Ən böyük uğurlar hələ irəlidədir

 

Sumqayıt şəhər F.Əmirov adına Uşaq Musiqi məktəbindən xoş təəssüratla...

 

Bu uşaqlara - elə bütün uşaqlara -elə-belə baxmayaq. Nədən ki, onlar böyüyüb böyük, bəziləri isə lap böyük olanda bu «elə-belə» baxışımıza görə «peşman» oluruq. Sonralar bu yüz minlər içərisindən çıxan dahi təklər, nəhəng onlar, məşhur yüzlər haqda yanğılı bir hisslə azmı düşünmüşük ki, görəsən, o Üzeyir bəy, Q.Qarayev, F.Əmirov, «kəndçinin birideyə lisey direktoru tərəfindən qovulan Rossini uşaqlıqda necə olublar?..

 

Keçmişdən gələcəyə...

 

«Uşaqlar bizim gələcəyimizdir», deməli, biz onların keçmişiyik. Birimiz «keçmiş», birimiz «gələcək». Bəs «indi»? Əlbəttə, söhbət bütün dövrlərin «indi»sindən gedir. «Keçmiş» «gələcək» arasında rejissorluq edən məhz «indi» deyilmi? İndi işləri uğurla, qaydasınca qurursansa, bütün bunlar bir azdan yaxşı keçmişə çevriləsi, yaxşı gələcəyə bünövrə olası deyilmi?

Bu mülahizə tək elə mənlik deyil; Sumqayıt şəhər F.Əmirov adına Uşaq Musiqi məktəbinin direktoru Elşən Quliyevlə birgə qənaətimizdir. Və əsl musiqi adamlarının rəngarəng takt və çevik ritmlərlə yüklənmələrinə rəğmən, mən də bu yazımı ayrı-ayrı bölmələrə bölməli oluram.

 

Öncə qısa müsahibə

 

- Elşən müəllim, eksklüziv bir müsahibə almaq fikrindəyəm və hiss edirəm ki, Siz bu məsələdə də ənənəviliyə əl verən müsahib deyilsiz...

- Əlbəttə. Tutalım, bu məktəblə əlaqədar verəcəyiniz «neçə şagird, neçə müəllim, neçə ixtisas» kimi suallarınıza mən kəmali-ədəblə «650 şagird, 218 müəllim, 14 ixtisas» kimi cavablar verdim. Bu rəqəmlər 5 artıq, 3 əskik olsaydı, noolacaqdı - məsələnin mahiyyəti, fəlsəfəsi artıb-əskiləcəkdimi?..

- Onda bayaqkı ayaqüstü söhbətimiz zamanı klassik zaman ölçülərinə qoşduğumuz «indi» dair bir əlavəniz qalıbsa, buyurun.

- Təbii, bu bizim kəşfimiz deyil. Biz, sadəcə, «indi»ni xüsusi aksentlə vurğulayırıq. Yəni, bilirsiz, dili söz, əli qələm tutanlar hər fürsətdə vurğulayırlar ki, «keçmişinə güllə atanları gələcək topa tutacaq». Bəs «indi», indiki çağına laqeydlərin suçu yoxmu?

Əlbəttə. Baxın, keçmişimizlə bağlı bütün əyər-əskiklərə görə babalarımızı günahlandırırıq. Tutalım, niyə bizim üçün Qarabağ problemi qoyub gediblər. O cümlədən, «bu ağıl-baş, bu fənd-filanla gələcəyimizi necə quracaqsız?» - deyə oğul-uşaqlarımızı, yeniyetmələri danlayırıq. Bəs həmin babaların davamçısı sabahkı nəslin babaları olan bizlər necə, öhdəmizə düşən bütün işlərimi yerinə yetiririk? Deyim ki, bu suala az adam müsbət cavab verə bilər. Yəni öz çağının yaraqlarını yağlayıb-sazlamayanlar, mədəni-mənəvi «atını» tumarlamayanlar hər hansı bir qınaq atəşindən sığortalımı?

- Demək istəyirsiz ki, hər şey keçmiş gələcək arasındakı «indi» körpüsündən keçir?

- Əlbəttə. Özü əgər bu körpü keçərli deyilsə, sənin keçmişindən gələcəyinə bir şöhrət karvanı keçəsidi, gələcəyindən keçmişinə. Fərqinə varmısınızmı, bir naqolay işə qol qoyanda, deyirikgörəsən, qonşu, camaat bunu görsə deyər?” Fikirləşmirik ki, bəs özümüz buna deyərik...

- Gəldik mətləb üstünə. Bax, elə bu saat özünüz haqda, bu məktəblə bağlı iş-gücünüz barədə deyərdiz?

