Hulusi Kılıç: Mədəniyyət sahəsində əlaqələrimiz yüksək səviyyədədir

 

Qəzetimizin «Qonağımız var» rubrikasında bu dəfə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıçla həmsöhbət olduq. O, artıq iki ildir ki, ölkəmizdə diplomatik fəaliyyət göstərir. Onun Azərbaycan mədəniyyəti, musiqisi incəsənəti barədəki xoş təəssüratlarını öyrəndik.

 

- Cənab səfir, ölkələrimizin mədəniyyət sahəsində əməkdaşlığını necə qiymətləndirirsiniz? Necə düşünürsünüz, türkdilli xalqlar arasında elə məsələlər varmı ki, hələ o məsələdə «ümumi dil» tapılmayıb?

- Xalqlarımız soy, tarixi mədəni ilişgilərlə bir-birilərinə bağlanıblar. İki xalq arasında ən böyük əlaqə soy, dil inanc birliyi təşkil etməkdədir. Türkiyə hər zaman düşünür ki, iki ölkə arasındakı münasibətlər heç vaxt pozulmaz.

Türk xalqları arasında münasibətləri genişləndirmək məqsədilə bəzi qurumlar təsis edilməkdə və müxtəlif layihələr həyata keçirilməkdədir. Hazırda türk dünyası beynəlxalq arenada böyük nüfuz qazanıb kifayət qədər güclənib. Türkdilli xalqarı birləşdirən bir sıra qurumlar var. Məsələn, TÜRKSOY təşkilatı, bu yaxınlarda yaradılan «Türk xalqlarının musiqi birliyi» adlanan televiziya kanalı s. Bununla türk xalqları ümumi dil tapmağa çalışırlar. Düşünürəm ki, bu kimi qurum layihələr geniş coğrafiyaya yayılmış türk dünyasının yaxınlaşmasına, mədəniyyət sahəsində münasibətlərin genişlənməsinə, sıx əlaqələrin yaranmasına böyük dəstək verir.

Bütün dövlətlərdə olduğu kimi, türkdilli ölkələr arasında da zaman-zaman problemlər ola bilər. Bu baxımdan ortaya çıxan çətinliklərin həllində qeyd etdiyimiz qurum və layihələr böyük əhəmiyyət kəsb edir.

- Yeri gəlmişkən, türkdilli xalqlar üçün 2010-cu ilin sevindirici və qürurverici hadisələrindən biri - İstanbulun “Avropa Mədəniyyəti Paytaxtı” elan olunmasıdır...

- İstanbul bütün dünya üçün cazibə və mədəniyyət mərkəzinə çevrilməkdədir. Bu il İstanbulun bütün potensialı aşkara çıxacaq. Hər təbəqədən istanbullunun qatılacağı, sahiblənəcəyi mədəniyyət sənət tədbirləri həyata keçiriləcək. 2010-cu ildə «Avropa Mədəniyyəti Paytaxtı» adıyla İstanbulun əvəzedilməz mədəni mirası mədəni gücünün turizmdə əks edilməsi, İstanbulla bağlı mövcud fikirlərin gücləndirilməsi zənginləşdirilməsi, turizm baxımından vacib şəhər infrastrukturunun yaxşılaşdırılması, xidmət keyfiyyətinin artırılması İstanbulun önəmli mədəni turizm məkanı olmasını təqdim etmək niyyətindəyik.

- Azərbaycan Türkiyə arasındakı mədəni əlaqələrin inkişafı üçün üfüqlərdə daha nələr görürsüz? Əlbəttə, böyük layihələr...

- Türkiyə Azərbaycan xalqları ortaq dil mədəni bağları olan qohum toplumlardır. Ümumiyyətlə, mədəni sahədəki əlaqələrimiz son dərəcə yaxşı səviyyədədir. Hər şeydən öncə Azərbaycan Mədəniyyət Turizm Nazirliyi ilə çox yaxşı işbirliyimiz mövcuddur. Azərbaycanda hər il türk filmləri həftəsi keçirilir, burada düzənlənən sərgilərə qatılmağa səy göstəririk. Uşaq kitabları sərgisi bu sahədə gözəl örnəkdir. Teatrlar konservatoriyalar arasında birliyi qurulmaqdadır.

- Cənab səfir, necə düşünürsünüz, Azərbaycan turisti Türkiyəni yaxşı tanıyır, yoxsa Türkiyə turisti Azərbaycanı?

- Türkiyə Azərbaycanda keçirilən turizm sərgilərinə hər il davamlı olaraq qatılmaqdadır. Qeyd edim ki, ötənilki sərginin tərəfdaş ölkələrindən biri biz idik. Bu il aprelin sonlarında düzənlənəcək sərgiyə tərəfdaş ölkə olaraq qatılacağıq. Bundan başqa, hər il Türkiyə Mədəniyyət Turizm Nazirliyinin mütəxəssisləri Azərbaycana gələrək turizm sektorunda çalışan işçi heyətinin biliklərini təkmilləşdirmək üçün onlara ixtisas dərsləri keçirlər. İl ərzində Azərbaycandan 400 mindən çox turist Türkiyəni ziyarət edir. 2007-ci ildən bəri Türkiyədən hər il 100 mindən çox turist Azərbaycanı ziyarət edir.

- Dünyanın böyük siyasətçilərinin, dahilərin təkliyə düşəndə zümzümə etdiyi musiqilər, mahnılar olur. Sizin dadlı zümzümələriniz içərisində Azərbaycan musiqisi varmı?

- «Lalələr» və «Çırpınırdın, Qara dəniz» mahnıları çox sevdiyim və tez-tez zümzümə etdiyim türkülərdəndir.

- Azərbaycan təbiətini hansı rəssamlarımızın palitralarında, musiqisini hansı bəstəkarlarımızın əsərlərində, poeziyanı hansı şairlərimizin misralarında sevirsiniz?

- Azərbaycan xalqı, doğrudan da çox böyük sənətçilər yetişdirmiş və türk sənətinə böyük töhfələrlə qatılıblar. Bu sənətçilərin hamısının adlarını burada saymağım mümkün deyil. Ancaq rəssamlardan Anıtqəbirdəki muzeyin divarlarını bəzəyən, Qurtuluş savaşı rəsmlərini çəkən Tahir Salahov Arif Məmmədovu, bəstəkarlardan Üzeyir Hacıbəylini, Qara Qarayevi Fikrət Əmirovu, bundan başqa «Çanakkala Oratoriyası»nın müəllifi Vasif Adıgözəlovu, həyatda olan bəstəkarlardan Tofiq Bakıxanovun, şairlərdən ən böyük türk şairi Bəxtiyar Vahabzadənin adını çəkə bilərəm.

 

 

Söhbətləşdi: Mehparə Sultanova

 

Mədəniyyət.- 2010.- 2 aprel.- S. 7.