-tarixi
esselər, həmçinin,
çoxsaylı siyasi-publisistik
yazılar əsasən
Litvanın həm respublika, həm də rayon qəzetlərində,
bədii, elmi-populyar jurnallarda, ölkənin informasiya agentliklərinin saytlarında, xəbər
portallarında və
internet qəzetlərində dərc olunub. Bununla bağlı onun Litva dilində dərc edilmiş publikasiyalarından bəzilərini
- seçmələrin seçmələrini
xatırlatmaq yerinə
düşərdi:
"Ədəbi əlaqələr
haqqında monoqrafiya".
Vaqif Arzumanlının 1979-cu ildə Bakıda buraxılmış "Azərbaycan-Litva
ədəbi əlaqələri"
kitabı barədə
məqalə. Vilnüs,
"Literatura ir menas", 1980;"Şərqin qapısı"kəhrəba diyarında".
Səməd Vurğunun 1980-ci ildə Vilnüsdə çap edilmiş "Şərqin qapısı"
adlı şeirlər
toplusu barədə resenziya. Vilnüs, "Literatura ir menas",
1981; "Xalq şairi
Bəxtiyar Vahabzadənin yaradıcılığı
barədə". Vilnüs,
"Literatura ir menas", 1982; "Baltikdən
Qafqaza qədər".
Litva xalq yazıçısı
Antanas Venuolisin (1882-1957) yaradıcılığında
Azərbaycan tarixi, ədəbiyyatı ilə
bağlı motiv və süjetlər. Vilnüs, "Literatura ir menas", 1982; "Azərbaycan ədəbiyyatının
klassiki" Abdulla Şaiqin
həyat və yaradıcılığı, onun
Litva ədəbi klassiki
Vintsas Kreve (1882-1954) ilə
dostluq və yaradıcılıq əlaqələri.
Vilnüs, "Tiesa", 1982; "Əbədi Odlar ölkəsi onu unutmur". Litva ədəbiyyatının
klassiki V.Krevenin
həyat və yaradıcılığının Bakı dövrü
(1909-1920), onun Azərbaycan
ədəbiyyatı ilə
əlaqələri haqqında.
Vilnüs, "Komjaunimo
tiesa", 1982; "Litva ilə
bağlı əlaqələr".
XIX yüzillikdə və
XX əsrin əvvəllərində
Litva-Azərbaycan ədəbi-mədəni
əlaqələri, Vilnüs
Universiteti Şərqşünaslıq
fakültəsi məzunlarının
yaradıcılığında Azərbaycan mövzusu. Vilnüs, "Literatura ir menas",
1984;"Litva-Azərbaycan ədəbi əlaqələri, bədii
tərcümə və
qarşılıqlı təsir".
Vilnüs, "Pergale",
1985;"Şam kimi, sən
də öz xəzinənlə yan".
Nizami Gəncəvinin 1985-ci ildə Vilnüsdə buraxılmış "Leyli və
Məcnun" poeması,
qəzəlləri, rübai
və qəsidələrinin
tərcüməsi haqqında
resenziya. Resenziya litvalı şair və tərcüməçi
Alfonsas Bukontasla birgə
yazılıb.
Vilnüs, "Pergale",
1985; "Adam Mitskeviçin poeziyası Xəzər sahillərində azərbaycanca
səslənir". Xalq
şairi Sabir Rüstəmxanlının
Azərbaycan dilinə
tərcümə etdiyi
və 1985-ci ildə Bakıda işıq üzü görmüş
"Krım sonetləri"
toplusu barədə resenziya. Vilnüs, "Literatura ir menas",1985;
"Qədim əlaqələr
bərpa olunur".
1918-1920-ci illər Litva-Azərbaycan
dövlətlərarası münasibətləri və
çağdaş dövrdə
onların inkişaf perspektivləri haqqında
litvalı jurnalist Riçardas Lapaytisin Mahir Həmzəyevlə müsahibəsi.
Vilnüs, Dövlət
qəzeti "Lietuvos aidas", 1992; "Litva-Azərbaycan
dövlətlərarası əlaqələrinin qaynaqları".
Azərbaycan Xalq Cümhuriyyətinin 77-ci ildönümü
münasibətilə. Vilnüs,
Dövlər qəzeti
"Lietuvos aidas",
1995; "Şəhidlərin ruhuna dua oxundu".
1990-cı il 20 Yanvar faciəsinin
12-ci ildönümü ilə
əlaqədar Vilnüsdə
keçirilmiş anım
tədbiri haqqında.
Yazıda ölkəmizə
qarşı ərazi iddiaları irəli sürən Ermənistanın
təcavüzkar hərəkətləri
və Kremlin onlara havadarlığı barədə,
milli azadlıq və ərazi bütövlüyü
uğrunda ayağa qalxmış xalqa qarşı Sovetlər birliyinin rəhbərliyi tərəfindən Bakıda
rusları və erməniləri "xilas etmək kartından" necə istifadə edilməsi, 20 Yanvarın Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi
kimi daxil olması haqqında danışılır. Vilnüs,
"Tautiniu bendriju informacinis leidinys",
2002; "Azərbaycan Xalq
Cümhuriyyətinin 84-cü ildönümü".
Vilnüsdə Cümhuriyyətin
ildönümünə həsr
olunmuş rəsmi qəbul, AXC-nın yaradılması ilə bağlı tarixi, ictimai-siyasi məsələlər
və o dövrün beynəlxalq münasibətləri
haqqında bilgilər
ehtiva olunmuş məqalə. Vilnüs,
"Tautiniu bendriju informacinis leidinys",
2002; "Bərpa edilmiş
Azərbaycan dövlətçiliyinin
yeni yolları". Azərbaycan
müstəqilliyinin bərpa
olunmasının 11-ci ildönümü
ilə bağlı
Litva Azərbaycanlıları Cəmiyyəti tərəfindən
Vilnüsdə təşkil
olunmuş rəsmi qəbul haqqında, Azərbaycanın dövlətçilik
tarixinin kökləri
və mərhələləri,
hazırkı dövrdə
Azərbaycanın beynəlxalq
aləmdə tutduğu
mövqe və Litva-Azərbaycan qədim dövlətlərarası münasibətlərinin
nadir səhifələri barədə
publikasiya. Vilnüs,
"Tautiniu bendriju informacinis leidinys",
2002; "Bakı və
Vilnüs yanvar faciələri - sanki klonlaşdırılmış qətliamdır". 20 yanvar
1990-cı il Bakı və
13 yanvar 1991-ci il Vilnüs
qanlı hadisələrinin
ildönümü ilə
əlaqədar Litva Azərbaycanlıları
Cəmiyyəti və
Litvanın 13 Yanvar Cəmiyyəti tərəfindən
Vilnüsdə keçirilmiş
birgə anım tədbiri və ortaq dua barədə. Vilnüs, "Tautiniu bendriju informacinis leidinys", 2003; "Dövlətçilik tarixinin parlaq səhifələri". Azərbaycan
Xalq Cümhuriyyətinin
yaradılmasının 85-ci ildönümü ilə bağlı Vilnüsdə
Litva Azərbaycanlıları Cəmiyyəti tərəfindən
keçirilmiş rəsmi
qəbul, Azərbaycanın
dövlətçilik tarixi
və ənənələri
barədə ictimai-siyasi
icmal. Vilnüs, "Tautiniu bendriju informacinis leidinys",
2003; "Novruz - zülməti dağıdan işıq,
mehribanlıq və yenilənmə bayramıdır".
