Kitabxana işinə dair yeni Dövlət Proqramı mədəni dəyərlərimizə qayğının təzahürüdür

 

 "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" Azərbaycanda kitabxana işinin inkişafında yeni bir mərhələyə başlanğıc verən mühiim sənəd oldu.

Bu Dövlət Proqramı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfındən işlənib hazırlanmışdır. Təqribən bir il yarımlıq qısa zaman kəsiyində respublikamızda kitabxana sahəsinin inkişafına və təkmilləşdirilməsinə dair 2 mühüm sənədinin qəbul olunması bu gün kitabxana quruculuğunun Azərbaycan dövləti tərəfindən prioritet sahə kimi müəyyənləşdirilməsini təsdiq edir. Bu fikir Dövlət Proqramının elə ilk cümləsində aşağıdakı kimi təsbit olunmuşdur: "Tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanılmasında, nəsildən-nəslə çatdırılmasında və cəmiyyətin intellektual, mənəvi potensialının inkişafında əvəzsiz rol oynayan kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi bu sahədə əsaslı islahatların aparılmasını, fondların müasir informasiya daşıyıcıları ilə zənginləşdirilməsini, dünyanın qabaqcıl kitabxana-informasiya müəssisələrinin təcrübəsindən istifadə edilməsini, elektron məlumat banklarının yaradılmasını, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsini zəruri edirbütün bunlar mədəniyyət sahəsində dövlət siyasətinin əsas prioritetlərindəndir."

Yaxın onilliklər üçün Azərbaycanda kitabxana-informasiya sahəsinin inkişafının əsas prioritet inkişaf istiqamətlərini müəyyən edən Dövlət Proqramı iki hissədən ibarətdir. Birinci hissədə 2008-2013-cü illərdə ölkəmizdə kitabxana-informasiya sahəsinin inkişafının əsas istiqamətləri və bu yöndə həyata keçirilməsi vacib olan tədbirlər öz əksini tapmış, ikinci hissədə isə bu tədbirlərin həyata keçirilməsi üzrə tədbirlər planı təsdiq olunmuşdur.

Çox mühüm əhəmiyyəti olan proqram sənədinin ilk bölməsində Azərbaycanda kitabxana işinin bugünkü vəziyyətinə ekskurs edilir, respublikanın kitabxana şəbəkəsinin durumu, kitabxana fondlarının zənginləşdirilməsi, kitabxanaların maddi-texniki bazasının və texniki təchizatının yaxşılaşdırılması istiqamətlərində Azərbaycan hökuməti tərəfindən atılan inamlı addımlardan bəhs edilir. Daha sonra 80-ci illərin sonunda və 90-cı illərin əvvəllərində ölkədə cərəyan edən hadisələr fonunda respublikada kitabxana şəbəkəsinin iflic vəziyyətinə düşməsindən, kitabxanaların kitabla təchizatı sisteminin tam dağılmasından, kitabxanalara gələnlərin və potensial oxucuların sayının xeyli azalmasından və nəhayət bir sıra kitabxanaların bağlanmasından, bütün bunların məntiqi nəticəsi olaraq ölkə kitabxanalarının 90 faizindən çoxunun müasir tələblərə cavab verməməsindən bəhs olunur.

Belə bir şəraitdə ölkədə fəaliyyət göstərən 12 mindən artıq kitabxananın kitab fondlarının zənginləşməsində "Azərbaycan dilində latın qrafıkası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamın əhəmiyyəti xüsusi qeyd olunur. Bu sərəncama əsasən artıq 450 adda kitab hər biri 25 min nüsxə tirajla və ümumilikdə 10 milyon nüsxədən artıq olmaqla çap edilərək ölkə Prezidentinin hədiyyəsi kimi təmənnasız olaraq kitabxanalarımıza göndərilmişdir ki, bu gün həmin kitablar ölkə kitabxanalarının latın qrafikası ilə çap olunmuş kitab fondunun əsas özəyini təşkil edir. Artıq nəşrinə başlanılan 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası", 100 cildlik "Dünya uşaq ədəbiyyatı kitabxanası", 100 cildlik "Azərbaycan ədəbiyyatı kitabxanası" seriyasından kitabların çap olunması respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunun tam şəkildə formalaşması ilə nəticələnəcəkdir. Ölkə Prezidenti tərəfindən həyata keçirilən bu məqsədyönlü tədbirlər nəticəsində artıq kitabxanalarımızın 90-cı illərin əvvəllərində itirdikləri oxucuların yenidən kitabxanalara qayıdışı prosesi başlanmışdır.

