Mart soyqırımı
faktları kitab və plakat sərgisində
M.F.Axundov adına Milli
Kitabxanada 1918-ci ilin martında erməni quldur dəstələrinin
Bakıda və Azərbaycanın bir sıra bölgələrində
azərbaycanlı əhaliyə qarşı törətdiyi
soyqırım faktlarından bəhs edən iki maraqlı tədbir
- «31 mart - Azərbaycanlıların Soyqırımı
Günüdür» adlı kitab sərgisi və «Erməni
terroru karikaturalarda» adlı plakat vernisajı keçirilib.
Kitabxananın direktoru Kərim
Tahirov, Bakı Dövlət Universitetinin tarix
kafedrasının dosenti Atamoğlan Məmmədli, millət vəkilləri
Həvva Məmmədova və Tahir Rzayev, akademik Kərim Kərimov,
Ombudsman aparatının təmsilçisi Zemfira Məhərrəmli
çıxışlarında 1998-ci ildən bəri 31 mart
tarixinin soyqırım günü kimi xatırlanmasının
və bununla da tarixi həqiqətlərin
tanıdılmasının son dərəcə önəmli
olduğunu vurğuladılar. Kərim
Tahirov qeyd etdi ki, kitabxanaçıların
vəzifəsi faktları
bir toplu şəklində ictimaiyyətə
təqdim etməkdir. Həmin faktların araşdırılması isə
mütəxəssislərin işidir. Atamoğlan Məmmədli öz çıxışında 1918-ci ildə Stepan Şaumyanın rəhbərliyi
altında ermənilərin
azəri türklərinin
başına gətirdikləri
vəhşiliklərin bəzi
təfərrüatlarını diqqətə çatdırdı.
Samirə
Mədəniyyət.- 2010.- 2 aprel.- S. 14.