Novruz bayramının tarixi
və mənşəyi,
Zərdüştlük etiqadı
və Novruzun atəşpərəstliklə bağlılığı, od simvolunun
müqəddəsliyi, bayramın
əsl mahiyyətindən
doğan xalq adət-ənənələri, oyunlar və mərasimlər, eləcə
də Novruzun Azərbaycan xalqının
milli təfəkkürünün inkişafında, həyata
yanaşma, mühakimə
və dərketmə qabiliyyətinin yüksəldilməsində,
həmçinin, azərbaycanlıların
digər konseptual baxışlarının təkmilləşdirilməsi,
etnokulturoloji dəyərlərinin
daha dərin kök atması, başqa xalqlarla münasibətlərdə mehriban
qonşuluq əlaqələrinə
kökləyən yanaşmaların
formalaşmasında oynadığı
rol və göstərdiyi təsir barədə tarixi, dini, ictimai, sosial və fəlsəfi ümumiləşdirmələr.
Vilnüs, "Tautiniu
bendriju informacinis leidinys", 2003, 2004;"Qəzetinizi oxuyan zaman Tatar icmasının
ürək döyüntülərini
eşidirəm". Böyük
Litva Knyazlığı tatar
varislərinin Azərbaycan
tarixi, mədəniyyəti
və ictimai-siyasi xadimləri ilə əlaqələri, Litva tatar
öndərlərinin 1918-1920-ci illərdə Azərbaycan
Xalq Cümhuriyyətinin
quruculuq işlərinə
verdikləri mühüm
töhfələr barədə
"Lietuvos totoriai"
qəzetinin Baş redaktoru,
fəlsəfə elmləri
doktoru Həlim Sitdıgovun müsahibəsi.
Kaunas, 2006; "Bu dünyada hər şey satılmır və hər şey alınmır". Litvalı
publisist, "Slaptai.lt"
internet qəzetinin naşiri
Gintaras Visotskasın mədəniyyətlərarası
dialoq çərçivəsində
sosial-fəlsəfi və
dini mövzuda apardığı müsahibə.
Kaunas, "XXI amzius", 2007; "Mədəniyyətləri bir-birinə
qovuşduran körpülər".
Litva-Azərbaycan ədəbi
əlaqələrinin qaynaqları,
inkişaf mərhələləri
və etnokulturoloji dəyərlərimizin Litvada
qorunub zənginləşdirilməsi
məsələləri, dini
tolerantlıq və mədəniyyətlərarası dialoqun vacibliyi mövzusunda jurnalist Zita Voytyuləviçyutenin apardığı
müsahibə. Vilnüs,
"Respublika", 2007; "Azərbaycanlıların
soyqırım tarixinin
kökləri, səbəbləri
və mərhələləri".
31 Mart Azərbaycanlıların soyqırımı
günü ilə bağlı Litva Genosid və Rezistensiya mərkəzində Litva Azərbaycanlıları
Cəmiyyəti tərəfindən
keçirilmiş anım
tədbirində məruzə.
Vilnüs, "Balsas.lt",
2009; "Qara yanvarın təkrar
olunmaması üçün".
20 Yanvar faciəsi barədə uydurma məlumatlar yayan Litva erməniləri ittifaqının
sədr müavini
Ruslan Arutyunyanın absurd sayıqlamalarına
cavab olaraq ifşa ruhunda hazırlanmış tənqidi
publikasiya. Vilnüs,
"Balsas.lt", 2010; "Qarabağ: yalanın təcavüzü və yaxud "təyini müqəddərat" haqqında
saxtalaşdırılmış tarix". 2 hissədən
ibarət siyasi-analitik
və publisistik məqalə. Vilnüs,
"Balsas.lt", 2011; "Xocalı faciəsi Azərbaycanın sağalmayan
yarasıdır..." Xocalı
qətliamının 20-ci ildönümü
ilə bağlı siyasi-analitik məqalə.
Vilnüs,"Balsas.lt",
2012; "Qarabağ münaqişəsinin
kökləri Kremlin kulisləri
arxasındadır". Litvalı
publisist və redaktor Zigmas Vitkusun götürdüyü müsahibə.
Vilnüs, "Bernardinai.lt",
2013; "Vintsas Kreve - diplomat və humanist". Litva ədəbiyyatının
klassiki Vintsas Krevenin 1919-1920-ci illərdə
Bakıda Litva dövlətinin
konsulu olaraq göstərdiyi diplomatik fəaliyyət barədə.
Vilnüs, "Lietuvos
zinios", 2014; "Keçmişin
itkiləri və gələcəyin böyük
ümidləri". Akademik Ramiz Mehdiyevin Vilnüsdə litvaca nəşr olunmuş "Azərbaycanın
keçmişdəki itkiləri
və gələcəyinin
strateji görünüşü"
adlı kitabına yazılmış ön söz. Vilnüs,
"Balto print" nəşriyyatı,
2015; "Silah və qələmlə
Litva azadlığı uğrunda
döyüşmüş azərbaycanlı".
1945-1950-ci illərdə Litvanın
müstəqilliyi uğrunda
silahlı müqavimət
hərəkatı sıralarında
döyüşmüş azərbaycanlı
Litva partizanı Şakir
Həsrət oğlu Sadıqovun döyüş
yolu və poetik yaradıcılığı
barədə sənədli-bədii-publisistik
məqalə. Vilnüs,
"Literatura ir menas", 2015; "Rusiyanın
Qafqazda dəyişməyən
siyasəti". 31 Mart Azərbaycanlıların
soyqırımı günü
ilə əlaqədar
litvalı publisist və siyasi şərhçi Tomas Çivasın
apardığı müsahibə.