Qloballaşma dövründə informasiya-kommunikasiya texnologiyalarının kitabxana işinə tətbiqi mühüm əhəmiyyət kəsb edir və Dövlət Proqramında Azərbaycan kitabxanalarında bu istiqamətdə görülən işlərdən danışılır. M.F.Axundov adına Milli Kitabxanada, Prezident Kitabxanasında, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında, Bakı Dövlət Universitetinin Elmi Kitabxanasında, Dillər Universitetinin, Xəzər universitetinin, Qərb Universitetinin kitabxanalarında, F.Köçərli adına Dövlət Uşaq Kitabxanasında və digər kitabxanalarda elektron kataloqların və elektron kitabxanaların artıq yaradıldığı qeyd olunsa da, hələ bu sahədə xeyli işlərin görülməsinə ehtiyac olduğu göstərilir.

Təkcə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin kitabxana şəbəkəsinə daxil olan kitabxanaların cəmi 4-də (0,07%) kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması işlərinə başlanılmışdır, cəmi 14 kitabxana (0,19%) İnternet xidmətlərindən istifadə edə bilir. Bütün bunlar isə müasir qloballaşma və informasiyalı cəmiyyət quruculuğu şəraitində, dünya miqyasında kompyuterinİnternetin insanların məişətinə daxil olduğu bir vaxtda çox aşağı göstəricidir.

Kitabxana-informasiya sahəsində mövcud olan ciddi problemlərdən birikitab fondlarının mühafizəsi ilə əlaqədardır. Ölkə kitabxanalarının demək olar ki, tam əksəriyyətində kitabların mühafizəsi üçün elementar şərait belə yoxdur, qiymətli kitabların etibarlı mühafizə olunaraq gələcək nəsillərə çatdırılması məqsədilə yaradılmış xüsusi mühafizə şəraitindən danışmaq isə heç mümkün deyildir: xüsusi bərpa mərkəzləri, diqitallaşdırma-skanerləşdirmə və mikrofilmləşdirmə, nadir kitabların elektron daşıyıcılara köçürülməsi üçün avadanlıqlar yoxdur. Hətta M.F.Axundov adına Milli Kitabxananın nəzdində də tarixi yaddaşımız olan qiymətli kitabların bərpası və konservasiyası üçün emalatxana da yoxdur.

Nəhayət kitabxanaların maddi-texniki bazasının zəifliyi, onların əksəriyyətinin binalarının yararsız və qəza vəziyyətində olması, kadrların peşə hazırlığının aşağı olması və s. amillər ölkədə kitabxana işinin inkişafında ciddi problemlər yaradır.

Məhz "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" respublikamızda kitabxana-informasiya sahəsində mövcud problemlərin sistemli şəkildə həllinə yönəldilmişdir.

Dövlət Proqramının növbəti bölməsində onun məqsəd və vəzifələri geniş şərh olunur. Sənəddə göstərilir ki, proqramın əsas məqsədi "Kitabxana işi haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan müddəalara uyğun olaraq kitabxana işi sahəsində dövlət siyasətinin həyata keçirilməsini, ölkədə mədəni sərvətlərin toplanmasını, mühafizəsini və onlardan istifadə imkanlarının artırılmasını təmin etməkdən ibarətdir. Bundan başqa kitabxana-informasiya sahəsində yeni texnologiyaların tətbiqi və istifadəsi nəticəsində müasir kitabxana-informasiya infrastrukturunun yaradılması, istifadəçilərə göstərilən kitabxana-informasiya xidmətinin dünya standartları səviyyəsinə çatdırılması, habelə əhalinin fasiləsiz təhsilinin təmin edilməsi üçün şəraitin yaradılmasından ibarətdir.

Daha sonra bu məqsədlərə nail olmaq üçün qarşıda duran əsas vəzifələrin şərhi verilir. Bunların sırasında: beynəlxalq standartlarnormativ hüquqi aktlar əsasında ölkədə fəaliyyət göstərən kitabxanaların modernləşdirilməsi, kitabxana sahəsində köklü islahatların aparılması və kitabxana-informasiya resurslarının dünya məkanına inteqrasiyasının təmin edilməsi, elektron informasiya fondlarının formalaşdırılması və virtual kitabxanaların inkişaf etdirilməsi, "Azərbaycan ədəbiyyatının virtual kitabxanası"nın təşkili, elektron kataloqelektron kitabxanaların inkişaf etdirilməsi, kompyuterləşdirilmiş kitabxana infrastruktrunun qurulması və kitabxanaların yeni informasiya texnologiyaları ilə təchiz edilməsi, Beynəlxalq Kitabxanalar və Cəmiyyətlər Assosiasiyası, Avropa Milli Kitabxanalar Konfransı Təşkilatı, ABŞ-ın Kitabxana Assosiasiyası və digər beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, mövcud kitabxana binalarının təmiri və müasir tipli yeni kitabxana binalarının inşası və digər ən vacib vəzifələr göstərilmişdir.