- Mənim sizə özüm iki ilə yaxındı direktoru işlədiyim bu musiqi müəssisəsi haqda daha dəqiq əyani məlumat üçün iki təklifim var. Birincisi budur ki, bura gələrkən həyət-bacası, eksteryerilə tanış olduğunuz bu məktəbin dərs məşğələ otaqlarını, digər interyer elementlərini gözdən keçirəsiz qarşınızdakı bu 5 fotoalbomu tələsmədən, peşənizə uyğun işgüzar bir maraqla səhifələyəsiz...

 

Fotoalbomları vərəqlədikcə...

 

O fotoalbomları ki, hər biri 40 səhifədən ibarətdir hər səhifədə 4 şəkil yerləşdirilib. Deməli, 200 səhifə, 600 fotoşəkil. Hər səhifədəki şəkillər ayrıca bir tədbiri əks etdirir deməli, son 2 ildə bu məktəb 200 mərasimin təşkilatçısı iştirakçısı olub.

Bu fotolardan söz açmazdan öncə özüm bir neçə kəlmə deyim ki, Elşən müəllim həddən ziyadə təvazökar insandı. Özü, fəaliyyəti, uğurları haqda danışmağa vadar ediləndə isə, «ağzı ağrıya-ağrıya» dillənir. Elmi məcmuələrdə çap olunmuş məqalələri, dövri mətbuatda getmiş yazı müsahibələri, stolu üstündəki qovluqlarda «susan» - «səsi sabah çıxası» elmi-nəzəri qənaətləri haqda yalnız dili çaşandan-çaşana beş-üç kəlmə deyə ya deməyə. Bir sözlə, onun leksikonu «edərəm»lərdən çox, «etdim»lərdən ibarətdir.

Qarşımdakı qalın albomlar, insan ömründən çox qalan fotolar isə Elşən müəllimin bu məktəbdəki fəaliyyətinin - belə demək mümkünsə, sənəd-səfiri kimi hesabat verir.

Əhatəli bir tərcümeyi-hal, təfsilat-təfərrüatlı bir anket təəssüratı yaradır məndə bu albomlar. Bu fotoşəkillər Bakıdan vurub Şəkidən çıxır, Sumqayıtın ekzotik dənizkənarı parkında böyük əhali bayramlarını rövnəqləndirib, Saray qəsəbəsindəki əlil uşaqlar evini musiqi, çal-çağır nuruna qərq edirlər. Bu fotolordakı balaca-balaca ifaçılar ölkəmizin Asəf Zeynallı, Mikayıl Müşfiq kimi musiqi söz nakamlarını milli duyğularla uyğulayıb, Motsartları, Qlinkaları bəşəri dəyərlərlə sayğılayırlar. Bu şəkillərə mənbə olan tədbirlərin adları da rəngarəngdir: «Not bayramı», «Buta», «Muğam gecələri», «28 May - Azad Ay», «İncəsənət - incə sənət», «Qurban bayramı», «Oğlanlar - xor kollektivi», «Sumqayıtla ucalanlar»...

Bu albomlarda ağrılı-acılı tədbirlərdən soraq verən fotolar da az deyil. Baxışlara qətl təəssüratı çiləyən «Xocalı...», «20 Yanvar», «Sarayda bir mərhəmət evi var...» və s.

 

Ən böyük uğurlar hələ irəlidədir

 

Söhbətimizin əvvəlində Elşən müəllim düz deyirmiş; bu uşaqların onlar üçün yaradılmış bü mükəmməl dərs və məşğələ otaqlarında pis oxumağa haqları yoxdur. Əgər Elşən müəllim də bir çox başqaları kimi, «neynim, mənə verilən budur, mən də bunu verirəm» desəydi, indi burada - özü demişkən, 650 şagird, 218 müəllim, 14 ixtisas faktlarından başqa, heç nədən danışmağa dəyməzdi.

Məktəbin əldə etdiyi uğurlar, haqqında fəxarətlə söz açılası faktlar isə kifayət qədərdir. Məktəbin müəllimləri arasında Səbuhi Əliyev, Ruhəngiz Quliyeva kimi respublika müsabiqəsinin diplomuna, Mədəniyyət Turizm Nazirliyinin Fəxri Fərmanına layiq görülmüş pedaqoqlar var. Sevil, Lalə, Etibar, Pərvanə, Vüqar, Bəsirə, Cəmilə, Adil, Məlahət, Qönçə, Sədaqət, Həmidə, Tükəzban, Hicran kimi fədakar müəllimlər var. Bu təcrübəli insanlardan dərs alıb respublika miqyasında ad çıxarmış Ülviyyə Günay Məmmədovalar, Şəfəq Kərəmova, Fuad Əlizadə, Elçin Qasımov kimi laureatlar, diplomantlar, qalib şagirdlər var.

Hələ qarşıda bu məktəbin çox uğurları, bu millətin yeni-yeni Hacıbəyliləri, Qarayevləri, adını daşıdıqları Əmirovları var...

 

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2010.- 2 aprel.- S. 12.