I və II hissələr.
Vilnüs, "Bernardinai.lt",
2016; "Bakı-Vilnüs: Azadlığa aparan yolda taleyüklü yanvar hadisələri".
Vilnüs, "Lietuvos
zinios", 2017; "Əsrlərdən
bəri Litvada davam edən türkçülük yolu".
Vilnüs, "Bernardinai.lt",
2018...
Göstərilənlərə əlavə
etmək istərdik
ki, M.Həmzəyev Azərbaycan
ədəbiyyatı, mədəniyyəti,
maarifi, mətbuatı,
teatrı, kinosu və xoreoqrafiyası haqqında, eləcə də yazıçı və şairlər - Mirzə
Cəlil, Sabir, Abbas Səhhət,
Osman Sarıvəlli, Mikayıl
Rzaquluzadə, Süleyman Rəhimov,
Rəsul Rza, Nigar Rəfibəyli,
Anar, Xəlil Rza, Sabir Rüstəmxanlı
və digərlərinin
yaradıcılığı barədə, həmçinin,
onların Litva ədəbiyyatı
ilə əlaqələri
və əsərlərinin
Litva dilinə tərcümələri
haqqında 25 adda ensiklopedik
məqalələr hazırlayaraq
Ümumdünya Litva Ensiklopediyasının
2002, 2008, 2011 və 2012-ci illərdə
çıxmış cildlərində
çap etdirib.
lll
Mahir Həmzəyevin ən dəyərli, deyərdim
ki, əvəzsiz ədəbi
tədqiqatı "Kitabi-Dədə
Qorqud" Baltik xalqlarının dillərində"
(Bakı, "Mütərcim"
2017) monoqrafiyasıdır. Kitabın elmi redaktoru və ön sözün müəllifi
AMEA vitse-prezidenti, Nizami Gəncəvi
adına Ədəbiyyat
İnstitutunun direktoru,
akademik İsa Həbibbəylidir.
Bu monoqrafiya Azərbaycan
və Baltik ölkələri ədəbiyyatşünaslığında
bu mövzuya həsr edilmiş ilk tədqiqat işidir. Kitaba "Kitabi-Dədə
Qorqud" eposunun
Litva, latış və
eston dillərinə tərcümələri ilə
əlaqədar müəllifin
apardığı ədəbiyyatşünaslıq
və linqvistik araşdırmalarının orijinal
nəticələri, bu
eposun öyrənilməsinə
dair Estoniya və Latviya müəlliflərinin ən
mühüm mədəniyyətşünaslıq
işlərinin təhlili
və qiymətləndirilməsi,
habelə adıçəkilən
tərcümələrlə əlaqədar Baltik ölkələri ədəbiyyatşünaslarının
rəylərinin analitik
icmalı daxil edilib.
Qeyd edək
ki, Azərbaycan xalqının
etnik və mədəni irsinin qədim abidəsi olan "Kitabi-Dədə Qorqud" eposunun Baltik xalqlarının dillərində nəşr
edilməsi çoxəsrlik
Azərbaycan-Baltika mədəni
əlaqələri tarixində
parlaq beynəlxalq ədəbi-mədəni hadisədir.
Monoqrafiyada göstərilən
tərcümələr və
araşdırmalar, Baltik
xalqlarının akademik
dairələrinin nümayəndələri
tərəfindən bu
eposun öyrənilməsi,
onun eston, latış və Litva dillərində nəşrləri,
habelə bu epos haqqında Baltik ölkələrində nəşr
edilmiş əsərlər,
heç şübhəsiz,
"Kitabi-Dədə Qorqud"un
dünya xalqlarının
mənəvi dəyərləri
xəzinəsinə daxil
olmasını əks
etdirən zəngin elmi salnamənin orijinal və qiymətli səhifələridr.
Akademik İ.Həbibbəyli kitaba yazdığı
"Qorqud müdrikliyi
və müasirlik"
adlı ön sözdə göstərir
ki, "Dədə Qorqud"
dastanlarının Baltik
ölkələrindəki "həyatı" haqqında
çox az məlumatlara malik idik. Azərbaycan diaspor hərəkatının tanınmış
nümayəndəsi, Litva Azərbaycanlıları
Cəmiyyətinin sədri
Mahir Həmzəyevin "Kitabi-Dədə
Qorqud" dastanları
Baltik xalqlarının
dillərində" adlı
tədqiqat əsəri
mövcud boşluğu
aradan qaldıran, bu istiqamətdə geniş elmi bilikləri Azərbaycan cəmiyyətinə çatdıran
qiymətli elmi-tədqiqatdır.
Bu araşdırmalarda Mahir Həmzəyev
böyük zəhməti,
məsuliyyətli işi
və yüksək professionallığı ilə
əsl vətəndaş-ziyalı
səviyyəsində çıxış
edir. Onun axtarışları sayəsində
"Kitabi-Dədə Qorqud"un
Baltik həyatı ilə bağlı nə varsa, bütün təfərrüatları
və detalları ilə geniş ictimaiyyətə çatdırılır.
Bunlar Azərbaycan Qorqudşünaslığının qiymətli Baltik səhifələridir. Mahir Həmzəyev
Azərbaycan Qorqudşünaslıq
elminin layiqli Baltik təmsilçisidir.
Onun tədqiqatlarının
işığında "Dədə Qorqud"un Baltik "səyahəti"nin
böyük və sanballı salnaməsi yaradılır. ...Mahir Həmzəyevin
"Kitabi-Dədə Qorqud"
Baltik xalqlarının
dillərində" kitabı
Qorqudşünaslıq elminə
sanballı töhfədir.
Bu, Azərbaycan Qorqudşünaslığına
layiqli Baltik ərməğanıdır."
Hər bir xalqın tarixində elə şəxsiyyətlər
olur ki, onlar nəinki yaşadığı
zəmanəsinin, həm
də özündən
əvvəl yaşamış
və sonra gələcək nəsillərin
birlikdə görə
biləcəyindən daha
böyük, daha möhtəşəm, daha
cahanşümul işlər
görürlər. Belə
şəxsiyyətlər haqqında
deyirlər ki, o, bir əsr üçün deyil, bütün zamanlar üçündür.
Təkcə elə bu "Dədə Qorqud" tədqiqatına
görə Mahir Həmzəyev
də belə şəxsiyyətlər qatarının
müsafirlərindəndir...