Birinci hissənin üçüncü bölməsi Dövlət Proqramının icrasının əsas istiqamətlərinə həsr olunmuşdur. Burada yuxarıda qeyd olunan vəzifələrin icrası üçün bir neçə istiqamətdə işlərin aparılmasının nəzərdə tutulduğu göstərilir. Bütün işlərin kitabxana fondlarının kitabla təchizatı sisteminin yaradılması və müasir tipli informasiya daşıyıcıları ilə təmin edilməsi, kitabxanaların kompyuterinformasiya-proqram təminatı, respublika avtomatlaşdırılmış kitabxana-informasiya şəbəkəsinin yaradılması, xalqımızm zəngin mədəni irsinininformasiya ehtiyatlarının mühafizəsi və gələcək nəsillərə çatdırılması nəzərdə tutulur. Həmçinin əhaliyə kitabxana xidmətinin əhatə dairəsinin genişləndirilməsi, forma və məzmunca yeniləşdirilməsi, respublika kitabxana şəbəkəsinin idarəetmə strukturunun təkmilləşdirilməsi və kadr islahatlarının həyata keçirilməsi, kitabxana işi sahəsində elmi tədqiqatların aparılması, yeni kitabxana binalarının tikilməsi və kitabxanaların maddi-texniki bazasının müasir dövrün tələblərinə uyğun möhkəmləndirilməsi də xüsusi olaraq qeyd edilir. Kitabxanaların beynəlxalq əlaqələrinin genişləndirilməsi, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının modernləşdirilməsi, müasir tipli informasiya texnologiyaları ilə təmin edilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi yolu ilə həyata keçirilməsi burada əksini tapmışdır.

Dövlət Proqramında nəzərdə tutulan bütün tədbirlərin Dövlət büdcəsinin vəsaiti hesabına və qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən gələn gəlir hesabına maliyyələşdirilməsı nəzərdə tutulur.

Birinci hissənin sonuncu bölməsi "Gözlənilən nəticələr" adlanır və burada Dövlət Proqramında nəzərdə tutulan bütün tədbirlər kompleksinin uğurla həyata keçirilməsi nəticəsində əldə olunması gözlənilən nəticələr sadalanır.

"Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın ən vacib və əsas hissəsi “Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı" adlanır. Bu hissədə sənədin birinci hissəsində nəzərdə tutulan bütün tədbirlər kompleksinin icrasının müddətləri və icraya məsul olan təşkilatlar müəyyənləşdirilmişdir.

Dövlət Proqramının ikinci hissəsində kitabxana fondlarının müasir komplektləşdirmə mexanizminin yaradılması, kitabxanaların kompyuterinformasiya-proqram təminatı, respublika kompyuterləşdirilmiş kitabxana-informasiya şəbəkəsinin yaradılması və inkişafı Azərbaycan Respublikasının milli-mədəni irsinininformasiya ehtiyatlarının qorunması və gələcək nəsillərə çatdırılması, kitabxana xidmətinin əhatə dairəsinin genişləndirilməsi, onun forma və məzmunca yeniləşdirilməsi, kitabxana şəbəkəsinin idarəetmə strukturunun təkmilləşdirilməsi, şəbəkənin optimallaşdırılması və kadr islahatlarının həyata keçirilməsi və s. məsələlər əhatə edilmişdir. Burada həmçinin kitabxana işi sahəsində elmi tədqiqatların aparılması, kitabların hazırlanması və nəşri, yeni kitabxana binalarının tikilməsi, yeni və fəaliyyət göstərən kitabxanaların maddi-texniki bazasının müasir tələblərə uyğun möhkəmləndirilməsi kitabxanaların beynəlxalq əlaqələrinin inkişafi və beynəlxalq tədbirlərin təşkili məsələlərinə də xüsusi yer verilir. M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının modernləşdirilməsi, müasir informasiya texnologiyaları ilə təmin edilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi Dövlət Proqramında xüsusi yer tutur.

Artıq, 2009-cu ilin investisiya proqramında M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının yenidən qurulması, modernləşdirilməsi və müasir tələblərə uyğun texniki təchizatının gücləndirilməsi məqsədilə müəyyən vəsaitin nəzərdə tutulması "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın müvəffəqiyyətlə yerinə yetiriləcəyindən xəbər verir.

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin təşəbbüsü ilə Almaniyadan, Avstriyadan, Belorusdan yüksək ixtisaslı mütəxəssislər dəvət olunaraq layihə-smeta sənədləri hazırlanmışdır və 2009-cu ilin əvvəlindən Milli Kitabxanada əsaslı yenidənqurma işlərinə başlanılacaqdır.

Azərbaycanda kitabxana sahəsinin inkişafına dair Dövlət Proqramının təsdiq olunması ölkə mədəniyyətinin inkişafına, milli-mənəvi dəyərlərimizin mühafizəsinə diqqət və qayğısının bariz nümunəsi, müstəqil Azərbaycan mədəniyyətinin inkişafına yönəldilən Heydər Əliyev siyasətinin uğurlu davamıdır.

 

Tahirov K.

 

Xalq qəzeti.- 2008.- 15 oktyabr.- S. 5.