Cəmiyyətin gerçək
inkişafı, mənəvi
saflığı, özgürlüyü
o cəmiyyətdə yaşayan
ziyalı nəslin, ağsaqqal və ağbirçəklərin hamıya
nümunə ola biləcək
davranışından çox
asılıdır. Bu da akademik
İsa Həbibbəylinin sözləridir:
"Mahir Həmzəyevin Litvada
apardığı çoxcəhətli
iş və yaradıcılıq fəaliyyəti
təkcə XXI əsrin
diaspor nümayəndəsi
üçün yox, ümumiyyətlə ziyalı
üçün örnək
sayılmağa layiqdir..."
II MƏQALƏ
Ədəbi-mədəni, ictimai xadim Mahir Həmzəyevin yaradıcılığında fikir və ruh
yüksəkliyi, millətin
və dövlətin gələcəyini düşünərək
fəaliyyət göstərmək,
onu tanımayanlara tanıtmaq, xalqları qovuşduran nöqtələri
axtarmaq və tapmaq coşqusu, sözünün və fikrinin ictimai məsuliyyətini bilmək,
milli-mənəvi gücündən
istifadə etmək bacarığı üstünlük
təşkil edir...
Azərbaycan mədəniyyətinin
Litvadakı böyük
elçisi - Mahiras Gamzayevas
M.Həmzəyev Baltik ölkələrinin coğrafi
məkanında Qərbin
fikir sahiblərini maraqlandıran mövzuların
genişliyindən və
dəyərindən yaxşı
xəbərdardır. Onun
Baltik ölkələrində
mübarizə apardığı
başqa bir cəbhə kor-koranə Avropa vurğunluğudur. Qarışıq və qloballaşan dünyanın
sabitlik adalarından olan, insanlığın, ədalətin, demokratiyanın
gələcəyinə ümidlərimizi
artıran Avropadan öyrənməyə üstünlük
verir, amma ona heyranlıqla, hətta qul itaətkarlığı
ilə kopyalayıb yamsılamağa, milli-mənəvi
dəyərləri unudaraq
şəxsi xeyirlərinə,
maddi çıxarlarına
uyaraq təzim etmək səviyyəsinə
yenənlərə qarşı
çıxır...
O, belə bir şəraitdə
öz yaradıcılıq
imkanlarından maksimum
istifadə yolu ilə ortaq mədəniyyət mühiti
yaratmağa çalışır
- Baltik ölkələri
və Azərbaycan ortaq mədəniyyət mühiti! Və yaxşı bilir ki, siyasi iddialar, qazanc ehtirasları, digər hərisliklər
- insanlığın böyük
dəyərlərini parçalamağa
yönələnlər mədəni
və mənəvi münasibətlər sferasına
həmişə zərər
gətiriblər...
Mahir məsafəcə uzaq olan, hətta eyni və ya
oxşar etnik məkanda olmayan xalqlar arasında da mənəvi, mədəni,
ədəbi, tarixi bağlar axtarıb tapır, vəcdlə təbliğ edir və bütün bunları insanlığın
ortaq sərvəti kimi qəbul edir. Mahir gözəl dərk edir ki, biz hamımız həm də ortaq ümumdünya
mədəniyyətinin yetirmələriyik
və bu mədəniyyətlər arasında
sarsılmaz körpü
yaratmaq bəşəri
mədəniyyətə xidmətdir...
Və qürurla deyə bilərik ki, belə körpünün
memarlarından biri də həmyerlimiz Mahir Həmzəyevdir...
lll
Vətəndaş ziyalı
Mahir çox gözəl
bilir ki, biz dünyanın
indiki çağda Azərbaycandan daha çox tanınan, geniş miqyasda dəstəklənən, dini
mənsubiyyətini hər
yerdə həyasızlıqla
haqqın, ədalətin
başına çıxaran,
bundan əlavə, həm də fəndkirliklə çalışqan,
hiyləgərlikdə zirək,
gözə girməyi
bacaran, murdar və riyakar, məkrli, türkə qarşı qəddar bir düşmənlə üz-üzəyik və bu düşmənin Pribaltika yaxasındakı riyakarlıqlarına qarşı
əzmlə, fədakarlıqla,
faktın təkzibedilməz
məntiqi ilə mübarizə aparır və bu mübarizədə
sanballı ictimai xadim nüfuzu qazanır...
M.Həmzəyevin Azərbaycan-Ermənistan,
Qarabağ münaqişəsi
ilə bağlı təbliğat savaşı
cəbhəsində indiyədək
Litva mediasında davamlı
surətdə apardığı
mübarizə, bu ölkədə ermənilərin
təbliğat monopoliyasının
dağıdılması istiqamətində
göstərdiyi mühüm
xidmətlər və
ictimaiyyəti maarifləndirmə
sahəsində gördüyü
əvəzsiz işlər
də ədəbi fəaliyyəti qədər
əhəmiyyətli və
qiymətlidir. O, Azərbaycan,
Qarabağ həqiqətlərini
təkcə Litvada və Avropada yaymır, həm də Litvada erməni diasporu ilə üzbəüz səngərlərdə döyüşür
və ölkənin Parlamentində fəaliyyət
göstərən ermənipərəst
qüvvələrin pozuculuq
əməllərinə qarşı
qətiyyətlə çıxır,
onların Qarabağla
bağlı yalanlarını
tarixi faktlar, elmi ümumiləşdirmələr
və geosiyasi konsepsiyalarla əsaslandırılmış
şəkildə darmadağın
edir. Bu istiqamətdə
də onun onlarca məqaləsi işıq üzü görüb. Ümumiyyətlə,
M.Həmzəyev Qarabağ münaqişəsi,
Quba soyqırımı
və Xocalı qətliamı mövzusunda
100-ə yaxın tarixi,
analitik, polemik və siyasi-publisistik məqalələrin, icmalların,
xəbərlərin müəllifidir...
Həmçinin, Milli qeyrət
simvoluna dönmüş
soydaşımızın Qarabağ
münaqişəsi ilə
bağlı Litva Seyminə,
Prezidentinə, Baş nazirinə
və Xarici işlər nazirliyinə ünvanladığı məktublar,
Cəmiyyətin sədri
kimi verdiyi müxtəlif bəyanatlar
və etiraz müraciətləri müasir
Azərbaycan gerçəkliyi
və soyqırım həqiqətlərinin yayılmasında,
dərk olunub qəbul edilməsində çox mühüm əhəmiyyət kəsb
edir. Üst-üstə
bu qəbildən olan materialların sayı 50-dən çoxdur!
Bu məqamda dəyərli bir faktı da xatırlamalı olduq:
Mahir Həmzəyev fədakar
vətəndaşlıq amalı
ilə 1990-cı il 20 Yanvar
hadisələrindən dərhal
sonra Vilnüs mətbəələrinin birində
gizli şəraitdə
Azər Qasımzadə
ilə birgə rus dilində 10 min nüsxədən ibarət
"Aqressiə" ("Təcavüz")
adlı sənədli
kitabça çap etdirərək Litva, Latviya,
Estoniya, Belorus, Ukrayna, Rusiya, Polşa və Azərbaycanda yayımlayıb.
Bununla bağlı Bakı şəhərinin
hərbi komendantı
general-leytenant B.K. Smıslovun
göstərişi ilə
1990-1991-ci illərdə axtarışda
olub (Bax: Bakı, "Kommunist" qəzeti, 14 mart 1990-cı il, № 54).
lll
Gəlin unutmayaq
ki, ədəbi əlaqələr
xoş əməlli
"bumeranq effekti"
yaradır, yaxşı
nəyi ötürürsə,
daha da yaxşı olub üstünə qayıdır... Mahir hər
iki xalqın lap qədimlərdən olan, lakin az qala
unudulan, yaxud arxivlərin gizlinclərində
qalan, tarixən yaranmış ədəbi,
mədəni, ictimai-siyasi
əlaqələrə aid faktları
üzə çıxarır,
onlara yenidən can verərək böyük
bir mədəniyyət
silsiləsi yaradır
ki, bu da xalqların ədəbi-mədəni birliyinə
və daha yaxından qarşılıqlı
anlaşmasına xidmət
edir...
Apardığımız incələmələrdən
məlum oldu ki, onun yaradıcılığındakı
bu yönümlü işlərin böyük
bir qismi (122-dən çox) Azərbaycan mətbuatında nəşr
olunaraq ən müxtəlif media orqanlarında
və nəşriyyatlarda
yayımlanıb. Bunlardan
bəzilərini xatılrlamaq
yerinə düşərdi:
1. „İlk addım“.
Səməd Vurğunun 1980-ci ildə Vilnüsdə litvaca buraxılmış
„Şərqin qapısı“ şeirlər toplusu barədə resenziya. “Ədəbiyyat və incəsənət”, 1980.
2. „Kitabi-Dədə Qorqud
Litva dilində“. 1978-ci ildə Vilnüsdə litvaca nəşr edilmiş Dədə Qorqud dastanlarının tərcüməsi
barədə resenziya.
“Elm və həyat”,
1984.
3. Litva xalq şairi Alfonsas Maldonisin yaradıcılığı
barədə məqalə.
“Ulduz”, 1985.
4. “Böyük şairə ehtiramla“.
Səməd Vurğunun Litva ədəbiyyatı ilə
əlaqələri, əsərlərinin
Litva dilinə tərcüməsi
və litvalı rəssam - kiçik qrafika ustası Alfonsas Çepauskasın S. Vurğunun
80 illik yubileyinə həsr edib yaratdığı ekslibrislər
haqqında məqalə.
“Azərbaycan gəncləri”,
1986.
5. “Azərbaycan-Litva əlaqələri
dərin tarixi köklərə əsaslanır”.
1909-1920-ci illərdə Azərbaycan-Litva
ictimai-siyasi əlaqələri
və 1918-1920-ci illərdə
müstəqil Litva-Azərbaycan
dövlətlərarası münasibətləri barədə
elmi-publisistik məqalə.
Dövət qəzeti
“Azərbaycan”, 2001.
6. „Litva ədəbiyyatı“. XX əsrin 1-ci rübündə Litva-Azərbaycan
ədəbi və mədəni əlaqələri
barədə məqalə.
“Ulduz”, 2006.
7. “Azərbaycanın böyük
və səmimi dostu”. Litva ədəbiyyatının
klassiki V.Krevenin
125 illik yubileyi ilə əlaqədar
Litva-Azərbaycan ədəbi,
mədəni, ictimai-siyasi
və diplomatik əlaqələri barədə
4 hissədən ibarət
sənədli oçerklər.
“525-ci qəzet”, 2007.
8. “28 aprel 1920-ci il çevrilişinin
iç üzünü
açan keçmiş
Litva konsulunun nadir əsəri
yayımlanır”. Litva konsulu
V.Krevenin 1920-ci ildə yazdığı
“Bolşeviklər” adlı
sənədli siyasi oçerkin Azərbaycan və rus dillərinə
tərcümə olunub
yayımlanması barədə
məqalə. AR Diasporla
iş üzrə Dövlət Komitəsinin
saytı, 2010-cu il.
9. „Litva-Azərbaycan əlaqələri
tarixindən qoparılmış
səhifələr“. Litva-Azərbaycan əlaqələrinin tarixi
kökləri, XX əsrin
1-ci rübündə Bakı
və Tiflis litvalıları
cəmiyyətlərinin fəaliyyəti,
1918-ci ildə Litva və
Qafqaz respublikaları arasında rəsmi əlaqələrin təşəkkül
tapmasında bu təşkilatların rolu,
həmçinin 1918-1922-ci illərdə
Litva-Azərbaycan dövlətlərarsı
münasibətləri və
müstəqilliyin tanınması
yolunda bu ölkələrin Paris Sülh
konfransında birgə
atdığı addımlar,
ərazi bütövlüyünün
qorunması amilləri,
Qarabağ problemi və 28 aprel çevrilişi haqqında
5-hissədən ibarət tarixi-politoloji
oçerklər. “525-ci qəzet”,
2012.
10. “Vilnüs-Bakı: mədəniyyət
körpüləri”. 2012-ci ildə Litva Azərbaycanlıları
Cəmiyyəti və
Litva Elmlər Akademiyasının
təşkilatçılığı ilə Litva parlamentində
keçirilmiş beynəlxalq
elmi konfransın materialları əsasında
hazırlanmış kulturoloji
tədqiqat məqaləsi.
“525-ci qəzet”, 2012.
11. „Müasir Litva novellasından
nümunələr“. Yazıçı Danielyus Muşinskasın
(1951) həyat və yaradıcılığı, novellalarının
üslubi və bədii xüsusiyyətləri
barədə ədəbi
məqalə. “Ulduz”, 2013.
12. Yazıçı Algirdas Potsyusun
(1930) yaradıcılığında
„Litva meşə qardaşları“ mövzusu barədə
ön söz. Bakı, „525-ci qəzet“, 2013.
13. „Litva ədəbiyyatında lirik
nəsrin və Avropa novella formasının
banisi“.
Litva ədəbiyyatının klassiki, lirik-psixoloji üslubun - lirik nəsrin banisi, Litva nəsrinin qısa janrının təhkiyə
üsullarını ilk dəfə
Avropa novellası formasına salmış məşhur nasir Yonas Bilyunasın (1879-1907) həyat
və yaradıcılığı,
əsərlərinin üslubi
və bədii xüsusiyyətləri barədə
məqalə. “Ulduz”, 2015.
14. „Baltik ölkələrində
Azərbaycan mədəni
irsini yayma yolları“.
8 hissədən ibarət
ədəbi-tarixi, elmi-publisistik
və kulturoloji arşdırmalar. “525-ci qəzet”,
2016.
15. „Kitabi-Dədə Qorqud“ Baltik xalqlarının
dillərində“. 4 hissədən
ibarət ədəbi-tənqidi,
elmi-publisistik və kulturoloji araşdırmalar.
“525-ci qəzet”, 2016.
16. “Estoniyada ədəbiyyatımızın
zərif və əzəmətli səsi...”.
Estoniya-Azərbaycan ədəbi
əlaqələri haqqında.
“525-ci qəzet”, 2017.
17. “Cümhuriyyətdəki Litva konsulunun
istiqlal mövzulu əsəri”. “525-ci qəzet”,
2018.
M.Həmzəyevin bu qəbildən olan onlarla digər əsəri də olduqca mühüm və maraqlı mövzulara həsr edilib. Həmçinin, onun rus dilində
50-yə qədər məqaləsi,
Azərbaycan və
Litva dillərindən rus
dilinə xeyli çevirmələri də
oxuculara məlumdur...
Polyak dilində də bir sıra məqalələri
işıq üzü
görüb və bütün bu faktlar göstərir ki,
Mahir Həmzəyev çoxtərəfli
- polifon və poliqlot yaradıcılıq
imkanlarına malik olan
istedadlı bir qələm sahibidir...
lll
Mahir Həmzəyevin tərcüməçilik
fəaliyyəti də
özəl qiymətə
layiqdir. Azərbaycan ədəbiyyatının ən
müxtəlif çağlarına
və nəsillərinə
məxsus yazarların
seçmə əsərlərinin
Litva dilinə tərcüməsi
və Avropa yaxasında tanınması
onun ədəbiyyatımıza
böyük və əvəzsiz xidmətidir.
Peşəkar tərcüməçinin
bu qəbildən
40-dan çox ədəbi
materialı mövcuddur.
Təkcə, dahi
Nizami Gəncəvinin lirikasından
qəzəlləri, qəsidələri,
rübailəri və
"Leyli və Məcnun"
poemasını litvalı
müəllif Linas Broga ilə
birgə Litva dilinə
çevirməsi faktı
əvəzsizdir... Həmçinin,
Mirzə Cəlil, Abdulla Şaiq,
Bəxtiyar Vahabzadə, Gülhüseyn
Hüseynoğlu, Məmməd Namaz, Eldar Nəsibli, Rəşad Məcid, Vahid Qazi,
Elçin Hüseynbəyli, Pərvin və b. ədiblərimizin
əsərlərinin litvacaya
tərcümələri və
nəşrləri bu qəbildəndir...
Mahirin Litva dilindən
azərbaycancaya çevirmələri
də olduqca dəyərlidir və onun bu qisimdən
60-a yaxın tərcüməsi
vardır. Bunlardan
Litva xalq nağılları,
Vintsas Krevenin əsərləri, Alfonsas Maldonis,
Alfonsas Bukontas və
Antanas Stanyaviçyusun poeziyasından
çevirdiyi nümunələr,
Yonas Bilyunas, Sigitas Geda, Algirdas Potsyus və Danielyus Muşinskasın bir sıra nəsr
əsərləri, müstəqil
Litvanın ilk dövlət
başçısı Vitautas
Landsbergisin və Prezident Valdas Adamkusun Azərbaycanla bağlı
çıxışları, ictimai-siyasi məqalələri,
habelə bu sıradan tanınmış
digər litvalı müəlliflərin yaradıcılığından
tərcümə etdiyi
çoxlu sayda ədəbi-bədii və
publisistik məqalələr,
müxtəlif oçerklər,
icmallar, pamfletlər, resenziyalar Litva-Azərbaycan
ədəbi əlaqələrinin
möhkəm dayaqlarındandır...
"Erməni terror və quldur birləşmələrinin
bəşəriyyətə qarşı cinayətləri
(XIX-XXI əsrlər) müxtəsər
xronoloji ensiklopediyası"ndan
(Bakı, "Elm", 2002-ci il) Litva dilinə silsilə tərcümələr, Akademik Ramiz Mehdiyevin "Azərbaycanlılara
qarşı soyqırım
gerçəklikləri" tarixi-siyasi oçerkinin tərcüməsi müasir
sənədli publisistikamızın
qiymətli tərcümə
faktlarındandır.
2017-ci ilin noyabr ayında
Mahirin sevə-sevə
və ustalıqla tərcümə etdiyi bir əsəri "525-ci qəzet"də böyük
məmnunluqla oxumuşdum.
Söhbət Litva ədəbiyyatının
klassiki, "Kitabi-Dədə
Qorqud"un Litva dilinə
tərcüməçisi Sigitas Gedanın "Qafqaza səyahətlərim" adlı
gözəl essesinin tərcüməsindən gedir.
Onda Mahirə bununla bağlı
bəzi fikirlərim ehtiva olunmuş belə bir məktub
ünvanlamışdım:
"Əziz Mahir! Çox möhtəşəm yazı
və möhtəşəm
bir tərcümə!
(Publikasiyada iki yaradıcı şəxsiyyətin
böyük istedadının
nəfəsi və ürək döyüntüləri
apaydın hiss olunur!)
Əhsən sənin
dil duyumuna, elə bil heç
tərcümə oxumurdum...
İki yerdə
kövrəldim - Kəlbəcər
və Şuşa məqamında... Litvalı
şairin bu ifadəsi necə də orijinal və gerçəkdir:
"... 70-ci illərin əvvəllərində
Kəlbəcərdə "Kitabi-Dədə Qorqud"u
tərcümə edən
zaman günortadan sonra
dağlara qalxırdım,
çimmək üçün,
orada sanki mərmərdən hazırlanmış
tabutun içi ilə axan Tərtər
şırıldayırdı..."
Doğrudan da indi Tərtər çayı
bizlərin daş tabutuna dönüb!!!
Əzizim, Sən
çox xeyirli bir iş görürsən.
Sən Baltik ölkələri ilə Azərbaycanı müasir
çağda bağlayan
və Sigitas Gedadan tərcümə etdiyin əsərdə bəhs olunan o "qədim Roma tağlarından" düzəldilmiş
mənəviyyat-ədəbiyyat-mədəniyyət
körpüsüsən! Xudafərin
körpüsüsən! Uğurlar
diləyirəm! Allah Səni
qorusun!.."
lll
Ən maraqlı
və yaxşı, təqdir ediləsi cəhətlərdən biri
budur ki, Mahir Həmzəyevin
bu ciddi, olduqca vacib, Azərbaycançılığa xidmət edən işləri və yaradıcılıq fəaliyyəti
diqqətdən kənar
qalmayıb, müxtəlif
ictimai, mədəni, siyasi səviyyələrdə,
tanınmış qələm
adamları - Azərbaycan
yazıçıları, tənqidçiləri,
alimləri tərəfindən
qiymətləndirilib, yaradıcılığı,
mədəni, ictimai-siyasi
fəaliyyəti haqqında
xeyli məqalə, rəy və məlumatlar mövcuddur. Bunlardan Bəxtiyar Vahabzadə,
Xəlil Rza Ulutürk,
Anar, Sabir Rüstəmxanlı, Pənah Xəlilov,
Bəkir Nəbiyev,
Vaqif Arzumanlı, İsa Həbibbəyli,
Elçin Hüseynbəyli, Vaqif Yusifli,
Eldar Nəsibli, İsa İsmayılzadə,
Şakir Yaqubov, Esmira Fuad, Şəhla
Nağıyeva, Ağahüseyn
Şükürov, Vahid Qazi, Elnur Eltürk
və digər müəlliflərin fikir
və mülahizələri
bu qəbildəndir...
Xalq şairi
Bəxtiyar Vahabzadə onu
hələ çox illər bundan qabaq "Litvada bizim səsimiz olan gözəl bir gənc" adlandırıb (16 iyun
1982-ci il).
Xalq şairi
Sabir Rüstəmxanlı isə
hesab edir ki, "Mahir Həmzəyev ömrünü
Azərbaycan və
Litva mədəni-ədəbi əlaqələrinin öyrənilməsinə,
dünyanın iki gözəl xalqının
daha da yaxınlaşdırılmasına
sərf edib" (24 iyul 1985-ci il).
Xalq şairi
Xəlil Rza Ulutürk
onu "Turan dünyasının
qüdrətli, cəsur,
şair ürəkli,
alim zəkalı övladı"
adlandırıb (15 iyul
1991-ci il).
Xalq yazıçısı
Anar Mahir Həmzəyevi "mühüm və xeyirli işlərlə məşğul olan ziyalı" kimi dəyərləndirib (16 may 2005-ci il).
Mahir Həmzəyevi "həssas
və prinsipial insan" kimi dəyərləndirən tanınmış
yazıçı Elçin Hüseynbəyli bu fikrində haqlıdır:
"Mahir Həmzəyev həm
də ona görə dəyərli ziyalı və şəxsiyyətdir ki, onun
vətənini sevənlərə
xüsusi rəğbəti
var"(01 iyun 2016-cı il). Bu rəğbətin sayəsində
Mahir Azərbaycanın ən
görkəmli şəxsiyyətlərini
Baltik ölkələrində
tanıdıb, onlara
da orada ədəbi dostlar tapıb.
Filologiya üzrə
Fəlsəfə doktoru
Esmira Fuadın fikrincə
"Mahir Həmzəyev bir
vətəndaş, bir
insan, bir ziyalı, bir tədqiqatçı olaraq
Azərbaycanımızın Baltik ölkələrində
ən yüksək səviyyədə tanınması
üçün nə
gərəkdirsə, hər
şeyi adına layiq və kəsəsi,
təmənnasız şəkildə
görür (03 sentyabr
2018-ci il).
Litva Prezidenti Valdas Adamkus
2006-cı ilin iyun ayında Azərbaycana ilk rəsmi dövlət səfəri zamanı onun və xanımının
şərəfinə Prezident
İlham Əliyev tərəfindən
verilmiş ziyafətdə
etdiyi çıxışında
Litva Azərbaycanlıları Cəmiyyətinin o dövrdəki
fəaliyyətini belə
dəyərləndirib:
"...Cənab Prezident! Məmnuniyyətlə qeyd
etmək istərdim
ki, Dirçəliş hərəkatının
- Litva Sayudisinin hələ
ilk təşəkkül tapması
dövründə, Vilnüsdə
Litva Azərbaycanlıları Cəmiyyəti yaradılmış
və yaradıldığı
gündən indiyədək
filoloq araşdırmaçı
Mahir Həmzəyevin sədrlik
etdiyi bu təşkilat, digər
milli azlıqlarla bərabər,
Litvanın dövlət
müstəqilliyinin bərpa
olunmasında fəal iştirak etmiş, Litvanın demokratik Avropa dövlətləri ailəsinə qayıtması
üçün çox
işlər görmüşdür.
Dövlətimizə belə
loyal münasibət göstərdiklərinə
görə biz Sizin soydaşlarınıza
- Litvanın azərbaycanlı
vətəndaşlarına minnətdarıq..."
lll
2018-ci ilin mart ayında Litvada Mahir Həmzəyevin
60 illik yubileyi ədəbi, ictimai və siyasi elitanın iştirakı ilə yüksək səviyyədə qeyd edilib. Bu münasibətlə
Litva Seyminə dəvət
olunan yubilyara spiker
Viktoras Prantsketisin adından
"Təbriknamə" və
dövlət bayrağı
təqdim olunub.
Seymin spikeri
"Təbriknamə"də M.Həmzəyevin Litvanın siyasi-ictimai və mədəni həyatında göstərdiyi
xidmətləri, verdiyi
mühüm töhfələri
yüksək qiymətləndirib,
konstruktiv fəaliyyətinə
və əsl vətəndaşlıq mövqeyinə
görə soydaşımıza
təşəkkürünü belə ifadə edib:
"Sizi, 60 illik yubileyiniz münasibətilə
ürəkdən təbrik
edirəm. Litva Müstəqilliyinin
bərpa edilməsi dövründən başlayaraq
göstərdiyiniz önəmli
fəaliyyət və
ölkə ictimaiyyətinə
verdiyiniz mühüm töhfələr Dövlətimizi
şərəfli 100 illik
tarixə aparan yolda davamlı olaraq müşayiət edir.
Dövlət və Cəmiyyətin tərəqqisi
naminə göstərdiyiniz
yorulmaz ictimai, mədəni fəaliyyətiniz
üçün və
Litva ilə qurduğunuz
əsl vətəndaş
əlaqələrinə görə,
bu gözəl Yubiley günündə Sizə təşəkkür
edir, bundan sonra da Sizə yüksək məqsədlərə
aparan həyat yolu və mətinlik
arzulayıram.Gördüyünüz
işlərlə və
uğurlarınızla həqiqətən
fəxr edə bilərsiniz!"
Seymin sabiq spikeri - indiki vitse-spiker İrena Degutene də yubilyara təbriklərini göndərib.
O, təbrik məktubunda
soydaşımızın fəaliyyətini
qiymətləndirməklə yanaşı, həm də Litva - Azərbaycan ədəbi, mədəni,
ictimai və siyasi əlaqələrinə
toxunuraq yazır:
"Bü gün Sizə yüksək hörmət və ehtiram göstərən, şərəfinizə ən
səmimi təşəkkür
sözlərini ifadə
edən şəxslərin
sıralarına qatılıram.
Bu gün bu bayram
təntənəsi bizə
keçdiyiniz şərəfli
həyat yoluna bir daha nəzər
salmağa fürsət
yaradır və həmin yolda həm keçmişdə,
həm də indi göstərdiyiniz dərin məzmunlu və zəngin fəaliyyətinizlə, gözəl
təşəbbüsləriniz və gərəkli mühüm işlərinizlə
sevinib fəxr etməyə imkan verir.
Litva Milli İcmalarının fəaliyyətinin
gücləndirilməsi, həmin
fəaliyyətin ölkəmizdə
yaşayan müxtəlif
millətlər üçün
doğma evə çevrilmiş Litva dövlətinin çiçəklənməsi
naminə yönəldilməsi
işinə verdiyiniz mühüm töhfələrə
görə Sizə dərin minnətdarlığımı
bildirirəm.
Siz, Litva-Azərbaycan
ədəbi, mədəni,
ictimai və siyasi əlaqələrinin
həm istedadlı tədqiqatçısı, həm
də yeni dövrdə bu əlaqələrin gözəl
qurucularından biri olaraq tanınmısınız.
Sizin belə fəaliyyətiniz sayəsində
bu gün xalqlarımız və dövlətlərimiz bir-birini
daha yaxından tanıyıb əməkdaşlıq
edirlər. 1918-1920-ci illər
Litva-Azərbaycan dövlətlərarası
münasibətlərinin bərpa
olunması, əlaqələrin
yeni istiqamətdə qurulub inkişaf etdirilməsi sahəsində
gördüyünüz vacib
işlər və uzun illər boyu bu işə
yorulmadan göstərdiyiniz
böyük qayğılara
görə Sizə təşəkkür edirəm!
Bir daha Sizi bu təntənəli
yubiley münasibətilə
təbrik edir, Sizə möhkəm can sağlığı, şəxsi həyatınızda
xoşbəxtlik və
bütün işlərinizdə
yeni-yeni uğurlar arzulayıram!"
Bütün bunlarla
bərabər, 2018-ci il
mayın 21-də Mahir
Həmzəyev çoxillik
səmərəli ictimai-mədəni
fəaliyyətinə, xalqımızın
milli mənəvi dəyərlərinin bu ölkədə təbliği
işinə verdiyi layiqli töhfələrə,
Litva-Azərbaycan mədəniyyətlərarası
dialoqunun inkişaf etdirilməsi sahəsindəki
mühüm xidmətlərinə
görə, Litva Respublikası Hökumətinin
yanında Milli Azlıqlar Departamenti tərəfindən xüsusi
"Təşəkkürnamə" ilə təltif olunub.
lll
Mahir Həmzəyevin
tərcümə etdiyi
"Qartal haqqında nəğmə" rəvayəti
mənsur şeir formasında yazılmış
əsər olaraq Azadlığa və Müstəqilliyə oxunan
möhtəşəm bir
Himn kimi səslənir. Əsər
klassik Litva yazıçısı V.Krevenin
qələminə məxsusdur.
O, 1919-cu ilin martından
1920-ci ilin iyun ayına kimi Litva dövlətinin Azərbaycan Xalq Cümhuriyyətindəki ilk
konsulu olaraq çalışıb. "Qartal
haqqında nəğmə"
əsərindəki bir
məqam mənə xoş gəldi və elə bildim ki, bu,
elə Mahirin öz obrazıdır:
"...Qartal hər
dəfə qüdrətli
dağın dümağ
qarlı zirvəsinə
qonanda, güclü qanadlarını getdikcə
daha tez-tez geniş açıb uzadaraq, çox-çox uzaqlarda qızıl telli günəşin hər səhər oyanıb qalxdığı
üfüqlə qovuşan
və ucu-bucağı
görünməyən mavi
səmaların sonsuz ənginliklərini vurğunluqla
seyr edir və ürəkdən arzulayırdı:
- Qanadlarım qocaman
qartalların qanadları
kimi möhkəmlənəndə
və səmalarda yorulmadan süzməyi öyrənəndə elə
yüksəkliklərə qalxacam
ki, orada hələ heç bir qartal süzməyib.
Mən səmaları
yara-yara elə ənginliklərə baş
vuracam ki, orada hələ indiyədək heç bir qartal cövlan
etməyib, mən yer üzündən ucsuz-bucaqsız göylərin
sonsuz dərinliklərinə
aparan yolu tapacam.
- Bax, onda hamı heyrətə düşəcək və
biləcək ki, belə bir Qartal
var, qartallar Qartalı, o Qartal ki, uçub elə yüksəkliyi fəth etdi ki, oraya indiyədək
heç bir qartal qalxa bilməmişdi,
- o Qartal ki, yerdən ən yüksək göylərə
təzə yol açdı..."
Kreativ düşüncəli
ziyalı, ədəbi
əlaqələrin körpüsalanı
və bu körpülərin mahir memarı, Litva-Azərbaycan
mədəni əlaqələrinin
tədqiqatçısı, publisist və tərcüməçi, mədəniyyətimizin
Litvadakı Böyük
elçisi Mahir Həmzəyev də "Baltik-Azərbaycan ədəbi
əlaqələri" silsiləsindəki
ən yüksək zirvələrə bu qartal kimi təzə
yol açdı və bu yolun
Qartal yolçusu oldu! Ona daha
böyük uğurlar
diləyirəm!!!
Qurban BAYRAMOV,
tənqidçi-ədəbiyyatşünas.
Manera.az
(internet saytı).- 2018.-
8 sentyabr-14 oktyabr.